Ucuz təyyarə biletləri

"Kəpəz"in sabiq oyunçusu 1000 manata görə həbs olunub: "Adam nə qədər yeyib-içər?"

Tarix:  10.08.17 17:08           Yazar:  Rekord.az           Oxunub: 733 dəfə

1997-ci ildə ölkənin ən yaxşı futbolçusu seçilmiş, müxtəlif klubların heyətində dəfələrlə ölkə çempionu olmuş, butslarını mismardan asandan sonra aşağı dəstədə məşqçilik etmiş Faiq Cabbarovun həbs olunduğunu ötən saylarımızın birində xəbər vermişdik. Onu da bildirmişdik ki, veteran futbolçunun dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb bir neçə şəxsə borcunun olmasıdı. Borc yiyələri Cabbarovun ödəniş etmədiyini görərək, sonda ondan polisə şikayətçi düşüblər. 


Dünən bu məsələ ilə bağlı yeni bilgi əldə etdik. Daha doğrusu, Faiq bəyin böyük qardaşı Səttar Cabbarovla əlaqə saxlayıb qardaşının başına gələnlər barədə məlumat əldə etdik: “Mən ölkəyə dünən (srağagün) qayıtmışam. Faiqin başına gələnlərdən xəbərsizəm. Yalnız onu bilirəm ki, o həbs olunub. Ancaq onu polis yox, məhkəmə tutub. Əslində Faiqin son vaxtlar nə iş gördüyündən, harda olduğundan xəbərim yoxdu. Çünki qardaşım bizimlə əlaqə saxlamırdı. Onun bu vəziyyətə düşməsinin günahı oturub-durduğu adamlar oldu. Adam nə qədər yeyib-içər, nə qədər məclislərə pul xərcləyər? Dəfələrlə böyük qardaş kimi onu qarşımda otuzdurub öyüd-nəsihət vermişəm. Bu yolun sonunun olmadığını bildirmişəm. Ancaq nə faydası? İnsana nə qədər kömək etmək olar? İçi mən qarışıq hamımız ona yardım etmişik, vəziyyəti pis olanda əlindən tutmuşuq. Dəfələrlə onun borclarını bağlamışam. Artıq mənim də imkanım yoxdu. Öz ailəmin dolanışığını çətinliklə həll edirəm. Bir insan ki yalana öyrəndi, onu düz yola qaytarmaq çətindi. Hər dəfə mənə düz yola qayıdacağına dair söz versə də, əməl etmirdi. Bir neçə dəfə tövbə edib, namaz qılıb, ibadətlə məşğul olub. Ancaq çox keçmədən ordan-burdan eşitmişəm ki, “qardaşın yenə kef məclislərindədi”. Məni, bir başqasını aldatmaq olar. Ancaq Allah qarşısında günah edəndə sonu belə də olmalıydı. Ailəsi ilə bir yerdə olub-olmadığını da bilmirəm. 53 yaşım var, ailədə böyük qardaşam, ata yurdunda qalıram. Mən Faiqi axtarmalıyam, yoxsa o məni? Artıq neçə vaxtdı onunla əlaqəm yoxdu. Uzun müddətdi mənə baş çəkmir. Bir neçə ay öncə yolu bu tərəflərə düşüb. Onda qohumlara deyib ki, artıq işləməyə başlayıb. Səhv etmirəmsə, “Kəpəz” rəhbərliyi onu işlə təmin etmişdi”.


Səttar bəy bizimlə söhbətdə Faiq bəydən incik düşdüyünü bildirsə də, yenə də böyük qardaş kimi tərəfini də saxlamağı unutmadı: “Faiq çox güclü futbolçu olub. Bunu heç kim dana bilməz. İstər futbol oynadığı dönəmdə, istərsə də məşqçi kimi çalışan vaxtda ətrafında həmişə çoxlu insanlar olub. Bayaq qeyd etdiyim kimi, onu yoldan çıxaranlar da məhz onlar oldu. Bu gün mətbuat Faiqi unutmur, vaxtilə futbolda etdiklərinə görə hər zaman onunla maraqlanır. Bəs həmin dostlar hardadı? Mən bir qardaş kimi həmişə ona dəstək olmuşam, ancaq indi bacarmıram. Mənə çatan informasiyaya görə, Faiqi polis həbs etməyib. Onu Gəncə şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə gözaltına alıblar. Qohumlara dediyinə görə, 1000 manat borcu olub və onu ödəməsi ilə bağlı gecikmə yarandığından başına bu iş gəlib. Borc borcdu, onu danmaq, qaytarmamaq mümkün deyil. Sadəcə, elə insanlar var ki, milyonları çapıb-talayıblar, ölkəyə nə qədər ziyan vurublar. Ancaq onlara heç kim “gözün üstə qaşın var” demir. Faiq isə 1000 manata görə dəmir barmaqlıqlar arxasına göndərilib. Onu hansı müddətə həbs etdiklərini də bilmirəm. Siz bu məsələni Nizami rayon Məhkəməsindən aydınlaşdıra bilərsiz”


