Ucuz təyyarə biletləri

Milli səviyyəsində ermənilər üzərindəki ilk qələbəmiz: "Dedi 3-4 qol vurun, onlara ana söyüşüdü" - YAZI

Tarix:  30.06.17 18:06           Yazar:  Rekord.az           Oxunub: 916 dəfə

Futbol tariximizə düşən oyunlara həsr olunan layihəmiz çərçivəsində növbəti yazımızı sizə təqdim edirik. Xatirinizdədirsə, bir müddət bundan öncə U-19 millimizin 2006-cı ildə Cənubi Kiprdə keçirilən Avropa çempionatının seçmə qrup oyununda erməniləri 2:1 hesabı ilə məğlub etdikləri qalmaqallı oyundan bəhs etmişdik. Həmin qarşılaşma həm də dava-dalaşı ilə yadda qalmışdı. İndi haqqında bəhs edəcəyimiz oyun da mənfur düşmənlərimizə qarşı keçirilib. 2005-ci ildə U-17 millimiz Avropa çempionatının İsraildə baş tutan seçmə qrup oyunu çərçivəsində də ermənilərlə üz-üzə gəlmiş və rəqibi 3:0 hesabı ilə darmadağın etmişdi. Bu oyun ermənilər üzərində milli səviyyəsində qazandığımız ilk qələbə olub. Bəlkə də çoxları həmin oyunu xatırlamır. Yazıdan öncə bir çox insandan bu haqda soruşarkən məlum oldu ki, böyük əksəriyyət həmin möhtəşəm qələbədən xəbərsizdir. Odur ki, tarixi oyunla bağlı yazı hazırlayıb sizlərə təqdim etməyi özümüzə borc bildik. Həmsöhbət seçimini edərkən Emin Mustafayevin üzərində dayandıq. Bəlkə də hazırda I Divizionda oynadığı üçün onu tanımaya bilərsiniz. Amma Emin bir vaxtlar ölkənin ən perspektivli futbolçularından sayılırdı. U-17, U-19 və U-21 millilərində də forma geyinib və aparıcı oyunçulardan olub. Haqqında bəhs edəcəyimiz matçda da 90 dəqiqə meydançada olub. Ümumiyyətlə, Mustafayev həmin vaxt U-17 millisinin aparıcı futbolçularından idi və mərkəzdə əsas oyun qurucusu hesab olunurdu. Onunla söhbətə öncə püşkdən və püşkə o vaxtkı reaksiyadan başladıq:

 

“Elə bir qrupa düşmüşdük ki...”

“Həmin oyun 2005-ci ilin oktyabrına təsadüf etmişdi. Avropa çempionatının seçmə qrup oyunları idi. Elə bir qrupa düşmüşdük ki... Meydança sahibləri İsrail, Rusiya və Ermənistan. Bir sözlə, təklənmişdik (gülür). O vaxt baş məşqçimiz Şakir Qəribov idi. Yaşar Vahabzadə də onun köməkçisi idi. Bizdən qabaq U-19-lar Nadir Qasımovun rəhbərliyi altında ermənilərlə 1:1 oynamışdı. Amma bizə dedilər ki, bu dəfə oyun olmayacaq. Guya ki, düşmən ölkələr olduğumuz üçün UEFA buna icazə vermir. Lakin sonradan oynayacağımız məlum oldu”.

 

 

“Dedilər ki, Mxitaryan da gələcək”


