Ucuz təyyarə biletləri

Robert Prosineçki: "Siz Bədavi haqda niyə eyni sualı vermirsiniz?" - YENİLƏNİB

Tarix:  31.08.17 22:08           Yazar:  Rekord.az           Oxunub: 898 dəfə
Sabah DÇ-2018-in seçmə qrup oyunu çərçivəsində sabah səfərdə Norveçlə üz-üzə gələcək Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki oyundan öncə mətbuat konfransı keçirib. Rekord.az xəbər verir ki, oyun haqda fikirlərini bölüşən xorvatiyalı, eyni zamanda jurnalistlərin suallarını da cavablandırıb:
 
 
"Əvvəlki oyunlara baxanda bu dəfə hazırlıq üçün çox az vaxtımız oldu. Cəmi 3 gün komanda ilə hazırlıq keçmək imkanımız oldu. Bununa belə, düşünürəm ki, oyuna yaxşı hazırlaşa bilmişik. Çətin oyun olacaq. Bilirik ki, rəqib də bu oyuna ciddi hazırlaşıb və sabah meydançaya revanş üçün çıxacaq. Onların Çexiya ilə oyunlarına da baxmışıq və buna əsasən deyərdim ki, Norveç millisi hazırda çox güclüdür. Həm də onlarda çox dəyişiklik olub".
 
- Rəqiblə müqayisədə siz öz komandanızda hansı dəyişiklikləri edəcəksiniz?
 
- Sabah biz Şimali İrlandiyaya qarşı Bakıda göstərdiyimiz oyunu oynasaq, çox yaxşı olacaq. Həmin oyunu çox yaxşı oynamışdıq, amma təəssüf ki, 90 dəqiqə ərzində cəmi 1 epizod oldu, onu da qola çevirdilər. Çətin olsa da, mən öz komandama inanıram və ümid edirəm ki, sabahkı oyunda 1 xal götürə biləcəyik.
 

- Namiq burda əyləşibsə, deməli sabah start heyətində oynayacaq. Onu hansı xüsusiyyətinə görə Norveçə qarşı oynadacaqsınız?

 

- Namiqin burda əyləşməsi o demək deyil ki, o, sabah start heyətində oynayacaq. Sadəcə, istədim ki, mətbuat konfransına yeni futbolçular gəlsin və bu da yeni təcrübədir. Ümumilikdə isə Namiq çox yaxşı futbolçudur və mən milliyə gələndən burda oynayır. Şimali İrlandiya ilə son oyunda da yaxşı oynamışdı. Sürəti var, birə-bir mübarizələrdə çox yaxşı təsir bağışlayır. Həm siz Bədavi haqda niyə mənə eyni sualı vermirsiniz?
 
- Çünki Bədavi daim əsas heyətdə oynayır.
 
- Ona görə oynayır ki, onun alternativi yoxdur.
 

-  Üçüncü dəfədir Renat Dadaşovu milliyə çağırırsınız, amma şans vermirsiniz. Hansı ki, bir dəfə şans qazansa, tamamilə Azərbaycan millisinə məxsus futbolçu olacaq...

- Renat çox istedadlı futbolçudur və Azərbaycan futbolunun gələcəyidir. Amma unutmayaq ki, o, Almaniyada 19 yaşlı futbolçuların komandasında oynayır. Ona da şans veriləcək və ümid edirəm ki, o da bu şansdan istifadə edəcək. Tək Renat yox, Ramil Şeydayev və Mahir Mədətovun da adlarını çəkə bilərəm. Həm də ümid edirəm ki, Renat “Ayntraxt”ın əsas komandasında da oynamaq imkanı qazanacaq. Həm bu dəqiqə mənim bütün fikrim Norveçlə oyuna yönəlib, nəinki kiməsə 5 dəqiqə şans verməyə.
 
- Ənənəvi olaraq, yenə start heyətini açıqlayacaqsınız?
 
