Ucuz təyyarə biletləri

AAAF kollektivi uşaq evini ziyarət edib - VİDEO

Tarix:  05.06.17 20:06           Yazar:             Oxunub: 78 dəfə

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) cari işlərlə yanaşı, müxtəlif sosial layihələri həyata keçirməyə də çalışır. Rekord.az xəbər verir ki, onlardan biri də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Müşfiq” Əlil Uşaqlara Yardım İctimai Birliyinin 5 saylı Bərpa və Sosioloji Mərkəzinə ziyarət idi. Bakıda keçirilən IV İslam Həmrəylik Oyunlarının qalib və mükafatçıları, digər gənc və yeniyetmə medalçı atletlərimiz, AAAF-ın baş katibi Rizvan Rəsulov, Rəyasət Heyətinin üzvü Rəşad Əliyev və federasiyanın digər nümayəndələri bu Mərkəzə yollanaraq xüsusi bayram təşkil ediblər.


İlk olaraq direktor Validə Abbasova qonaqları Birliklə tanış edib. O, buradakı idman, massaj, psixoloq, loqoped köməyi üçün ayrılmış otaqlar, sensoroterapiya, yemək, yataq və digər otaqları nümayiş etdirərək funksionallıqları, xüsusi üstünlükləri barədə geniş məlumat verib. Uşaqların böyük həssaslıq və bacarıqla yerinə yetirdikləri əl işləri nümayiş etdirilib, həm onların, həm də Birliyin təltif olunduqları diplom və sertifikatlar üçün ayrılan guşələrə baş çəkilib. Uşaq, böyük və cəmiyyət arasında yeni münasibətlər qurmaqla xüsusi ehtiyaclı uşaqların və yeniyetmələrin cəmiyyətə inteqrasiyasına şərait yaratmaq üçün ideal məkan olan bu Mərkəzdə görülən işlər böyük rəğbətlə qarşılanıb.

Konsert proqramına keçməzdən öncə Rizvan Rəsulov və Rəşad Əliyev çıxış ediblər. Onlar ölkəmizdə insanların rifahı, gələcək nəslin sağlam yetişməsi, həyatda uğur qazanması üçün böyük işlər görüldüyünü qeyd edib, AAAF olaraq bu xeyirxah fəaliyyətlərə qoşulmaqdan qürur hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, federasiya belə tədbirləri mütəmadi etmək, fiziki məhdudiyyətli, həmçinin köməyə ehtiyacı olan bütün uşaqları cəmiyyətə qazandırmaq, zirvələri fəth etməsinə yardımçı olmaq üçün bu cür addımlar atmaq niyyətindədir. Hədəfləri əlilliyi olan uşaqlar və onların ailələri olan Mərkəzin direktoru Validə Abbasova da danışaraq, belə diqqət və qayğının çox vacib olduğunu, idmançıların bu Mərkəzdəki uşaqlara nümunə rolunu oynadığını vurğulayıb, xeyirxah ziyarətin gələcəkdə öz müsbət effektini verəcəyini deyib, təşəkkürünü bildirib.

Bədii hissədə xoş anlar yaşanıb. Tanınmış müğənnilər Elxan Qaraxanoğlu, Günay Şuşalı və Natiq Həziyev öz oynaq mahnıları ilə gözəl ab-hava yaradıblar. Uşaqlar doyunca oynayıb, əylənib, sevdikləri musiqi sədaları altında yaxşı vaxt keçiriblər. Mərkəzdəki uşaqların özfəaliyyət çıxışları da çox böyük maraqla qarşılanıb. Balaca rəqqasələrin musiqi nömrələri hər kəsin zövqünü oxşayıb, qürur, sevinc hissi keçirməyə səbəb olub. Onlar rəqsləri ilə əzmkarlıqları nümayiş etdirib, böyük sosial mesaj almağımız üçün yardımçı olublar.


Meyvə və şirniyyat stolu açılan 50-yə yaxın uşağın hər birinə sonda xüsusi – onların əqli, fiziki və sosial inkişafı üçün yararlı, həmçinin hədiyyələri də təqdim olunub.


* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ"ın ÇL-dəki uğuru Türkiyə kanalında müzakirə olundu - VİDEO
I Divizion klubunda gözlənilməz istefa!
Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
I Divizionda yarışacaq "Vətən"nin sponsoru kim olacaq?
"Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
"Qəbələ"dən Qriqorçuka görə gedib
Ramin Musayev Sumqayıtda buna görə xəcalət çəkmişdi - FOTOLAR
"Turan Tovuz"un bombardiri MOİK-lə müqavilə bağladı!
"Qarabağ" - "Kopenhagen" 1:0 - VİDEO
Elxan Abdullayev söydüyü azarkeşi hədələdi: "Lazım gəlsə, biabır edərəm"

Xəbər Lenti
18 Avqust 2017
00:30 Pavel Paşayev oynamadı, komandası səfərdən heç-heçə ilə döndü
00:01 Divizionun debütantı daha bir transfer etdi
17 Avqust 2017
23:30 FİFA ən yaxşı futbolçu adına 24 namizədi açıqladı
22:30 Azərbaycan Qılıncoynatma Federasiyasına yeni prezident seçildi
21:30 Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti oldu
20:30 2017-ci ilin ən yaxşı baş məşqçisi adına 12 namizəd
20:00 Millimizin üzvü növbəti turu buraxmalı olacaq
19:30 Braziliya millisinin üzvü rəsmən “Barselona”da
19:00 UEFA Maksim Medvedevlə bağlı qərarını açıqladı
18:30 “Kəpəz” “Zirə” ilə oyuna Bakıda hazırlaşır
18:00 Futbol ictimaiyyətindən kimlərin övladları tələbə adını qazanıb?
17:40 Ağır atletlərimiz ali təhsil müəssisələrinə qəbul olunublar
17:21 PFL-dən “Kəpəz”ə “yaşıl işıq”
17:00 "Göyçə" millimizin sabiq üzvüləri ilə müqavilə bağladı
16:40 Maks Qradel "Tuluza"da
16:21 Ukrayna yığmasının sabiq üzvü Super Liqa klubunda
15:40 Behrami yenidən İtaliya klubunda
15:22 "Roma"nın forvardı "Torino"da
15:00 "İnter"in Raufa nə qədər borcu var?
14:51 Bakı klubu Yusubova tapşırıldı
14:41 Messi Ramosu təhqir etdi - VİDEO
14:00 Karatedə də böhran?
13:40 "Neftçi"nin sabiq forvardı Malta klubunda
13:21 Dieqo Simeonenin oğlu rəsmən "Fiorentina"da
13:00 "Səbail"in hakimi döyən rəsmisi danışıdı - MÜSAHİBƏ
12:40 Premyer Liqa klubundan rekord məbləğə transfer
12:22 2-ci turun oyun cədvəli açıqlandı, "Kəpəz"in "Zirə"ni qəbul edəcəyi stadion məlum oldu
12:21 "Real" "Barselona"ya doğma meydanda da qalib gəldi - VİDEO
12:00 Bakıda daha bir klub yaradıldı: I Divizionda oynayacaq
11:42 Sadio Super Liqa klubu ilə müqavilə imzaladı
11:21 "Barsa"da ciddi itki: Luis Suares 1 ay oynamayacaq
11:21 "Qarabağ"ın qapıçısı milli komandaya çağırıldı
11:00 "Qarabağ"ın qələbəsi türk telekanallarında - VİDEOLAR
10:40 Millimiz Sarayevodakı 2-ci sınağından məğlub ayrıldı
10:20 "Başakşəhər" "Sevilya"ya ev oyununda uduzdu
00:00 "Kopenhagen" Maksim Medvedevi UEFA-ya şikayət etdi
16 Avqust 2017
23:30 Avropa Liqası: “Zenit” “Utrext”ə məğlub oldu
20:00 "Yuventus"dan daha bir transfer
19:00 Futbolçularımızın klubuna azarkeş qadağası
18:40 Novruz Məmmədovun zədəsi ciddi deyil
18:21 Boatenq ilə yollar ayrıldı
18:00 Elxan Abdullayev söydüyü azarkeşi hədələdi: "Lazım gəlsə, biabır edərəm"
17:40 Bakka rəsmən La Liqa klubunda
17:26 "Qarabağ" Çempionlar Liqasının qrupuna düşsə nə qədər qazanacaq?
17:00 "Neftçi" "Asan xidmət"lə vidalaşdı
16:52 I Divizion klubunda gözlənilməz istefa!
16:41 Məmmədov ÇL matçına təyinat aldı
16:20 AGF millimizin baş məşqçisi ilə yolları ayırdı
15:57 Üç saniyəlik xoşbəxtlik
15:41 PSJ-dən Premyer Liqa klubuna
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.