Ucuz təyyarə biletləri

Azərbaycan millisinin 13-cü cəhdi

Tarix:  16.06.17 19:06           Yazar:             Oxunub: 184 dəfə

Bu gün kişi boksçular arasında 42-ci Avropa çempionatına start verilib. Ukraynanın Xarkov şəhərində keçiriləcək qitə birinciliyində Azərbaycan millisi 10 idmançı ilə təmsil olunur.


İyunun 26-dək davam edəcək yarış millimizin tarixinə 13-cü Avropa çempionatı kimi düşəcək. Belə ki, 1993-cü ildə Türkiyənin Bursa şəhərində keçirilən analoji yarışdan başlayaraq qitə çempionatlarının daimi iştirakçısına çevrilən komandamız 12 turniri arxada qoyub. Bu müddətdə idmançılarımız 4 qızıl, 6 gümüş və 8 bürünc medal əldə ediblər. 12 çempionatda 18 mükafat qazanan yığmamız son 4 yarışda medalsız qalmayıb.


Yığmamızın 18 medalını 14 boksçu qazanıb. Onlardan 4-ü 2, 10-u isə 1 dəfə fəxri kürsüyə qalxıb. Avropa çempionatının 2 medalına sahib olanlardan biri Elvin Məmişzadə 3-cü uğurunu qazanmağa çalışacaq. Dünya çempionumuz qitə birinciliklərində indiyədək 1 gümüş və 1 bürünc medal əldə edib. Onun kimi Teymur Məmmədov, Salman Əlizadə və Şahin İmranov da 2 dəfə qitənin ən mötəbər yarışından mükafatla dönüb. Teymurun hesabında qızıl və gümüş, Salmanda qızılla bürünc, Şahində isə 2 gümüş medal var. Lakin bu “üçlük”dən heç biri mükafat sayını Xarkovda artıra bilməyəcək. Buna səbəb İmranovun karyerasını bitirməsi, digərlərinin “10-luq”dan kənar qalmasıdır. Əvəzində 2013-cü ildə Minskdə çempionluq yaşayan Məhəmmədrəsul Məcidov növbəti medal uğrunda mübarizə aparacaq.


Əvvəlki Avropa çempionatlarında mükafat qazanmış Məmişzadə və Məcidovla yanaşı, daha 7 boksçumuz beynəlxalq yarışlarda millimizin şərəfini qoruyub. Eldar Quliyev (81 kq) isə əsas komandamızla ilk sınağında gücünü yoxlayacaq.


Qeyd edək ki, Avropa çempionatında yığmamızın şərəfini Məsud Yusifzadə (49 kq), Elvin Məmişzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Lorenzo Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Eldar Quliyev (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) qoruyacaq.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Qriqorçuk onu göndərməyə hazırlaşır?
Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
"Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
"Qarabağ" "Qəbələ"yə uduzdu
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək

Xəbər Lenti
23 Oktyabr 2017
17:24 Super Liqa klubu baş məşqçisini qovdu
17:00 "Qəbələ"də "Qarabağ" mükafatı
16:42 Rauf Əliyevdən Albaniyada növbəti qol - VİDEO
16:21 Millimizin üzvü Açıq Asiya Kubokunun qızıl medalını qazandı
16:00 Cavid Hüseynov: "Qol gücü yox, oyun nümayiş etdirmək lazımdır" - MÜSAHİBƏ
15:57 Naxçıvanda yeniyetmə cüdoçular arasında birincilik keçirilib
15:40 Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu
15:21 “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü
15:00 Mirbağır İsayev milliyə legioner götürməkdən imtina edib
14:41 Liderlərin məğlubiyyətsizliyinə son
14:20 Premyer Liqada iki rekord
14:00 Samir Abasov onu niyə əvəzedici komandaya göndərib?
13:42 90 dəqiqə və 1 xal
13:21 Bir oyun canlı yayımda
13:00 "Viləş" Masallı rəhbərliyinə ağız açdı: Heç olmasa qazonu qaydaya salın
12:43 “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək
12:21 Dadaşovun komandası 3 xalı 3 qolla qazandı
12:00 "Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
11:41 Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”
11:21 Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə
11:00 Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
10:31 İsrafilov oynadı, 3 qola üzüldü
10:00 AFFA-nın sabiq hakimi sədr postuna gətirildi
09:22 Hücumçumuz oynamasa da komandası qələbə qazandı
22 Oktyabr 2017
23:27 Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.