Ucuz təyyarə biletləri

"Gənclik" metrosunda gözləyirdim ki. Elman Türkoğlu pul tapıb gətirsin uşaqlara 2-3 "şirvan" verim - YAZI

Tarix:  30.07.17 17:07           Yazar:  Rekord.az           Oxunub: 604 dəfə

Rekord.az saytınn  AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilən və işğal altında olan bölgələrimizin futbol tarixindən bəhs edən “Meydansız top" adlı layihəsinin ilk yazısı Şuşa futbolundan bəhs edir. Ötən həftə yazının birinci hissəsini sizə təqdim etmişdik. İndi isə ikinci hissə ilə tanış ola bilərsiniz.

 

Öncədən də xəbər verdiyimiz kimi, həmsöhbətimiz,  2003-cü ildə fəaliyyət göstərmiş və qısa ömür sürən “Lider Qarabağ”ın baş mışqçisi olmuş Məmmədəli Qəniyedir. Məmmədəli müəllim öncə komandanın yaranma tarxi və zərurıti haqda danışdı: “Lider Qarabağ”ı 2003-cü ildə yaratdıq. Daha doğrusu, Elman Türkoğlu komandanı yaratdı, mənə də baş məşqçi olmağı təklif etdi. Düzünü deyim, komanda ilk olaraq Ağdamı təmsil edirdi. Çünki o vaxt ağdamlı uşaqlar da komandaya maliyyə yardımı etməliydi, Ağdam icra başçısı da dəstək verməliydi. Razılıq bu cür olmuşdu. Lakin təəssüf ki, bunlardan heç biri olmadı. Sonra bəli, Şuşa variantı ortaya çıxdı. Əslində o komanda ümumi Qarabağı təmsil edirdi. Ona görə də fərqi yox idi, Ağdam ya Şuşa. Əsas o idi ki, komandaya sponsorluq edən, maliyyə ayıran olsun”.

Məmmədəli müəllimlə söhbət zamanı məlum oldu ki, komanda Şuşanı təmsil etməyə başlayandan sonra da heç kimdən dəstək almayıb: “Sizə deyim ki, komandada maaş söhbəti yox idi. Yəni fəaliyyət göstərdiyi dövrdə futbolçular maaşsız oynadı. Ayda ildə bir dəfə 3-5 manat olurdu o qədər. Ümumiyyətlə, klub olaraq heç bir nizamnaməmiz də yox idi. Sadəcə, komanda yaradıb I Dəstəyə buraxmışdıq. Sağ olsun, Məlik Həsənov da komandanın çempionatda oynamasına yardım etmişdi.  Yadımdadır ilk vaxtlarda komanda “Gənclik”də məşq edirdi. Tofiq Bəhramov adına Respublika stadionunun arxasında asfalt meydança var idi, orda məşq edirdik. Mənim evim onda orda idi. Bəzən məşqdən sonra saatlarca metronun yanında gözləyirdim ki, Elman Türkoğlu bir az pul tapıb gətirəcək mən də uşaqlara verəcəm. O da hər uşağa 2-3 “şirvan” düşürdü. Dediyim kimi, maaş yox idi. Halbuki söz verənlər var idi. Ancaq heç kim kömək eləmirdi. 5-6 köhnə top var idi hər məşq mən onu evdən gətirib, axşam aparırdım. Qoymağa yer də yox idi".

 

