Ucuz təyyarə biletləri

Qurban Qurbanov: "Bu məğlubiyyətlər bizə fayda verəcək"

Tarix:  04.07.17 22:07           Yazar:             Oxunub: 616 dəfə

İyulun 11-də çempionlar liqasının 2-ci təsnifat mərhələsində Gürcüstanın "Samtredia" klubu ilə qarşılaşacaq "Qarabağ" Avstriyadan vətənə qayıdıb. Komandanı qarşılayanlar arasında "Rekord.az"-ın əməkdaşı da olub.

 

Ağdam klubunun baş məşqçisi təlim-məşq toplanışını dəyərləndirib: "Çox ağır bir toplanışdan gəlirik. Komandanı tam bir araya yalnız son oyunda gətirə bildik. Baxmayaraq ki, çempionat tez bitmişdi və vaxtımız çox idi, amma millinin oyunu ilə əlaqədar proqramımızda dəyişiklik oldu. Bəli, məğlubiyyətlər yaşadıq. Narazı qaldıqlarımla yanaşı razı qaldıqlarım da çox oldu. Məni ən çox sonuncu oyun maraqlandırırdı. Futbolçuların fiziki durumuna baxmaq istəyirdim. Hava durumunun ağır olmasına baxmayaraq, futbolçularım 90 dəqiqəni hərəkətli keçirdi. Bəli, bəsit qollar buraxdıq. Amma mən həmişə deyirəm ki, bəzi məğlubiyyətlər komandanın xeyrinə olur. Əminəm ki bunlar da elədi. Oynadığımız hər komanda Avroliqa və çempionlar liqasının ilk mərhələsində oynayan komandalar səviyyəsində idi. Düşünürəm ki, futbolçularım və mənim üçün siqnal oldu. Bu gün mən onlardan çox şey tələb edə bilmərəm. Çünki yalnız son bir həftədə istədiyimiz kimi hazırlaşmağa başladıq. Qarşıda 8-9 gün var. Çalışacağıq ki, bu müddətdə qarşıdakı oyunların hamısını analiz edək. Ən əsası ilk oyuna qədər hamısı olmasa da, problemlərin əksəriyyətini aradan qaldırmağa çalışacağıq". 


"Qarabağ"dan fərqli olaraq, "Samtredia" ardıcıl transfer etməklə heyətini gücləndirir. Bu isə gürcülərin "ağır döyüş" təklif edəcəyinin işarəsidir. Qurbanov bunu gözəl anladıqlarını qeyd etdi: "Samtredia"nın oyunlarını izləmişəm. Transferlər etməsələr belə, xarakterli bir komandadı. Gürcüstan klublarının yetəri qədər Avropa təcrübəsi var. Bu ölkənin komandaları bu tip matçlarda xüsusilə gözəl oyun sərgiləyirlər. Bu bizim üçün böyük təhlükədi və hazır olmalıyıq. Digər tərəfdən də transferləri məlumdu. Komandanın əlində şans var və bundan istifadə etmək istəyir. Onlardan çox məni maraqlandıran öz komandamdı. Bəli, real baxsaq bu gün heç bir legioner transfer etməmişik. Ayın 6-na qədər 2 transfer dəqiqləşəcək. Qalanları ilə danışıqlar gedir. Əfsuslar olsun ki, indi elə bir məqamdı ki, müqaviləsi olan futbolçular da daha cəlbedici təkliflər gözləyirlər. Çünki ara böyükdü, məsafə çoxdu. Bizdən daha səviyyəli çempionatda, bizdən daha güclü komandada oynamaq istəyirlər. Pis çıxmasın, bizi son an üçün əllərində saxlayırlar ki, birdən alınmasa razılıq versinlər. Başqa çıxış yolumuz yoxdu. Bəyəndiyimiz futbolçuları gözləməyə məcburuq. Bu dəqiqə məni maraqlandıran əlimdəki futbolçuların heç olmasa 70-80 faiz ilk oyuna hazır olmasıdır. İkinci oyuna tam hazır olacaqlar. Üstəlik, zədəli oyunçularımız da var. Riçard hələ komandaya qoşulmayıb. Son üç gündə qaçmağa başladı". 


Mütəxəssis də vurğunu xüsusilə son oyuna vurdu. Diqqətçəkən məqam da məğlubiyyət bir yana, komandanın 5 qol buraxması idi. Çempionlar liqası öncəsi həyəcan təbilinin səsi sanki çox ucadan gəlir: 
"Hətta bütün oyunçularım hazır olsa belə, ilboyu biz narahat oluruq, ehtiyatlanırıq ki, səhv ola bilər. Hazırlıq oyunlarında olan səhvlər məni narahat etmir. Əlimin altındakıların hamısı tanıdığım, işinə peşəkar yanaşan futbolçulardı. Onlar özlərini oyuna hazırlayacaqlar, məsuliyyətini anlayacaqlar. Sadəcə, narahat edən o oldu ki, indiyədək bizim hazırlıq oyunlarında belə 5-6 qol buraxan vaxtımız olmamışdı. Bu son 5-6 illik rahatçılığın bir siqnalı idi. Bu məğlubiyyətlərin düşünürəm ki, şəxsən mənim və futbolçularım üçün böyük faydası olacaq". 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
AFFA-nın üzü niyə qızarmır?!
2017-07-07  // 0 Şərh
Amal Abuşov
“Skenderbeu”nu unutduqmu?
2017-06-20  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Neftçi"nin yeni transferinin adı məlum oldu: Navalovskini o əvəzləyəcək
Qadın ağır atletikasının seks-simvolu: Lidiya Valentin! – FOTOLAR
"Binə" "Şəmkir"in legionerini transfer etdi
Mircavadov Sadiqovun "Zirə"dən qovulmasına məəttəl qalıb
"İnter Arena" "Zirə"yə verilir?
"Neftçi" inzibatçısını Avstriyaya aparmağa pul tapmadı
"Qaradağ Lökbatan" SOCAR-dan cavab gözləyir
Yunanıstandan şad xəbər: Dabo “Panatinaikos”a qarşı oynayacaq
"Qarabağ"ın transfer hədəfində olan futbolçunun agentindən açıqlama
"Panatinaikos" - "Qəbələ" matçı canlı yayımlanacaq!

