Ucuz təyyarə biletləri

"Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq" - SORĞU

Tarix:  17.06.17 12:06           Yazar:  Rekord.az           Oxunub: 405 dəfə

Futbol üzrə milli yığmamızın baş məşqçisi Robert Prosineçkinin "sükan arxasından" ayrılması iddiası yenidən gündəmə gəlib. Hətta yaxın günlərdə Robert Prosineçkinin AFFA rəhbərliyi ilə görüşəcəyi və müqaviləni vaxtından əvvəl pozacağı bildirilir. Türkiyə mediası yazır ki, baş məşqçi Türkiyənin "Bursaspor" klubuna keçəcək. Təbii, AFFA nümayəndəsi bu məsələyə birmənalı yanaşıb və Robert Prosineçki ilə müqavilələrinin ilin sonuna kimi olduğunu qeyd edib. Sputnik Azərbaycan idman jurnalistlərindən Prosineçki postundan gedərsə, onun əvəzinə kimin gəlməsini daha məqsədəuyğun saydıqlarını soruşub.

Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev deyib ki, Prosineçki gedəcəksə, onu müvəqqəti kimsə əvəzləməlidir: "Bir daha təkrar edirəm – müvəqqəti. "Bir nömrəli namizəd" olan Qurban Qurbanova hələ dəymək olmaz. O, "Qarabağ"la ÇL-ə hazırlaşır və fikirlərini iki yerə bölməməlidir. Getməyini istəmədiyim Roberti qısa müddətə əvəzləmək üçün bir neçə mütəxəssisin adını çəkmək olar. Bu, gənclər də ola bilər, sabiq, tanınmışlar da. "Köhnələr"dən Məşqçilər Komitəsinin üzvləri, yenilərdən isə Adil Şükürov, Tərlan Əhmədov və başqaları bu posta gələ bilər".

Qazax İdman və Sağlamlıq Komleksinin tərkibindəki futbol meydançasının bugünkü vəziyyəti
© SPUTNİK / HİKMET ORHUN
Gəl də, bu şəraitdə futbolu inkişaf etdir...
10
"Gec-tez Qurban Qurbanov millinin baş məşqçisi olacaq. Ona rahat hazırlıq dövrü təqdim etmək, 2-3 oyunla yormamaq lazımdır" – deyə Kənan Məstəliyev əlavə edib.

Apasport saytının baş redaktoru İxtiyar Əsgərov bildirib ki, Prosineçkinin milli komandadan gedəcəyi barədə hələlik rəsmi xəbər yoxdur:

"AFFA israrla xorvatiyalı çalışdırıcının 2017-ci ilin sonunadək yığmamızda qalacağını bildirir. Prosineçki özü də həmin vaxtadək Azərbaycanda çalışacağını vurğulayıb. Amma onun gedəcəyi təqdirdə milli komandaya ən layiqli namizəd isə Qurban Qurbanovu görürəm".

Kaspi qəzetinin redaktoru Natiq Muxtarlı məsələyə münasibət bildirərkən deyib ki, Robert Prosineçkinin Azərbaycan yığmasının baş məşqçi postundan getməsi yığmanın nəticələrinə ciddi təsir etməyəcək:

"Onun yerinə gələcək şəxs də milli komanda ilə uğurlu nəticələrə qazana bilməyəcək. Bu mənada, Prosineçkinin yığmada qalıb-qalmamağının, onu kimin əvəz edib-etməməyinin heç bir əhəmiyyəti yoxdur. Uzaqbaşı, yeni gələn məşqçi 1 xal az və ya çox toplayacaq. Amma görünən odur ki, Azərbaycan yığması böyük turnirlərə vəsiqə əldə edəcək səviyyədə deyil. Bunun günahını isə məşqçilərdə axtarmamalıyıq. Azərbaycan futbolunda uğurlu nəticələrin olması üçün ilk növbədə, AFFA yenidən qurulmalıdır. Peşəkar idarəetmə qabiliyyəti olan, Azərbaycan futbolunun spesifik xüsusiyyətlərini bilən idarəçilərdən ibarət AFFA qurulmalıdır. Bu təşkilatın futbolun inkişafı ilə bağlı düşünülmüş strategiyası olmalıdır".

Muxtarlı futbolla bağlı reklam siyasətinin də düzgün olmadığını dilə gətirib:

Azərbaycan - Şimali İrlandiya oyunu
© AFP / TOFIK BABAYEV
Azərbaycan millisi öz meydançasında məğlub oldu
"DÇ-in seçmə mərhələ oyunlarının keçirildiyi stadionlarda SOCAR-ın reklamları yer alır. Amma Masallıda, Tovuzda, Gəncədə, Şirvanda, Sabirabadda, Cəlilabada uşaqlar futbol oynamaq üçün adicə top da tapa bilmirlər. O reklam Azərbaycan futboluna nə verir? Heç nə. Ancaq əvəzində topa həsrət qalan o uşaqların arasında neçə-neçə istedad məhv olur. Ona görə də, ilk növbədə AFFA-ya futbolu bilən prezident rəhbərlik etməlidir, peşəkar idarəetmə strukturu qurulmalıdır. Bütün bunlar olmayana qədər, biz ancaq hansısa məşqçilərin gəlişini və gedişini müzakirə edəcəyik".

Komanda saytının baş redaktoru Rəşad Ergün Robert Prosineçkinin getməsini müsbət hal kimi dəyərləndirib:

"Ən yaxşı variant xorvat mütəxəssislə elə indi — "Bursaspor"dan ona təklif gəlmişkən vidalaşmaqdır. Hətta AFFA rəsmiləri Türkiyə klubundan müəyyən kompensasiya da tələb edə bilər. Prosineçkini müqaviləsi bitməmiş buraxmağın qarşılığı olaraq".