Qəniyev bütün çətinliklərə baxmayaraq, komandanın heç də pis oyun sərgiləmdiyini dedi. Bildirdi ki, əgər maddi dəstək olsaydı “Lider Qarabağ”ı elitaya da çıxarmaq olardı: “Maddi durumumuz pis olsa da heyətimizdə yaxşı futbolçular var idi,  gözəl kollektiv formalaşdırmışdıq. Mən həmin komandadan əvvəl milli komandada inzibatçı kimi çalışmışdım. Müəyyən əlaqələrim var idi. Bundan istifadə edib bacarıqlı uşaqları ətrafıma toplamışdım. Qapıda təcrübəli Elşad Tahirov dayanırdı.  Bir vaxtlar “Viləş”in şərəfini qorumuşdu.  Ehtiyat qapıçımız isə Saşa Yunisoğlunun atası Yunis Məmmədzadə idi. Bundan başqa, Rövşən Babayev də bizim komandamızda idi. Hazırda “İnter”in Futbol Akademiyasının rəhbəridir. Anar Həsənov, Anar Səfərov kimi bacarıqlı futbolularımız var idi. Debütant olsaq da çempionatda “Karat”, “Energetik” kimi komandalara qarşı çox yaxşı oyun nümayiş etdirmişdik.  Mövsüm öncəsi yeni yaranmış “Gənclərbirliyi” ilə yoxlama görüşü keçirmişdik. Onlar da yeni yaranmışdı, biz də. “Gənclərbirliyi” yəqin ki yadınızdadır, hansı büdcəyə malik idllər. Sabir Əliyev yeni komanda qururdu və düşərgəyə xeyli futbolçu cəlb etmişdi.  Amma “İnşaatçı” stadionunda oynanılan oyunda biz onları 5:0 məğlub etdik. Həmin oyundan sonra Sabir Əliyev bizim komandanın bir neçə futbolçusunu “Gənclərbirliyi”nə dəvət etdi.  Çempionatda “Karat”a 2:3 uduzduğumuz oyun bu gün də yadımdadır. Rəqibin heyətinə təcrübəli və tanınmış futbolçular oynayırdı. Qapıda Rəşad Mustafayev, müdafiədə Elman Soltanov, hücumda Zaur Ramazanov. O komanda ilə başa-baş futbol oynadıq və 2:3 uduzduq. Amma həmin oyunda hakim bizə qarşı açıq-aşkar qərəz nümayiş etdirdi.  Ölkə kubokunda da uğurlu çıxış etmişdik. 1/16 finalda “Saf”la qarşılaşırdıq. Həmin vaxt “Saf” da yeni yaranmışdı və onlar da iddialı idi. O zaman biz artıq Şuşamı təmsil edirdik və Sumqayıta köçmüşdük. İlk oyunda bu komandanı 4:1 məğlub etdik. Cavab oyununda da 1:1 oynayıb 1/8 finala vəsiqə qazandıq. 1/8 finalda “Şəfa” ilə qarşılaşmalı idik.  “Şəfa” da o vaxt güclü idi, heyətində Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev, Ayxan Abbasov, Zaur Həşimov kimi futbolçular var idi. Gənclər yığması idi. Baş məşqçi Əsgər Abdullayev idi.  Əsgər müəllimlə daha öncə yığmada da işləmişdik. Bu səbəbdən oyundan öncə mətbuat bu oyun haqda “müəllimlə tələbənin dueli” başlıqda yazı vermişdi. Həqiqətən çox həvəsli idik və maraqlı oyun olacaqdı. Lakin təəssüf ki, istəyimiz gözümüzdə qaldı. Halbuki düşünürdük ki, heç olmasa mərhələ keçəndən sonra uşaqlara bir az pul verərdilər. Ancaq alınmadı. Elman Türkoğlu da çox çalışdı, amma pul tapa bilmədi. Bundan sonra artıq hamının həvəsi öldü. Uşaqlar da bildirdilər ki,  beziblər və oyuna çıxmaq istəmirlər. Elə oldu ki, həqiqətən də əsas heyət üzvləri oyuna çıxmadı. Heç mən özüm də oyuna getmədim. Cavan uşaqlar çıxıb oynamışdılar onlar da böyük hesabla uduzmuşdular. Amma əsas heyətlə oynasaydıq “Şəfa”nı da keçə bilərdik”.

 

Məmmədəli müəllimin sözlərinə görə, vəziyyət o qədər kritik həddə çatdı ki, komanda heç birinci dövrəni də başa çatdıra bilmədi: “Qarabağı təmsil edən istənilən komandanın yaşaması çox vacibdir. Biz o vaxt çox çalışdıq ki, “Lider Qarabağ”ı yaşadaq. Şuşa elə bölgəmizdir ki,  komandasının olması mütləqdir. Lakin təəssüf ki, dəstək verən olmadı. Vəziyyət o qədər acınacaqlı duruma çatdı ki, heç ilk dövrəni də bitirə bilmədik. Yuxarıda dediyim kimi, oynadığımız oyunlarda iddialı rəqiblərimizlə başa baş oynayırdıq. Hardasa 5 tur oynadıq. Amma “Gənclərbirliyi” ilə oyuna çatdıra bilmədik. Pulsuzluq ucbatından komanda demək olar ki, dağılmışdı. Düzdür, “Lider Qarabağ” komanda olaraq “Gənclərbirliyi” ilə oyuna çıxdı. Amma o komanda mənim komandam deyildi. Nə mən var idim, nə də mənim yığdığım heyət. Ona görə “Gənclərbirliyi” matçı 8:0, ya 9:0 qalib bitirmişdi. Halbuki mövsüm öncəsi hazırlıq matçında biz onları 5:0 məğlub etmişdik. Elə demək olar ki, “Gənclərbirliyi” ilə oyundan sonra komanda tamamilə fəaliyyətini dayandırdı heç ilk dövrənin son matçına da çıxmadı”.