Səttar bəylə danışdıqdan sonra Gəncənin Nizami rayon Məhkəməsinə zəng vurduq. Lakin gün ərzində opertarorun ”hazırda bu kanal məşğuldu, bir azdan zəng edin” sözlərindən başqa heç nə eşitmədik. Bu səbəbdən məhkəmədən Cabbarovun hansı müddətə gözaltına alındığını dəqiqləşdirə bilmədik.

mənbə: "Futbol plus" qəzeti

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Kənan Məstəliyev
Yaxşı yol, “İnter”, irəli “Keşlə”!
2017-08-09  // 4 Şərh
Amal Abuşov
İki aktyorun teatrı
2017-08-08  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Yeni yaranan və I Divizionda oynayacaq komandanın baş məşqçisi məlum oldu!
"Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
"Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
Şüvəlanda 5 qolluq sınaq matçı
“Göyəzən” bank təminatını verə bilmir
Rəşad Danimarkada oynaya biləcək?
"Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
"Neftçi"nin gözü yoldadır: "Səbail"lə oyuna da köhnə formada çıxacaqlar?
Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
"Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək

Xəbər Lenti
19 Avqust 2017
23:58 Tahir Süleymanovdan "Neftçi" rəhbərliyinə çağırış: Futboldan əl çəkin!
23:30 "Qarabağ" - "İnter" 1:0 - FOTOLAR
23:20 "Səbail" - "Neftçi" 1:0 - FOTOLAR
23:10 "Qarabağ" - "İnter" - VİDEO
23:00 "Qarabağ"ın rəqibindən çətin qələbə
22:50 Sadıqov: "Hər şey özümdən asılıdı"
21:52 “Neftçi” “Səbail”ə uduzdu, "Qarabağ" "İnter"ə qalib gəldi
21:02 "Qəbələ" - "Sumqayıt" matçının anonsu - VİDEO
20:57 "Səbail"in gürcüsü: "Heç-heçə də bizi qane edəcəkdi"
20:44 "Səbail" - "Neftçi" 1:0 - VİDEO
20:15 "Neftçi" "Səbail"in tarixinə düşdü
20:05 "Neftçi" azarkeşləri Elxan Abdullayevi yenidən istefaya səslədi - FOTO
18:41 Yığmamız DÇ-yə 9 taekvondoçu ilə yollanır
18:21 Erat oynadı, komandası ilk qələbəsini qazandı
17:40 Tiflis "Dinamo"su Qəbələdə
17:21 Rauf Əliyev "Kukesi"də debüt etdi
17:00 “Ağsu”nun büdcəsi və iddiası azaldı
16:41 "Tottenhem" "Ayaks"dan futbolçu transfer etdi
16:22 Güləşçilərimiz hərbçilərin dünya çempionatına bu heyətlə yollanır
15:41 Atletlərimizin çıxış cədvəli məlumdu
15:20 "İnter"dən "Valensiya"ya
15:00 Ağabala Danimarkada da meydançaya çıxa bilməyəcək
14:40 “Qəbələ” - “Sumqayıt”: 21-ci duel
14:21 90 dəqiqə oynadı, qələbəyə sevindi
14:00 “Göyəzən” bank təminatını verə bilmir
13:40 Əzizovun komandası yeni mövsümə məğlubiyyətlə başladı
13:21 Şüvəlanda 5 qolluq sınaq matçı
12:41 Yunan-Roma güləşçilərimiz Parisə yola düşdü
12:20 Federasiyanın kollektivi etiraz yığıncağı keçirdi - VİDEO
12:00 "Ağsu" aparıcı futbolçusu ilə yolları ayırdı
11:30 "Neftçi"nin "Səbail"lə oyun öncəsi son məşqi - VİDEO
11:00 Klublarımızın yay transferləri - YENİLƏNİR
18 Avqust 2017
21:00 "Yuve" onun transferini rəsmən açıqladı
20:30 Boks Federasiyasında DÇ-yə yollanacaq yığma ilə görüş keçirildi
19:30 Boatenq Dadaşov ilə bir komandada
19:00 "Kəpəz" - "Zirə" matçı Yevlaxdan canlı yayımlanacaq
18:30 "Binə"dən daha 5 transfer
18:00 Premyer Liqada 2-ci turun hakimləri
17:45 2-ci turun hakim təyinatları açıqlandı
17:21 "Kopenhagen"li futbolçu: "Bu missiyanın öhdəsindən gələ biləcəyimizə əminəm"
17:00 Azərbaycan - San Mariono matçının stadionu dəyişdirildi
16:40 "Qarabağ"ın sabiq forvardı Kipr klubunda
16:21 "Qarabağ" "İnter"ə qarşı - VİDEOANONS
15:46 Premyer Liqada 2-ci tur rəqəmlərin gözü ilə
15:31 Səudiyyə Ərəbistanı yığması Azərbaycanda təlim-məşq toplanışı keçəcək
15:22 Təmsilçilərimiz Slovakiyadan qalib qayıdır
15:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək
14:29 Bakıda küveytli hakimlərin toplanışı olacaq
14:00 "Göyçə"dən növbəti transfer: "Bakı"nın futbolçusunu heyətinə qatdı
13:22 Madrid "Real"ının qapıçısı futbolçumuzla komanda yoldaşı oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.