Ucuz təyyarə biletləri

Sumqayıtda onlarla çempion yetişdirən mütəxəssis: "İdman səhvi və səhlənkarlığı bağışlamır" - MÜSAHİBƏ

Tarix:  01.08.17 11:08           Yazar:  Rekord.az           Oxunub: 255 dəfə

 


"Xeberle.com" Sumqayıtın tanınmış şəxsləri ilə müsahibələrini davam etdirir. Budəfəki həmsöhbət sabiq idmançı, SSRİ dövrünün sambo və cüdo məşqçisi Məstalı Abdullayevdir. O, Sovet dönəmində idmançılara yaradılan şəraitdən, Sumqayıt "Spartak" Cəmiyyətinin fəaliyyətindən, şəxsi uğurlarından, tələbələrindən və hazırkı idmanımızdan söz açıb. Müsahibəni olduğu kimi təqdim edirik.

 

HAŞİYƏ: Abdullayev Məstalı Ağası oğlu 1949-cu il iyulun 31-də Füzuli rayonunda dünyaya gəlib. 1965-ci ildə orta məktəbi bitirərək Sumqayıtdakı "Politexnik Texnikumu”na, texnik-energetik ixtisasına qəbul olub. Sonralar paralel olaraq sambo idman növü ilə məşğul olub.1970-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstituna daxil olub, eyni zamanda həm idmançı, həm də məşqçilik fəaliyyətini davam etdirib. Dünən iyulun 31-də onun 68 yaşı tamam olub.

 

O vaxt məşqlər üçün şərait o qədər də ürəkaçan deyildi

Yadımdadı, biz tələbələri Sumqayıt şəhər Səməd Vurğun adına klubda keçirilən tədbirə dəvət etmişdilər. Diqqətimi ikinci mərtəbədəki idman zalında aparılan sambo güləşi üzrə keçirilən məşq cəlb etdi. Yaxınlaşıb o vaxtın tanınmış sambo ustalarından olan Ənvər İskəndərov məşqinə yazılmaq istədiyimi bildirdim. Mənə dedi ki, get idman forması al, gəl. səni qəbul edərəm, məşq edərsən. Bir neçə gündən sonra formanı da alıb gəldim və məşqlərə başladım. Sonralar həmin klubun nəzdində olan sambo bölməsini bağladılar və məşq aparılmasına icazə vermədilər. Sumqayıt Kimya Texnologiya Texnikumunun nəzdində "Spartak" cəmiyyətinə məxsus sambo bölməsi var idi və dünyada sambonun yaradıcılarından biri olan İsmayıl Əhmədov orada idman kafedrasının müdiri idi. Ora getdik və o, bizi qəbul etdi. Danışdıq, məşqlərə davam etdik. Ovaxtlar  məşqlər üçün şərait o qədər də ürəkaçan deyildi: zal kiçik, döşəklər keyfiyyətsiz idi və paltardəyişmə otağı da yox idi.

 

Bütün yarışlarda Sumqayıt "Spartak" Cəmiyyətini təmsil edirdik

1960-cı ildə Mehdi Hüseynzadə adın şəhər stadionu istismara verildi. "Spartak" da bizim təşəbbüsümüzl orada kirayəyə zal götürdü. İnsafla desək, hər şey o dövr üçün müasir standartlara uyğun idi. Sambo güləşi uzun müddət idi ki, Sumqayıtda yalnız "Spartak" Cəmiyyətinin nəzdində olduğu üçün, biz bütün yarışlarda həmin cəmiyyəti təmsil edirdik.