 

“Lider Qarabağ”dan sonra növbəti Şuşa təmsilçisi bir də 2009-cu ildə yaradıldı. “Şuşa 09” adlanan bu komandanın başı da çox bəlalı oldu. Həmin vaxtlar Azəri Hüseynov  adlı bir şəxs bu təşəbbüslə çıxış etdi və komanda yaratmağa cəhd etdi. Hətta kömək üçün PFL prezidenti Ramin Musayevdən kömək istədi və ondan dəstək də aldı. Düzdür, ilk ildən I Divizionda oynamaq mümkün olmadı. Lakin bir il sonra məhz Musayevin köməyi ilə “Şuşa 09” I Divizionda debüt etdi. Sonradan komanda sırf olaraq “Şuşa” adlanmağa başladı. Bir müddət sonra klubun fəaliyyətində müəyyən durğunluq yaransa da sonradan yenidən işlər yoluna düşdü. Hətta Nadir Qasımov kimi təcrübəli mütəxəssis komandanın başına gətirildi. Təbii ki, burda da Ramin Musayevin böyük rolu oldu. “Şuşa” həmin dövrlər sırf PFL rəhbərinin dəstəyi ilə yaşayırdı. Çox təəssüf ki, bütün cəhdlərə baxmayaraq kluba sponsor cəlb etmək mümkün deyildi. Əslində klub prezidenti vəzifəsini daşıyan Azəri Hüseynov buna cəhd etdi. O, Bakıda fəaliyyət göstərən “Qalatasaray” məktəbinin rəhhbərliyi ilə görüşüb klubu onlara satmaqla bağlı razılığa gəlmişdi. Lakin o, bunu Musayevdən xəbərsiz etdiyi üçün istəyi ona baha başa gəldi. Məsələdən xəbər tutan Musayev işə müdaxilə etdi və Hüseynovu da klubdan kənarlaşdırdı.  Klub prezidenti postu isə Qasımova tapşırıldı. Qasımov həm klub prezidenti oldu, həmdə baş məşqçi. Lakin maliyyə problemi səbəbindən bir müddət sonra klub fəaliyyətini dayandırdı.

 

2016-cı ildə Şuşa klubu yenidən bərpa olundu. Bu dəfə “Şuşa Qarabağ” adı ilə. Bu dəfəki dönüş kifayət qədər qalmaqalla yadda qaldı. Belə ki, bu dəfə Nadir Qasımov özü Ramin Musayevlə kəllə-kəlləyə gəlmək qərarına gəldi.  Hətta 2016-cı il iyunun 10-da “Şuşa Qarabağ”ın təqdimatı oldu, tədbirə tanınmış simalar da dəvət olundu və  Güləli Bağırovun klubun prezidenti seçildiyi elan olundu.

Bundan sonra kifayət qədər güclü heyət toplayan Qasımov məşqlərə də başladı. Lakin o, anlamalı idi ki, Musayevlə kəllə-kəlləyə gəlmək və onun əlindən klub almaq mümkün deyil. Vəziyyəti bu cür görən PFL prezidenti klubun qarşısına 300 minlik bank təminatı qoydu. Yəni, çempionatda oynamaq istəyirsinizsə, 300 minlik bank təminatını PFI prezidentinin stolunun üstünə qoymalısan. Qasımov Güləli Bağırova arxayın oldu. Bağırov da heç bir problem olmadığını və 300 mini ödəyəcəklərini dedi. Lakin sonradan  məlum oldu ki, bu adamın pulu yoxdur və o, heç futbolçularına maaş verə bilmir. Hətta klubun məşq etdiyi meydançalara da kifayət qədər borcu yığılıb. Bir müddət sonra bu şəxs, ümumiyyətlə, ölkədən qaçaraq getdi və onunla əlaqə saxlamaq mümkün olmadı. Bununla da “Şuşa Qarabağ” I Divizionda debüt etmədən fəaliyyətini dayandırdı. Beləliklə, Şuşa bu dəfə də kimlərinsə maraqlarına qurban verildi.

 

Təəssüf ki, hələ də Şuşa komandasının bərpası mümkün deyil. Halbuki, buna çox böyük ehtiyac var. Şuşa komandası nəinki Premyer Liqada, Avropada oynamalıdır. Bu, idmandan daha çox, siyasi baxımdan bizə lazımdər. Hər halda, ümid edək ki, ən qısa zamanda bunun şahidi olacağıq.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Coşqun Diniyev atasını "Neftçi" qarşısında necə pis edib?
Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
"Neftçi" Kərim Diniyevi istəyir?
Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
Bezatosnı mövsümün sonunda "Qəbələ"dən gedir - ÖZƏL!
Mahir Mədətov: "Hamısı ispanca danışırdılar, başa düşmürdüm" - MÜSAHİBƏ
"Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
Antuan Qrizmann: "Qarabağ"dan belə oyun gözləmirdik"
AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!

