Ucuz təyyarə biletləri

Arda kimi olmayın!

Tarix:  06.06.17 11:06           Yazar:  Amal Abuşov           Oxunub: 556 dəfə

Ötən ilin yayında bütün futbolsevərlərin diqqətləri Avropa çempionatı yönəlmişdi. Fransada bir-birindən maraqlı qarşılaşmalar izləyir, azarkeşlik etdiyimiz komandalara görə həyəcan keçirirdik.
Sözsüz ki, bütün böyük turnirlərdə olduğu kimi, bu dəfə də qəlbimizi Türkiyəyə vermişdik. “Ay-ulduzlular” üçün həyəcanlanır, uğurlarına sevinir, məğlubiyyətlərinə üzülürdük. Düzdü, Terimin cəngavərləri bizi daha çox məyus etdilər. Sonuncu oyundakı Çexiya üzərindəki qələbəylə ürəyimizdə ümid qığılcımları yaransa da, həmin qığılcımlar alovlanmadı, böyük atəşə çevrilmədi.
Qitə çempionatı Türkiyə millisi üçün bitəndən sonra böyük müzakirələr start götürdü. Qardaş ölkənin mətbuatı “milli takım”ın düşərgəsinə yaşananlardan, futbolçularla Fatih hoca arasındakı gərginlikdən yazdı. Həmkarlırımız iddia edirdilər ki, kapitan Arda komanda yoldaşları adından Terimin yanına gəlib, ondan qələbəyə görə veriləcək mükafatın məbləğinin açıqlanmasını tələb edib.


Həmin xəmir çox su apardı. İş o yerə gəlib çatdı ki, Arda başda olmaqla bəzi tanınmışların üzünə millinin qapıları bağlandı, Terim komandanı gəncləşdirməyə başladı. Ardayla Terim arasındakı “soyuq müharibə” ölkənin siyasi rəhbərliyi sayəsində müzakirə olundu, buzların əridilməsi, küsülülərin barışdırılması üçün ən yüksək səviyyədə hərəkətə keçildi. Nəticəsi özünü çox gözlətmədi. Arda “ay-ulduzlu” formasına və kapitan sarığısına qovuşdu. Düşündük ki, bütün yaşananlar keçmişdə qaldı, öz millimiz qədər sevdiyimiz, azarkeşlik etdiyimiz komandanın düşərgəsindən belə xəbərlər eşitməyəcik, yeni dava-dalaşlara şahidlik etməyəcəyik. Amma tələsibmişik...

 

“Barselona”da əsas heyətə düşə bilməyən, meydanda ara-sıra görünən Turanın adı az qala hər gün Kataloniya təmsilçisindən göndəriləcək futbolçular sırasında çəkilir. Xeyirlisi deyirik, onun üçün daha yaxşı olacaq bu klubda qərar tutması üçün dua edirik. Şübhəsiz ki, 80 milyonluq Türkiyədə də eynisi yaşanır. Hamı türk futbolunun istedadlı nümayəndəsinin səsinin yenidən Avropanın “top-klublar”ının əsas heyətindən gəlməsini arzulayır. Bizim üçün Ardanın sabit çıxışı, ad-sanı vacibdi. Deyəsən, onun özü üçün belə deyil.

 

Arda dünən axşam Makedoniyadan havaya qalxan milli komandanın təyyarəsində “Milliyət” qəzetinin yazarı Bilal Meşəyə hücum edib, onun boğazından yapışaraq ötən il yazdıqlarına görə hesabat tələb edib. Atası yaşında kişini təhqir etməkdən, boğmaqdan çəkinməyib. Kiminsə yazdıqları yalan da olar, sənin xoşuna gəlməyə də bilər. Amma heç bir halda ondan bunun hesabatını boğmaqla, söyüş söyməklə soruşmaq olmaz. Ən azından ayıbdır, sivil cəmiyyətdə qəbul olunmayacaq davranışdır.

 

Daha sonra sosial şəbəkə hesabından açıqlama yayan Arda əməlindən peşman olmadığını vurğulayıb. Sözsüz ki, onun bu hərəkətləri cavabsız qalmayacaq. Türkiyənin böyük jurnalist ordusunun təzyiqinə, TFF-nin və Fatih Terimin verəcəyi cəzaya dözməli olacaq. Bəlkə də TFF özü təzyiqlər qarşısında geri çəkiləcək, Ardanı qeyri-müəyyən müddətə millidən uzaqlaşdıracaqlar. Bu hadisə Ardanın klub karyerasına da təsirsiz ötüşməyəcək. Mümkündür ki, Avropa klubları bu davranış yiyəsini transfer siyahısından birdəfəlik çıxaracaqlar. Nəticədə türk millətinin istedadlı övladının karyerasında sonu uçuruma apara biləcək bir eniş başlayacaq.

 

Dərs çıxarası bir davranışdı. Düzdü, bizim Arda qədər istedad yiyəsi olan futbolçumuz yoxdu. Amma az-çox istedadlı olanlardan da təvəqqem var: siz Arda kimi olmayın!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.