Ucuz təyyarə biletləri

AFFA-nın üzü niyə qızarmır?!

Tarix:  07.07.17 11:07           Yazar:  Amal Abuşov           Oxunub: 717 dəfə

Beləsi ancaq Azərbaycanda baş verə bilər. “İnter” avrokuboklarda uğurla çıxş edir, iki oyunda Serbiya təmsilçisinin qapısına 5 cavabsız top vurmağı bacarır. Amma klubu bazasından qovurlar. Belə olacağını aylar öncədənən proqnozlaşdırmışdıq. Çoxdan idi ki, müzakirələr gedirdi. Eşidirdik ki, “Azərbaycan Beynəlxalq Bankı” sponorluğundan imtina etdiyi klubu icarə haqqı ödəmədən stadiona buraxmaq istəmir. Ya onların tələb etdiyi para ödənilməli, “İnter Arena” satın alınmalıydı, ya da bazanın istifadəsi üçün icarə haqqı verilməliydi. Söhbət isə 25-30 milyon manatdan gedir...

 

Dünən axşam həmkarlarımızın suallarını cavablandıran Elxan Məmmədov fəxrlə söyləyib ki, AFFA-nın yeri çoxdu, “İnter”ə qucaq aça biləcəklər. “İnter Arena”nın gələcəyi ilə bağlı suala isə baş katibinin cavabı olmayıb. Hələ “yaxşılıq” edib ünvan da göstərib: “O sualla “Aqrarkreditbank” və “Beynəlxalq Bank”a müraciət etmək lazımdı”. 

 

Yox, cənab baş katib. Yaxanızı belə asanlıqla əlimizdən qurtara bilməzsiz. Heç olmasa utanmağınız, başınızı yerə dikməyiniz vacibdi. Siz unutsanız da, biz tarixi unutmamışıq. 

 

“Beynəlxalq Bank” kommersiya struktrudu, onlar idman qurğusuna, stadiona qazanc mənbəyi kimi baxa bilərlər. Üstəlik, gəlir gətirməyən bir obyektin kommunal xərclərini ödəməkdən boyun qaçırmaları da normaldı. Amma AFFA-nın bu cür davranmağa nə hüquqi, nə də mənəvi haqqı var. Rövnəq Abdullayevin prezident, Elşad Nəsirovun vitse-prezident, Elxan Məmmədovun baş katib olduğu qurum Azərbaycanda futbolun idarəedilməsinə və inkişafına cavabdehdi. Onsuz da ölkədə normal futbol meydançası və baza bir əlin barmaqlarının sayı qədərdi. Niyə həmin stadionları qoruya bilmirik? Buyurun, cavab verin. “İnter Arena”nı “su qiyməti”nə niyə satmışdız?

 

AFFA İcraiyyə Komitəsinin 2011-ci ilin oktyabr ayının 30-da keçirilən iclasında bu günkü faciənin bünövrəsi qoyulmuşdu. Həmin iclasda qərara alınmışdı ki, “İnter” Futbol Klubunun “Şəfa” stadionunu satın almaqla bağlı müraciətinə müsbət baxılsın və müvafiq alqı-satqı sənədlərinin hazırlanması baş katib Elxan Məmmədova həvalə olunsun. Diqqət yetirin, stadion məhz “İnter” Futbol Klubuna satılıb, “Beynəlxalq Bank”a yox. 2000-ci ildə 4 milyon 500 min dollara başa gələn stadionun sonradan 4 milyon 250 min manata satılması isə bir ayrı müəmma idi. Onu da Elxan Məmmədovun özünün dilindən güclə qoparmışdılar. AFFA uzun müddət bu alverin qiymətini gizli saxlamağa çalışmışdı. 2011-ci ildə başlayan gizli sövdələşmənin bitdiyini 3 il sonra etiraf edən baş katib əminliklə bildirmişdi ki, “Şəfa”nın futbol məqsədləri üçün istifadə olunmasını nəzərə alıblar və bunu ciddi nəzarətdə saxlayacaqlar. Nə oldu, cənab Məmmədov?

 

Belə çıxır ki, bu gün “İnter”i doğma meydanından qovan “Beynəlxalq Bank” sabah arenanı buldozerlə dağıdıb, onun yerində ticarət mərkəzi, yaxud da şadlıq sarayı da tikə bilər. AFFA-nın bu prosesə mane olmaq üçün heç bir hüquqi əsası yoxdu. Görəsən, heç utanırlarmı, vicdanları sızlayırmı? Real dəyərindən qat-qat ucuza satılan “İnter Arena”dan qovulan təkcə Zaur Svanadze və onun futbolçuları deyil, səbatsız və futboldan bixəbər AFFA başbilənləridi. Utanıb-qızarmadıqları üçün hələ də öz oyunlarını çıxarırlar. Amma bunun da bir sonu gələcək, şübhəniz olmasın!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
Sumqayıtın uğurlu “Uğur”u!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
"Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
Rusiyada yaşayan iş adamı "Şəmkir"i himayəsinə götürür?
Lənkəran stadionunun sabiq direktoru dondurma satır?

Xəbər Lenti
24 Avqust 2017
02:30 "Qarabağ" Azərbaycanı irəli saldı
02:22 "Kopenhagen"nin baş məşqçisi: "Bugünkü oyun haqda onu deyə bilərəm ki..."
01:57 "Qarabağ"ın Çempionlar Liqasında səbəti müəyyənləşdi
01:35 Tahir Gözəl: "Bu, Qarabağ bölgəsindən köçkün düşmüş insanlara kiçik hədiyyəmizdir" - MÜSAHİBƏ
01:26 Qurban Qurbanov: "Qələbəni Azərbaycan xalqına həsr edirik"
01:20 "Qarabağ"ın tarixi qələbəsi - VİDEO
01:12 Çempionlar Liqasında pley-offa yekun vuruldu
01:07 "Qarabağ"ın qələbə selfiesi - FOTOLAR
00:56 "Qarabağ"ın Çempionlar Liqasının qrupundakı rəqiblər nə vaxt bilinəcək?
00:35 "Qarabağ" ÇL-in qrup mərhələsində!
23 Avqust 2017
23:51 "Qarabağ"da planlaşdırılmamış əvəzləmə
23:30 Samir Məsimov oynamadı, "Fakel" mərhələ adladı
22:30 Nəsirov oynadı, "Sportinq" qələbə qazandı
22:01 "Kopenhagen" - "Qarabağ": Heyətlər açıqlandı
21:49 "Kopenhagen" - "Qarabağ" - CANLI YAYIN
20:00 "Atletiko"nun hakimi söyən futbolçusu cəzalandı
19:30 "Qəbələ" Koreyaya yollanır
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.