Ucuz təyyarə biletləri

Qurban Qurbanov: "Mətbuat konfransında bunu açıqlamağı xoşlamıram"

Tarix:  24.07.17 18:07           Yazar:  Rekord.az           Oxunub: 267 dəfə

Sabah Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında Moldovanın “Şerif” klubunu qəbul edəcək “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun öncəsi mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, baş məşqçi oyunun çətin keçəcəyini bildirib:

 

- Oyuna ciddi hazırlaşmışıq. Baxmayaraq ki, vaxtımız az idi. Rəqib də güclüdür, təcrübəlidir. Baş məşqçiləri də italiyandır, heyətlərinə də xeyli yeni futbolçu cəlb ediblər. Onlar arasında öz ölkələrinin milli komandalarında oynayanlar da var. Bizə qarşı da iddialı hazırlaşıblar. Burdan da görünür ki, “Şerif də bu mərhələni keçib qrupa yaxınlaşmaq istəyir.

 

-  Rəşadın oynamayacağı məlum idi, bəs Dani?

- Heç biri sabah oynamayacaqlar. 

-  Əksəriyyət düşünür ki, “Qarabağ” bu mərhələni də asan keçəcək…

- Biz tərəfdən yaxşıdır ki, insanlar bizə inanır. Amma biz işimizi hər zaman ehtiyatlı tuturuq. Hətta uduzmağı da göz önünə gətiririk. “Şerif” öz ölkəsinin çempionudur. Az öncə qeyd etdiyim kimi, 7 yeni oyunçuları var. Çoxu da  təcrübəli transferlərdi. Odur ki, bizim üçün ağır oyunlardan biri olacaq.

​-  Çoxları “Qarabağ”dan Çempionlar Liqasının qrupunu tələb edir. Bu amil futbolçulara psixoloji cəhətdən necə təsir edir?

- Çalışırıq ki, bu, olmasın. Həm də qrupa düşmək üçün hələ 2 mərhələ keçmək lazımdı. Bu rəqibi keçdikdən sonra bu barədə fikirləşə bilərik. Odur ki. Gəlin bir qədər səbirli olaq, özümüzü aldatmayaq.

 

​-  “Şerif” bundan əvvəlki mərhələdə daha çox güc itirdi. Bu sizin şansınızı artıra bilərmi?

- Düşünmürəm ki, bu məqam sabahkı oyuna ciddi təsir etsin. Həm Çempionlar Liqası ilə ölkə çempionatı fərqli turnirlərdi.

 

- Qapıda kimin oynayacağını müəyyənləşdirmisiniz?

Baş məşqçi həmişə heyəti özü üçün müəyyənləşdirir. Mən də təxmini heyəti bilirəm. Amma bunu mətbuat konfrasında açıqlamağı xoşlamıram.

 

​-  Sabahkı oyunun Ağdamın işğalı günlərinə təsadüf etməsi sizin üzərində təzyiqi artırmır?

- Ağdamın işğalının sabah və ya bir ay sonra olmasını düşünmürük. Bu hadisə bir gün baş verib. Qarabağ torpaqlarının işğalı daim məsuliyyətimizi artırır. Bütün futbolçuların bundan məlumatı var. Dünən əcnəbi oyunçular daha çox maraqlandılar bu barədə. Bilirlər ki, onlardan nələr tələb olunur.

 

​- Mərhələ adlayacağınız təqdirdə yeni transferlər gözlənilirmi?

- Transferlərimiz mərhələ adlamaqla əlaqəli deyil. Ola bilər ki, Allah eləməmiş, mərhələni keçə bilməyək, amma danışıqapardığöımız futbolçularla söhbətimiz alınsa, müqavilə bağlayacağıq.

​-  Mahir Mədətov son oyunları zəif keçirir. Ümumiyyətlə, hansı mövqelərə oyunçu axtrırsınız?

- Hücum xəttinə oyunçu axtarırıq. Amma şəxsi fikirlərə görə yox. Bizim futbolçudan olan tələblərimizə cavab verib-verməməsi haqda onlarla söhbət edirik. Mahir Mədətovun hazırkı çıxışı məndə müsbət fikir yaradır. Hücumçu axtarışımız Mahirə və ya başqa oyunçuya görə deyil. Alternativli heyət düzəltmək istəyirik. Çünki sabah kimsə zədələnə, cəzalana bilər.

 

​- Belə başa düşülür ki, yeni transferlərdə çətinlik çəkirsiniz. Buna rəğmən “Qəbələ” əcnəbi transferlərində çətinlik çəkmir. Problem nədədi?

-  “Qəbələ”də əsas heyət üzvlərinin çoxu qalıb. Birdən-birə 10 futbolçu lazım olsaydı, bəlkə də tapardıq. Hər mövqeyə oyunçu lazım olsa, bir qədər asan olur. “Barselona” belə, transferlərdə çətinlik çəkir. Məsələyə fərqli yanaşmaq lazımdı. Komandanı gücləndirəcək oyunçudusa, artığını da ödəyib gətirərik. Bir neçə dəfə olub ki, futbolçunun klubuna da təzminat ödəmişik. “Qəbələ” də özlərinə lazım olan sayda oyunçu götürürlər, biz də.

​- Rəşad Sadıqov sıraya döndükdən sonra Jezniçakla onun arasında seçim etməkdə çətinlik çəkməyəcəksiniz?

- Təki hamısı sağlam olsun.

​- Almeydanın keçmiş komanda yoldaşı onun “Qarabağ”da 550 min avro aldığını bildirib. Bu doğrudumu?

- İlini soruşmaq lazımdı. 550 min söhbətini eşitməmişdim. Biz futbolçudan, o da bizdən məmnundusa, pul məsələsi problem olmamalıdı.

 

Anar XANLAROV

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
Millimizin sabiq üzvü futbol məktəbi açdı
Yunis Hüseynov 1 il vaxt istəyib
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi

Xəbər Lenti
25 Fevral 2018
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.