Ucuz təyyarə biletləri

Roman Qriqorçuk hakimlikdən narazı qaldı

Tarix:  20.08.17 23:08           Yazar:  Rekord.az           Oxunub: 232 dəfə

“Qəbələ” Azərbaycan Premyer Liqasının ikinci turunda “Sumqayıt”ı 1:0 hesabı il məğlub edib. Rekord.az saytının məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

 

- Komandanızın oyunundan razı qaldınız?

- Bəli, komandamdan çox razıyam. Çünki qələbə qazandıq.

- Bu oyun növbəti turda “Qarabağ”la matçadan öncı ümid verir?

- Biz ciddi rəqiblə qarşılaşacağıq. Həmin oyuna çox ciddi hazırlaşacğıq. “Qarabağ”la oyunlarımız həmişə maraqlı alınır. Necə olacağını ayın 26-da biləcəyik.

- Həmişə qələbədən sonra gülərüz olsanız da, bu gün sanki aqressivsiniz.

- (gülür). Siz Qəbələdəki hər mətbuat konfransında olmursuz. Komanda qələbə qazananda əhval-ruhiyyə hər şey yaxşı olur. Ötən il bəzi oyunlarda çox məyus olurdum. Çünki rəqibləri oyunumuzla öldürsək də, 67 ghücum edib, 15 qol epizod yaxalasaq da, xal itirirdik.

- Cavidin vəziyyəti o qədər pis idi ki, bu gün onu “23-lüy”ə daxil etmədiniz?

- O, özünü döyüşə atmaq istəyirdi. Oynamağı çox istəyirdi. Lakin onun boğazında problem olduğu üçün risk etmək istəmədik. Buna haqqımız yox idi.

- Əks-hücumlar zamanı Ozobiç bir neçə epizodda Monzora ötürmə vermədi ki, bunu çox narazılıqla qarşıladınız...

- Oyunda elə anklar oldu ki, düzgün qərar verməkdə çətinlik çəkdik. Əks-hücumlar zamanı daha çox şansdan yararlana bilərik.

- “Qarabağ” “Qəbələ”dən oyundan öncə “Kopenhagen”lə qarşılaşacaq. Bu məqam komandanıza nisbi üstünlük verir?

- İlk növbədə mən özüm də qrup mərhələsində oynamağı çox istərdim. Azərbaycanda futbol təqvimi çox əladı. Hesab edirəm ki, avrokuboklar və çempionatda oynayan komanda daha böyük üstünlük qazanır. Çünki qitə kuboklarında səviyyəli rəqiblərə qarşı çıxış edirsən. Əgər, istədiyin heyəti formalaşdıra bilmisənsə, hər iki cəbhədə mübarizə aparmaq böyük üstünlükdü. Belə təqvimdə oynamaq futbolçuların da inkişafına təsir edir. Eyni zamanda iki turnirdə oynamamüsbət haldı. Bir daha deyirəm ki, heyət tam komplektləşibsə.

- Bugünkü hakimlikdən razı qaldınız? Çünki referi bir neçə epizodda rəqibin futbolçularına vərəqə göstərməli olsa da, bunu etmədi...

- Bunu öz aramızda müzakirə etmişik artıq. Hakim hansısa qərar qəbul edəndə, məsələn qırmızı vərəqə verəndə, yaxud penalti təyin edəndə narazılıq bildirmək bir qədər başqa cür anlaşılır. Amma mən bugünkü hakimlikdən qətiyyən razı deyiləm. Futbol adamı kimi meydanda nələrin baş verdiyini görürdüm. Hakim rəqibin 1 futbolçusuna qırmızı vərəqə, ən azı 2-3-nə də sarı vərəqə göstərə bilərdi. Hakim vaxtında lazımi vərəqələri vursaydı, rəqib də belə sərt oynamazdı.

- İlqar Qurbanovun zədələnməsindən sonra meydana çıxan Tellur Mütəllimov qələbə qolunun müəllifi oldu. Demək olar ki, bu gün o, növbəti dəfə özünü futbolçu kimi sübut etdi?

- Bu gün o, karyerası baxımından müsbət məqama imza atdı. Qol vurmaq hər zaman xoşdu. O, bir müddət zədəli idi və həmin vaxtlarda da mən onun səviyyəsi haqda şübhə etmirdim.

- Sağ cinah müdafiəçisi hava ötürməsi edir və sol cinah müdafiəçisi qol vurur. Bu, sizin üçün gözlənilməz olmadı?

