Ucuz təyyarə biletləri

Uşaqlar var, şərait və pul yoxdur - YAZI + FOTOLAR

Tarix:  09.08.17 17:08           Yazar:  Rekord.az           Oxunub: 477 dəfə

İşğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən "Meydansız top" adlı layihəmiz çərçivəsində Şuşa futbolundan növbəti yazımızı sizə təqdim edirik. Ötən iki yazımızda Şuşanın futbol tarixi haqda bəhs etmiş, bu günə qədər ümumi futbol səhnəmizdə bu rayonu təmsil edən klublaı haqda məlumat vermişdik. Bu yazımızda isə Qarabağı döyünən ürəyi olan bu şəhərin uşaq futbolunun hazırkı durumu haqda sizə məlumat verəcəyik. 

 

Maddi imkansızlıq ölkə çempionatına qatılmağa imkan vermir


Təbii ki, istənilən rayonun uşaq futbolundan danışanda ilk növbədə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatı yada düşür. Lakin böyük təəssüflə qeyd etməliyik ki,  AFFA–nın 10 yaş qrupu üzrə keçirdiyi futbol üzrə ölkə çempionatında Şuşa rayonu bir komanda ilə də olsun təmsil olunmur. Səbəbi ilə də maraqlandıq və məlum oldu ki, bunun üçün rayon tərəfindən federasiyaya heç müraciət də ünvanlanmayıb. Hər şey çox sadədir: maliyyə sıxıntısı var. Çünki komandanı təşkil etmək, onları forma ilə təhciz etmək, səfər oyunlarına avtobus ayırmaq üçün vəsait lazımdır. Onu ayırmaq üçün isə Şuşa Rayon İcra Hakimiyyətinin, eləcə də Şuşa Gənclər İdman İdarəsinin yetəri qədər maliyyəsi yoxdur. Bu məsələdə bəlkə də AFFA kömək edə bilər. Ancaq mövcud durum da fərqlidir. Çünki federasiyanın özünün də hazırkı maddi durumu əvvəlki kimi deyil. Məsələn, bir neçə il bundan əvvələ kimi, AFFA çempionatda oynayan bütün uşaq komandalarını top, forma, nəqliyyat və yeməklə təmin edirdi. İndi isə o imkan yoxdur. Bununla belə, müraciət olacağı təqdirdə federasiya imkan daxilində öz köməyini göstərə bilər. Sadəcə, şuşalılar özləri bu işdə təşəbbüs göstərməlidir. Eyni zamanda imkanlı şuşalılar da Şuşa futbolunun inkişafında və təbliğində öz köməkliklərini ortaya qoymalıdır. Təəssüf ki, layihə çərçivəsində söhbət etdiyimiz şuşalı futbolsevərlər bildirdi ki, bu günə kimi, bir neçə dəfə uşaq komandaları yaradıb heç olmasa bir yaş qrupu üzrə ölkə çempionatına qoşulmağa cəhd etsələr də, heç kim onlara maddi cəhətdən yardım etməyib.  İndi gözlərini növbəti mövsümə dikiblər. Dəstək olsa, çempionatda oynamaq üçün bir yox, bir neçə komanda qurmaq olar.

 

 

 

Uşaqlar var, şərait yoxdur

Qeyd etdiyimiz kimi, maddi durum imkan versə, pul xərcləyən olsa, Şuşada bir neçə uşaq komandası təşkil edib ölkə çempionatına buraxmaq olar. Araşdırmamız da bunu göstərdi. Müəyyən etdik ki, ölkə çempionatında çıxış etməməsinə baxmayaraq, şuşalılar futbola biganə deyil və bu rayonda da futbola maraq var. Məsələn, Şuşa Rayon Gənclər və İdman İdarəsindən aldığımız məlumata görə, hər il idarənin xətti ilə bir sıra futbol yarışları keçirilib. Həmin yarışlarla ətraflı tanış olan zaman özümüz də yaxşı mənada təəccübləndik.

 

 

 

3 saylı məktəb və Malıbəyli

Məsələn, ötən ilin martında 5 mart - Bədən tərbiyəsi və idman günü münasibətilə 6 komandanın iştirakı ilə 5-ci və 6-cı sinif şagirdləri arasında futbol turniri keçirilib. Gərgin mübarizə şəraitində keçən yarışın qalibi adını 3 saylı məktəb qazanıb. Quşçular kənd orta məktəbi 2-ci,  6 saylı orta məktəb isə 3-cü yeri tutub. Qaliblərə kubok və diplomlar verilib.

 

Bundan başqa, keçən iliyun ayının 14-də Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə Müəssisəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və eləcə də Şuşa rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş günü"nə həsr olunmuş mini-futbol oyunu keçirilib. Oyunun maraqlı tərəfi o idi ki, burada Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandası ilə Şuşa rayon Uşaq-Gənclər Futbol Məktəbinin yeniyetmə futbolçularından ibarət futbol komandası üz-üzə gəlib.

