Ucuz təyyarə biletləri

Vidadi Rzayev illər sonra açıqladı: “Yeməyimizə nə qatmışdılarsa…” - YAZI

Tarix:  18.06.17 13:06           Yazar:  Rekord.az           Oxunub: 609 dəfə

Futbolumuzun tarixinə düşmüş oyunlar silsiləsindən növbəti yazımızı sizə təqdim edirik. Bu dəfəki yazı 1999-2000-ci il Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçirilən “Kəpəz” – “Sloqo Yugomaqnat” matçı haqqındadır. Sözügedən qarşılaşma 1999-cu ilin 25 iyulunda baş tutub.  Həmin vaxt Çempionlar Liqasında ölkəmizi məhz Gəncə təmsilçisi təmsil edirdi. Azərbaycan çempionu artıq üçüncü dəfə idi ki, Avropanın ən mötəbər klub turnirinə qatılırdı. Ölkəmiz avrokuboklarda 1994-cü ildə “Turan”ın timsalında debüt etsə də futbol reytinqimiz aşağı olduğu üçün ilk 3 ildə UEFA bizi Çempinlar Liqasına buraxmadı. Buna görə də Azərbaycan çempionu yalnız UEFA kubokunda oynamaqla kifayətlənirdi. Yalnız 1997-ci ildə “Neftçi”nin timsalında ilk dəfə Çempionlar Liqasında debüt etsək də hər şey rüsvayçılıqla nəticələnmişdi. Polşanın “Vidzev” klubu hər iki oyunda “ağ qaralar”ı “döymüşdü” (2:0, 8:0). 1998-ci ildə Gəncənin  “Kəpəz” komandası da Avropanın ən mötəbər turnirində oynamağa hazır olmadığımızı göstərdi. Gəncəlilər bu dəfə Polşanın başqa bir təmsilçisi olan “LKS Lodz”-a boyun əydi – 1:4, 1:3. Halbuki,  həmin dönəm “Kəpəz” daxili arenada rəqiblərindən bir baş üstün idi. Çempionluğu da bir oyun məğlub olmadan qazanmışdı. 1999-cu ildə isə azarkeşlər bir qədər ümidldi idi. Ümid edirdilər ki, iki mövsüm ard-arda Çempionlar Liqasındakı bərbad çıxışdan sonra heç olmasa bu dəfə ölkə çempionumuz rəqibinə müqavimət göstərə biləcək. Rəqib də o qədər reytinqli olmayan Makedoniya çempionu  idi.  Azarkeşlərin gözləntiləri hardasa özünü doğrultdu. Belə ki, Azərbaycan çempionu bu dəfə əvvəlki illərlə müqayisədə qapazaltı olmadı. Hətta səfərdəki ilk oyundan sonra nəticə də ümidverici idi. “Kəpəz” rəqibinə minimal hesabla uduzmuşdu – 0:1. Demək ki, evdəki oyunda azarkeşlərin də dəstəyi ilə mərhələni keçmək olardı. Cavab oyununda hesabı açan tərəf də biz olmuşduq. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmanın 20-ci dəqiqəsində Ramiz Məmmədov künc zərbəsindən sonra fərqlənmişdi. Lakin 35-ci dədiqədə müdafiədə buraxılan uşaq səhvi nəticəsində qonqlar hesabı bərabərləşdirmişdi. Bundan sonra “Kəpəz”ə mərhələni keçmək üçün iki qol lazım idi. İkinci hissədə oyun demək olar ki, bir qapıya getsə də təmsilçimiz yalnız sonuncu dəqiqədə ikinci qolu vura bildi. Penaltidən Vidadi Rzayev fərqlənir. Rəqib oyuna mərkəzdən başlayan kimi hakim final fitini verdi və bununla da növbəti mərhələyə Makedoniya çempionu adladı. Bu oyunu bizim üçün tarixə keçirən məqam isə məhz bu qələbə olur. Belə ki, “Kəpəz” mərhələ keçə bilməsə də qazandığı 2:1-lik qələbə Azərbaycan klubları arasında Çempionlar Liqasında qazanılan ilk qələbə olur. Məhz bu səbəbdən bu oyuna tarixi səyahət edib daha geniş toxunmağı lazım bildik. Həmsöhbətimiz isə qələbə qolunun müəllifi olmuş Vidadi Rzayevdi. Onunla ətraflı söhbət zamanı bir çox maraqlı məqamlar da üzə çıxdı.