 

Ümumittifaq turnirində 2-ci yeri tutaraq idman ustası normativini doldurdum

1970-ci ildə Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstituna daxil olduğum üçün məşqçilik fəaliyyəti ilə də məşğul olmağa başladım. Çünki ya ictimai əsaslar üzrə məşqçi olmalı, ya da tam ştata keçməli idim. 1972-ci ildə SSRİ "Spartak" Cəmiyyətlərinin yarışlarında - "Spartakiada"da iştirak edərək bürünc medala layiq görüldüm. 1973-cü ildə isə Qorki vilayətinin Kstovo şəhərində Sovet İttifaqı qəhrəmanlarının xatirəsini əbədiləşdirmək üçün keçirilən ənənəvi ümumittifaq turnirdə məşqçi və güləşçi kimi iştirak etdim. Biz orada mükafata layiq yer tuta bilmədik, ancaq böyük təcrübə topladıq, nümayiş etdirdiyimiz güləş böyük rəğbət qazandı. Sonralar bizi hər il həmin yarışlara dəvət etdilər. Bilirsiniz ki, idmançılar yarışlarda formalaşır və ustalaşırlar. 1978-ci ildə Ukraynanın Çernovtsı şəhərində keçirilən və Sovet İttifaqı Qəhrəmanı Bobrovun xatirəsinə həsr olunan ümumittifaq turnirində 2-ci yeri tutaraq idman ustası normativini doldurdum.

 

Həmin vaxtlar energetik işləyirdim və növbədən çıxıb dərhal məşqlərə gedirdim

Sonralar bizə belə bir təklif gəldi ki, cüdo güləşini ölkələrdə inkişaf etdirək. Buna görə də, bizim samboçular paralel olaraq həm də cüdo məşqləri də etməyə başladılar. Bizim üçün bütün şəraiti yaratmışdılar, yarışlara göndərirdilər ki, təki ustalığımızı artıraq. Mən o vaxtı energetik işləyirdim və növbədən çıxıb dərhal məşqlərə gedirdim. Biz istehsalat müəssisələrində işləsək də, paralel olaraq məşq də edirdik. O vaxt peşəkar idmançı olmaq mümkün deyildi. Qanun belə idi. Sən "həm də samboçu", yaxud "həm də cüdoçu", və ya "həm də futbolçu" ola bilər. Dövlət idmanla peşəkar fəaliyyəti, tam məşğulluğu demək olar ki, qəbul etmirdi. Məcbur olub günorta bir işdə, axşam məşqdə olurdum. Dövrün tələbi belə idi.

 

Əfsanəvi məşqçi və idmançı Sabir Adıgözəlov mənim tələbəm olub

Məşqçilər yaxşı bilər: 100 nəfəri məşq üçün götürürsən, onlardan üçü-dördü istedada malik uşaqlar olur. Bunlardan biri də, mənim tələbəm, dünya sambo güləşinin əfsanələrindən olan, , beynəlxalq dərəcəli idman ustası Sabir Adıgözəlov idi. O, qeyri-adi qabiliyyətə, bacarığa sahib idi. Onu nə vaxt görürdümsə ya idman zalında, ya da ki, dəniz qırağında məşq edirdi. Sonra onu SSRİ yığma komandasının üzvü kimi qəbul etdilər. O, yarışlarda iştirak edib qalib oldu və bütün titulları əldə etdi. Biz birlikdə məşq edir, bir-biirmizdən öyrənirdik. İdmançı olmaq asan deyil, Adıgözəlov da kaprizli adam idi. Bir neçə dəfə hətta idmandan uzaqlaşıb getmək istəyib, mən onu geri qaytarmışam. 1980-ci ildə Baltikyanı ölkələrdə ilk dəfə "Beynəlxalq Sambo Turniri” keçirilirdi. Bu yarışa "kiçik dünya çempionatı" deyirdilər. Sabir orda qalib oldu. Sonra Yuqoslaviyada keçirilən dünya kubokuna sahib çıxdı. Dəflərlə Azərbaycan çempionu, öz çəkisində şübhəsiz liderlrdən birinə çevrildi. Adıgözəlovun məşqçilik fəaliyyəti də böyük olub. Onun tələbəsi keçən il Rio-De-Janeyroda keçirilən paralimpiya oyunlarında bürünc medal qazandı və ölkə başçısı Sabir müəllimi şəxsən qəbul edərək onu "Tərəqqi” medalı ilə təltif etdi. Çox qızıl insan idi, həm məşqçi, həm də idmançı kimi, Allah ona rəhmət eləsin.

