Ucuz təyyarə biletləri

“Differdanj”ın prezidenti əməkdaşımıza müraciət etdi: “Zirə” haqqında mənə məlumat verə bilərsiz?” - MÜSAHİBƏ

Tarix:  19.06.17 16:06           Yazar:             Oxunub: 483 dəfə

Avropa Liqasında 2017/18 mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb və detütant “Zirə”yə rəqib kimi “Differdanj 03”ını qismət edib. “Rekord.az” rəqibin Lüksemburq təmsilçisinin prezidenti M.Fabrizio Beylə əlaqə saxlayıb. Klub rəhbəri ilə olan eksklüziv müsahibəni sizə təqdim edirik:

 

- Cənab Fabrizio Bey, sizi Bakıdan narahat edirik. Yəqin ki, başçılıq etdiyiniz klubun Azərbaycan təmsilçisi “Zirə” ilə düşdüyündən xəbəriniz var...
- Salam. Bəli, var. Biraz əvvəl məlumat verildi mənə. “Zari” ilə oynayacağıq.
- Yəqin ki, “Zirə” demək istəyirdiniz. Necə düşünürsünüz, qarşılaşmalar necə keçəcək?
- İlk oyunun Bakıdadır, deyilmi?
- Bəli.
- Düzü, o qədər də məlumatlı deyiləm “Zirə” haqda. Ümumiyyətlə, Azərbaycan futbolu haqda informasiyam azdı. Bakı şəhəri haqda eşitmişəm. Deyirlər, gözəl şəhərdi (gülür).
- Bəli, elədir. Bəs məlumatsız nə edəcəksiz?
- Azərbaycan Futbol Federasiyasına (AFFA-nı nəzərdə tutur – red.) məktub göndərmişik və xahiş etmişik ki, bizə bu baxımdan yardımçı olsunlar. Mənim fikrim belədi ki, “Zirə” ilə oyunlar maraqlı keçəcək. Biz də qalib gəlmək istəyirik. Şansları 50/50-yə kimi dəyərləndirərdim. O ki qaldı şəhərə məncə Lüksemburq Bakı, Zirə də elə Differdanj şəhərimiz boyda olar (gülür). Hesab edərik ki, iki Lüksemburq komandası oynayır (gülür). Hə, bir də Olimpiya Stadionunuzu tanıyıram. Çox gözəl, möhtəşəm arenadı. Şəkillərini görmüşəm, xoşuma gəlib. Yeri gəlmişkən, siz mənə “Zirə” Futbol Klubu haqda məlumat verə bilərsiniz?
- Mən?
- Bəli, ən azından ilkin tanışlıq olar.
- Onu deyə bilərəm ki, “Zirə” yeni yaranıb, yarandığı qısa müddətdə də ölkə səviyyəsində uğurlar qazanmağı bacarıb. Yaxşı komandadı.
- Gənc futbolçuları çoxdu?
- Futbolçuya fərq qoyulmur, gənclər də var, legionerlər də.
- Anladım. Yaxşı səfər olacaq. Maraqlıdı Azərbaycanı görmək, həm ölkənin özü, həm də futbolunu yaxından tanımaq.
- “Differdanj” növbəti mövsüm hazırlıqlarına başlayıbmı?
- Bəli, bir həftədir təlim-məşq toplanışına yığışmışıq və bir də yoxlama görüşü keçirmişik. Yeni mövsüm isə avqustda başlayır. Ancaq ilk öncə Bakıya səfər var, qarşıdakı ilk hədəf budu.
- Oldu, təşəkkür edirəm. Bakıda görüşərik, cənab Fabrizio...
- Mən də təşəkkür edirəm. Bəli, Bakıda görüşərik.