 

 

“Yeməyimizə nə qatmışdılarsa, hamının qarnı gedirdi”

 

İlk olaraq Makedoniyadakı oyundan başladıq. Çünki ilk matç orada oynanılmışdı. 0:1 uduzduğumuza baxmayaraq Rzayev məğlubiyyətə layiq olmadıqlarını düşünür. Hətta iddia edir ki, makedoniyalılar onlara qarşı planlı surətdə təxribat hazırlamışdılar.  Gəncəlilər də məhz həmn təxribatın qurbanı olublar: “Bizim üçün o vaxt rəqibin kimliyinin elə də əhəmiyyəti yox idi. Çünki futbolumuzun reytinqi onsuz da aşağı idi. İstənilən rəqib bizim üçün güclü idi. Bir mövsüm öncə Polşanın “LKS Lodz” klubu ilə qarşılaşmışdıq və orda 1:4, evdə də 1:3 uduzmuşduq. Təbii ki, o dövr Polşa futbolu ilə Makedoniya futbolunun səviyyəsi eyni deyildi. Polşa futbolu daha güclü idi. Bu mənada “Sloqo Yugomaqnat”la oyunlarda mərhələ keçməyə ümid edirdik. Üstəlik, ilk oyun səfərdə idi. Hazırlığımız normal keçdi. Klubumuzun o vaxtkı prezidenti Müşviq Vəkilov idi. Əlindən gələni edirdi ki, hazırlığımız yaxşı keçsin. Məlum məsələdir ki, o vaxt futbolda indiki imkanlar, indiki pullar  yox idi.  İndi klublarımız gedib Avstriyada hazırlıq keçirlər. Biz amma Gəncədə hazırlıq keçirdik. Ən yaxşı halda Buzovnada toplanış keçib ordan da Avropaya yollanırdıq. Buna baxmayaraq, hədəf qoymuşduq ki, ən azı heç-heçə ilə geri dönək.  Amma Makedniyada qarşılaşdığımız bir olay bizə əsl şok yaşatdı. Səfərə bir gün öncədən getmişdik. Ora ayaq basanda, oteldə, küçədə hər hansı bir təzyiq, pis münasibətlə qarşılaşmadıq. Qalacağımız oteli də yerli komanda seçmişdi ki, burda qalacaqsınız. Amma pulu təbii ki, özümüz ödəyirdik. Ölkə də, şəhər də ürəyimizdə idi. Gözəl təbiəti var idi. Meydançaları da yaxşı idi. O vaxt bizdə elə meydançalar yox idi. Bütün bunlar bizim üçün çox xoş görüntülər idi. Nə oldusa oyun günü günorta yeməyindən sonra oldu. Yeməyimizin içinə nə qatmışdılarsa bilmədik, amma oyun qabağı üzr istəyirəm ifadəmə görə, hamının qarnı getməyə başladı. Oyuna da o vəziyyətdə getdik və oyunun gedişində də bunun acısını çəkdik. Məncə, bütün bunlar hamısı bizə qarşı hazırlanmış xüsusi planlı təxribat idi. Çünki eyni yeməkdən sonra hamının qarnı gedirsə bu, təsadüf ola bilməzdi. 100 faiz təxribat idi. Menyunu bizim həkimin rəyi ilə hazırlamışdılar. Amma yeməyə nə isə qatmışdılar”.

