Ucuz təyyarə biletləri

Üç saniyəlik xoşbəxtlik

Tarix:  16.08.17 15:08           Yazar:             Oxunub: 350 dəfə

Çempionlar Liqasının himninə olan münasibət bu ölkədə futbol sevgisinin necə böyük olduğunu göstərdi. Mən də ordaydım və turnirin özündən daha böyük olan bu musiqini stadionda ilk dəfə eşitdim. Çox gözəl an idi. Bu sevinci bizə yaşatdığı üçün “Qarabağ” klubuna, bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm. Diqqətimi çəkən əsas məqam isə himndən öncəki 3 saniyə oldu. 


Komandalar paltardəyişmə otaqlarından meydançaya çıxanda başqa - marş tipli - mahnı səslənirdi. Təbii ki oyunçuların meydana çıxması böyük alqış və səs-küylə müşayiət olundu. ÇL-in loqosu ilə tam örtülən mərkəz dairə keçiləndən sonra klassik düzülüşdə yerlər alınana qədər... “Kopenhagen”in sonuncu oyunçusu o sırada yerini alar-almaz 30 minlik arena susdu. 3 saniyəliyinə. Cəmi 3 saniyə çəkdi. Və “Çeeempiooons!...” O anda baş verənləri yəqin ki yalnız orda olanlar anlaya, anlada bilər. Stadion əməlli-başlı ekstazda idi. Jurnalistindən tutmuş sıravi azarkeşinə qədər hamımız bu sehrli ana, zövqə təslim etdik özümüzü. Sonda da “Çeeeempiooons!..” sözləri ilə bitirdik.


Üç saniyə. Məhz həmin o 3 saniyə ən gözəl xəbəri eşitməyə hazır olan, dünyaya yenicə uşaq gətirən ananın onun ilk səsini eşitmək üçün susduğu saniyələr kimi idi. İllərlə sürən övlad həsrətinə son qoymuş kimi sevinirdik. Biz, xalq olaraq, böyük futbolsevərlər ailəsi olaraq yeni bir balamızın, hələ də kövrək addımlarını atan milli futbol sevgimizin yeni bir tarixinin yaranışına şahidlik etdik. Böyüdük, “həddi-buluğa” çatdıq bir gündə, daha dəqiqi, bu 30-40 saniyədə. Biz artıq dünya, Avropa futbolunun layiqli bir hissəsiyik və cavab göüşündə nəticə nə olursa-olsun sübut etdiyimiz həqiqətlər var. Əsas həqiqət isə odu ki, Azərbaycan futbol ölkəsidi, bu ölkədə futbol həmişə sevilib, seviləcək də. “Azərbaycanda heç vaxt futbol olmayacaq” deyərək ağız büzənlərə də bundan gözəl cavab ola bilməzdi.

 

Biz xalq olaraq bu bayramı haqq etmişdik, çünki bu günə qədər keçən yolda istər meydanda, istərsə də ondan kənarda böyük və çox ağrılı məğlubiyyətlər almış, səbr etmiş, dözmüş, gələcəyə ölməyən inamla baxmışdıq. Dünən – 15 avqust tarixində bütün bu əziyyətin bəhrəsini aldıq. Artıqlaması ilə. Təbrik edək bir-birimizi. Çünki buna layiqik.

 

P.S.: Üzeyir Hacıbəyov, Niyazi, Qara Qarayev və başqalarının vətənində ən böyük tarixin məhz dünyanı həyəcanlandıran musiqi akkordları ilə yazılmasında da bir simvoliklik olsa, gərək... 

 

Kənan Məstəliyev, Rekord.az

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
De Souza, Rəşad və “Qarabağ” haqqında
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
"Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
"Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
"Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!

Xəbər Lenti
25 Noyabr 2017
13:00 "Qaradağ Lökbatan" yenə Premyer Liqaya buraxılmayacaq
12:45 "Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qarşı - YENİLƏNİR
12:22 Əzizov yenə oynamadı, komandası xal itirdi
12:00 Məşhur meyxanaçı: "Neftçi" "xalq komandası" ola bilər, amma "Zirə"ni uda bilmirsə... - MÜSAHİBƏ
11:42 “Qəbələ”yə evdə də qalib gələ bilərik”
11:20 Yunis Hüseynov: “Hiss edirəm ki, komanda yaxşı nəticə qazanacaq”
11:00 AFFA Əliyar Ağayevi cəzalandırdı
10:30 Kamran Ağayev qayıtdı və… 4 qol buraxdı
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
20:30 “Araz” darmadağınla qalib gəldi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.