“Püşkün nəticəsini biləndə istər-istəməz həyəcan yarandı. 17 yaşımız var idi, uşaq idik. Dedik uduzsaq, gərək Azərbaycana qayıtmayaq. Hətta elə uşaqlar var idi zarafatla dedilər ki, bəlkə deyim zədəm var filan, ayağımı tutum, İsrailə getməyim? Amma təbii ki, qorxu yox idi. Ola da bilməzdi. Sadəcə, dediyim kimi, məsuliyyət böyük idi. Şəxsən mən özüm təsəvvür edə bilmirdim ki, uduzsaq, evə necə dönəcəm. Rəqib haqqında geniş məlumatımız yox idi.  Deyirdilər ki, Mxitaryanı da Kiprə gətirəcəklər. O, həmin vaxtı “Ayaks”ın gənclər komandasında idi. Düzdür, sonradan gələsi olmadı. Amma seçmə mərhələdən bir neçə ay öncə gələcəyi gündəmdə idi. Bütün bunlar bizi oyuna daha ciddi hazırlaşmağa məcbur edirdi. Onda milli komandaların hazırlıq üçün indiki kimi şəraiti yox idi. Ən yaxşı halda Palanqa turnirində oynayırdıq. Yadımdadır, ermənilərlə oyuna hazırlıq çərçivəsində öncə qonşu Gürcüstanda bir toplanış keçdik və bir müddət sonra Palanqa turnirinə yollandıq. Bir də seçmə mərhələ qabağı Belarusda təlim-məşq toplanışımız olmuşdu. Arada Rostova da yollanırdıq. Amma dediyim kimi, Antalya, Avstriya, Almaniya kimi yerlərdə toplanış keçmək imkanımız yox idi”.

 

 

“Elə bil futbola yox, əlbəyaxa döyüşə çıxacaqdıq”

 

“Bu cür oyunlarda psixoloji hazırlıqdan çox şey asılı idi. Baş məşqimiz Şakir müəllim (Şakir Qəribovu nəzərdə tutur - red.) hələ sovet dönəmində “Neftçi”nin heyətində ermənilərə qarşı oynadığı üçün onların psixologiyasını daha yaxşı bilirdi. Bundan başqa, komandamızda Qarabağ zonasından olan futbolçular da var idi. Kimə qarşı oynayacağımızı gözəl başa düşürdük. Düşmənə hədsiz nifrət var idi. Sanki ermənilərlə futbol matçına yox, əlbəyaxa döyüşə çıxacaqdıq. Qələbə istəyi o dərəcədə yüksək idi. Həmin vaxt komandamızda iki nəfər də legioner var idi. Biri dağıstanlı İbrahim (İbrahim Mirzəməhəmmədovu nəzərdə tutur - red.), biri isə sırf rus Andrey idi. (Burada qeyd edək ki, həmin heyətdə Andrey adlı futbolçu olmayıb. Eminin müsahibə boyu "Andrey" deyə çağırdığı adam əslində Denis Radionov olub - red.) Təsəvvür edin, oyuna köklənmə o qədər yüksək səviyyədə idi ki, həmin ruslar oyunu bizdən də səbirsizliklə gözləyirdilər. Çünki onlara Qarabağ müharibəsindəki erməni vəhşiliyindən, Xocalı faciısindən o qədər danışmışdıq ki, onlarda da ermənilərə qarşı hədsiz nifrət yaranmışdı və deyirdilər ki, oyun günü gəlsəydi onları parçalayardıq”.

 

“Hər komandaya ayrıca mühafizəçi ayırmışdılar”

“Oyuna səhv etmirəmsə, Türkiyədən getmişdik. İsrail tərəfi də bu iki ölkə arasındakı münasibəti bildiyi üçün ayrıca təhlükəsizlik tədbirləri görmüşdü. Hər komandaya ayrıca mühafizəçi ayırmışdılar. Bu mühafizəçilər turnirboyu komandaların yanından ayrılmamalı idi. Yerləşdirmə məsələsinə gəlincə, oteldə qalmırdıq. Orada bir məkan var idi iki mərtəbəli “domik”lərdən ibarət. Biz, Rusiya və Ermənistan milliləri həmin məkanda qalırdıq. Yalnız İsrail millisi başqa yerdə qalırdı. Qaldığımız məkanlar eyni ərazidə yerləşsə də, “domik”lər fərqli korpuslarda idi. Bu mənada erməniləri tez-tez görmürdük. Yeməkxana onların korpusuna daha yaxın olduğu üçün yeməyə birinci onlar gedirdi. Onlar çıxandan sonra biz gedirdik. Təşkilatçılar da belə məsləhət görmüşdülər ki, hər hansı qalmaqal, xoşagəlməz olay yaşanmasın”.