Olduqca maraqlı və gərgin oyun şəraitində keçən qarşılaşma isə Tərbiyə Müəssisəsində cəza çəkən yeniyetmələrdən ibarət futbol komandasının 10:8 hesablı qələbəsi ilə yekunlaşıb. Amma təbii ki, bu cür oyunlarda nəticə heç bir önəm daşıya bilməz. Oyundan sonra Tərbiyə Müəssisəsinə toplar və qapı toru hədiyyə verilməsi də alqışlanası addımdır. Maraq üçün qeyd edək ki, bu səpkili oyun yeniyetmələr arasında demək olar ki, ilk dəfə təşkil olunmuşdu. Yalnız bir dəfə “Neftçi”nin əsas komandası məhbuslarla yoldaşlıq görüşü keçirmişdi. 

2016-cı ilin 26 iyun tarixində isə yenə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Şuşa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə bu dəfə Şuşa rayonunun yeniyetmələri arasında, Gənclər və İdman Nazirliyinin yaranması gününə həsr olunmuş məhəllələrarası mini-futbol turniri keçirilib. Burada rayonun əksər məktəbləri və eləcə də könüllü uşaq komandalar iştirak edib.

 

Ötən ilin daha bir yaddaqalan turniri isə "9 noyabr - Bayraq Günü" münasibəti ilə Şuşa rayonu məktəbləri arasında keçirilən futbol turniri olub. Turnirdə 6 məktəbdən 5-6-cı sinif şagirdləri iştirak edərək birinci yer uğrunda mübarizə aparıb. Yarışın nəticəsinə görə I yeri Şuşa rayon 3 nömrəli tam orta məktəb qazanıb. Turnirin sonunda yenə də qaliblər kubok və fəxri fərmanla təltif olunub.

2017-ci ildə də bu ənənəni davam etdirən Şuşa Rayon Gənclər və İdman İdarəsi keçirdiyi bir çox turnirlərdə futbola böyük yer verib. Belə ki, 24 fevral 2017-ci il tarixdə Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən, Şuşa şəhər 3 saylı orta məktəbin stadionunda, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş Şuşa rayon məktəbliləri arasında futbol turniri keçirilmişdir. Turnirdə Şuşa məktəblərindən 5 komanda iştirak edib və turnirin sonunda qaliblər müvafiq olaraq kubok, hədiyyə və diplom ilə təltif olunub.


Bu ilin aprelində isə bu dəfə Ramana qəsəbəsində daha bir böyük futbol turniri keçirilib. 29 aprel 2017-ci il tarixdə Raman450 qəsəbəsində yerləşən Şuşa rayon Malıbəyli kənd 1 saylı tam orta məktəbin stadionunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Şuşa rayon məktəbliləri arasında futbol üzrə rayon birinciliyi təşkil olunb. Birincilikdə Malıbəyli kənd orta məktəbinin komandası 1-ci, Xankəndi şəhər 4 saylı tam orta məktəbin komandası isə 2-ci yerə layiq görülüb. Sonda ənənəvi olaraq, qalib komandalar diplom, kubok və müxtəlif hədiyyələr ilə mükafatlandırılıb.

May ayının 27-də isə yenə də Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 saylı tam orta məktəbin stadionunda 28 May Respublika Günü münasibətilə Şuşa rayon məktəbliləri arasında futbol üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə rayon məktəblərinin komandaları iştirak edib və yenə də sonda qalib komandalar diplom, kubok və müxtəlif hədiyyələr ilə mükafatlandırılmışdırlar.


Gördüyünüz kimi, şuşalılar heç də futboldan uzaq deyil. Bizə verilən məlumata görə, 2017-ci ilin sonuna kimi futbolla bağlı ən azı daha iki turnirin keçirilməsi planlaşdırılır. Onu da öyrəndik ki, Şuşanın məktəb komandalarında kifayət qədər bacarıqlı uşaqlar var. Komandalar arasında 3 saylı məktəb və Malıbəyli kənd məktəbinin uşaqları xüsusilə seçilirlər. Həmin uşaqlardan ən yaxşılarını seçib Azərbaycan çempionatında rahatlıqla oynamaq olar. Sadəcə, qeyd etdiyimiz kimi, maddi dəstək lazımdır. Ən azı AFFA heç olmasa bir Şuşa komandasının uşaq liqalarından birində təmsil olunmasına yardım edə bilər. Bizim gəldiyimiz qənaət budur ki, həm şuşalılar, həm də federasiya bunda istəklidir. Sadəcə, bir tərəf digərindən təklif, bir tərəf isə digərindən müraciət gözləyir. Hər iki tərəf eyni anda addım atsa, çox yaxşı olar və ən azı uşaq liqalarımızda Şuşa təmsilçisini görərik. Təbii ki, ən böyük arzumuz Şuşanı təmsil edən futbol klubunun tezliklə dogma Şuşada meydançaya çıxmasıdır.

