Ucuz təyyarə biletləri

Şuşada niyə stadion və futbol klubu olmayıb? - YAZI

Tarix:  25.07.17 18:07           Yazar:  Rekord.az           Oxunub: 310 dəfə

"Rekord.az" saytı AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilən növbəti layihəsinə start verir. "Meydansız top" adlı layihəmiz işğal altında olan bölgələrimizin futbol tarixi, bu günü və gələcəyi ilə bağlı olacaq, məsələdən geniş bəhs ediləcək. Beləliklə, ilk yazımızı sizə təqdim edirik.

 

Azərbaycanın muğam beşiyi

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa Qarabağın gözü, Azərbaycanın isə musiqi beşiyi sayılır. Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir.  20 min nəfərdən artıqdır. 

 

Az öncə də qeyd etdiyimiz kimi, Şuşa deyəndə ilk olaraq ağla Azərbaycan musiqisi, muğam, Xan Şuşinski, Cabbar Qaryağdıoğlu, Bülbül gəlir. Bu rayon idman rayonu kimi tanınmayıb. Baxmayaraq ki, XIX əsrdə bu şəhərdə Pəhləvan Nabat adında məçhur güləşçi olub. Hansı ki, o dövr onun kürəyini yerə vuran tapılmırdı. 


Futbol isə Şuşa üçün yad idman növü olub. Bəlkə də kiməsə sual versək ki, Şuşanın futbol tarixi haqda nə bilirsən, böyük əksəriyyət bu suala cavab verə bilməyəcək. Biz özümüz də bu tarixi şəhərimizin futbolu haqda araşdırma aparanda əməlli başlı çətinliklə üzləşdik. Məlumatlar çox kasad idi. Bununla belə, maraqlı sayıla biləcək maraqlı faktlar tapa bildik.

 

Olimpiadanın finalını idarə etmiş şuşalı balası


Məsələn, çoxları məşhur futbol hakimimiz Eldar Əzimzadəni bakılı kimi tanıyır. Hətta SSRİ-də də onu bakılı hakim kimi təqdim edirdilər. Lakin Əzimzadə əslində şuşalıdır. 1934-cü ildə Şuşada anadan olub və futbolla tanışlığı da doğma şəhərdə başlayıb. Sonradan ailəsi ilə birlikdə Bakıya köçüblər və İçərişəhərdə yaşamağa başlayıblar. Ona görə bu günə kimi çoxları Əzimzadəni içərişəhərli balası kimi tanıyır. Lakin qeyd etdiyimiz kimi, məşhur hakimimiz, 1980-ci il futbol üzrə olimpiya oyunlarının finalını idarə edən Eldar Əzimzadə əslində şuşalıdır. 

 

Hazırda Azərbaycan futbolunda şuşalı futbol adamı tapmaq çətin məsələdir. Lakin müəyyən araşdırmalarımız zamanı bir neçəsini tapa bildik. Öyrəndik ki, hazırda I Divizionda çıxış edən MOİK-in baş məşqçisi Ramil Əliyev şuşalıdır. 23-24 yaşlarından məşqçiliyə başlayan Ramil 10 il bundan qabaq MOİK-i Premyer Liqaya çıxarmaqla məşhurlaşmışdı. Sonralar elitada mübarizə aparan “Rəvan”ın da baş məşqçisi olub.

 

 

"Şuşada futbola maraq var idi"


Şuşa futbolunun üzdə olan simalarından biri də hazırda “Qarabağ” da məşqçi kimi çalışan Şaiq Həsənovdur. Onu da bir çoxları ağdamlı kimi tanıyır. Çünki gözümüzü açandan bu insanı “Qarabağ”da görmüşük. Ağdamın işğalından əvvəl də bu rayonda yaşayıb. Lakin araşdırmamız zamanı məlum oldu ki, böyük əksəriyyətin ağdamlı kimi tanıdığı Həmidov da əslində şuşalıdır və Şuşada doğulub. Elə Şuşa futbolunun tarixi haqda məlumat almaq üçün də ona üz tutduq. Uzun illərdi mətbuata çıxmayan Şaiq müəllimi yola gətirmək çox çətin oldu. “Mən heç vaxt müsahibə vermirəm” deyib yaxasını kənara çəkdi. Güclə yola gətirəndən sonra da xahiş etdi ki, yazıda adını çəkməyək.  Amma təbii ki, biz onun bu xahişini yerə salmalı olduq.  Çünki Şuşa futbolundan yazırıqsa, onun üzdə olan simasını da ictimaiyyətdən gizlətməyə haqqımız yox idi. 

