Ucuz təyyarə biletləri

Biri gəlir, bir gedir... “Neftçi”də!

Tarix:  29.07.17 14:07           Yazar:  Amal Abuşov           Oxunub: 759 dəfə

 

Biri gələr, bir gedər hamamda,
Ölü gələr, diri gedər hamamda,
Canımızın kiri gedər hamamda!
                        (“Papaq” filmindən)

 

 

“Neftçi”nin sabiq icraçı direktoru, yeni prezidenti Orxan Hüseynzadə taxtına çıxan kimi ardıcıl bir neçə gurultulu müsahibə verdi. Sualların qoyuluşu fərqli olsa da, onlara verilən cavablar təxminən eyni idi. Deyirdi ki, ötən qışda güclü heyət formalaşdırıblar və mövsümün qalan hissəsində həmin futbolçular bir-birinə uyğunlaşmağı bacarıblar. Onun sözlərindən belə başa düşürdük ki, “Neftçi”nin 80-ci yubiley ilində səkkiz komandanın iştirak etdiyi Premyer Liqada 7-ci olmasının da, ölkə kubokunun yarımfinal mərhələsində “Qarabağ”ın əvəzedici heyətinə uduzmasının da səbəbi məhz bu məqam imiş. Yüksək səviyyəli futbolçulardan qurulmuş “ansambl” məhz uyğunlaşma probleminə görə onlardan gözlənilən nəticəni verə bilməyib.

 

Sizin də yadınızda olar, qış fasiləsində tanış menecerlər “Neftçi”nin düşərgəsini karvansaray qapısına döndərmişdilər. Elxan Abdullayev də bu kütləvi dəyişikliklərin “Neftçi”yə heç nə verməyəcəyini, yeni futbolçular bir-birini tanıyana qədər çempionatın bitəcəyini deyənlərlə razılaşmırdı. Hətta iddia edirdi ki, onların bəyəndikləri futbolçular hamısı düşərgəyə hazır gəliblər, sabiq komandalarında əsas heyət üzvü olduqlarından daim meydana çıxıblar. Məhz bu səbəbdən onlara görə müqavilə ilə məxsus olduqları klublara transfer haqqı ödəməkdən belə çəkinməyiblər. Nəticəsi nə oldu? Heç nə! “Neftçi”yə ayrılan son qəpik-quruşu da göyə sovurdular. Ölkənin ən qocaman klubu nə ölkə kubokunun finalına çıxa bildi, nə də AZAL-dan başqasını qabaqlaya. Avrokuboklara vəsiqəni min bir üsulla “xalq komandası”na peşkəş etmək, “Azərbaycanı qitə kuboklarında layiqincə təmsil etmək üçün güclənməliyik” adıyla sponsordan transfer üçün yenidən milyonlar qoparmaq da mümkün olmadı. Onlar da neft kranından “Neftçi”yə ayrılan “damcılar”ın sayını azaltdılar.

 

Yayda qaz vurub-qazan doldurmaq həvəsi qursağında qalan “yenilər” hər kəlməbaşı kredit qaytardıqlarını vurğulayırlar. Daha demirlər ki, həmin kredit borcları necə yaranıb, borcun xirtdəyə qədər çıxacağını bilə-bilə nə üçün qışda bu qədər yararsız əcnəbiyə pul xərcləyiblər?

 

Sözüm onda deyil. Cənab Hüseynzadənin prezident olduqdan sonra möhkəm yapışdığı arqumentə qayıtmaq istəyirəm. Heyəti qoruyub saxlamağı bacardıqlarından və məhz bunun sayəsində “Neftçi”ni ilk “üçlüyə” çıxaracaqlarından dəm vururdu. Bir ildi “Neftçi”nin formasını geyinən Edson Kastilyonu Venesuelanın “Mineros Quayana” klubuna icarəyə verdilər. Guya ki, Elxan Abdullayevin əlinin altında futbolçu bolluğudu, lazımsızları icarəyə göndərirlər. Ondan əvvəl isə gürcü Navalovski klubla müqaviləsi ola-ola Rusiyaya yollandı. Qışda gətirdikləri Zdenek Folprexti də saxlaya bilmədilər. Hələ mən klubun öz yetirməsi olan yerli gəncləri demirəm. Əvəzində “Rudar”dan Mateo Mujeklə müqavilə bağlandığı böyük fəxarət hissiylə elan olunub. Sanki xorvatiyalı müdafiəçi ölkənin ən qocaman klubunun bütün dərdlərinə çarə qılacaq. Bəs hanı sizin qoruduğunuz, uyğunlaşma dövrünü geridə qoymuş heyətiniz? Bu gedişlə “Neftçi” nəinki mükafatçılar sırasına düşə bilməyəcək, heç ötən mövsümkü “nəticəsini” belə yaxşılaşdırmayacaq. Daha AZAL yoxdu, Orxan bəy!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“Şahdağ”ın I Diviziona buraxılmamasının əsl səbəbi məlum oldu - ÖZƏL!
"Qəbələ" sabiq futbolçusunu geri qaytarır?
Barqas Tərlan Əhmədovun dediklərini təkzib etdi: "Doğru məlumat deyil" - MÜSAHİBƏ
Pedro Enrike: "Bura ancaq Çempionlar Liqasının oyunlarını oynamağa gəlməmişəm" - MÜSAHİBƏ
Lisenziyalaşdırma yox, monopoliyalaşdırma - YAZI
“Qarabağ”la “Qəbələ”dən növbəti qələbə
Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!
"Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
"Göyəzən" fəaliyyətini dayandırdı!
RƏZALƏT: "İnter" xanımları zorla stadiona gətirir

