Ucuz təyyarə biletləri

Prinsipiallıqdan doğulub, laqeydlikdən ölən komanda: “Qarabağ Xocalı” - YAZI

Tarix:  20.08.17 23:08           Yazar:  Rekord.az           Oxunub: 377 dəfə

İşğal altında olan rayonlarımızın futbol həyatından bəhs edən "Meydansız top" layihəmiz çərçivəsində növbəti yazımız Xocalıya həsr olunur. Xocalı şəhəri Ağdam şəhərinin 18, Xankəndi şəhərinin 14 kilometrliyində yerləşən kiçik bir qəsəbədir. Eyni zamanda Xocalı rayonunun inzibati mərkəzi sayılır. Ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Ətrafında son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var.

Xocalı qəbiristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələr, daş qutu və kurqanlardan ibarət, müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və sairədən hazırlanmış bəzək əşyaları, tunc əmək alətləri və at əsləhələri aşkar edilmişdir. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında, Qarqarçayın sağ və sol sahillərində XVIII əsrə aid Əsgəran qalasımövcuddur. İki istehkamdan ibarət qalanı Qarabağ xanı Pənahəli xan tikdirmişdir. Maraq üçün deyək ki, 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları Əsgəran qalasında aparılmışdır.

Təəssüf ki, Xocalı deyəndə ağla ilk gələn məlum soyqırım olur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı əsl soyqırım yaşanmışdır. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.[4] Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

 

Stadionsuz daha bir rayon


Təəssüflə qeyd etməliyik ki, Xocalı da SSRİ dönəmində futbolu olmayan bölgələrimizdən olub. Amma Şuşa və Laçından fərqli olaraq Xocalının kiçik qəsəbə olması səbəbindən bu, başadüşüləndi. Bu mənada Xocalıda stadion, futbol meydançası da olmayıb. Əldə etdiyimiz məlumata görə, o vaxt qəsəbədə futbola marağı olan, futbol oynamağı bacaran tək-tük insanlar da Ağdama və ölkənin digər bölgələrinə üz tuturdu. Amma onların da sayı o qədər çox olmayıb. Bu səbəbdən də Xocalıdan futboldan tamamilə kənar olub. Çünki ən azı bu rayonu təmsil edən futbol komandası mövcud olub.

 

 

“Qarabağ”da yaşanan qarşıdurma Xocalının işinə yaradı


Xocalının adı futbol səhnəmizdə ilk dəfə 2000-ci ildə göründü. Hətta belə deyək, ilk və son dəfə. Komandanın yaranmasının təşəbbüskarı “Qarabağ”ın yaradıcılarından olan Adil Nadirov idi. Bunun özü də çox maraqlı bir məqama təsadüf etmişdi. 2000-ci ildə Ağdam klubu heç də yaxşı günlərini yaşamırdı. Həm komandada ciddi maliyyə sıxıntısı var idi, həm də daxili çəkişmələr gedirdi. Xüsusilə də komandanın prezidenti Nadirovla baş məşqçi Elbrus Abbasov arasında münasibətlər çox gərgin idi. Baxmayaraq ki, hər ikisi ağdamlı idi və uşaqlıqdan bir yerdə böyümüşdülər. Amma Abbasovun heyətə cəlb etdiyi bəzi futbolçuların oynamasına qarşı olan Nadirov bunun üstündə tez-tez dostu ilə mübahisə edirdi. Bir dəfə “Şəfa” ilə oyunda bu iki şəxs stadionda, hamının gözü qarşısında bir-birini təhqir də etmişdi. Sonradan Nadirovun komandanın aparıcı futbolçularından olan Elşad Əhmədovla da münaqişəsi yarandı. Hətta oyunların birində gərginlik o həddə çatmışdı ki, Əhmədov ayağındakı butsunu çıxardaraq Nadirova atmış və onun başını yarmışdı. Məhz bu yaşananlardan sonra Nadirov Ağdam klubundan ayrılmağa qərar verdi. Elə Xocalı komandasının yaranmaq təşəbbüsü də bundan sonra gəldi


 “Qarabağ”dan qalmaqallı şəkildə ayrılan Adil Nadirov idarəedici şəxs, təşkilatçı-rəhbər kimi özünü sübut etmək üçün yeni komanda yaratmağa qərar verir və bu haqda düşünməyə başlayır. Özü də beynində olan ideya yeni “Qarabağ idi. Yəni, yeni yaranacaq komanda da “Qarabağ” adlanacaqdı. Sadəcə, bunun üçün sponsor dəstəyi də lazım idi. İlk növbədə bu problemi həll etmək istəyən Nadirov Xocalının o vaxtkı icra başçısı Elman Məmmədovun yanına gedir. Həmin ərəfələrdə də Məmmədov parlament seçkilərinə namizədliyini irəli sürmüşdü. Nadirov Məmmədovla görüşüb beynindəki ideyanı ona bildirir. Təklif edir ki, yeni yaradacağı “Qarabağ” Xocalını təmsil etsin və icra başçısı da bu komandaya maddi dəstək olsun. Məmmədov da ilk addımda ideyanı dəstəkləyir və Nadirova bildirir ki, sən komandanı toplamağa başla, qalanını da mən kömək edəcəm.

