Ucuz təyyarə biletləri

Prosineçkinin gələn cismi, qalan ruhu

Tarix:  22.08.17 10:08           Yazar:  Amal Abuşov           Oxunub: 452 dəfə

Robert Prosineçki AFFA-nın gözünü yolda qoyub. Assosiasiyanın rəsmi saytında millimizin baş məşqçisi ilə bağlı sonuncu məlumat iyunun 13-də yerləşdirilib. “Seçmə mərhələnin sonuna qədər vəzifəmi icra edəcəyəm” başlıqlı xəbərdən bir sitatı sizin diqqətinizə çatdırıram: “Hal-hazırda yaranan fasilə ilə əlaqədar ailəmlə birlikdə ölkəmə gedəcəyəm. Püşkə uyğun olaraq isə Çempionlar Liqası və Avropa Liqasında çıxış edəcək klublarımızın oyunlarını diqqətdə saxlayacağam. Avqust ayında isə Azərbaycana dönəcəyəm, Premyer Liqanın yeni mövsümünün oyunlarını izləyəcəyəm, millinin seçmə mərhələ çərçivəsində keçirəcəyi qarşılaşmaların hazırlığına başlayacağıq”.

 

Bu açıqlamanın verildiyi tarixdən bəri düz 70 gün keçib. Ötən müddət ərzində Azərbaycan klubları Avropa Liqası və Çempionlar Liqasında ümumilikdə 17 oyun keçirib. Çempionumuz “Qarabağ” isə sabah futbol tariximizin ən vacib oyunlarından birinə çıxacaq. Prosineçki bu oyunların heç birində ayağını stadionlara qoymayıb. Onun qarşılaşmaları televiziya vasitəsiylə izləyib-izləmədiyi də dəqiq deyil. Belə bir hal olsaydı, ən azından kiçik bir xəbər düzəldib, bəh-bəhlə AFFA-nın saytında bizə müjdə verərdilər. Prosineçkinin adından mərhələni keçən klublarımıza təbrik yazar, uğurlar arzulayardılar.

 

O, gedərkən avqust ayında Azərbaycana dönəcəyini, ölkə çempionatında yeni mövsümün oyunlarını izləyəcəyini də demişdi. Artıq ilk iki tur arxada qalıb. Robi nəinki stadionlarda, heç Bakıda deyil. Avqustun 15-də və 20-də dönəcəyini ilə bağlı xəbərlər yalan çıxdı. Axırda da həssas damarımızdan tutdular, xorvatiyalı çalışdırıcının qızının zəhərlənməsi ilə bağlı xəbərləri dövriyyəyə buraxdılar. Bilirlər ki, biz azərbaycanlılar bu cür mövzularda həssasıq, başına bu cür hadisə gələn insana dərhal ürəyimizdə mərhəmət hissi oyanır, onun dərdinə şərik olmağa çalışırıq.

 

Kim təminat verə bilər ki, Prosineçki Bakıya qayıdanda qızının səhhətində heç bir problem olmadığını deyəcək, ümumiyyətlə, AFFA-ya belə bir məlumat ötürmədiyini açıqlamayacaq? Hamımızın yaxşı yadındadı, qışda yeni il tətilini başa vuraraq Bakıya dönən Robi, burda öz doğum gününü də qeyd etmişdi. Ziyafətdən sonra onun Antalyaya yollanacağı, orda hazırlıq keçən klublarımızın düşərgəsinə baş çəkəcəyi elan olunmuşdu. Amma Türkiyənin kurort bölgəsində xorvatı görən tapılmadı. AFFA-nın sözçüsü Mikayıl Nərimanoğlu Robinin qripə yoluxduğunu, hazırda Bakıda müalicə olunduğunu dedi. Heç üstündən bir həftə keçmədi ki, Prosineçkinin xorvat köməkçiləri Nərimanoğlunun yalanını üzə çıxardılar. Draqan Spasiç və Qordan Tispriç tam əminliklə söyləyirdilər ki, Robertin səhhətində heç bir problem yoxdu, Antalyaya gəlməməsinin səbəbi bu deyil. Həmin hadisənin üzərindən bir neçə gün keçəndən sonra isə ortaya “Bursaspor” məsələsi çıxdı.

 

Prosineçki o zamandan bəri AFFA-dan incik düşüb, Azərbaycandakı günlərini sayır. Lap bu gün Bakıya gəlsə belə, ruhunu uzaqlarda qoyub, cismini gətirəcək...