 

 

“Andrey ermənilərin üstünə cumdu ki, onları vursun”

“Hər nə qədər təhlükəsizlik yüksək səviyyədə təmin olunsa da, qalmaqalsız keçinmək mümkün olmadı. Az öncə qeyd etdiyim kimi, komandamızdakı legionerlərə Qarabağ hadisələrindən geniş danışdığımız üçün onlarda da ermənilərə qarşı böyük nifrət yaranmışdı. Hələ ermənilərlə oyunumuz olmayıb və komandamız yeməyə gedirdi. Elə oldu ki, onlar da yeməkdən çıxırdılar. Üz-üzə gəlməsək də, aralıdan gördük ki, yeməkxanadan çıxırlar. Bu zaman bir də gördük ki, cumdu ermənilərin üzərinə. Cumdu ki, onları vursun. Təbii ki, biz də onun arxasınca qaçdıq və mühafizəçiyə də xəbər verdik, o da tez özünü hadisəyə yerinə yetirdi. Məhz mühafizəçi aranı sakitləşdirdi və biz Andreyi götürüb geri qayıtdıq. Həmin anda erməni futbolçular da şokda idi ki, bu niyə bizim üstümüzə cumdu. Geri qayıdandan sonra Şakir müəllim də, Yaşar müəllim (Yaşar Vahabzadəni nəzərdə tutur - red.) də məsələdən xəbər tutdu və bu haqda komanda ilə geniş söhbət etdi. Yaşar müəllim dedi ki, içinizdə nifrət, rəqibi döymək hissi varsa, çox yaxşı. Amma bunu meydançadan kənarda yox, meydançada edin. Yəni çıxın onları öz oyununuzla döyün. Siz ermənilərə 3-4 qol vursanız, bu onları döymək, analarını söymək kimi bir şey olacaq”.

 

Həmin matç. Oyundan əvvəl Azərbaycan himni çalınır. Millimiz göy geyimdədir


“Dəhşət istiyə baxmayaraq, daha iki hissə oynamağa hazır idik”

“Nəhayət, oyun günü gəlib çıxdı. Növbəti mərhələyə çıxmaq şansımız da var idi. Çünki erməniləri udsaydıq və İsrail də Rusiyanı böyük hesabla məğlub etsəydi, qrup ikincisi kimi növbəti mərhələyə adlayırdıq. İkinci yeri tuta bilməsək belə, yenə ermənilər üzərindəki qələbə sayəsində ən yaxşı 3-cü yer kimi də növbəti mərhələyə keçə bilərdik. Lakin bizim üçün mərhələdən daha vacib erməniləri udmaq idi. Hamı oynamaq istəyirdi. Hətta dağıstanlı futbolçumuz İbrahimlə, Şəhriyar Rəhimov zədəli ola-ola oyundan bir gün öncə əlavə məşq etmişdilər ki, ağrının hansı hissədə daha çox olduğunu hiss edib həkimə desinlər, həmin yerə ağrıkəsici iynə vursun. İstək bu qədər çox idi. İlk 20 dəqiqə çox ağır keçdi. Bilənlər bilir ki, İsrail çox isti ölkədir. Oyun günü də dəhşət isti var idi. Nəfəs almaq mümkün deyildi. Buna baxmayaraq, oyun üstünlüyü bizim tərəfimizdə idi. Bunun nəticəsində elə ilk hissədə hesabı açdıq. Bəxtiyar Soltanov fərqləndi. Birinci hissə bu hesabla başa çatdı. 
Fasilədə Şakir müəllim, Yaşar müəllim əllərindən gələni etdi ki, komandada psixoloji gərginlik olmasın və ikinci hissəni daha rahat oynayaq. Məsələn, Yaşar müəllim mənə millinin Fransaya 0:10 uduzduğu oyundan bir fraqment danışdı. Ümumiyyətlə, xətrimi çox istəyirdi və 8 nömrəli formanı da mənə məhz o məsləhət görmüşdü. Çünki özü də bir vaxtlar futbolçu kimi bu nömrə altında oynamışdı. Demək danışırdı ki, Fransa ilə oyunda Marsel Desayini mən tuturdum və rəqib künc zərbəsi vuran zaman iki əlimlə onun köynəyindən yapışdım ki, qol vurmasına imkan verməyim. Künc zərbəsi qaldırılanda gördüm ki, mənim də ayaqlarım göydədir. Sən demə, Desayi topa şığıyır və məni də özü ilə qaldırıb aparır. Bununla belə qol vurmasına mane ola bildim. Yaşar müəllimin bu əhvalatı bizi həm güldürdü, həm də psixoloji yükümüzü xeyli azaltmış oldu. Bu səbəbdən fasilədən sonra daha rahat oynadıq. Artıq isti də vecimizə deyildi. Istək o qədər çox idi ki, daha iki hissə oynamağa hazır idik. Fasilədən sonra Bəxtiyar Soltanov və Rahid Əmirquliyevin qolları sayəsində 3:0-lıq qələbə qazanmağı bacardıq"
.