 


Nə yaxşı ki, sumqayıtlılar var imiş


İcra başçısından “dabro” alan Nadirov komanda toplamağa başlayır. Təbii ki, iddialı insan olan bu şəxsə bu iddialarını həyata keçirməyə imkan verəcək məşqçi və futbolçular lazım idi. Bu məsələdə Nadirovun bəxti gətirdi. Onun  köməyinə sumqayıtlı məşqçi Sabir Əliyev və sumqayıtlı futbolçular çatdı. Belə ki, 2000-ci ilin yayında Sabir Əliyev yeni topladığı cavan kollektivlə “Kimyaçı”nı Güclülər Dəstəsinin yeni mövsümünə hazırlayırdı. Lakin Sumqayıt icra hakimiyyətində baş verən dəyişiklik, Əliyevi dəstəkləyən Şakir Abuşovun postundan getməsi və onun yerinə Təvəkkül Məmmədovun gəlişi hər şeyi alt-üst etdi. Yeni icra başçısının adamı olan Mehdi Hüseynzadə adına stadionun o vaxtkı direktoru Nadir Məmmədov yaranmış durumdan istifadə edərək Əliyevi sıxışdırmağa başladı. Bunun da özəl səbəbi var idi. Belə ki, Sabir Əliyev "Kimyaçı"ya stadion direktorunun bacısı oğlu Ələkbər Kərimovun yerinə baş məşqçi gəlmişdi. Abuşovun vaxtında müdaxilə imkanı olmayan Məmmədov yeni icra başçısının gəlişi ilə təzyiq mexanizmini işə salır. Stadion direktoru hətta “Kimyaçı”nı stadionda məşq etməyə də qoymurdu. Bu durumdan bezən Əliyev isə axırda elitaya yeni vəsiqə qazanmış Quba “Şahdağ”ından gələn təklifi qəbul edib “Kimyaçı”dakı bəzi aparıcı futbolçuları da götürüb ora getdi. “Kimyaçı” isə dağıldı. Lakin Əliyevin Quba karyerası uğursuz alınır və 4-5-turluq uğursuz çıxışdan sonra ordan ayrılmalı olur. Elə “Qarabağ Xocalı”nın yaranması da bu ərəfəyə təsadüf etdiyindən qazanan şəxs də Nadirov olur. Belə ki, Əliyevin Qubadan qayıtdığını və bekar olduğunu bilən Adil bəy onunla görüşüb “Qarabağ Xocalı”ya baş məşqçi gəlməyi təklif edir: Futbolçularını da yığ, gəl yeni komandada işə başla. Təklifi qəbul edən təcrübəli mütəxəssis isə “Kimyaçı”nın futbolçularını da yeni komandaya cəlb edib işə başlayır. Həmin heyətdə Mahir Şükürov, Vüqar Nadirov, Ruslan Poladov kimi futbolçular yer almışdı. Baş məşqçi və futbolçular sumqayıtlı olduğu üçün komandanın məskunlaşdığı ərazi də elə Sumqayıt seçildi. Komanda həm məşqlərini, həm də oyunlarını “İnşaatçı” stadionunda keçirməyə qərar verir. Əsas hədəf I Dəstədə oynamaq olsa da komanda gec yığışdığından bu, mümkün olmur. Ona görə də qərara alınır ki, “Qarabağ Xocalı” debüt ilində Həvəskarlar Liqasında oynasın və yeni mövsümdən I Dəstədə, hətta maddi dəstək yaxşı olarsa birbaşa Güclülər Dəstəsində mübarizə aparsın.
Beləliklə, oktyabr ayında yeni yaranmış “Qarabağ Xocalı” Həvəskarlar Liqasındakı debütü ilə həm də Azərbaycan futbolunda debüt elədi. Püşkə əsasən Şimal zonasında mübarizə aparan komandanın qrupdakı rəqibləri bu komandalar olur: “Neftçi” (Siyəzən), “Bərəkət” (Dəvəçi), “Sumqayıt veteranları” və “Xaçmaz”. 

