Ucuz təyyarə biletləri

"Qarabağ" "Kopenhagen"i məğlub yola saldı

Tarix:  15.08.17 21:08           Yazar:  Rekord.az           Oxunub: 416 dəfə

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilib.


Rekord.az xəbər verir ki, Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Hansı ki, ölkə futbolu tarixində ilk dəfə bu raundda təmsil olunuruq. Ardıcıl 4 dəfə ölkə çempionu olan Ağdam klubu qrup mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizədə “Kopenhagen”lə görüşüb. Danimarka təmsilçisi ilə ilk matç Bakıda baş tutub.


Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ilk görüşü italiyalı hakimlər briqadası idarə ediblər. Matç təmsilçimiz üçün uğurlu alınıb. 90 dəqiqə ərzində xeyli qol vəziyyəti yaradan və rəqibindən daha üstün futbol sərgiləyən təmsilçimiz təəssüf ki, sadəcə, bir qolla kifayətlənib. Lakin istənilən halda bu qələbə "Qarabağ"ın ÇL-in qrup mərhələsinə vəsiqə qazanması üçün yaxşı şans yaradır. Bunun üçün təmsilçimizə səfərdə heç-heçə də bəs edəcək.


Qeyd edək ki, “Qarabağ”la “Kopenhagen” arasında cavab oyunu avqustun 23-də keçiriləcək. Cütün qalibi Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının qrup mərhələsində oynayacaq.


UEFA Çempionlar Liqası
Pley-off mərhələsinin ilk oyunu

15 avqust


“Qarabağ” - “Kopenhagen” 1:0
Qol: M.Mədətov, 25.
Sarı vərəqə: B.Verbiç, 71. D.Amankva, 90+3.
Hakimlər: Paolo Talyavento, Alessandro Callatini, Alessandro Kostantsa
Əlavə hakim köməkçiləri: Massimiliano İrrati, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuçlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu (22. Əfran İsmayılov, 90+5), 11. Mahir Mədətov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 14. Rəşad Sadıqov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kopenhagen: 25. Robin Olsen, 3. Pyer Benqtsson, 6. Uilyam Kvist (k), 7. Benyamin Verbiç (14. Nikolay Tomsen, 86), 8. Uroş Matiç, 9. Federiko Santander, 11. Andriya Pavloviç (28. Pieros Sotiriu, 74), 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 24. Yussef Tutu (32. Danni Amankva, 68), 27. Mixael Lüftner.
Ehtiyat oyunçular: 1. Stefan Andersen, 15. Mikael Antonsson, 17. Kasper Kusk, 18. Mads Roerslev.
Baş məşqçi: Stole Solbakken.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
De Souza, Rəşad və “Qarabağ” haqqında
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
"Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
"Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
"Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!

Xəbər Lenti
25 Noyabr 2017
13:00 "Qaradağ Lökbatan" yenə Premyer Liqaya buraxılmayacaq
12:45 "Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qarşı - YENİLƏNİR
12:22 Əzizov yenə oynamadı, komandası xal itirdi
12:00 Məşhur meyxanaçı: "Neftçi" "xalq komandası" ola bilər, amma "Zirə"ni uda bilmirsə... - MÜSAHİBƏ
11:42 “Qəbələ”yə evdə də qalib gələ bilərik”
11:20 Yunis Hüseynov: “Hiss edirəm ki, komanda yaxşı nəticə qazanacaq”
11:00 AFFA Əliyar Ağayevi cəzalandırdı
10:30 Kamran Ağayev qayıtdı və… 4 qol buraxdı
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.