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Prosineçkinin gələn cismi, qalan ruhu
2017-08-22  // 0 Şərh
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
AZAL-ın sabiq futbolçusu Arif Əsədovun yeni komandasında!
Sumqayıtın uğurlu “Uğur”u!
İDDİA: “Neftçi” türkiyəli mütəxəssislərlə maraqlanır!
Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
"Neftçi"nin yeni baş məşqçisi yerli olacaq: əcnəbiyə pul yoxdur
"Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
"Mil Muğan"nın yeni baş məşqçisi məlum oldu
"Marca"dan Azərbaycana qarşı təxribat: “Qarabağ” tabe olmadığı ölkəni təmsil edir - FOTO
"Mil Muğan"da növbəti təyinat - ÖZƏL!
Yevlaxda məşqçilər arasında yaşanan mübahisənin görüntüləri - VİDEO

Xəbər Lenti
23 Avqust 2017
19:00 Qadın güləşçilərimizin DÇ-yə startı uğursuz oldu
18:40 Runi milli karyerasını başa vurdu
18:21 "Kəpəz"in legionerlərinin son durumuna aydınlıq gəldi
18:00 Şuşa və Laçın futbolu haqda yeni faktlar
17:30 Almaniya klubundan İngiltərə təmsilçisinə
17:00 Nüqzar Kvirtiya I Divizion klubu ilə müqavilə bağladı
16:21 Taekvondoçumuz Taypeydə qızıl medal qazandı
15:40 Portuqaliya millisinin üzvü Moskva "Lokomotiv"ində
15:29 Yığmamızın vəsiqə qazandığı mundialın təsnifatında pley-off mərhələsinə start verilib
15:21 Əvəzedicilərin çempionatı: 3-cü turun oyun cədvəli bəlli oldu
15:00 Millimizin Norveç və San Marino ilə oyunlarına 25 futbolçu çağırıldı
14:42 “Qarabağ” “Kopenhagen”lə duelə hazırdı - VİDEO
14:21 Premyer Liqada 3-cü turun oyun cədvəli
14:00 Arif Əsədovdan yeni qərar: heç kiminlə müqavilə bağlanmasın
13:41 UEFA klub reytinqində bir pillə gerilədik
13:21 Millimiz Belarusa məğlub oldu
13:00 "Göyçə" İtaliyadan məşqçi, Ukraynadan qapıçı gətirir
12:40 "Latsio"dan Premyer Liqa klubuna
12:21 "Barselona"dan Neymara 8,5 milyon avroluq iddia
12:00 Aqil Məmmədov "Neftçi"yə təklif edildi - ÖZƏL!
11:40 "Traktorsazi"dən növbəti qələbə
11:21 "Valensiya"nın oyunçusu rəsmən "İnter"də
11:00 Orxan Hüseynzadə SOCAR-ın "qara siyahısı"nda? - ÖZƏL!
10:30 Arazın "Anortosis"in heyətində ilk oyunu - VİDEO
10:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
01:00 "Başakşəhər" Çempionlar Liqası ilə vidalaşdı
22 Avqust 2017
23:00 Elvin Mürsəliyev DÇ-də bürünc medal qazandı
22:40 "Neftçi” Elşad Əhmədovun rəhbərliyi altında ilk məşqə çıxdı
22:30 Tahir Gözəl: "İnanırıq ki, zəfər bizim yanımızda olacaq"
22:20 Miçel: "Sərfəli nəticə ilə mərhələ keçəcəyimizə inanırıq"
22:00 Qurbanov: "Şansımız var və bundan maksimum istifadə etməyə çalışacağıq"
21:30 "Kopenhagen" "Qarabağ" ilə oyun üçün 18 oyunçu seçdi
20:30 Solbakken: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"
20:12 Millimiz Belarusa qarşı bu heyətlə oynayacaq
19:21 Super Liqa klubunun prezidenti istefa verdi
19:00 “Kəpəz” tarixi derbinin hazırlığına başladı
18:40 Kapitan hələ də fərdi məşq edir
18:25 Sumqayıtın uğurlu “Uğur”u!
18:21 Bundesliqa klubundan daha bir transfer
17:41 Ayxan Universiadada gümüş medalla kifayətləndi
17:21 "Milan" yeni "Şevçenko"suna qovuşdu
17:00 Oyun Tovuzda keçirilsəydi...
16:40 Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə
16:23 Nəriman Abdullayev: “Komandamız yaxşı formadadı”
15:40 "Bursaspor" heyətinə yeni hücumçu cəlb etdi
15:21 Rusiya klubunu Bundesliqa təmsilçisinə dəyişdi
15:00 Lənkəran stadionunun sabiq direktoru dondurma satır?
14:40 Norveç yığmasının millimizlə oyun üçün heyəti açıqlandı
14:22 "Qarabağ" "Kopenhagen"lə oyuna hazırlığı bu gün tamamlayacaq
14:00 "Masallı" rəhbərliyi I Divizion üçün Ramin Musayevdən yox, Elxan Məmmədovdan "dabro" alıb
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.