Ucuz təyyarə biletləri

Ağır atletlərimiz ali təhsil müəssisələrinə qəbul olunublar

Tarix:  17.08.17 17:08           Yazar:             Oxunub: 118 dəfə

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini açıqlayıb. Sevindiricidir ki, tələbə adını qazananlar arasında ağır atletika ailəsinin üzvləri də var.


Rekord.az xəbər verir ki, yeniyetmə ağır atletlərimizdən Səbinə Əzimova, İsmayıl Məmmədov, Almazxan Səfərov, Kənan Xəlilov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisası, Əbülfətzadə Elmar Lənkəran Dövlət Universiteti “Aqrar və mühəndislik” fakültəsi, “Torpaqşünaslıq və aqrokimya” ixtisası, Qardaşzadə Yusif Azərbaycan Dövlət İqtisad Universiteti “Marketinq” fakultəsi, “İstehlak mallarının ekspertizası və marketinqi” ixtisasına qəbul olunub. Bununla yanaşı, təcrübəli mütəxəssis, beynəlxalq dərəcəli hakim Rasim Orucov da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası ağır atletika fakultəsi, məşqçi-müəllimlik ixtisasına qəbul olunub.


İstənilən ağır atlet vaxtının əksər hissəsini idmana sərf etdiyindən lazımi təhsil almasında problemlər yaranır. Yarışlar zamanı yaranan fasilələr, məşqlərlə tədris vaxtlarının üst-üstə düşməməsi, bəzən yol uzaqlığı, gediş-gəliş məsələləri prosesə öz mənfi təsirini göstərir. İdmançı isə mütləq yaxşı təhsil almalıdır. Çünki o, ölkənin siması, bayraqdarıdır. İstənilən an Azərbaycanı layiqincə təmsil etməyə, həqiqətləri çatdırmağa, ünsiyyət qurmağa hazır olmalıdır.

 

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) bunu çox yaxşı anlayır və yeniyetmə və gənc ağır atletlərin yarışlara hazırlıq üçün ən yaxşı şəraiti qurmaqla yanaşı, onların yaxşı təhsil alması üçün də çalışmalarını davam etdirir. Hazırda AAAF-ın balansında olan, AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” Liseyi humanitar və texniki ilə yanaşı, həm də idman təmayüllüdür. Burada çox sayda idmançı təhsil alır ki, onların əksəriyyəti də ağır atletdir. Təsadüfi deyil ki, bu il ali təhsil müəsssiələrinə qəbul olunan atletlərdən üçü – İsmayıl Məmmədov, Əbülfətzadə Elmar və Qardaşzadə Yusif məhz “Zirvə Liseyi”nin məzunlarıdırlar.

 

Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu da fəaliyyət göstərir.

 

Liseydə şagirdlər nahar yeməyi ilə təmin olunur və nahardan sonra peşəkar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirirlər. Pedaqoji kollektiv müsabiqə yolu ilə seçilmiş qabaqcıl müəllimlərdən təşkil olunub. Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur.

 

Liseyin yerləşdiyi AAAF Park Yaşayış Kompleksində yaşayan, bütün xərcləri ödənilən maksimum şərait yaradılan idmançılar, yüksək səviyyəli təhsil almaq şansı qazanırlar. Atletlərə gündəlik praktiki dərslərlə yanaşı, nəzəri dərslər də keçilir. Belə ki, onlar bütün digər fənlərlə birlikdə, həftədə bir neçə dəfə ağır atletika nəzəriyyəsi dərslərində də iştirak edirlər. Dərs zamanı bu idman növünün sirləri öyrədilir, onun tarixi haqqında geniş məlumat verilir, elmi-nəzəri xüsusiyyətləri tədris edilir, bir sözlə, bilavasitə fiziki dərslərdən savayı, ağır atletikanın nəzəri tərəfi də öyrədilir. Bu nəzəri biliklərin tədrisində məqsəd həm bu idman növünü daha yaxından tanıtmaq, həmçinin yeniyetmə və gənc atletlərin təhsil səviyyəsini yüksəltməkdir.

 

Hazırda liseydə təhsil alan şagirdlərdən təxminən 20 nəfəri Azərbaycanın ağır atletika üzrə müxtəlif yaş qrupları üzrə yığma komandalarının üzvüdürlər.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Antalyanı Masazıra dəyişdilər
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
“Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO

Xəbər Lenti
21 Yanvar 2018
21:30 “Qəbələ” məşqləri bərpa etdi - VİDEO
21:05 Millimiz Albaniyaya məğlub oldu
20:44 Rəhimovalı "Fənərbaxça" Əzizovalı "Beşiktaş"ı məğlub etdi
20:30 “Qəbələ” “Keşlə”ni məğlub etdi
20:23 Hücumçularımızın qarşılaşmasında kapitanımız sevindi
20:00 Nəbiyev qol vurdu, “Slaviya” qalib gəldi
19:30 Millimizin oyununda sükut və qara sarğı
18:30 “Sumqayıt” Türkiyəyə yollandı
15:31 Əliyar Ağayev “Şaxtyor”un matçını idarə etdi
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.