 

 


Uğurlu debütdən qrup liderliyinə

 

Komandanın debüt matçı səfərdə “Neftçi”yə qarşı olur. Bərbad qazonda oynanılan matçın ilk hissəsi Xocalı təmsilçisi üçün fiasko olur və komanalar fasiləyə qolsuz bərabərliklə yollanır. Lakin fasilədə Sabir Əliyevin təlimatları öz sözünü deyir və ikinci hissədə rəqibinin qapısına 5 cavabsız top vuran “Qarabağ Xocalı” tarixində ilk qələbəsini qazanır. 


İkinci turda Xocalı təmsilçisi “Sumqayıt veteranları” ilə qarşılaşır və böyük üstünlüyə sahib olsalar da oyun 1:1 hesabı ilə başa çatır. O vaxtı “Sumqayıt veteranları”nın heyətində karyerasını yenicə başa vurnuş kifayət qədər təcrübəli futbolçular var idi.


Üçüncü turda evdə “Xaçmaz”ı qəbul edən Sabir Əliyevin komandası rəqibini darmadağın elədi – 7:0. 


İlk dövrənin son turuna təsadüf edən matç isə qrupun ən güclü komandası olan “Bərəkət”ə qarşı idi. Özü də səfərdə. “Qarabağ Xocalı”ya ilk dövrəni qrup lideri kimi bitirmək üçün 1 xal da bəs edirdi. Dəvəçidəki oyuna maraq da böyük idi. 2000-ə yaxın azarkeşin dəstəyi altında oynayan yerli komanda 90 dəqiqə boyunca təzyiq göstərsə də yekunda hesab açılmır və Xocalı təmsilçisi qış fasiləsinə lider kimi yollanır.

 

 

Yalan vədlər, boş sözlər və 3 aylıq komandanın sonu

Lakin təəssüf ki, bu uğurların ardı gəlmir. Çünki Sabir Əliyevə və komandasına dəstək göstərən olmur. Komanda mövcud olduğu 3 ay ərzində bir qəpik də olsun pul üzü görmür. Futbolçular 3 ay maaşsız oynayır. Lakin ümid edirlər ki, bəlkə vəziyyət düzələ. Hələ mövsüm öncəsi Adil Nadirov hər şeyin yaxşı olacağına dair söz vermişdi.  Odur ki, Sabir Əliyev və futbolçular Nadirova ümid edirdi. O isə Elman Məmmədova.  Çünki Nadirova ümid verən də Məmmədov olmuşdu. İcra başçısı vədinə xilaf çıxınca, Nadirov da baş məşqçi və futbolçular qarşısında yalançı duruma düşürdü.  Bununla belə, ümid var idi ki, Elman Məmmədov deputat seçilsə hər şey yaxşı olacaq. Çünki o özü də Nadirova bu haqda vəd vermişdi. Məhz bu səbəbdən Nadirov  da komanda üzvlərinə “bir az da səbr edin, indi seçki qabağıdır Elman məllimin başı çox qarışıqdır. Amma deputat seçilsə, hər şey yaxşı olacaq, komandaya da yaxşı baxacaq” sözünü verirdi. Təəssüf ki, bunların heç biri olmadı. Məmmədov deputat seçilməyinə seçildi, amma komandaya baxmadı. Mandat alan gündən “Qarabağ Xocalı” onun üçün unuduldu.  Artıq vəd də verilmirdi. Baxmayaraq ki, komanda mövsünüb son kubok matçına da çıxdı. Son anda futbolçular Adil Nadirovun xahişini yerə salmayıb “Bayıl Rovers”lə səfər matçına getdilər. Özü də məşq keçmədən. Çünki icarə haqqı ödənmədiyindən “İnşaatçı” stadionunun direktoru komandanı meydançaya da buraxmırdı. Süni maneə kimi qazonu da bir neçə yerdən kəsib çıxarmışdılar. İlk matçda “Qarabağ Xocalı” rəqibinə 2:3 hesabı ilə uduzsa da cavab oyununda qələb qazanıb növbəti mərhələyə çıxmaq şansı yüksək idi. Sadəcə, stadiona icarə haqqı ödəyib ən azı cavab oyunu üçün qazonu düzəltmək lazım idi. Lakin bu pulu da ödəyən olmadı. Nəticədə cavab matçı baş tutmadı və “Qarabağ Xocalı"ya 0:3 hesablı texniki məğlubiyyət verildi. Bu texniki məğlubiyyət həm də komandanın sonun oldu. 

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdiriir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
“AZE Nakhchivan SK” futbol klubunu almanlara təqdim edildi - FOTOLAR

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.