Ucuz təyyarə biletləri

Sumqayıtın uğurlu “Uğur”u!

Tarix:  22.08.17 18:08           Yazar:  Rekord.az           Oxunub: 1106 dəfə

Bu yaxınlarda Həvəskarlar Liqasında 2016-17-ci il futbol mövsümü başa çatdı. “Bakı” Futbol Klubunun bazasında baş tutan final qarşılaşmasında Sumqayıtın “Uğur” komandası “Qaraçuxur”la üz-üzə gəlib və 2:1 hesabı iləqalib gələrək çempion adını qazanıb. Cəmi bir ildir yaranan bir komandanın Həvəskarlar Liqasında olsa belə, ilk mövsümdəcə çempion adını qazanması diqqət çəkməyə bilməz. Sumqayıt futbol şəhəri kimi tanınır, zaman-zaman bu şəhərdən güclü futbolçular çıxıb, bu gün də çıxır və gələcəkdə də çıxacaq. Çünki burda az qala hər məhlədə istedadlı uşaqlar var. Bu mənada bu şəhəri təmsil edən "Uğur”un çempion adını qazanması bizi o qədər də təəccübləndirmədi. Bununla belə, komanda ilə daha yaxından tanış olmaq, mövcud durumu, gələcək hədəfləri haqda daha ətraflı bilgi almaq üçün rəhbərlik və məşqçilər korpusu ilə görüşmək qərarına gəldik. Görüş zamanı məlum oldu ki, klubun prezidenti Vasif Maşayev eyni zamabda “Uğur”u maliyələşdirən və bütün ağırlığını çiyinlərində daşıyan yeganə şəxsdir.

Onunla söhbətə komandanın yaranma zərurətindən başladıq: “Komandamız yeni komandadır, 2016-cı ildə yaranıb. Düzü, ilk dəfə bu komandanı yaradanda fikrimiz sırf uşaq futbolunu inkişaf edirmək idi. Bu səbəbdən də 4 yaş qrupundan ibarət komanda ilə AFFA-nın bayrağı altında keçirilən ölkə çempioatına qatılmağa qərar verdik. Xüsusilə 2008 və 2004-cü il təvəllüdlü futbolçularımıza böyük ümidimiz var idi. Ancaq futbol elə şeydir ki, içində olunca iddialar, hədəflər də artır. Elə oldu ki, bir müddət sonra eyni zamanda Həvəskarlar Liqasında oynamaq ideyası ortaya çıxdı. Oturduq, baş məşqçimiz Qəzənfər Abbasovla da məsləhətləşdik, bəzi məqamları götür-qoy elədik və düşündük ki, bu da vacibdir. Bilirdik ki, Həvəskarlar Liqasında oynayıb uğur qazanmaqla həm şəhərimizi, həm də gələcəkdə beynəlxalq aləmdə ölkəmizi də layiqincə təmsil edə bilərik. Çünki bildiyiniz kimi, Həvəskarlar Liqasını qalibi həmdə ölkəni UEFA Regional Liqasında təmsil etmək hüququ qazanır. Komandanı yaradanda hədəfimiz də bu idi ki,sırf sumqayıtlı futbolçuları bu komandaya cəlb edəcəyik. Elə sumqayıtlı uşaqlardan təşkil olunan heyətlə də mübarizəyə başladıq və mövsümün sonunda çempion qadını qazandı. Özü də məğlubiyyətsiz. Ümumiyyətlə, komandamız mövsüm ərzində çempionat, kubok və yoldaşlıq görüşləri daxil 38 matç keçirdi və bunların heç birincə məğlub olmadı. 31 oyunda qalib gəlib, 7 oyunu heç-heçə etdik.

Klub  prezidenti hər işə peşəkar yanaşmağa çalışdıqlarını da xüsusi vurğuladı: “İlk gündən qarşımıza qoyduğumuz məqsədlərdən biri də bu olub  ki, adımız həvəskar olsa da işimizi peşəkar səviyyədə qurmalıyıq. Bunun üçün əlimizdən gələn hər şeyi edirik. Bu gün komandamızın məşqçilər korpusu fəaliyyət göstərir. Klubun inzibatçısı, həkimi, hətta qapıçılarla işləyən məşqçisi də var. Mövsümün əvvəlində komanda üçün Türkiyənin İstanbul şəhərindən 4 dəst geyim sifariş etdik. Bundan başqa, hərbi geyimə bənzəyən bir geyim dəstimiz də var, hansı ki, matəm günlərinə təsadüf edən oyunlara həmin formalarla çıxmağı məqsədəuyğun sayırıq. Bundan başqa, səfər oyunları üçün xüsusi avtobus ayırılır, komandanın səfərdə məskunlaşması, oyundan öncə gecələməsi, qidalanması hamısı yüksək səviyyədə təşkil olunur. Eyni zamanda klubun təbliği, piarı üzərində iş aparılır və rəsmi saytımızı da yaxın 1-2 ay ərzində hazırlayıb istifadəyə verməyi planlaşdırırıq. Bundan başqa, komandamızın fan klubu da yaradılıb və istər ev, istərsə də səfər oyunlarında bizi dəstəkləyirlər. Onların səfərlərə yollanması üçün də nəqliyyat təşkil olunur”.