Xəbər Lenti
19 Sentyabr 2017
17:00 AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI
16:48 Yığmamız Avropa birinciliyində iştirak edəcək
16:30 “Sumqayıt” – "Qarabağ" matçının vaxtı açıqlandı
16:22 Almaniya - Azərbaycan: biletlərin qiymətində endirim
16:00 Çempionlar Liqasının finalı Bakıda olacaq?
15:54 Elxan Məmmədov: “Qərar sabah məlum olacaq”
15:48 “Kəpəz”in baş məşqçisi yeni məqsədini açıqladı
15:31 Millimizin 7 velosipedçisi dünya çempionatında
15:00 Nizami Hacıyev: Zaur Axundovu razı salın, gəlim "Neftçi"yə
14:12 Rauf Əliyev oynadı, “Kukesi” xal itirdi
14:05 “Qarabağ” - “Roma”: 45 000 bilet satılıb!
14:00 Emin Mahmudov "Neftçi"ni məcburiyyətdən seçib
13:45 Sloveniyada tarix yazan cüdoçularımız Bakıya döndülər VİDEO
13:22 “Qəbələ”dən ardıcıl 5-ci qələbə
13:00 "Sumqayıt"a lazım olmayan futbolçu "Vətən"lə müqavilə bağladı
12:34 Araz Abdullayev APOEL üzərində qələbəyə sevindi
12:22 “Binə”dən daha 2 transfer
12:12 “Qazprom”dan “Rekord.az”a təşəkkür məktubu gəldi!
12:00 Millimizin sabiq üzvü tanınmamış respublikanın komandası ilə müqavilə bağladı
11:00 "Göyçə" I Diviziona buraxılsa baş məşqçi kim olacaq?
10:00 "Neftçi"nin prezidentini SOCAR-a çağırıb danladılar və dekabra kimi vaxt verdilər
18 Sentyabr 2017
23:30 "Sumqayıt"ın və "Xəzər Lənkəran"ın sabiq üzvü qəzaya düşdü
22:50 Ümudünya Avtomobilsiz Gününə həsr olunmuş yürüş keçiriləcək
21:33 Azərbaycan millisi Nalçikə yollandı
20:23 “Roma” ilə matçı stadiondan izləməyə hazırlaşanların nəzərinə
20:00 Dibala Messi ilə müqayisə olunmaq istəmir: "O, bir əfsanədir"
19:30 Yığmamız Avropa birinciliyində mübarizəyə başlayır
19:25 Runi 2 il maşın sürə bilməyəcək
18:43 "Anderlext"in baş məşqçisi qovuldu
18:22 Azərbaycan - Çexiya matçı 50 manata
18:13 “Beşiktaş”ın futbolçuları milli komandamıza çağırıldı
18:00 "İnter" rəhbərliyi söz verdi: sabah maaş olmalıdır
17:49 Alman klubu baş məşqçini istefaya göndərdi
17:14 Karate yığmamızdan 18 medal!
17:00 "Göyəzən" fəaliyyətini dayandırdı!
16:50 Emin Mahmudov rəsmən “Neftçi”də
15:38 Səlahət Ağayev əməliyyat olunacaq
15:22 “Qarabağ” jurnalistlər üçün akkreditasiya müddəti və şərtlərini açıqlaylb
15:00 Səlahət Ağayev bir aydan sonra sıraya dönür
14:45 “Zirə”dən 10-cu səfər zəfəri
14:36 Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!
14:19 Premyer Liqada 200-cü, “Kəpəz”də 25-ci
14:00 RƏZALƏT: "İnter" xanımları zorla stadiona gətirir
13:34 Antirekordun bir addımlığında
13:00 Cavid Hüseynov: "O qədər də yaxşı formada deyilik" - MÜSAHİBƏ
12:36 "Qarabağ" - "Kəpəz" 2:0 FOTOLAR
12:11 Tarik Elyunussi: "Yalan danışdığımı etiraf edirəm"
12:00 “Şahdağ”ın I Diviziona buraxılmamasının əsl səbəbi məlum oldu - ÖZƏL!
11:06 "Sumqayıt"ın futbolçusu oğurluğa görə tutuldu!
11:00 "Qəbələ" "Neftçi"nin bazasına getməkdən imtina etdi, "Bakı"nı seçdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.