Ucuz təyyarə biletləri

Milli Mətbuat Günü münasibətilə velosiped yarışı keçirilib - VİDEO

Tarix:  25.07.17 12:07           Yazar:             Oxunub: 61 dəfə

22 iyul – Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələri nümayəndələri arasında velosiped yarışı keçirib. Rekord.az xəbər verir ki, 50-yə yaxın iştirakçının mübarizə apardığı yarış İsmayıllı rayonunda yerləşən “İsma Bikes” zavodu ərazisində baş tutub.

 
Yarış başlamazdan əvvəl mətbuat nümayəndələri “İSMA” velosipedlərinin istehsal edildiyi zavodla tanış olublar. Zavodun direktoru Elçin Qəhrəmanov Azərbaycanın ilk milli velosiped brendi olan “İSMA BİKES”ın istehsal prosesi barədə ətraflı məlumat verib və bildirib ki, illik istehsal gücü layihə üzrə 30 000 ədəd velosiped olan zavod açılarkən 3 əsas modeldə velosiped istehsal etsə də, cəmi bir neçə ay ərzində mühəndis konstruksiya işləri genişləndirilərərək modellərin sayı 50-yə çatdırılıb. Zavodda həvəskar və peşəkar idmançılar, eləcə də uşaqlar və qadınlar üçün müxtəlif tipli velosipedlər istehsal edilir. Yaxın gələcəkdə burada əlil arabalarının istehsalı da nəzərdə tutulur.
 

Mətbuat nümayəndələrinin diqqətinə çatdırılıb ki, İsmayıllı Velosiped Zavodu istifadə etdiyi əsas komplektləşdirici materialların çoxunu Yaponiyanın məşhur "Shimano" şirkətindən alır. Bundan əlavə, zavod Tayvan, Malayziya, Çin və Bolqarıstanın müxtəlif müəssisələri ilə də sıx əməkdaşlıq edir. Zavodda Niderland, Türkiyə və Bolqarıstan avadanlıqlarından istifadə olunur. Zavoddakı “quru-toz” rəngləmə avadanlığı Türkiyə istehsalıdır. Avadanlıqlar və şərait ən yüksək keyfiyyətli məhsul istehsal etməyə imkan verir. «İSMA BİKES" velosipedlərinin istehsalı eyni zamanda “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə dəstək xarakteri daşıyır.
 

Daha sonra yarışa start verilib. Əvvəlcə media nümayəndələri 5 nəfərlik qruplarla zavod ətrafındakı 1,5 km-lik marşrut boyunca dövrə vurublar və yekunda ən yaxşı nəticə göstərən 10 iştirakçı yarımfinala vəsiqə qazanıb. Ardınca eyni reqlamentlə finalçılar müəyyənləşib və həlledici yürüşdə 5 nəfər mübarizə aparıb. Finiş xəttəni hamıdan tez www.xeberle.com saytının əməkdaşı Kamran Mustafayev keçib. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq “Space” və “CBC” telekanallarının nümayəndələri Fuad Atakişiyev (ötənilki çempion) və Feyruz Rəhimov tutublar.
 

Qalib və mükafatçılara Azərbaycan Velosiped İdmanı Federasiyası, İsmayıllı rayon İcra Hakimiyyəti və “Coca-Cola” şirkətinin hədiyyələri təqdim edilib. Bundan başqa, çempion olmuş Kamran Mustafayev İsmayıllı Velosiped zavodunun istehsalı olan “İSMA” velosipedi ilə təltif edilib.
 

Mətbuat nümayəndələrini peşə bayramları münasibətilə təbrik edən Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev ənənəvi hal alan yarışın qarşıdakı illərdə də təşkil ediləcəyini deyib.


* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
Millimizin sabiq üzvü futbol məktəbi açdı
Yunis Hüseynov 1 il vaxt istəyib
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi

Xəbər Lenti
25 Fevral 2018
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.