Ucuz təyyarə biletləri

Şuşadan “Feyenoorda” gedən yol və Laçının “bürünc oğlan”ı - YAZI

Tarix:  26.08.17 15:08           Yazar:  Rekord.az           Oxunub: 589 dəfə

Bildiyiniz kimi, Rekord.az saytı olaraq bir müddətdir ki, işğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən layihənin icrasını həyata keçiririk. Artıq Şuşa, Laçın və Xocalı kimi rayonlarımızın futbol tarixinə toxunmuşuq. Amma təbii ki, işin içində olunca, zaman-zaman yeni faktlar ortaya çıxır. Sizə təqdim edəcəyimiz bu yazıda da məhz yeni ortaya çıxan faktlardan bəhs edəcəyik. Şuşa və Laçın futboluna aid olan faktlardan. Şuşa haqında yazımızda rayonun işğaldan əvvəlki dövründən də bəhs etmiş və orada peşəkar komandanın, stadionun olmadığını vurğulamışdıq. Bununa belə, eyni zamanda rayonda futbolu sevən insanların da oldğunu bildirmişdik. Həmin insanar da futbolu həvəskar şəkildə oynayırdılar. Amma sən demə 70-ci illərin sonu və 80-ci illərin əvvəlində rayonda “Qala” adlı komanda olub. Daha çox yeniyetmə uşaqlardan yaradılan bu komandaya isə Əbülqasım Novruzov rəhbərlik edirdi.

Yeri gəlmişkən Novruzov Şuşa futbolundan bəhs edən “Şuşa futbolu” haqda kitabın da müəllifidir. Ümumiyyətlə, bu insan Şuşanın idman həyatını kağız üzərinə köçürən yeganə şəxsdir. “Şuşa futbolu”ndan başqa o, Qaçay Pəhlivan və Şuşanın idman tarixi, tanınmış idmançıları haqda da kitablar yazıb. Şuşa futbolundan bəhs edən ilk yazımızda Şuşada peşəkar komanda olmasa da futbolun sevildiyini və insanların rayonda mövcud olan iki meydançada mütəmaddi futbol oynadığını yazmışdıq. Təbii ki, həmin insanlar arasında uşaqlar üstünlük təşkil edirdi. Məhz həmin uşaqlara da rəhbəriyi Əbülqasım müəllim edib. Cıdır düzündə bütün günü futbol oynayan uşaqlardakı fədakarlığı görən bu insan 1979-cu ildə onların ən istedadlılarını bir araya gətirərək “Qala” adlı komanda yaratdı. Adın bu cür seçilməsi də təsadüfi deyildi, çünki bu şəhər məhur Şuşa qalası ilə tanınır. Yəqin ki, Şuşanın işğal günlərinə təsadüf edən verilişlərdə “Şuşa alınmaz qala idi” ifadəsinə də tez-tez rast gəlmisiniz. Həmin məktəbli uşaqlardan təşkil olunan “Qala” komandası o vaxt Dağlıq Qarabağda ən güclü komandalarından hesab olunurdu. Hətta əldə etdiyimiz məlumata görə, “Qala” 5 dəfə Dağlıq Qarabağ çempionu olub. Özü də bu qələbələri 5 il ardıcıl olaraq qazanıb. 

 

 


Şuşadan “Feyenoord”a

Hətta həmin dövr tez-tez Şuşaya gedib-gəlmiş Qəzənfər Gülməmmədov adlı bir Laçın sakinindən aldığımız məlumata görə, həmin komandada çıxış etmiş Zöhrab adlı bir uşaq sonradan Hollandiyanın “Feyenoord” komandasına qədər gedib çıxa bilib. Əvvəl Hollandiya klubunun gənclər komandasında olub və baxışdan keçib. Oyununu bəyəndikdən sonra komandada saxlamağa qərar veriblər. 1992-ci ildə isə “Feyenoord”un əvəzedici komandasına cəlb olunub. Sual oluna bilər ki, bəs ilk dəfə formalaşan milli komandamıza Zöhrab niyə dəvət olunmadı, bunun da iki səbəbi var. Birincisi,o vaxt AFFA rəhbrliyi Hollandyada belə bir futbolçumuzun olmasından xəbərsiz idi. Çünki yeni yaranan milli komandaya ancaq göz önündə olan, SSRİ vaxtı aparıcı klublarda oynayan futbolçular cəlb olunurdu. Zöhrab isə hələ SSRİ dağılmamışdan ölkəni tərk etmişdi. “Qala” da elə məşhur komanda olmayıb ki, onun uşaqları diqqət mərkəzində olsun. Komanda daha çox Dağlıq Qarabağ çempionatında oynayırdı. Futbolçunun özünün millidə oynamaq istəyi olsa da sonradan aldığı zədə buna mane olub və bir müddət sonra,ümumiyyətlə, futbolçu karyerasını başa vurub. “Qala”nın sonrakı taleyi ilə maraqlandıqda isə böyük təəssüflə qeyd etməliyik, 5 dəfə ardcıl olaraq çempion adını qazanan həmin heyətin böyük əksəriyyəti sonradan Qarabağ döyüşlərində şəhid oldu. 