Həmsöhbətimiz klubun maddi durumu haqda da danışdı: “Klubun bütün maddi yükünü hazırda tək daşıyıram. Düzü, mövsüm öncəsi müəyyənləşdirməmişdik ki, il ərzində hansı büdcə bizə bəs edəcək. Amma təxmini məbləği bilirdik. Onu deyim ki, ilk mövsümdə futbolçulara maaş verilmədi. Ancaq mükafatlar qoyulurdu. Futbolçular oyunların çəkisinə və dərəcəsinə görə pul mükafatı alırdılar. Lakin qərara almışıq ki, növbəti mövsümdən futbolçulara maaş da verilsin. Çünki onlar çəkdikləri əziyyətlə bunu haqq etdiklərini sübut etdilər. Bir sözlə, hələ ki, komandanı öz gücümüzə saxlayırıq. Amma təbii ki, gələcəkdə hədəflər böyüdükcə əlavə sponsorlara da ehtiyac olacaq. Məsələn, I Divizionda oynamaq üçün tələblər daha yüsəkdir və əlavə maddi dayaq olmalıdır. İstər sponsorlar, istərsə də şəhər rəhbərliyi tərəfindən. Yəni bu, olsa ancaq sevinərik. Çünki “Uğur” bütün Sumqayıtı təmsil edir. Bununla bərabər, düşünürük ki, bundan öncə ilk növbədə biz özümüzü təsdiq etməli, hansısa uğur qazanmalıyıq ki, sabah kimdənsə nə isə istəməyə də dilimiz olsun”.


Klub prezidenti gələcək hədəflər haqda da fikirlərini bölüşdü: “Növəti mövsüm I Divizionda oynaya bilərdik. Buna gücümüz, orda da uğurlu çıxış etmək potensialımız var. Bir söz deyim, biz yarımfinalda “Bakı” komandasına qalib gələndən sonra qulağımıza çatdı ki, AFFA nümayəndələri də bizim haqda xoş sözlər söyləyiblər, hətta deyiblər ki, bu komanda I Divizion səviyyəsində komandadır. Təbii ki, bunları eşitmək bizim üçün çox xoş idi. Amma biz belə qərara gəldik ki, növbəti mövsümdə də Həvəskarlar Liqasında çıxış edək. Bunun da bir neçə səbəbi var. İlk növbədə hər şeyi mərhələ-mərhələ keçmək istəyirik. Qeyd etdiyimiz kimi, komandamız yenidir. Zaman-zaman formalaşıb daha yuxarılara hazır vəziyyətdə qalxmaq istəyirik. Bilirik ki, I Divizionun öz tələbləri var və yeni mövsümdən bu tələblər daha da sərtləşdirilib. Yəni tam hazır olub  bunun üçün müraciət etmək lazımdır. İkincisi, növbəti mövsüm Həvəskarlar Liqasının qalibi olan komanda Azərbaycanı Avropada təmsil edəcək. Bu şansı da əlimizdən vermək istəmirik. Gedib I Divizionda 4-5-ci yeri tutmaqdansa, Həvəskarlar Liqasında qalib olub şəhərimizi, ölkəmizi Avropada təmsil etməyi daha üstün tuturuq. Həm də hədəfimiz Avropada tək çıxış etmək yox, o kuboku da Azərbaycana gətirməkdir”.