 

İndi yarışlara getmək çox asandır

İndi cənab Prezident tərəfindən idmana çox diqqət ayrılır. Hazırda idmana ayrılan diqqətin 30-40 faizi o dövrdə də ayrılsaydı, bəlkə də biz daha çox uğur qazanardıq. O vaxtı dünya çempionatlığına getmək üçün heç olmasa SSRİ yığma komandasında üçüncülüyə sahib olardın gərək. Amma indi yarışlara getmək çox asandır. Əsas da odur ki, indi Azərbaycan təmsil olunur, öz bayrağımız qalxır, öz himnimiz səslənir.

 

Ekstremal hallar ola bilər ki, fiziki gücdən istifadə edərsən

Mən eşidəndə ki, hansısa bir idmançı cinayət törədib, çox məyus oluram və günahı özümüzdə görürəm. İdmançı qətiyyən öz fiziki üstünlüyünü başqasına göstərməməlidir. Lap səni yolda biri təhqir etsə də, sən onu kənara çəkib başa salmalısan. Yalnız ekstremal hallar ola bilər ki, fiziki gücdən istifadə edərsən.

 

Biz heç vaxt fiziki gücümüzdən faydalanmağa çalışmamışıq

Bir gün biz, iki nəfər məşqdən gəlirdik. Vaqif klubunun qabağında fiziki cəhətdən güclü biri ilə üz-üzə gələsi olduqvə o, yanımdakının çiyninə dəyərək getdi. Tutdum qolundan, başladı çırpınmağa. Yanımdakı da istədi onu vursun. Dedim hara vurursan?! O, bizə lazımdır, sabah onu aparıb samboya yazdıracam.İki gündən sonra həmin adamı yenə yolda gördüm, dedim ki, gəl aparım səni samboya yazdırım. Dedi yox, mənimki ilə, səninki tutmaz...

 

Biz heç vaxt fiziki gücümüzdən faydalanmağa çalışmamışıq

Sumqayıt "Spartak" Cəmiyyətinin nəzdində yerləşən sambo məktəbi çox məşhur idi. Orada çox istedadalı kadrlar yetişirdi. Bunlardan Filman İsmayılov, Mirağa  Qiyasov, Əlipənah Həşimov, İlham Zəkiyevin baş məşqçisi İbrahim İbrahimov, Əhməd Rəcəbli, Tofiq Rzayev, Adil Sadıxovun adlarını çəkmək olar. Filman İsmayılov əməkdar məşqçi, çox yaxşı da güləşçi olub. Mirağa Qiyasov Kompressor zavodunun tərkibində, heç bir şərait olmayan yerdə dünya səviyyəli yarışların iştirakçısı və mükafatçılarını hazırlayıb və hazırda da buna davam edir.

 

İdman səhvi və səhlənkarlığı bağışlamır

Hazırda dövlət başçısı idmana elə yüksək qiymət verir ki, mən hətta deyərdim dünyada idmana bu dərəcədə qiymət verən ölkə yoxdur. Yaradılan şəraitin qarşısında idmançılarımız da o etimadı doğruldurlar. İdman elə bir şeydir ki, birsaniyə belə sayıqlığını itirdinsə, yandın deməkdir və o, səhvi, səhlənkarlığı bağışlamır. İdmanda təkcə fiziki güc bəs etmir, burada həmçinin taktiki, texniki, psixoloji amillər də böyük rol oynayır.

 

Sonda "Xeberle.com""Rekord.az" saytları adından Sumqayıtın fəxri, veteran idmançımız Məstalı Abdullayevi 68 yaşının olması ilə münasibətilə təbrik edir, ona uzun ömür və can sağlığı arzulayır.

 

 

 

 

 

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
"Şüvəlan" Premyer Liqaya qayıdır?
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO

Xəbər Lenti
23 Fevral 2018
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.