 

Həmsöhbətimizdən öncə Şuşada nə vaxtsa futbol komandasının olub-olmaması haqda soruşduq: “Mən özüm Şuşada anadan olmuşam. Çoxlarının ağdamlı kimi tanıması ondan irəli gəlir ki, Ağdamda yaşamışam. Bizim həm Şuşada, həm də Ağdamda evimiz var idi. Amma daha çox Ağdamda yaşamışıq. Həm də mən futbolla da Ağdamda məşğul olmuşam. Şuşa Azərbaycanın gözəl guşələrindən biri idi. Hər kəs ora dincəlməyə gəlirdi. Kurort zonası, həm də dağlıq rayon idi, bunu hamı bilirdi. Orda heç vaxt peşəkar səviyyədə futbol komandası olmayıb. Səbəb? Komandanın olması üçün stadion lazımdır. Şuşada isə stadion yox idi. Niyə yox idi, niyə tikməmişdilər, bunu deyə bilmərəm. Çünki bu məsələni rəhbər şəxslər həll edirdi. Bəlkə də Şuşaya futbol rayonu kimi yox, turizm rayonu kimi baxırdılar.  Amma deyim ki, böyük stadion olmasa da iki meydança var idi. Biri Cıdır düzündə idi, biri də şəhər mərkəzində.  Hər ikisində uşaqlar futbol oynayardı. Yəni tam demək olmaz ki, Şuşada futbolu sevən yox idi, heç kim futbol oynamırdı.  Peşəkar səviyyədə olmasa da həvəskar səviyyədə komanda da var idi. Yadımdadı, bir dəfə həvəskarlardan təşkil olunmuş həmin Şuşa komandası Ağdama “Qarabağ”la oyuna gəlmişdi. Həmin vaxt “Qarabağ” güclü komanda sayılırdı, Azərbaycan  çempionu olmuşdu. Şuşa komandası uduzsa da yaxşı təsir bağışlamışdı. O vaxt Şuşada Rizvan adlı oğlan var idi, ən güclü oyunçularından idi. Sonradan Qarabağ döyüşləri zamanı ermənilər tərəfindən vurulan vertalyotda həlak olmuşdu. Bir sözlə, peşəkar komandası, böyük stadionu olmasa da Şuşada futbola maraq var idi və uşaqlar həvəskar şəkildə də olsa futbolla məşğul olurdu. Sadəcə, o uşaqları bir yerə yığıb komanda yaratmaq lazım idi. Bunun üçün də dediyim kimi, stadion lazım idi”.  

Şaiq müəllimdən əslən Şuşadan olan və sonradan Azərbaycan çempionatında oynamış hansısa tanınnış futbolçunun olub-olmadığını soruşduqda isə o, belə bir futbolçunun olmadığını bildirdi. Həmsöhbətimiz bizimlə söhbət zamanı hazırkı dönəmdə Şuşanın futbol komandasının olmasını vacib şərt adlandırdı: “Bilirsiniz, o dövrdə komanda olmayıb olmayıb, bunu başa düşdük. Amma bu gün Şuşanın komandası olmalıdır axı. Olmalıdır və çempionatda da oynamalıdır. Səbəbini siz məndən də yaxşı bilirsiniz. Bu, ilk növbədə siyahi məsələdir. Şuşa Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Bu gün mənfur ermənilər Şuşanı da Qarabağın digər bölgələrini də işğal eliyib o torpaqları öz adlarına çıxırlar. Halbuki bütün dünya bilir ki, Qarabağ da Şuşa da bizim torpaqlardı. Amma komandanın olması da vacib şərtdir. Bu gün “Qarabağ” komandamlz var və Avropada Azərbaycanı layiqincə təmsil edir. Mən çox istərdim ki, Şuşanın da bu cür komandası olsun və bu komanda Avropaya çıxsın, Azərbaycanı Avropada da təmsil eləsin”.

 

 

Bir dövrəlik komanda

Əslində Şaiq müəllim deyən komanda, daha doğrusu, komandalar  işğaldan sonra yaranmışdı. Məsələn, 2003-cü ilin yayında “Lider Qarabağ” komandası yaradıldı. Həmin komanda məhz Şuşanı təmsil edirdi. Bəlkə də xatırlayanlar var, həmin komandanın prezidenti də məşhur bayraqdar Elman Türkoğlu idi.