"Bir sözlə, AFFA artıq Prosinekçki "dəftər"ini bağlamalı, yeni dövrə — 2020-ci ildə keçiriləcək Avropa çempionatına hazırlığa başlamalıdır. Və bu hazırlıq əcnəbi mütəxəssisin yox, yerli — "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovun rəhbərliyi altında həyata keçirilməlidir. Zatən Rövnəq Abdullayevin federasiyasının bu gün hansısa tanınmış əcnəbi məşqçiyə verməyə pulunun olduğuna inanmırıq. Berti Foqts, Robert Prosineçki kimi tanınmışlar isə pula gəlir — nəticə pisdir, yaxşıdır, fərq etməz. Onlar Azərbaycan kimi ölkələri pula görə seçirlər. Pul isə… Artıq əvvəlki kimi neft borularımızdan pul axmır" — deyə Ergün bildirib.

mənbə: sputnik.az

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
Mahir Şükürov Ukrayana getdi
Qriqorçuk onu göndərməyə hazırlaşır?
“Zirə” uduzdu, “Neftçi” qalib gəldi
Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
"İnşaatçı" stadionu da plandan çıxarıldı: pul yoxdur
Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
"Qarabağ" "Qəbələ"yə uduzdu
"Kəpəz" yenidən Gəncədən didərgin düşəcək
"Energetik" AFFA-dan cavab gözləyir

Xəbər Lenti
23 Oktyabr 2017
15:00 Mirbağır İsayev milliyə legioner götürməkdən imtina edib
14:41 Liderlərin məğlubiyyətsizliyinə son
14:20 Premyer Liqada iki rekord
14:00 Samir Abasov onu niyə əvəzedici komandaya göndərib?
13:42 90 dəqiqə və 1 xal
13:21 Bir oyun canlı yayımda
13:00 "Viləş" Masallı rəhbərliyinə ağız açdı: Heç olmasa qazonu qaydaya salın
12:43 “Neftçi” “Sumqayıt”la oyunun hazırlığına sabah start verəcək
12:21 Dadaşovun komandası 3 xalı 3 qolla qazandı
12:00 "Sumqayıt"ın futbolçusu "Zirə"nin maraq dairəsində - ÖZƏL!
11:41 Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”
11:21 Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə
11:00 Millimizin sabiq üzvü Tovuzda restoran açdı - FOTOLAR
10:31 İsrafilov oynadı, 3 qola üzüldü
10:00 AFFA-nın sabiq hakimi sədr postuna gətirildi
09:22 Hücumçumuz oynamasa da komandası qələbə qazandı
22 Oktyabr 2017
23:27 Qubadlı futbolunun tarixindən: “Həkəri”dən “Həkəri”yə - II YAZI
23:00 “Atletiko” səfərdə qələbə qazandı - VİDEO
22:30 Kamran Ağayev oynadı, komandası 5 qola sevindi
22:00 “Qarabağ”ın rəqibi 3 xalı tək qolla qazandı - VİDEO
21:32 Rəşad Sadıqov hakimi belə itələdi və sarı vərəqə aldı - FOTOLAR
21:31 "Qəbələ" - "Qarabağ" 1:0 - VİDEO
21:22 Rəşad Sadıqov: "Həmin epizodda mən səhv saldım" - MÜSAHİBƏ
21:05 Fariz Nəcəfov: "Futbolçuların bundan xəbəri yox idi" - MÜSAHİBƏ
21:02 Qurban Qurbanov: “Uğurlu seriyamız nə vaxtsa qırılmalı idi”
21:01 Roman Qriqorçuk: “Bu barədə düşünmürəm”
20:26 "Qarabağ" "Qəbələ"yə uduzdu
19:30 Dəniz Yılmaz oynamadı, “Bursaspor” xal itirdi
19:00 “Duysburq” Eratsız qalib gəldi
18:41 Dmitri Nazarov qovuldu
18:34 Kəmaləddin Heydərov "Qəbələ"nin oyununda
18:21 “Sumqayıt” “Zirə”yə, “Kəpəz” “Neftçi”yə uduzdu
18:00 “Qalatasaray” – “Fənərbaxça” matçında “Qarabağ” plakatı açılacaq
17:45 Təxirə salınmış oyunun vaxtı bəlli oldu
17:30 Fariz Məmmədov: “Roman Qriqorçuk amilinin də rolu var”
16:30 “Qəbələ” Ukrayna klubuna məğlub oldu
16:00 “Azərbaycan çempionatı Avropaya gedən yolda bizim üçün tramplin ola bilər”
15:30 4-cü turun oyun cədvəli açıqlandı
14:38 Yığmamızın üzvü ilk qələbəsinə sevinib
14:30 “Marafon”la Sultanov zirvədə
14:29 Voleybolçumuz meydana çıxmadı, komandası uduzdu
14:16 Məmmədovadan Rusiyada növbəti qələbə
14:00 Futzal üzrə Azərbaycan çempionatında dava düşdü
13:30 Samir oynadı, “Fakel” yenə uduzdu
12:31 Əsgərov Latviyada yenə dubla imza atdı
12:00 Gecə "Maşın show"da iştirak etdi, sabah Premyer Liqa oyununa çıxdı
11:41 Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi
11:23 Millimizin üzvü oynadı, komandası xal itirdi
11:00 "Kəpəz"də adam döyən işçinin yerinə yeni təyinat
10:30 “Qarabağ”dan möhtəşəm qələbə və liderlik
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.