 

Kənan Məstəliyev, “Rekord.az”

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Amal Abuşov
Arda kimi olmayın!
2017-06-06  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
"Xəzər Lənkəran" qayıtsa...
Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
"Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
"Zirə" bu stadionda oynayacaq - FOTOLAR
"Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
Fransa millisinin sabiq futbolçusu "Qəbələ"də!
Klublarımızın yay transferləri - YENİLƏNİR
"Ağsu"nun büdcəsi iki dəfə azaldıldı, özü də iddiasız olacaq

Xəbər Lenti
26 İyun 2017
01:30 "Qarabağ" Avstriyadakı 9-cü gününü də tək məşqlə bitirdi
00:30 Formula-1 Azərbaycan Qran-Prisi başa çatdı
25 İyun 2017
23:00 Eratın komandası yeni mövsümün hazırlığına darmadağınla başladı
22:00 Alim Nəbiyevdən növbəti qələbə
20:57 Almaniya Kamerunu məğlub etdi, Çili Avstraliya ilə bərabərə qaldı
20:17 Azad Rəhimov: "Qran Prini yüksək səviyyədə təşkil etməyə davam edəcəyik"
20:00 Dəniz Yılmaz "Göztəpə" ilə anlaşdı
19:00 Dabo Hollandiya klubu ilə müqavilə imzaladı
18:38 Yığmamız Avropa Liqasını bir xalla başa vurdu
17:41 "Zirə" - "Differdanj" matçına doğru - VİDEO
17:22 DÇ-nin ikinci günündə də uğur qazana bilmədik
17:00 "Qarabağ" azarkeşləri, bu qapıçıdan ehtiyatlı olun - VİDEO
16:40 Oliç də karyerasını başa vurdu
16:21 Ramil Şeydayev oynadı, komandası 6 qol vurdu
15:41 La Liqaya son vəsiqə də sahibini tapdı
15:20 AÇ-nin yarımfinalçıları bəlli oldu
15:00 Emil Balayev: "O hadisə mənə çox böyük zərbə oldu" - MÜSAHİBƏ
14:41 "Real"ın sabiq qapıçısı "Udineze"də
14:20 "İnter" yeni yarımmüdafiəçi aldı
14:00 Futbol klublarımız niyə futzala diqqət ayırmır?
13:40 Stanislav Çerçesov Rusiya yığmasından "bərk yapışıb"
13:22 Marsel "Olimpik"i yeni hücumçu aldı
13:00 I Divizionda debüt edəcək komandanın büdcəsi məlum oldu
12:40 Portuqaliya - Yeni Zelandiya - 4:0 - VİDEO
12:26 Son oyunumuz yunana tapşırıldı
12:20 Yığmamızın heç bir əhəmiyyət daşımayan son sınağı
12:00 "Şəmkir"də futbolçu qalmadı: Fərmayıl ölkə xaricinə yollandı
11:42 Hücumçumuzun 10 xalı yetərli olması
11:21 Rusiya - Meksika - 1:2 - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
10:30 "Qarabağ" - ÇSKA 2:5 - VİDEO
00:20 “Zirə” Qabriel Mateylə müqavilə imzaladı
24 İyun 2017
23:00 Kamran AÇ-ni gümüş medalla başa vurdu
22:34 Makedoniya bu dəfə də millimizə şans vermədi
22:00 "Qarabağ" Bolqarıstan klubuna böyük hesabla uduzdu
21:30 "Qəbələ"nin daha üç rəqibi bəlli oldu
21:00 Portuqaliya və Meksika növbəti mərhələdə!
20:00 "Skenderbeu" çempionluq titulundan məhrum edildi
19:00 "Zirə"nin rumıniyalısı gəldi çıxdı
18:30 "Qəbələ"nin yeni transferini yaxından tanıyaq - VİDEO
18:00 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı: "Bic futbol” oynayırlar" - MÜSAHİBƏ
17:43 Bakıda Formula 1 pilotunun maşını yandı - FOTOLAR
17:23 Rusiyanın Konfederasiyalar Kubokunda son şansı
17:00 Svanadze ilə yeni müqavilə bağlanacaq: Zaur Axundov söz verdi
16:45 Mendi rəsmən "Bordo"da
16:22 DÇ yığmamız üçün uğursuz başladı
16:00 "Portu"dan Premyer Liqa klubuna
15:30 Berluskoni Donnarummanın müdafiəsinə qalxdı
15:00 "Neftçi" və "Qarabağ"ın sabiq futbolçusu I Divizionda köməkçi-məşqçi oldu
14:40 "Qarabağ"ın ÇSKA ilə matç öncəsi son məşqi - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.