 

 

“Ermənilərin necə sırtıq millət olduğuna bir daha əmin oldum”

“Təbii ki, sevincimizin həddi hüdudu yox idi. Onu da deyim ki, ermənilərin baş məşqçisi oyundan sonra gəlib bizi təbrik elədi. Amma məğlubiyyət sanki onların vecinə də deyildi. Biz düşünürdük ki, uduzsaq gərək geri qayıtnayaq, amma bunlar 0:3-lük məğlubiyyətdən sonra dişlərini ağardırdılar. Mən onda ermənilərin necə sırtıq millət olduğuna bir daha əmin oldum. Bir hadisə də danışım. Seçmə mərhələ başa çatandan sonra İsrail komandası bütün komandalara qonaqlıq verirdi. Oturacaqlar yan-yana düzülmüşdü. Elə oldu ki, biz oturmuşduq və ermənilər də gəlib bizim yanımıza düşdülər. Hiss elədik ki, bu dəfə replika atırlar, təxribat törətmək istəyirlər. Təşkilatçılar da bunu hiss edib dərhal bizim yerimizi dəyişdirdilər və Rusiya millisini gətirib bizimlə ermənilərin arasında oturtdular”.

 


“Deyirdik yəqin “07”-ləri düzüb hava limanında bizi gözləyirlər”

“Bakıya qayıdanda fərqli qarşılanma gözləyirdik. Çünki güləşçilərimiz, digər təkbətək idman növlərindən olan idmançılarımız erməniləri udanda onların necə qarşılandığını televiziya ekranlarından görmüşdük. Düşünürdük ki, yəqin bizi də o cür qarşılayacaqlar. Çünki milli səviyyəsində ilk dəfə ermənilərə qalib gəlirdik. Hətta qapıçımız Elçin Sadıqov deyirdi ki, gedib görəcəyik ki, hərəyə bir “07” hazırlayıblar və düzüblər aeroporta bizi gözləyirlər. Amma gəlib Bakıya, hava limanına enəndə gördük ki, heç kim yoxdur. Yalnız AFFA nümayəndəsi idi. Mükafata gəlincə, hər futbolçuya 350 dollar vermişdilər. Mükafatdan söz düşmüşkən bir maraqlı əhvalat danışım. Onda AFFA-nın binası Xətai metrosunda yerləşirdi. Pulları bizə konvertdə verdilər. Mənim də Maksim Medvedevlə münasibətim çox yaxşı idi, dost idik. Yeri gəlmişkən, həmin turnirə kimi Maksim ehtiyat oyunçu idi. Məhz Andreyin qırmızı vərəqə almasından sonra onun mövqeyində meydançaya çıxdı və o gündən bu günə mövqeyini heç kimə vermir. Maksim konverti metroya yaxın yerdə açdı pulu götürdü konverti tulladı. Ordan aralaşandan sonra pulu saydı gördü ki, 100 dollar əksikdir. Tez qayıtdıq Xətai metrosuna və ona dedim ki, konverti atdığın yerə gedək ora baxaq. Gəldik gördük ki, konvert zibillərin içində qalıb. Maksim tez götürüb içinə baxdı gördü ki, 100 dollar ordadır. Halal pul olduğu üçün özünə qayıtdı”

 

Tarix və onun memarları

2006-cı il U-17 Avropa birincliyinin seçmə qrup mərhələsi. İsrail. 28 oktyabr 2005-ci il.