Maşayevdən bir məsələyə də münasibət öyrəndik. Məlumdur ki, hazırda Sumqayıtın Premyer Liqada bir təsilçisi var və şəhər azarkeşləri daha çox o komandanın oyunlarna gedir. Bu, “Uğur” üçün narahatlıq doğurmur ki? Klub prezidentinin cavabı belə oldu: “Sumqayıt futbol şəhəridir. Yeni yaranmış “Uğur”un ilk ildəcə sırf sumqayıtlı futbolçularla çempion adını qazanması da bunun  sübutudur. Mən düşünürəm ki, Sumqayıt kimi şəhərin iki yox, üç, dörd komandası olmalıdır. O ki qaldı sualınıza cavaba, xeyr, qətiyyən narahat eləmir. Azarkeş elə məsələdir ki, fərdi olan şeydir. Kim hansı komandaya istəyir, azarkeşlik edir. Həm də hansı liqada oynamağımızdan asılı olmayaraq hər ikimiz Sumqayıtı təmsil edirik. Mən çox istərdim ki, “Sumqayıt” azarkeşləri həm də bizə azarkeşlik etsinlər”.

Klub prezidentindən sonra komandanın baş məşqçisi Qəzənfər Abbasovun da fikirlərini öyrəndik. Çünki bu, baş məşqçi kimi onun ilk işi və ilk uğurudur. Abbasov daha öncə uşaq futbolunda çalışsa da böyük klubda ilk fəaliyyəti və elə ilk uğuru da “Uğur”la oldu: “Müəyyən müddətdir ki, uşaq futbolunda çalışıram, hazırda “C” kateqoriyasına sahibəm. Amma böyük futbolda ilk fəaliyyətim məhz “Uğur”la oldu. Düşünürəm ki, uğurlu oldu və komandamız çempion adını qazandı. Həqiqətən çox çətin mövsüm oldu, güclü rəqiblər də var idi. Amma qarşıya qoyulan məqsədə çatdıq. Bununla belə, çatmalı olduğumuz daha bir məqsəd var. Bazar günü həvəskarlar arasında ölkə kubokunun final matçı var və rəqibimiz “Masallı” komandasıdır. Şağan qəsəbəsində baş tutacaq həmin oyunda da qalib gəlib mövsümü “qızıl dubl”la bitirmək istəyirik. Klub prezidentimizin də bildirdiyi kimi, növbəti mövsümdə də Həvəskarlar Liqasında çıxış edib növbəti dəfə çempion olmağı hədəfləyirik. Bu dəfə işimiz ikiqat çətin olacaq. Çünki ilk ildə debütant olduğumuz üçün bizi ciddi qəbul etmirdilər. Lakin bu dəfə mübarizəyə çempion kimi qoşulacağıq. Bundan başqa, qalib komanda Avropaya vəsiqə qazanacağından digər komandalar da daha güclü heyətlə növbəti mövsümə qoşulacaq. Kubok oyunundan sonra komandanı istirahətə göndərəcəyik. Heyətdə yəqin ki dəyişiklik olacaq. Çünki bəzi futbolçularımız “Uğur”u tərk edib. Çempion olandan sonra futbolçularımıza I Divizion klublarından təkliflər gəlməyə başladı. İki futbolçumuz “Zaqatala” ilə müqavilə bağladı, bir futbolçumuz “Vətən”ə keçdi, bir futbolçumuz da “Binə”nin hədəfinfəfir və böyük ehtimalla o da gedəcək. Ona görə də gedənlərin yerini doldurmaq məcburiyyətindəyik. Düşünürəm ki, növbəti mövsümə kimi güclü heyət formalaşdırıb Sumqayıt azarkeşlərinin dəstəyi ilə yenidən çempion adını qazana biləcəyik”.


Həmsöhbətlərimlə söhbət zamanı məlum oldu ki, əsas komandanın təşkil olunması uşaq futboluna heç bir təsir etməyəcək. Komanda növbəti mövsündə də AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatna 4 yaş qrupu ilə qatılacaq. Bu arada, ötən il “Uğur”un uşaq komandası Lənkəranda keçirilən “Zirvə” turnirinin də qalibi olub.


Biz də öz növbəmizdə “Uğur” komandasına bundan da böyük uğurlar arzulayırıq və bütün sumqayıtlıları bu komandanı dəstəkləməyə çağırırıq. İmkanlı sponsorların, Sumqayıt şəhər rəhbərliyinin bu komandaya dəstəyi də ancaq və ancaq işin xeyrinə, Sumqayıt futbolunun  inkişafına xidmət etmiş olar.

 

Anar XANLAROV

Şərhlər
Şahin Kərimov
Anar bəy nə olar bir azda Ağstafa futbolundan yaz !!!
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Millimizin sabiq üzvü futbol məktəbi açdı
Yunis Hüseynov 1 il vaxt istəyib
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.