Ucuz təyyarə biletləri

Karatedə də böhran?

Tarix:  17.08.17 14:08           Yazar:  Rekord.az           Oxunub: 137 dəfə

Son illərdə Azərbaycanda məşhurlaşan idmanın karate növü Azərbaycan Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra çətin vəziyyətə düşüb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, idmançılar 1 ilə yaxındır ki, maaş üzünə həsrətdirlər. 
 

Rekord.az xəbər verir ki, Azərbaycan Karate Federasiyasının rəhbərliyi maliyyə məsələsində də çətinliyə düşüb.

 

Karateçiləri Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) ümidinə qalsa da, maddi yardım ayrılmır.
 
AGİN-in karateçilərimizə diqqət ayırmaması hətta onların məşq etməsinə də mane olur. Beynəlxalq Bankın sponsorluq etdiyi zamanlarda “İnter Arena”da hazırlıq keçən komanda artıq buradan da məhrum olub. Arenanın sahibləri icarə haqqını vermədiyi üçün karateçilərimizin orada məşq etməsini qadağan edib. 
 
Nazirlik federasiyaya sponsor tapacağını bildirsə də, bu məsələyə də diqqət ayırmır. Hətta karateçilərimizin əksəriyyəti fərdi şəkildə məşq edir. Bəziləri isə yalnız xarici ölkələrdə keçdikləri seminarlardan pul alırlar. Kim bu seminarlara gedə bilirsə, müəyyən məvacib əldə edir. Əksəriyyət belə seminarlara qatılmağa da imkan tapmırlar. 
 
Maliyyə çətinlikləri üzündən hətta komanda bir ara da məşqçisiz qalmışdı.  Rəhman Hətəmov həm federasiyanın vitse-prezidenti idi, həm də komandaya baş məşqçilik edirdi. Hazırda çətin vəziyyətdə olan idmançılar bu durumdan çıxmaq üçün yollar axtarırlar. Karate 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının proqramına daxil edilib.

 

Məsələ ilə bağlı Azərbaycan Karate Federasiyası bəyanat yayıb. Onu olduğu kimi sizə təqdim edirik:

 