Baş məşqçi postuna isə Məmmədəli Qəniyev gətirilmişdi. O vaxt da hədəf o idi ki, bu komandanı yaşadıb gələcəkdə yüksək liqaya, ordan da Avropaya çıxışını təmin etsinlər. Məlum məsələdir ki, Elman Türkoğlu sadə insan idi və onun nə biznesi, nə də böyük pulu var idi. Sadəcə, bu şəxsin imicindən istifadə edib kluba prezident təyin etmişdilər ki, qarabağlıları bu komanda ətrafında toplasınlar, imkanlı sponsorların tapılması üçün iş aparılsın. İlk zamanlarda belə sponsorların olduğuna dair iddialar da ortaya qoyuldu. Hətta komanda I dəstədə iştirak üçün tələb olunan üzvülük haqqını ödəyib I Dəstədə mübarizəyə də başladı. İlk vaxtlarda komanda pis təsir bağışlamırdı. Düzdür, çempionatda iddialı “Gənclərbirliyi”, “Karat”. “Göyəzən” kimi komandalar var idi. Lakin “Lider Qarabağ” da yeni qurulan komanda kimi, möhkəm ortabab olmağı bacarmışdı. Komanda ölkə kubokunun 1/16 final mərhələsini də uğurla dəf etmişdi. Bu uğurlu çıxışın davamı üçün mütləq yeni sponsora və maddi dəstəv yə ehtiyac var idi. Futbolçulara maaş verilməli, stadionun icarə haqqı ödənməli idi. Çünki futbolçular ilk ayı maaşsız oynamışdılar. Rəhbərlikdən söz verilmişdi ki, növbəti aylardan maaş olacaq. Lakin I Dəstənin start götürməsinə və bir neçə tur geridə qalmasına baxramayaraq, nə sponsor var idi, nə də pul. Eyni zamanda stadionun icarə haqqı da ödənməli idi. Komanda ilk olaraq məşqlərə Bakıda başlasa da sonradan Sumqayıta köçməyə qərar verdi ki, bunun da müəyyən səbəbləri var idi. Komandanın baş məşqçisi Məmmədəli Qəniyev Sumqayıtda yaşayırdı. Bundan başqa, Sumqayıtdakı “İnşaatçı” stadionunun o vaxtkı direktoru Çingiz Hüseynov da əslən şuşalı olduğu üçün icarə haqqında komandaya müəyyən güzəştlər edirdi. Lakin bütün bunlar bir yerə qədər idi. Sponsor olmayacağı təqdirdə komandanın yaşaması mümkünsüz görünürdü. Dərd orasındadır ki, Şuşa rayon rəhbərliyi də komandaya biganə yanaşırdı. Nə komanda ilə maraqlanırdılar, nə də adi tamaşaçı kimi gəlib oyunlarına baxırdılar. Hətta o vaxt rayon rəhbərliyinə forma alınması ilə bağlı xahiş ünvanlansa da onlar bu xahişi də yerə salmışdılar. Bir sözlə, komandanın fəaliyyətinin uzun sürməyəcəyi real idi ki, bu da baş verdi. “Lider Qarabağ” ilk dövrə başa çatmamış maddi çətinlik ucbatından fəaliyyətini dayandırmalı oldu. Biz isə o dövrü komandanın baş məşqçisi olmuş Məmmədəli Qəniyevlə birlikdə daha ətarflı xatırlamaq qərarına gəldik.


Ardı olacaq...

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
Sumqayıtın uğurlu “Uğur”u!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO

Xəbər Lenti
23 Avqust 2017
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
18:00 Şuşa və Laçın futbolu haqda yeni faktlar
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
19:21 Super Liqa klubunun prezidenti istefa verdi
19:00 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
18:40 Kapitan hələ də fərdi məşq edir
18:25 Sumqayıtın uğurlu “Uğur”u!
18:21 Bundesliqa klubundan daha bir transfer
17:41 Ayxan Universiadada gümüş medalla kifayətləndi
17:21 "Milan" yeni "Şevçenko"suna qovuşdu
17:00 Oyun Tovuzda keçirilsəydi...
16:40 Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə
16:23 Nəriman Abdullayev: “Komandamız yaxşı formadadı”
15:40 "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi
15:21 Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi
15:00 Lənkəran stadionunun sabiq direktoru dondurma satır?
14:40 Norveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
14:22 "Qarabağ" "Kopenhagen"lə oyuna hazırlığı bu gün tamamlayacaq
14:00 "Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.