Ucuz təyyarə biletləri

Günah bizdədi

Tarix:  24.07.13 16:07           Yazar:  Kənan Məstəliyev           Oxunub: 747 dəfə

Ötən ilin dekabrının sonu idi. “Komanda” qəzetinin jurnalistlər arasında sorğunun nəticəsi kimi Cavid İmamverdiyev “ilin oyunçusu”, Böyükağa Hacıyev isə “ilin məşqçisi” seçilmişdi. Xudmani bir törən hazırladıq, həmkarlarımızı dəvət etdik. Hər şey yaxşı keçdi. Hamı yavaş-yavaş dağılışdı və axıra 3-5 nəfər və Tahir Süleymanov qaldı. Qrup mərhələsinin havası hələ çəkilməmişdi başımızdan. Xeyli danışdıq, müzakirə etdik. Dəqiq yadımdadı, söhbətin sonuna yaxın “Bu uğurun qədri 8-10 ildən sonra bilinəcək” dedim. Süleymanovun cavabı “yox, uzağa getmək lazım deyil. Cəmi 7 ay gözləyin. Qarşıdakı avrokubok mövsümündə əldə edilən nəticənin, qrup mərhələsinin nə demək olduğu görünəcək” oldu. Şərhə ehtiyac varmı?

 

 

Biz xalq olaraq unutqanlığa meylliyik. “Babək, Koroğlu, Qaçaq Nəbi nəslindənik” deyib şablona düşmək fikrim yoxdu. Hərçənd bu həqiqətən də belədi. Ancaq həmişə hərəsinə bir mız qoyub nəsə ləkəli bir şey fikirləşmişik. Məsələn, Qaçaq Nəbinin həyat yoldaşı Həcərin onaqədərki və ondan sonrakı həyatını müzakirə mövzusuna çevirənlər belə var. Nəbi qalıb qıraqda...

 

Azərbaycan futbolu pis gündədi. O qədər pis gündədi ki, bunu təsvir belə etmək çətindi. I divizion klubunun yol pulu tapmadığı, Premyer-Liqasında düz-əməlli siyasəti, iş planı olan klubun olmadığı, bir nemes və onun havadarlarının əlində qalan milli komandanın iyrənc günə düşdüyü... Xeyli uzatmaq olar siyahını. Futbolumuz pis gündədi və qazanılan hər uğur, hər qələbə, keçilən hər mərhələ bu fonda qəhrəmanlığa bənzəyir. Unutqan olmayaq. 

 

***

“Neftçi”nin “Skenderbü”yə məğlubiyyəti isə fiaskodu. Demək olar ki, bütün aspektlərdə bir baş üstələdiyi komandaya yenilgi qəbuledilməzdi. Ancaq hamımız razılaşmalıyıq ki, bu qələbəni albanlar qazanmadı, biz uduzduq. Komanda daxilindəki ab-havanın pozulması, transfer dövründəki səhvlər, hazırlıq zamanı alınan ardıcıl yenilgilər, real gücə əsaslanmayan açıqlamalar... Hamısını bir yerə toplayanda Korçadakı hadisələrin məntiqli olduğunu görə bilirik. Günah kimdədi? “Neftçi”dəki hər kəsdə. Prezidentindən tutmuş qapıda duran mühafizəçiyə kimi. “Ağ-qaralar”ın builki planı baş tutmadı. Bu planın olub-olmadığı da əlavə sualdı. Əsas nəticədi və göz qabağındadı. 

 

İndi hörmətli, “Neftçi” rəhbərliyi, məşqçi heyəti və futbolçuları. Buyurun, cavab verin. Niyə uduzduz? Özü də niyə bu qədər faciəvi şəkildə?

 

*** 

Biz “Neftçi”dən qrup mərhələsi gözləyirdik. Ona görə də “Korça faciəsi” bizi bu qədər çaş-baş saldı. İndi səhv kimdədi: bizi bu qələbələrə öyrəşdirən, ümidləndirən “ağ-qaralar”da, yoxsa eyforiyaya qapılıb, real gücün olmadığı bir yerdə uğurun  davamının gəlməsini arzulayan bizlərdə?

***

Böyükağa Hacıyevin “uduzsaq, istefa verəcəm” açıqlamasına gəlincə, bunun arxasında nələrin durduğunu təxmin edirəm. Yadımdadı, hələ “Bakı”da işləyəndə “Standard”la heç-heçədən dərhal sonra, mətbuat konfransına girmədən postunu tərk etdiyini açıqlamışdı “Böyük”. Səbəbsiz deyildi bu addım və sizi əmin edə bilərəm ki, bunun konkret matça aidiyyatı yox idi. Təbii ki, “zolaqlılar”ın turnir cədvəlindəki ovaxtkı vəziyyəti iddialı klub üçün qəbuledici deyildi. Ancaq məsələ bunda deyildi. Həmin oyun günü mətbuatın “Bakı”nın yeni məşqçisi “Standard”la matçı tribunadan izləyəcək” xəbəri oxumamış olmazdı Hacıyev. “Zəif” ağıllı adamdı və “qara məni basınca, mən qaranı basım” deyərək qovulmasını gözləmədi, özü getdi. Özünə hörmət edən, əsl məşqçinin etməli olduğunu edərək getdi. Onun gedişindən cəmi 2 gün sonra isə “Bakı”nın baş məşqçi postuna Qyoko Hacıyevski gətirildi.

 

İşarə vurmuram. “Bakı”nın Azərbaycanın ən qeyri-peşəkar klubu olduğunu hamımız bilirik və qəbul edirik. Bu komanda Şefer postunda ola-ola Starkovla, Əzimov işlədiyi vaxt Bandoviçlə danışıq aparan, kimin hansı postu tutduğu, kimin nəyə cavabdeh olduğunu bilmək üçün jurnalistlərin fala baxdırdığı komandadı və ondan hər şey gözləmək olar. Əminliklə deyə bilərəm ki, “Neftçi” belə deyil. Tahir Süleymanov və Sadıq Sadıqov onlara böyük uğurlar qazandırmış məşqçiyə xəyanət etməzlər. Buna adım kimi əminəm. Bu dəfə Hacıyevə zərbə yuxarıdan (oxu: rəhbərlik) yox, aşağıdan gəlib. Meydanda top qovanları deyirəm. Onlar az aşın duzu deyillər. 

 

Böyükağa Hacıyevin bildiyi bir şey vardı... 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
De Souza, Rəşad və “Qarabağ” haqqında
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Vilian penalti epizodu haqda nə dedi?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
"Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
“Qarabağ"ı hakim qərəzi yıxdı

Xəbər Lenti
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
20:00 Yığmamız Türkiyəyə böyük hesabla məğlub oldu
19:30 Birinci Divizionda 11-ci turun hakim təyinatları
19:00 “Keşlə” “Neftçi”yə qalib gəldi
18:40 Ağacan Abiyev “Şərəf” ordeni ilə təltif olundu
18:21 Ukraynalı məşqçi Bakıya gəldi - danışıqlar üçün
17:45 Maksim Medvedev "Çelsi" ilə oyunun hakimliyini şərh etdi - VİDEO
17:22 Ndlovun və Geryenin "Çelsi" ilə oyundan sonrakı fikirləri - VİDEO
17:00 "Neftçi"də forma geyinən balaca italiyan kimdir?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.