- Bir dəfə avrokuboklarda “Zalsburq”la qarşılaşırdıq. Hər iki müdafiəçi çox fəal hücuma qoşulurdu. Rəqib baş məşqçiyə paxıllıq edirdim (gülür). Düşünürdüm ki, nə vaxtsa bizim oyunçular da belə çıxış edəcəklər. Nəhayət ki, bu gün istədiyimi görə bildim.

- Avroliqadan sonra 2 futbolçu komandadan ayrıldı. Transfer pəncərəsinin sonuna kimi “Qəbələ”nin heyətinə yeni futbolçu qatacağını gözləmək olar?

- Düşünmürəm ki, ytansfer olunacaq. Məsələ heç də 2 nəfərin getmsi deyil. Biz yay transfer pəncərəsindən lazımınca tararlana bilmədik. Qışa qədər bu komanda ilə oynamalıyıq. Təbi ki, zədələr olmadığı halda. Məsələn, İlqar bu gün zədələndi və onun zədəsinin ciddi olmaq ehtimalı var. Yerli oyunçunun kənarda qalması bizi çətinə salır. (futbolxeber.az)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqov istefa verdiyi komandanı oyuna çıxardı
"Şüvəlan" Premyer Liqaya qayıdır?
"Neftçi"nin bazası da saraldı - FOTOLAR
"Neftçi"nin sabiq prezidentini AFFA-ya yaxın buraxmadılar
Tahir Süleymanov "Neftçi"nin yeni təyinatlarından danışdı - YAZI
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Nişanlısını Sevgililər Günündə bu qızla aldatdı - FOTOLAR
Bütün səlahiyyətlər Ceyhun Sultanovun əlinə keçdi

Xəbər Lenti
23 Fevral 2018
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
14:41 "Zaqatala" - "Mil-Muğan" 2:0 - VİDEO
14:21 “Neftçi” - “Zirə” oyunu 1 manata
14:00 Yunis Hüseynov 1 il vaxt istəyib
13:45 Donnarumma PSJ-ə keçir?
13:23 Ramos ən kobud futbolçudur
13:00 Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
12:42 "Azərbaycan millisi Moldovadan güclüdür"
12:20 Topaz Premyer Liqasında 17-ci turun bütün təyinatları
12:00 Rəşad Sadıqov: "Taksi sürücüsünə deyibmiş ki, Bakıdakı əşyalarını yığıb onu göndərsin"
11:48 “Qarabağ” keçmiş SSRİ-nin ən yaxşı 10 klubu arasında
11:22 Avroliqada gecənin qolları - VİDEOLAR
10:35 Anatoli Banişevskinin doğum günündən 72 il ötür
09:46 Millimizin üzvü ÇL-də qrupda qaldı
02:14 Avroliqada bütün 1/8 finalçılar bəlli oldu
22 Fevral 2018
23:50 Ölkə çempionatında 3-cü günün qalibləri
23:19 Gənc cüdoçulara medal və diplomlar təqdim olundu
22:00 Azərbaycan birinciliyinin açılış mərasimi keçirildi
21:38 Azərbaycan gimnastı Rusiyada qızıl medal qazanıb
21:00 "Binə" - "Xəzər" 1:0 - VİDEO
20:31 Birinci Divizion: Daha üç oyun üçün hakim təyinatları açıqlandı
20:00 “Ndlovu həmin qolla bütün Bakını ayağa qaldırmışdı”
19:33 17-ci turun hakim təyinatları
19:30 Premyer Liqada 17-ci turun hakimləri
19:15 17-ci turun hakim təyinatları açıqlandı
19:00 Bir oyun təxirə salındı
18:30 “Zirə”yə keçdi, millidən kənarda qaldı
18:00 Kamran Quliyevə daha bir vəzifə verilə bilər
17:46 Azərbaycanda oynamış futbolçuya ömürlük cəza
17:43 ÇL-də həftənin rəmzi komandası
17:22 “Zaqatala” ilk qələbəsini qazandı
17:00 Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
16:40 Autizmli uşaqlar “Zirə”nin məşqində - FOTOLAR
16:21 ÇL-də həftənin ən yaxşı futbolçusu adına 4 namizəd
15:40 ÇL-də ən gözəl qola 5 namizəd
15:21 Ağatahir Əzimov: “Məhdud heyətdə istənilən itkinin yeri görünür”
15:00 Ceyhun Sultanov yeni legionerlərlə bağlı çalışmalara başladı
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.