 

 

“Oyunu udmalı idik”

 

Bütün bunlara baxmayaraq, Rzayev həmin oyunun udulmalı oyun olduğu qənaətindədir: “Üzləşdiyimiz problem bizi çox pis vəziyyətə salmışdı. Oyunun gedişində hiss elədik ki, əməlli-başlı halsızlıq yaranıb. Bununla belə, sizə deyim ki, həmin oyunu uduzmamalı idik. İlk hissədə iki dəfə real qol imkanımız oldu. Bir epizodda Yunis Hüseynov, bir epizodda isə Rövşən Əhmədov real imkanı boşa verdi. Komandamızda bir gürcü var idi, Roin Gerdzevadze, onun da yaxşı imkanı oldu. Ümumiyyətlə, çox yaxşı futbolçu idi özü də səhv etmirəmsə Bundesliqada da oynamışdı, təcrübəli idi. Texniki imkanları da yaxşı idi. Təəssüf ki, bütün bu imkanlardan yararlana bilmədik və evə məğlub döndük”.

 

 

“Ağa deyir sür dərəyə, sür dərəyə”


Diqqətimizi çəkən daha bir məqamstadionla bağlı idi. Yazının əvvəlində də qeyd etdiyimiz kimi, bir il öncə gəncəlilər “LKS Lodz”u Gəncədə qəbul etmişdi. Demək ki, Gəncə stadionu UEFA tələblərinə cavab verirdi ki, orada beynəlxalq oyun keçirilməsinə icazə verilmişdi. Görəsən, bir il sonra “Kəpəz” niyə Bakıya gəlmişdi? Həmsöhbətimiz suala belə cavab verdi: “Bəli, “LKS Lodz”la Gəncədə oynamışdıq. Ondan sonrakı mövsüm bütün çempionat və kubok oyunlarımızı da Gəncədə keçirmişdik. Stadionla bağlı hər hansı bir problem yox idi. Heç elə məsələ də müzakirə olunmurdu ki, makedoniyalıları Bakıda qəbul edəcəyik. Hər şey anidən oldu. Qərarı rəhbərlik verdi. Bizə bununla bağlı bir söz demədilər. Sadəcə, dedilər ki, Bakıda oynayacayıq. Biz də sıravi futbolçular idik. Necə deyərlər, ağa deyir sür dərəyə, sür dərəyə (gülür). Amma Gəncədə oynasaydıq yəqin ki, mərhələni keçərdik. Çünki dogma meydança, dogma azarkeşlər qarşısında oynamaq əlavə üstünlükdür. Hər kəs də bilir ki, Gəncə azarkeşləri hazırda ölkədə bir nömrədir. O vaxt da ev oyunlarımıza yetərincə fanat gəlirdi. Təəssüf ki, bizə məlum olmayan səbəbdən oyunu Bakıya saldılar”.

 

 


“Qəbələ qolunu vurandan sonra sevinmədim”

 