Azərbaycan Milli Karate Federasiyasının bəyənatı!
Bir sıra elektron informasiya vasitələrində Azərbaycan Milli Karate Federasiyasının (AMKF) ağır maliyyə böhranı içərisində olması, 1 ildən artıqdır ki, maaşların verilməməsi, milli komandaların İnter Arenada yerləşən federasiyanın təlim-məşq bazasından kənarladırlması kimi dezinformasiyalar yayılıb.
Həmçinin rəsmi mənbə ilə dəqiqləşdirilmədən etibarsız sayılan bu məlumatlarda karateçilərimizin xarici seminarlara qatılmaqla qazanc əldə edib öz xərclərini qarşılaması, arenadan çıxarılan milli komandaların məşqlərə qatılmaq imkanı olmadığı bildirilir. Hətta bu səbəbdən bəzi idmançıların karyerasını bitirmək istəyi olduğu kimi neqativ fikirlər yazılıb.
Nəzərinizə çatdıraq ki, Bakıda 4-cü İsam Həmrəyliyi Oyunlarında yüksək nəticə göstərən milli komandanın üzvləri gərgin təlim-məşqlərdən sonra istirahətə buraxılıb. Həmçinin yay aylarının çox isti keçməsi ilə əlaqədar olaraq ciddi təlim-məşq proqramları da müvəqqəti olaraq dayandırılıb. Buna baxmayaraq müxtəlif yaş qrupları üzrə milli komandaların təlim-məşqləri tam heyətlə olmasa da istər fərdi, istərsə də komanda halında davam edir. Bunun nəticəsi ötən günlərdə İranda nüfuzlu beynəlxalq turnirdə qazanılan 4 qızıl, 5 gümüş və 4 bürünc olmaqla 13 medalda özünü göstərdi. Beynəlxalq təqvim planı üzrə payız aylarında rəsmi yarışlara hazırlıqlar davam edir.
Onu da qeyd edək ki, çatdırılan məlumatın əksinə olaraq milli komandamızın heç bir üzvü ötən müddətdə beynəlxalq seminarlar keçirməyib. Eləcə də federasiya kollektivinin ciddi fərdi çətinliyi yaranarsa, təşkilatın rəhbərliyi tərəfindən bu problemin aradan götürüməsinə hər zaman həssas yanaşılır.
AMKF bu rəsmi açıqlaması ilə bildirir ki, məlum səbəblərdən baş sponsor Azərbaycan Beynəlxalq Bankının bu ilin əvvəlindən maliyyə dəstəyini dayandırması ilə, Azərbaycan Gənclər və İdman nazirliyi federasiyanın məhsuldar fəaliyyəti üçün bütün xərcləri üzərinə götürüb və bu addımın müsbət nəticələri göz qabağındadır. Yay aylarında maliyyə dəstəyində müəyyən çətinlikllər yaranıb. Təbii ki, Azərbaycan qlobal dünyanın bir hissəsi, AMKF isə ölkədə fəaliyyət göstərən qeyri biznes təşkilatlarından biri kimi mövcud durumdan kənar qala bilməz.
Federasyanın 20 illik fəaliyyət tarixində müvəqqəti çətinliklər olduğu zaman dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən, bu təşkilatın vitse-prezidenti Çingiz Hüseynzadə və Gənclər və İdman naziri Azad Rəhimovun dəstəyi ilə problemlər aradan qalxıb. 
Federasiyanın kollektivi yaranmış vəziyyəti anlaşıqlıqla qarşılayır və bu müvəqqəti çətinliyin yaxın zamanlarda hər zaman olduğu kimi dövlət dəstəyi ilə həll olunacağına əmindir. AMKF həqiqəti əks etdirməyən və mənbəyi məlum olmayan belə informasiyalara uymamağı və kütəvi informasiya vasitələrindən istənilən məlumatı federasiya rəsmiləri ilə dəqiqləşdirməmiş yaymamağı tövsiyyə edir.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Xəzər Lənkəran"ın gələcəyi barədə rəsmi açıqlama: "Fəxri prezidentimiz əsas komandanı mütləq bərpa edəcəyini qeyd edib, ancaq..."
"Şüvəlan" Premyer Liqaya qayıdır?
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi

Xəbər Lenti
23 Fevral 2018
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
14:41 Gənc cüdoçuların ölkə birinciliyinə start verildi
14:20 Azərbaycan təmsilçisi reytinqdə 16-cıdı
14:00 "Neftçi"nin bazası da saraldı - FOTOLAR
13:42 Norveç idmançısı Qış Olimpiya Oyunlarında medal sayında rekordçu oldu
13:22 Ceko "Milan"In hədəfində
13:00 Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
12:49 "Real" 3 xalı 3 qolla qazandı - VİDEO
12:27 "Sevilya" - "Mançester Yunayted" 0:0 - VİDEO
12:00 Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
11:46 "Şaxtyor" - "Roma" 2:1 - VİDEO
11:00 Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi
10:50 Naxçıvan icra başçısı şahmatçının pulunu vermir
10:30 Ölkə çempionatında ikinci günün qalibləri
10:00 Mirbağır İsayev: "Bu Qurban Qurbanovun fikri idisə, ən azından ..." - VİDEO
09:18 ÇL-də mübarizə aparan hücumçumuz Rusiya klubuna qələbə qazandırdı
02:00 “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı
21 Fevral 2018
23:50 Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı
23:30 ÇSKA serbləri məğlub yola saldı - VİDEO
23:00 Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu
22:00 “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO
20:13 “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı
19:51 Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi
19:30 Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı
18:00 Maşallah Əhmədova böhtan atanlar istəklərinə çatmadılar
17:00 "Zirə" Fariz Nəcəfova görə AFFA-ya şikayət etməyib - ÖZƏL!
16:40 Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”
16:24 Ceyhun Sultanov: "Heç bir insan bura hansısa futbolçunu ata bilməz"
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.