Ermənistan – AZƏRBAYCAN 0:3
Qollar:
 Soltanov 34, 78; Əmirquliyev, 50.
AZƏRBAYCAN: 12. Osman Umarov, 3. Elxan Cəbrayılov (Fuad Vahabzadə, 79), 6. İbrahim Mirzəməhəmmədov, 8. Emin Mustafayev, 9. İsabala İsrafilov, 10. Rahid Əmirquliyev, 13. Denis Radionov (Rauf Əliyev, 70), 14. Bəxtiyar Soltanov, 15. Şəhriyar Rəhimov, 16. Maksim Medvedev, 18. Elşən Hacıyev (Fərid Haqverdiyev, 76).
Ehtiyat oyunçular: 1. Elçin Sadiqov, 7. Səməd Rzayev.
Baş məşqçi: Şakir Qəribov.

 

Qrup 4

Komanda O Q H M VT BT TF Xal
 Rusiya 3 2 1 0 6 1 5 7
 İsrail 3 2 0 1 12 4 8 6
 AZƏRBAYCAN 3 1 1 1 5 6 -1 4
 Ermənistan 3 0 0 3 2 14 -12 0

 

         
24 Oktyabr İsrail  5 - 1  Azərbaycan Herzliya şəhəri
  Rusiya  4 - 0  Ermənistan Kfar Saba şəhəri
26 Oktyabr İsrail  7 - 2  Ermənistan Herzliya şəhəri
  Azərbaycan  1 - 1  Rusiya Kfar Saba şəhəri
28 Oktyabr Rusiya  1 - 0  İsrail Herzliya şəhəri
  Ermənistan  0 - 3  Azərbaycan Kfar Saba şəhəri.

 

Haşiyə: Sonda Emindən bir məsələyə də münasibət öyrəndik. Çünki aşağı yaş qruplarında həmişə ermənilərdən üstün olmuşuq. Nadir Qasımovun rəhbərlik etdiyi U-19 düşmənlərlə 1:1 oynayıb. Ardınca isə haqqında danışdığımız U-17 3:0-lıq möhtəşəm qələbə qazanıb. Arif Əsədovun rəhbərlik etdiyi U-19-da mənfur düşmənlərimizi 2:1 məğlub etməyi bacarmışdı. Amma bunlara rəğmən Ermənistandan Mxitaryan kimi futbolçu çıxır, amma bizdən yox. Mustafayevin cavabı qısa və səmimi oldu: “Çünki erməni futbolçularında ölkə xaricinə çıxmaq istəyi bizdən çoxdur. Onlar bunu istəyir və can atır. Amma biz həmişə evdə verilən “5 manat”a qane olub oturmuşuq burda. Mənə o vaxt Ukraynadan yaxşı təklif var idi, amma getmədim. İndiki ağlım olsaydı, gözüyumulu gedərdim”.

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!

Xəbər Lenti
20 Oktyabr 2017
21:30 "Səbail" - "İnter" 1:0 - FOTOLAR
21:00 "Səbail" - "İnter" 1:0 - VİDEO
20:40 Samir Əliyev: “Səbail”də heç kim başqasından artıq deyil”
20:30 Zaur Svanadze: “Onlar “İnter” adına layiq çıxış etdilər”
20:21 "Şüvəlan" - "Sabah" 0:0 - VİDEO
20:00 UEFA "Roma"nı cəzalandıra bilər
19:55 “Səbail” “İnter”i məğlubiyyətlə “gömdü”
19:42 Könüllülərə sertifikat təqdim olundu
19:30 Avroliqada da 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
19:21 Premyer Liqa və divizion klublarının nümayəndələri AFFA-ya toplaşır
19:00 KB-75 – “Qəbələ” görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirildi
18:42 "Neftçi" Gəncədə məşqə çıxdı
18:30 “Qaradağ Lökbatan”, “Binə” və “Turan Tovuz”dan qələbə
18:21 Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
18:00 "Qarabağ"da ciddi itki: bir ay oynamayacaq
17:56 Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirilib - FOTOLAR
17:41 “Qarabağ”ın rəqibini cəza gözləyir
17:22 Azərbaycan olimpiadadan kənarda qala bilər
17:00 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir
16:52 Avroliqada həftənin ən yaxşı futbolçusu adına 8 namizəd
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.