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 14 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 201 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
De Souza, Rəşad və “Qarabağ” haqqında
Kanibolotski "Qarabağ"dan ayrılmaq istəyir: Ukraynadan təklif var - ÖZƏL!
Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
"Neftçi"də forma geyinən balaca italiyan kimdir?
AFFA-nın işi daşa dirənib: icra başçıları kömək etmək istəmir
Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
"Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
"Mil Muğan"ın Qəbələyə getməyə pulu yoxdur?
"Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!

Xəbər Lenti
25 Noyabr 2017
13:23 Kaka Çin klubunda
13:00 "Qaradağ Lökbatan" yenə Premyer Liqaya buraxılmayacaq
12:45 "Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Keşlə"yə qarşı - YENİLƏNİR
12:22 Əzizov yenə oynamadı, komandası xal itirdi
12:00 Məşhur meyxanaçı: "Neftçi" "xalq komandası" ola bilər, amma "Zirə"ni uda bilmirsə... - MÜSAHİBƏ
11:42 “Qəbələ”yə evdə də qalib gələ bilərik”
11:20 Yunis Hüseynov: “Hiss edirəm ki, komanda yaxşı nəticə qazanacaq”
11:00 AFFA Əliyar Ağayevi cəzalandırdı
10:30 Kamran Ağayev qayıtdı və… 4 qol buraxdı
24 Noyabr 2017
23:30 “Kəpəz”lə “Qəbələ”nin 18-ci dueli
23:00 “Qarabağ” gerilədi - UEFA reytinqi
22:30 Avroliqada da turun ən yaxşısı bəlli oldu
22:00 "Sabah" - "Qaradağ Lökbatan" 0:2 - VİDEO
21:30 “Kəpəz” Yunis Hüseynovun debüt matçına itkilərlə çıxacaq
21:00 Messi “Qızıl buts” aldı, Ronaldoya çatdı
20:30 AFFA-nın Cocuq Mərcanlı ilə bağlı layihəsi təsdiq olundu
20:00 “Qarabağ”dan təşəkkür – Xoreoqrafiyaya görə
19:30 Bakı çempionatının son mükafatçıları da bəlli oldu
19:00 Filip Ozobiç: "Bunun üçün 5 il burda olmalıyam" - MÜSAHİBƏ
18:40 “Zirə”də azarkeşlərlə görüş keçirildi
18:21 ÇL-də turun ən yaxşısı bəlli oldu
18:00 "Qarabağ"ın futbolçusu Rumıniya klubunun hədəfində!
17:41 Yığmalarımızın rəqibləri müəyyənləşdi
17:21 Liderdən növbəti qələbə
17:00 Yunis Hüseynovun yeni köməkçisi nə vaxt məlum olacaq?
16:43 Premyer Liqada 13-cü tur: tarixə səyahət
16:40 Gənc güləşçilərimiz “Şəhidlər Kuboku” uğrunda yarışacaq
16:21 “Neftçi”nin “Keşlə” ilə ilk sınağı
16:00 “Kəpəz”in Gəncədə açıq məşqi olacaq
15:40 BOM-un şagirdləri millinin məşqini izlədi
15:21 Azərbaycan gerilədi
15:00 Hücumçumuz yenə meydana çıxmadı, komandası uduzdu
15:00 Nizami Hacıyevin "Neftçi"yə keçidində problem yarandı
14:41 13-cü turun hakim təyinatları açıqlandı
14:20 Mərkəzi oyun Fariz Yusifova tapşırıldı
14:00 "Keşlə" 3 aydır işıq pulu vermir
13:41 Avropa Liqasında turun ən yaxşısı adına namizədlər
13:20 ÇL-də turun ən yaxşısı adına 8 namizəd
13:00 Millət vəkili "Qarabağ"ın səhvlərindən danışdı
12:40 Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi
12:22 Azərbaycan çempionatında ilk
12:00 "Qarabağ"ın qapısına 2 penalti təyin etmiş hakim təzyiqlərdən bezib tətilə çıxmaq istəyir
11:21 Marselo Byelsa qovuldu
11:15 Millimizin çıxış edəcəyi mundialın keçiriləcəyi şəhərlər bəlli olub
11:00 Xatirə İslam "Qarabağ"ın uduzduğu oyunda banket verdi - FOTO
10:30 Avroliqada bol qollu gecə - VİDEOLAR
10:00 Hər küçədən keçən gəlib hakim ola, azarkeşlərin hissiyyatı ilə oynaya bilər...
02:30 Avropa Liqası: "Arsenal" uduzdu, "Milan"dan darmadağın
23 Noyabr 2017
23:51 Rəşad Sadıqov: "Penaltini başa düşdük, qırmızı nə idi?" - VİDEO - YENİLƏNİB
22:00 "Roma" - "Qarabağ" matçını canlı izləmək istəyənlərin nəzərinə
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.