Ucuz təyyarə biletləri

İki aktyorun teatrı

Tarix:  08.08.17 13:08           Yazar:  Amal Abuşov           Oxunub: 491 dəfə

Biz uşaq olanda İlham Namiq Kamal o dövrlərin ən məşhur aktyorlarından biri idi. 80-ci illərin sonlarında onun iştirak etdiyi istənilən Azərbaycan kinosu, teatrı və ya televiziya tamaşası xalq tərəfindən sevilərdi. Qısa zamanda onun canlandırdığı obraz, jestlər və sitatları məşhurlaşardı. Onu maraqla izləyir, böyük hörmət bəsləyərdik. 


Bir gün ekranlara İlham bəyin ərsəyə gətirdiyi yeni tamaşa çıxdı, adı da “Bir aktyorun teatrı” idi. Hələ teleproqramda belə bir tamaşanın olacağını görəndə xeyli təəccüblənmişdim. Evdə özümdən böyüklərdən israrla tələb edirdim ki, mənə “Bir aktyorun teatrı”nın nə olduğunu başa salsınlar. Onlar da məni həyacanda saxlayır, “darıxma, özün baxanda biləcəksən” deyirdilər. İstəyirdilər ki, teatra olan marağım daha da artsın, böyük həyacanla həmin o televiziya tamaşasının ekrana gətirilməsini gözləyim. Vədə yetişdi və baxdım gördüm ki, “Bir aktyorun teatrı” elə adından göründüyü kimi imiş. İlham Namiq Kamal müxtəlif obrazları canlandırır, tamaşa boyu bütün rollarda özü oynayır. 
Bu həftənin cümə günü start götürəcək Azərbaycan Premyer Liqası da elə mahiyyətcə İlham bəyin həmin tamaşasına bənzəyir.

 

Kiçik bir fərqlə.

 

Bizim futbol çempionatımız bir yox, iki aktyorun tamaşasıdı. Bütün gözlər onlara dikilib. Premyer Liqaya rəng qatacaq, çempionluq uğrunda mübarizə aparacaq komanda kimi yalnız “Qarabağ”la “Qəbələ”ni görürük. Azərbaycan Premyer Liqası “Qarabağ”, “Qəbələ” və digərləri”nin yarışdığı birinciliyə çevrilib. İştirakçılarının sayı 14-dən 12-yə, ordan da 10-a və ən nəhayət 8-ə düşən çempionatımız çox miskin durumdadı. Ardıcıl ikinci mövsümdü ki, ölkə çempionatının elitasında cəmi 8 klub iştirak edir. Əhalisinin sayı 9 milyonu çoxdan ötüb keçən, Qafqazın şəksiz lider dövləti olduğunu iddia edən bir ölkə üçün çox kiçik rəqəmdi. 

 

Məsələnin digər ağlamalı tərəfi odu ki, bu səkkiz klubdan beşi bilavasitə AFFA-nın nəzarəti və himayəsi altındadı. Yəqin ki, məhz bu göstəriciyə görə bizim çempionatın analoqunun olmadığını deyə bilərik. Dünyanın hansısa normal ölkəsində nəinki beş, heç bir klubun belə futbol federasiyasının nəzarətində olmasına icazə verilməz. Mən hələ də başa düşmürəm ki, burda yaşanan biabırçılıqlardan UEFA və FİFA-da oturanlar necə xəbər tutmur, Azərbaycanı dünyanın futbol ailəsindən niyə uzaqlaşdırmırlar?!

 
Hamımıza yaxşı məlumdu ki, “Kəpəz”in faktiki idarəçisi AFFA-nın maaşlı əməkdaşıdı, Müşahidə Şurası adlanan qurum çoxdan öz varlığını unutdurub. “Neftçi”yə də idarəçilər birbaşa “boz bina”dan təyin olunublar, məşqçisini də AFFA göndərib. “Sumqayıt”da da “Neftçi” və “Kəpəz”də olduğu kimi, Müşahidə Şurası formaldı, prezident isə AFFA-nın baş katibinin yaxın dostu, “təyinatlı kadrı”dı. “İnter”ə rəhbərlik edənlər də eyni ünvandandı. Elitanın debütantı "Səbail"inə bir müddət AFFA prezidentinin oğlunun rəhbərlik etdiyini, "Bayıl Arena"nın kluba peşkəş edildiyini xatırlasaq, onlarla bağlı durumu da aydınlaşdırmış olarıq.


Bu cür mənzərənin qarşısında “Qarabağ” və “Qəbələ”nin hələ də “tamaşa”nın baş rollarını oynaması alqışlanmalıdı. Deməli, AFFA-da yazılan ssenarilər bu iki klubdakı düzgün qurulan işin, dəqiq işləyən idarəetmə mexanizminin, ağıllı başların qarşısında iflasa uğrayıb. Artıq “Qarabağ”la “Qəbələ”nin baş rollarda olduğu “tamaşa”nın yeni bölümünü izləməyə hazırlaşırıq. Ümid edirik ki, onlar da öz rollarını məharətlə oynayacaqlar, maydakı final səhnəsinə qədər həyacan bizi tərk etməyəcək. Azərbaycan futboluna xeyirli olsun!

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
19:21 Ayxan Abbasov: “Bizim konkret büdcəmiz var”
19:13 “Qəbələ” ilə oyundan sonra onu tanımaq olmur”
19:00 Dortmund “Borussiya”sında yeni baş məşqçi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.