Laçının “bürünc oğlan”ı

Layihə çərçivəsində dostların köməyi ilə Laçın futbolu haqda da yeni, maraqlı məlumatla əldə edə bildik. İlk yazımızda Laçından  çıxan ən tanınmış futbol adamı kimi Novruz Əzimovun adını çəkmiş, onun haqqındra geniş yazı bəhs etmişdik. Sonradan öyrəndik ki, Azərbaycan futbolunda laçınlı olan daha bir tanınmış sima var. Söhbət Adil Şükürovdan gedir. “Zirə”nin sabiq baş məşqçisi. Adil 1977-ci ildə Laçın rayonunda anadan olub. Ancaq onun da futbol həyatı Novruz Əzimov kimi Bakı ilə bağlı olub. Belə ki, 80-ci illərdə futbola olan həvəsi onu paytaxta gətirib və 1984-cü ildən etibarən rəhmətlik Ruslan Abdullayevin rəhbərliyi altında “Neftçi” futbol cəmiyətində futbolun sirrlərini öyrənməyə başlayıb. Oyun bacarığına, istedadına görə həmyaşıdlarından seçildiyi üçün Abdullayev Adili özündən bir yaş böyüklərin qrupuna qatıb. Şükürov burda da bacarığını ortaya qoyaraq əsas heyətdə möhkəmlənib.  Müntəzəm olaraq Bakı çempionatında çıxış edən qəhrəmanımız 3 dəfə şəhər birinciliyinin qalibi adını qazanıb. Bundan bir qədər sonra isə ölkə çempionatı üzrə yarışlara qatılan Şüklürovun yer aldığı komanda Azərbaycan çempionatının gümüş medallarını qazanır. Ardınca isə komanda ölkə kubokunu başı üzərinə qaldırır. 


Azərbaycanın müstəqilliyini bərpa etməsi və ilk milli çempionatımızı keçirməyimiz Adilin peşəkar futbolda ilk addımları ilə üst-üstə düşür.  1992-ci ildə o, həmin vaxt I dəstədə yarışan “Azal” komanasının heyətinə cəlb olunur. Burada da öz istedadını ortaya qoyan Şükürov təsadüf nəticəsində həmin dönəmlərdə futbolçu karyerasını yenicə başa vurnuş və məşqçiliyə başlamış Vaqif Sadıqovun diqqətini çəkir. Sadıqov gənc futbolçunun oyununu bəyənir və onu “Neftçi”yə dəvət edir.  Lakin məlum məsələdir ki, yaşı az olduğundan “Neftçi”nin əsas komandrasında oynaması mümkün deyildi. Çünki həmin vaxt əsas komandada usta futbolçlular oynayırdı. Belə olan halda iki variant ortaya çıxır: ya əvəzedici komandada oynamaq, ya da hansısa başqa komandaya icarəyə verilmək.  Vaqif Sadıqovun məsləhəti ilə Adil icarə əsasında “Zabrat”da oynamağa başlayır. Həmin vaxt “Zabrat” bir növü “Neftçi”nin farm-klubu hesab olunurdu. Zabrat təmsilçisi həmin mövsüm I dəstədə mübarizə aparırdı. Sanki Adilin gəlişi bu komandaya düşür və zabratlılar uğurlu mövsüm keçirərək Güclülüər dəstəsinə vəsiqə qazanırlar. Həmin vaxt Adilin 17 yaşı yenicə tamam olmuşdu.  1994-cü ildə orta məktəbi bitirən gənc futbolçu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olur. Güclülər dəstəsində debütünü də “Zabrat” komandasında edir.  1996-cı ildə “Neftçi”dən ayrılaraq yeni yaranan “Fərid”ə baş məşqçi təyin olunan Vaqif Sadıqov gənc və istedadlı futbolçuları başına toplayır ki, Adil də həmin futbolçuların sırasında olur. “Fərid” fəaliyyətini dayandırdıqdan  sonra Sadıqov Adili “Şəfa”ya aparır.  “Şəfa”dan sonra "Bakılı"ya keçən Adil artıq  21 yaşlılardan ibarət milli komandaya da dəvət alır. Tədricən özünü ölkə futbolunda tanıdan laçınlı balası  1999-cu ildə ölkənin ən köklü klublarından biri olan “Kəpəz”ə keçir. 2000-ci ildə məhz Gəncə klubunun heyətində avrokuboklarda debüt edir, UEFA kuboku çərçivəsində Türkiyənin “Antalyaspor” klubuna qarşı hər iki matçda forma geyinir.  2001-ci ildə "Kəpəz" lə Azərbaycan cempionatının gümüş medalını qazanır və ölkə kubokunun qalibi olur. 2001-2002- ci il mövsümündə "Xəzər Universiteti" komandasında çıxış edir. Daha sonra “Şəfa”ya qayıdır və bu komanda ilə ölkə kubokuna sahib olaraq avrokuboklara vəsiqə qazanır.  2005-2006-cı il mövsümündə Cənubi Azərbaycanın "Traktor Sazi" komandasına transfer olunur və bu komandanın heyətində İran çempionatında 4-cü pilləni tutur.  Elə həmin il yeni yaranan və iddialı olan “Karvan”dan təklif alaraq vətənə dönür, "Karvan"nın heyətində Azərbaycan klubları arasında  ilk dəfə olaraq UEFA kubokunda mərhələ adlayaraq tarix yazır. 2007-2008-ci ci il mövsümündə Sumqayıtın "Gənclərbirliyi" komandasında çıxış edərək futbolçu karyerasını başa vurur.

