Ucuz təyyarə biletləri

“Skenderbeu”nu unutduqmu?

Tarix:  20.06.17 13:06           Yazar:  Amal Abuşov           Oxunub: 1044 dəfə

Dünən Nyonda keçirilən ilk püşkatma mərasimindən sonra baş verənləri, yazılanları və deyilənləri diqqətlə izləyirəm. Maşallah olsun. Hamı nikbin əhval-ruhiyyədədi, təmsilçilərimizin püşkün bəxtimizə çıxardığı rəqibləri asanlıqla yolundan kənarlaşdıracağına hər kəs inanır. Özünə inanmaq, qalib əhval-ruhiyyəsində olmaq yaxşıdı. Amma bu işin bir “əmması” da olmamış deyil. Biz bütün bunları yaşamışıq, görmüşük, başımıza gəlib. Atalarımız da buyurub ki, başına gələnin başmaqçı olması vacibdi. Biz neynəyirik? İndiki anda bizə faydası olmasa da, tam əksini edirik. 

 

“İnter”in durumu hər kəsə məlumdu. “Bankirlər” uzun müddətdi ki, müflisləşiblər. Komandaya yeni transferin edilməsində ali futbol qurumları qadağa qoyublar. “Yaxşı qapıçı komandanın yarısı”dı deyiblər. Səlahət Ağayein də bir ayağı “Neftçi”dədi. “İnter”dəki missiyasını tez-bazar başa vurub, yeni komandasının düşərgəsinə qoşulmağın hayındadı. Digərlərini də AFFA-nın təzyiqi, Zaur Axundovun hədə-qorxusu ilə heyətdə saxlaya biliblər. Mərhələni keçməsələr belə onları heç kim “asıb-kəsməyəcək”. 

 

Avrokuboklarda debüt edən “Zirə”nin də çox uzağa gedəcəyi inandırıcı deyil. Ayxan Abbasov bir məşqçi kimi “bişməyib”, bərkə-boşa düşməyib. Rəqabətsiz Azərbaycan Premyer-Liqasını avrokuboklarla müqayisə etmək o qədər də düzgün deyil. Düzdü, Lüksemburq “Differdanj”ı elə də güclü rəqib deyil. Amma eyni hissləri elə rəqibin də keçirdiyinə şübhə etməyə dəyməz. Onlar da Azərbaycan təmsilçisiylə, özü də avrokuboklara ilk dəfə qatılan “Zirə”ylə qarşılaşacaqlarına görə püşkə minnətdarlıq edirlər. Buna əminəm. Onlar da “Zirə”ylə oyunlara ciddi hazırlaşacaq, “Astra” ilə görüşə yollanmaq üçün əllərindən gələni edəcəklər. 

 

Əsas məsələ “Qarabağ”la “Qəbələ”nin qruplara qədər gedib-getməyəcəyidi. Daha doğrusu, “Qarabağ”ın nəhayət ki, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib-yüksəlməyəcəyi. Çoxları Gürcüstan çempionunu siyahıdan silib, “Qarabağ”ın “Samtredia”nı yolundan asanlıqla kənarlaşdıracağını düşünür. Çox istəsəm də, həmin düşüncədə olanlara qatıla bilmirəm. “Qarabağ”ın “Düdelanj”la, “Rudar”la oyunlarını xatırlayaq. Son iki mövsümdə çempionumuzun ilk rəqiblə oyunda çətinlik çəkdiyi aşkar görünürdü. Yay fasiləsindən sonra Qurban Qurbanov yetirmələrini “relsə salmağa”, motivasiyanı yüksək tutmağa xeyli əmək sərf edir. Reynaldo yoxdu, Almeyda əvvəlki deyil, Kintana zədədən qayıdıb, Miçel ayrılmaq istəyirdi, yeni transferlər gecikir... “Qarabağ” bütün bu problemlərin fonunda “Samtredia” ilə oyuna hazırlaşır. Bunların üzərinə bir də özündənrazılığı, rəqibi hesaba almamağı gəlməklə Qurbanovun işini xeyli çətinləşdirmiş olarıq. 

 

Unutmayaq ki, bizim problemlərimizdən qonşu Gürcüstanda da xəbərdardılar. Giya Tsetsadzenin “Qarabağ”ı incələmək üçün geniş imkanları, informasiya mənbələri var. Onlar da hər bir problemimizi dərindən öyrənməyə, ondan yararlanmağa çalışacaqlar. Son illərdə Azərbaycan klubları birmənalı olaraq gürcüləri yolundan kənarlaşdırıb, avrokuboklarda sevinməyə qoymayıb. “Samtredia” bu ənənəyə son qoymaqla həm də “Qəbələ”nin ötən mövsüm böyükhesablı qələbəsinin qisasını almaq arzusundadı.

 

Acı təcrübəmizdə “Skenderbeu” nümunəsi var. Albanlarla oyuna da eyni əhval-ruhiyyədə yollanmışdıq, əvəzində bizi göydən yerə çırpdılar. Acı tarixi unutmamaqda fayda var, dostlar. Biz də “Skenderbeu”nu unutmayaq!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!

Xəbər Lenti
20 Oktyabr 2017
21:30 "Səbail" - "İnter" 1:0 - FOTOLAR
21:00 "Səbail" - "İnter" 1:0 - VİDEO
20:40 Samir Əliyev: “Səbail”də heç kim başqasından artıq deyil”
20:30 Zaur Svanadze: “Onlar “İnter” adına layiq çıxış etdilər”
20:21 "Şüvəlan" - "Sabah" 0:0 - VİDEO
20:00 UEFA "Roma"nı cəzalandıra bilər
19:55 “Səbail” “İnter”i məğlubiyyətlə “gömdü”
19:42 Könüllülərə sertifikat təqdim olundu
19:30 Avroliqada da 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
19:21 Premyer Liqa və divizion klublarının nümayəndələri AFFA-ya toplaşır
19:00 KB-75 – “Qəbələ” görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirildi
18:42 "Neftçi" Gəncədə məşqə çıxdı
18:30 “Qaradağ Lökbatan”, “Binə” və “Turan Tovuz”dan qələbə
18:21 Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
18:00 "Qarabağ"da ciddi itki: bir ay oynamayacaq
17:56 Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirilib - FOTOLAR
17:41 “Qarabağ”ın rəqibini cəza gözləyir
17:22 Azərbaycan olimpiadadan kənarda qala bilər
17:00 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir
16:52 Avroliqada həftənin ən yaxşı futbolçusu adına 8 namizəd
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.