“Vidoş” cavab oyununda yaşanan həyəcandan və əldən çıxan mərhələdən danışdı. Hətta hiss elədik ki, rəqibin vurduğu qol zamanı buraxılan səhvi indi də unuda bilmir: “Bilirdik ki, evdə qalib gələ bilərdik. Oyun planında elə də ciddi dəyişiklik yox idi. Heç bunu gözləmirdik də. Çünki geniş heyətimiz yox idi. Hamı bilirdi ki, kim hansı mövqeydə oynayacaq. Oyuna çox yaxşı başladıq və ardcıl hücumlar təşkil etməklə rəqibi öz qapısı ağzına sıxmağa nail olduq. Qolu da ilk hissə yarılanmamış vurduq. Künc zərbəsindən sonra mənim qaldırdığım topu Ramiz Məmmədov başla qapıdan keçirdi. Bu qol ən azı əlavə vaxt üçün bizə kifayət idi. Lakin hücumlara ara verməyib irəli atılmaqda davam elədik ki, ikinci, üçüncü qolu da vuraq. Bəlkə də bunu etməməli idik. Düzdür, imkanlarımız da oldu və həmin imkanlardan istifadə edə bilmədik. Əvəzində rəqib ani əks hücumda bizi cəzalandırdı. Əslində o anda bizim müdafiə xəttinin də çox kobud səhvi var idi. İndi sizinlə danışıram və həmin epizod gözümün qabağında canlanır. Bir müdafiəçimiz var idi, adını çəkməyəcəm. Həmin müdafiəçi elə səhv etdi ki… Halbuki hamımız dedik ki, top onundur və vurub çıxardacaq. Lakin nədənsə o da digər müdafiəçiyə arxayın oldu. Bir sözlə, aralarımnda anlaşılmazlıq oldu. Bundan  istifadə edən rəqib futbolçu da topa yiyələnib güclü zərbə ilə hesabı bərabərləşdirdi. İlk hissə 1:1 bitdi. Fasilədən sonra oyun demək olar ki, tamamilə bizim üstünlüyümüz şəraitində keçdi. Rəqibi tamamilə sıxmışdıq. Xeyli qol imkanlarımız da oldu. Di gəl ki, o imkanları qola çevirə bilmədik. Yalnız sonuncu dəqiqədə ikinci qolu vura bildik. Rəqib müdafiəçi Yunis Hüseynovu yıxdı və mən də penaltidən ikinci qolu vurdum. Amma o qola sevinmədik. Ən azı 5-10 dəqiqə qalsaydı qaçıb topu götürərdim ki,üçüncü qola da vaxt var. Lakin vaxt olmadığını bildiyim üçün nə sevindim, nə də topu götürdüm. Rəqib oyuna mərkəzdən başlayan kimi hakim oyunu bitirdi. Beləliklə də mərhələ keçməyə layiq olduğumuz halda bunu bacarmadıq.  Matçdan  sonra soyunub-geyinmə otağında çox dilxor idik, hamı başı aşağı oturmuşdu. Sağ olsun, klubumuzun prezidenti Müşviq müəllim gəldi dəstək oldu və yaxşı oyun üçün komandaya təşəkkür etdi”.

 

Vidadidən bir məsələyə də münasibət öyrəndik. Bakıdakı oyunun belaruslu hakimi Gennadi Yakubovski də oyunun gedişində bizə az kömək eləməmişdi. İkinci hissədə onun qərarlarının əksəriyyəti “Kəpəz”in lehinə idi. Hətta son dəqiqədə təyin etdiyi penalti də şübhəli idi. Çünki o epizodda rəqibin doğurdan Yunis Hüseynovu vurduğu, yoxsa Hüseynovun özünü yerə atdığı müzakirə olundu. Həmsöhbətimiz sualımıza belə cavab verdi: “Hakimin bizə müəyyən simpatiyası ola bilərdi, bunu danmıram. Hər necə olsa, keçmiş SSRİ nümayəndəsi idi. Amma oyunun nəticəsinə təsir edəcək heç bir səhvi olmadı. Penalti 100 faizlik idi. Digər epizodlarda da müəyyən epizodlarda daha çox bizim lehimizə qərar verməsini normal sayıram. Amma dediyim kimi, bulərəkdən səhvlər etmədi. Heç bir hakim bunu etməzdi də axı. Kim öz gələcək karyerasını təhlükəyə atar? O oyunu biz özümüz öz gücümüz hesabına udmalı idik. Bunun üçün xeyli imkanımız da oldu. Amma bəxtimiz gətirmədi”.