Xəbər Lenti
28 İyul 2017
10:30 Abasov: "Yeni transferlər "Sumqayıt"ın bir parçası olmağı bacaracaq" - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
02:00 Roman Qriqorçuk: "Mərhələ keçmək şansımız var"
01:18 "Sumqayıt" Türkiyədə son məşqini keçirdi
01:11 "Fənərbaxça" səfərdə qalib gəldi
01:00 Millimiz "Kəpəz" üzərində qələbəyə sevindi
00:24 "Qəbələ" "Panatinaikos"a ilk oyunda uduzdu
27 İyul 2017
23:30 Pavel Paşayev oynamadı, komandası səfərdən heç-heçə ilə döndü
22:30 Kamran Ağayevin debütü baş tutmadı
22:00 "Səbail" Bakıya qayıtdı
21:30 "Çelsi" daha iki futbolçusunu icarəyə verdi
21:00 Sinxron cütlüyümüzdən gümüş medal
20:30 Rumıniya millisinin üzvü Super Liqa klubunda
20:00 "İnter" divizion klubu ilə yoxlama matçı keçirəcək
19:30 Muslera "Qalatasaray"la yeni müqavilə imzaladı
19:00 Elxan Abdullayev "Şalke" ilə matçı dəyərləndirdi - VİDEO
18:45 "İnter" "Bavariya"ya qalib gəldi - VİDEO
18:31 Qadın ağır atletikasının seks-simvolu: Lidiya Valentin! – FOTOLAR
18:23 “Kəpəz”in zədəliləri sıraya dönür
18:00 Mircavadov Sadiqovun "Zirə"dən qovulmasına məəttəl qalıb
17:43 Millimizin üzvü 6 qolluq qarşılaşmanın iştirakçısı oldu - VİDEO
17:21 "Kəpəz"də yeni baş məşqçi təyinatı gerçəkləşdi
17:00 AFFA “Kəpəz”ə “Bakı”nın bazasında oynamağa icazə vermədi
16:42 "Jilina" - "Trabzonspor" 3:4 - VİDEO
16:21 "Brügge" - "Başakşəhər" 3:3 - VİDEO
15:40 "Qəbələ" ilə ilk oyun üçün 21 futbolçu
15:21 "Neftçi" - "Şalke" 0:1 - FOTOLAR
14:40 "Barselona" qalib gəldi, "Real"la PSJ uduzdu - VİDEO
14:23 “Fakel” Məsimovsuz qalib gəldi
14:00 Yunanıstandan şad xəbər: Dabo “Panatinaikos”a qarşı oynayacaq
13:40 19 yaşlı yarımmüdafiəçi üçün 17 milyon avro
13:21 İtaliya A Seriyasında yeni mövsümün püşkü atıldı
13:00 "Neftçi" inzibatçısını Avstriyaya aparmağa pul tapmadı
12:40 "Zirə"nin sabiq futbolçusu Macarıstan klubunda
12:21 "Sumqayıt"ın Boluda 12-ci məşq günü - VİDEO
12:00 "Binə" "Şəmkir"in legionerini transfer etdi
11:40 "İnter" "Neftçi"yə 4 qolla qalib gəldi
11:23 "Neftçi" - "Şalke" 0:1 - VİDEO
11:00 "Panatinaikos" - "Qəbələ" matçı canlı yayımlanacaq!
10:30 Şeydayev sabiq klubu ilə 7 qolluq matçın iştirakçısı oldu
03:00 "Səbail" ərəblərə məğlub oldu
01:00 ÇL-də 3-cü mərhələ: ilk oyunlara yekun vuruldu
00:00 "Sumqayıt" Bolu hazırlığını davam etdirir
26 İyul 2017
23:53 "Neftçi"nin yeni transferinin adı məlum oldu: Navalovskini o əvəzləyəcək
23:45 Millimiz Qazaxıstana qalib gəldi
23:00 "Qəbələ" "Panatinaikos"a qarşı - VİDEO
22:30 "Kəpəz" Bakıda hazırlığa başlayacaq
22:00 "Neftçi" "Şalke"yə məğlub oldu
21:30 Qriqorçuk: "Sabahkı oyunun necə alınacağı mənə də maraqlıdı"
21:08 "Qarabağ"ın transfer hədəfində olan futbolçunun agentindən açıqlama
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.