Xəbər Lenti
20 Oktyabr 2017
21:30 "Səbail" - "İnter" 1:0 - FOTOLAR
21:00 "Səbail" - "İnter" 1:0 - VİDEO
20:40 Samir Əliyev: “Səbail”də heç kim başqasından artıq deyil”
20:30 Zaur Svanadze: “Onlar “İnter” adına layiq çıxış etdilər”
20:21 "Şüvəlan" - "Sabah" 0:0 - VİDEO
20:00 UEFA "Roma"nı cəzalandıra bilər
19:55 “Səbail” “İnter”i məğlubiyyətlə “gömdü”
19:42 Könüllülərə sertifikat təqdim olundu
19:30 Avroliqada da 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
19:21 Premyer Liqa və divizion klublarının nümayəndələri AFFA-ya toplaşır
19:00 KB-75 – “Qəbələ” görüşü öncəsi çəki mərasimi və mətbuat konfransı keçirildi
18:42 "Neftçi" Gəncədə məşqə çıxdı
18:30 “Qaradağ Lökbatan”, “Binə” və “Turan Tovuz”dan qələbə
18:21 Çempionlar Liqasında 3-cü turun ən yaxşı oyunçusu bəlli oldu
18:00 "Qarabağ"da ciddi itki: bir ay oynamayacaq
17:56 Naxçıvanda məşqçilər və idmançılar üçün seminar keçirilib - FOTOLAR
17:41 “Qarabağ”ın rəqibini cəza gözləyir
17:22 Azərbaycan olimpiadadan kənarda qala bilər
17:00 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir
16:52 Avroliqada həftənin ən yaxşı futbolçusu adına 8 namizəd
16:29 Nizami Hacıyev "Səbail"ə qarşı oynayacaq?
16:06 Azərbaycan çempionu yenidən Çin klubunda
16:00 Azad Rəhimov: "Premyer Liqada klubların sayı 14-ə çatdırılmalıdır"
15:47 "İnter" "Keşlə" oldu - FOTOLAR
15:23 "Zenit"in sabiq baş məşqçisi: "Şeydayev Azərbaycanda itib-batacaq"
15:00 MOİK rəhbərliyi baş məşqçinin istefasını qəbul etmədi
14:40 Bakıda voleybol məşqçiləri üçün seminar keçiriləcək
14:21 Bakıda FİFA-nın sammiti keçiriləcək
14:00 İspaniyanın məşhur saytı "Qarabağ"ı erməni klubu kimi təqdim etdi - FOTO
13:41 Yığmamızın üzvləri AÇ-də bürünc medal qazandılar
13:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
13:00 AFFA Prosineçkini millidə saxlamaq istəyir: daha artıq maaş təklif olunacaq - ÖZƏL!
12:43 3-cü turun hakim təyinatları açıqlandı
12:21 Əvəzedicilərin yarışı: 9-cu turun hakim təyinatları
12:00 "İnter"in yeni formalarını Zaur Axundov özü alacaq - ÖZƏL!
11:41 Birinci Divizionda 4-cü turun hakimləri bilindi
11:20 Premyer Liqada 9-cu turun hakim təyinatları
11:00 "İnter"in başı yenidən bəlada: stadiondan çıxardırlar
10:30 Əliyar Ağayev Avroliqa matçında erməni futbolçunu cəzalandırdı
10:00 Futbolçusuna maaş verməyə pul tapmır, amma Röyaya tapır
02:57 Avropa Liqası: bugünkü bütün oyunların nəticələri
19 Oktyabr 2017
22:30 Hidayət Heydərov dünya çempionu oldu
21:30 Hüseyn İsmayılov DÇ-də bürünc medal qazandı
21:00 “Traktorsazi” uduzdu
20:43 “Sumqayıt”ın zədəlisi sıraya döndü
20:00 “Qarabağ”ın “Atletiko” ilə səfər matçını canlı izləmək istəyənlərin diqqətinə
19:16 Premyer Liqada 9-cu tur rəqəmlərin gözü ilə
19:00 Regional Liqada oynamaq üçün daha 3 komanda müraciət edib
18:42 “Kəpəz”in legionerinin zədəsi ciddidi
18:20 Rəşad Sadıqov ÇL-in rəmzi komandasında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.