 

“Kəpəz”: Hüseyn Məhəmmədov, Elxan Şahniyarov, Vasif Vəliyev, Emin Quliyev, Vidadi Rzayev, Ramiz Məmmədov, Roin Gerdzevadze, Mahmud Qurbanov, Azər Cabbarov, Rövşən Əhmədov, Yunis Hüseynov
Baş məşqçi: Mehman Allahverdiyev


“Sloga Yugomagnat”: Gogo Jovçev, Arsim Abazi, Saso Zdravevski, Esad Çolakoviç, Refik Arif, Necmeddin Memedi, Argent Beçiri, Nebi Mustafi, Masar Omeragic, Feim Beganoviç, Saso Blazevski
Baş məşqçi: Dorde Yovanovski
Hakimlər: Gennadi Yakubovski, Yuri Dupanov, Vyaçeslav Biykov
Qollar: R.Məmmədov, 20 (1:0); Necimeddin memedi, 35 (1:1); Vidadi Rzayev, 90 (pen. 2:1)
Sarı vərəqələr: Ramiz Məmmədov, 39; Fazil Pərvərov, 88 – “Kəpəz”, Gogo Jovçev, 84; Esad Çolakoviç, 63; Masar Omeragiç, 76 – “Sloga Yugomagnat”
21 iyul, 1999-cu il Bakı, Tofiq Bəhramov adına Respublika stadionu 6000 tamaşaçı.

 

Maraq üçün qeyd edək ki, “Kəpəz”İ mübarizədən kənarlaşdıran “Sloqo Yugomaqnat” özü də çox uzağa gedə bilmədi. Növbəti mərhələdə Danimarka “Brondbü”sünə hər iki oyunda uduzan Makedoniya təmsilçisi mübarizəni dayandırdı – 0:1, 0:1. Makedoniya çempionu ilə oyun isə “Kəpəz”in Çempionlar Liqasındakı hələ ki, sonuncu oyunudur. Üstündən 18 il keçməsinə baxmayaraq…

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
"Xəzər Lənkəran" qayıtsa...
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq

Xəbər Lenti
26 İyun 2017
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
20:57 Almaniya Kamerunu məğlub etdi, Çili Avstraliya ilə bərabərə qaldı
20:17 Azad Rəhimov: "Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik"
20:00 Dəniz Yılmaz "Göztəpə" ilə anlaşdı
19:00 Dabo Hollandiya klubu ilə müqavilə imzaladı
18:38 Yığmamız Avropa Liqasını bir xalla başa vurdu
17:41 "Zirə" - "Differdanj" matçına doğru - VİDEO
17:22 DÇ-nin ikinci günündə də uğur qazana bilmədik
17:00 "Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
16:40 Oliç də karyerasını başa vurdu
16:21 Ramil Şeydayev oynadı, komandası 6 qol vurdu
15:41 La Liqaya son vəsiqə də sahibini tapdı
15:20 AÇ-nin yarımfinalçıları bəlli oldu
15:00 Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
14:41 "Real"ın sabiq qapıçısı "Udineze"də
14:20 "İnter" yeni yarımmüdafiəçi aldı
14:00 Futbol klublarımız niyə futzala diqqət ayırmır?
13:40 Stanislav Çerçesov Rusiya yığmasından "bərk yapışıb"
13:22 Marsel "Olimpik"i yeni hücumçu aldı
13:00 I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
21:00 Portuqaliya və Meksika növbəti mərhələdə!
20:00 "Skenderbeu" çempionluq titulundan məhrum edildi
19:00 "Zirə"nin rumıniyalısı gəldi çıxdı
18:30 "Qəbələ"nin yeni transferini yaxından tanıyaq - VİDEO
18:00 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
17:43 Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR
17:23 Rusiyanın Konfederasiyalar Kubokunda son şansı
17:00 Svanadze ilə yeni müqavilə bağlanacaq: Zaur Axundov söz verdi
16:45 Mendi rəsmən "Bordo"da
16:22 DÇ yığmamız üçün uğursuz başladı
16:00 "Portu"dan Premyer Liqa klubuna
15:30 Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
15:00 "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
14:40 "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.