2008-ci ildən isə məşqçılık karyerasına başlayan Adil AFFA-nın təşkil etdiyi məşqçilik kurslarına qatılır və bu kursu fərqlənmə ilə bitirir. Azərbaycanın 15 yaşlılardan ibarət milli komandasında alman mütəxəssis Oliver Pelserin yanında köməkçi məşqçi kimi fəaliyyətə başlayır.  Daha sonra 17 yaşlılardan ibarət milli komanda da almanın köməkçisi olur.  Ardınca  “Bakı” klubu onu öz futbol akademiyasına işə dəvət edir. 2011-2012-ci illərdə çalışdığı "Bakı" FK-nun 14 yaşlılardan ibarət komandası ilə ölkə çempionatının bürünc, 2012-2013-cü illərdə isə "Bakı" FK-nın 15 yaşlılardan ibarət komandası ilə ölkə çempionatinin gümüş medalını qazanır. 2013-2014-cü il mövsümündə isə " Bakı" FK-nun 17 yaşlılardan ibarət komandasında baş məşqçi kimi ölkə çempionu və ölkə kubokunun qalibi adlarını qazanır.  Bununla da ən qısa zamanda məşqçi kimi də özünü sübut edir. Bundan sonra əldə etdiyi bütün bu nailiyyətləri nəzərə alaraq, “Bakı” rəhbərliyi Şükürovu “PRO” kateqoriyalı məşqçilik kursuna göndərir. Bu kurs çərçivəsində Adil Türkiyənin "Fənərbaxça" və “Beşiktaş” klublarının düşərgəsində olur, orda təcrübə keçir. Hətta o zaman “Beşiktaş”ın əsas komandasının baş məşqçisi olan xorvat Slaven Biliçlə də görülşür və daha 1 həftə də onun yanında təcrübə keçir.  2015-ci ildə “Zirə”yə baş məşqçi təyin olunan Şükürov bu komandanın formalaşmasında böyük rol oynayır. Təsadüfi deyil ki, Premyer Liqada debüt etməsinə baxmayaraq, komanda onun rəhbərliyi altında debüt ilində  çempionatın gümüş medallarına sahib çıxıb. Lakin UEFA-nın tələblərinə görə yaranışının 3 ili tamam olmadığı üçün avrokuboklara buraxılmır.  2016-cı ilin dekabrında baş məşqçi postundan istefa verən mütəxəssis  hazırda “Zirə” Futbol Akademiyanın kordinatoru vəzifəsində çalışır.

 

 

Laçının tanınmış baba-nəvəsi


Laçının daha bir tanınmış futbol siması isə Yaşar Şamilov idi. Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib. Gənc yaşlarından Sumqayıta gələn Yaşar müəllimin futbol fəaliyyəti də məhz bu şəhərdə başlayıb.  Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın “Polad” komandasında rəis vəzifəsində çalışıb. Daha sonra eyni vəzifəni şəhərin ən məşhur klubu olmuş “Xəzər”də də davam etdirib. 


1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000 - ci ildən AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışıb. Bu müddətdə bir sıra böyük miqyaslı tədbirlərin təşkilatçısı olub və bu xidmətlərinə görə 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb. Ömrünün sonuna qədər də futbolun içində olub. Yaşar müəllim 2015-ci il 3 yanvar tarixində vəfat edib.

Futbola olan marağı və istəyi onun ailəsindən də yan keçməyib. Bu marağın, həvəsin nəticəsidir ki, Şamilovun qız nəvəsi Vüqar Bəybalayev futbolla məşğul olub və “Bakı” Futbol Akademiyasının ən istedadlı “məzunlarından” sayılır. Təsadüfi deyil ki, “Bakı”nın türkiyəli sabiq baş məşqçisi İbrahim Uzunca onu Azərbaycanın ikinci Rəşad Sadıqovu adlandırmışdı. Ötən mövsümü “Kəpəz”də keçirən Vüqar hazırda “Sumqayıt”ın şərəfini qoruyur. 

 

Anar XANLAROV

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
“AZE Nakhchivan SK” futbol klubunu almanlara təqdim edildi - FOTOLAR

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.