- Mən həmişə bunu edirəm. Sabahkı oyunda Şimali İrlandiyaya qarşı oynamış heyət oynayacaq. Yalnız iki dəyişiklik olacaq: Ramil Şeydayev və Əfran İsmayılovun yerinə Mahir Mədətovla Namiq Ələsgərova şans verəcəmş
 
-  Ramil Şeydayev və Emin Mahmudov klublarından ayrıldılar. Kamran Ağayev yeni klubunda uğursuz debüt elədi. Sabahkı oyunda onların psixoloji hazırlığı qaydasında olacaq?
 
- Hardasa təsir edəcək. Ramil “Jilina”nın əvəzedici komandasında oynasa da, potensialı olan futbolçudur və ona inanmaq lazımdır. Tək ona yox, digər gənc futbolçularımıza da. Sabah biz Mahirlə Namiqi inanaraq əsas heyətdə oyuna buraxacağıq. Çünki hər ikisi sürətlidir və bu üstünlüklərindən istifadə etmək istəyirik. Təəssüf ki, Ağabala zədədən sonra tam özünə gəlməyib. İstənlən halda, psixoloji cəhətdən problem olmayacaq.
 
Anar XANLAROV, Oslo
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Daha bir I Divizion komandası ölkə xaricinə gedir - ÖZƏL!
Maksimovla "Keşlə" rəhbərliyi "kəllə-kəlləyə" gəldi: Rauf Əliyevə görə
Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
Ukraynalı qapıçı "Kəpəz"də nə qədər maaş alacaq?
"Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
"Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
Klublarımızın qış transferləri - YENİLƏNİR
Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
"Sumqayıt"a təklif: Mehdi Hüseynzadə adına stadionda oynayın - YAZI
AFFA dövlətə qarşı çıxır? - YAZI

Xəbər Lenti
19 Yanvar 2018
11:42 "Sumqayıt" - "Səbail" 1:2 - VİDEO
11:24 Cəmi 5 saniyə keçmişdi...
11:21 “Qəbələ” Divizion klubu ilə “sülh bağladı”
11:00 Samir Əliyev: "Futbolçu axtaranda öncədən deyirik ki, 2500-3000, maksimum maaş budur" - MÜSAHİBƏ
10:30 İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi
10:17 Super Liqada növbəti oyun keçirilib
10:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
08:25 "Arena" verilişi qayıdır
18 Yanvar 2018
23:43 “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı
23:22 "Sumqayıt" - "Səbail" 1:2 - FOTOLAR
23:00 “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO
22:41 “Sumqayıt” “Səbail”ə uduzdu
22:22 Paytaxt birinciliyində ilk günün qalibləri məlum oldu
22:00 Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi
21:40 Millimizin rəqibi heyətini açıqladı
21:23 Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”
21:00 "Sürix" - "Qəbələ" 1:0 - VİDEO
20:49 "Səbail" 5 ay düşərgədə saxladığı futbolçu ilə müqavilə bağladı - FOTO
20:41 “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində
20:21 “Kəpəz” daha bir transferi rəsmən açıqladı
20:00 Millimizə daha bir futzalçı qoşuldu
19:40 “Sabah”dan növbəti transfer - FOTO
19:20 Mahmud Sadıqov: “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”
19:00 Afrikalı futbolçu "Qarabağ"ın təklifini qəbul edib?
18:41 Ədalətli oyun prinsiplərinə sadiq şəxslər mükafatlandırıldı
18:23 "Kəpəz" Antalyaya getdi
18:00 Rüfət Dadaşov "Sumqayıt"a gəlir?
17:43 Hakimlərdən “Keşlə” üçün seminar
17:21 Gənc cüdoçuların Bakı birinciliyinə start verildi
17:00 "Kəpəz"ə lazım olmayan futbolçu "Səbail"in düşərgəsində!
16:41 "Kuban" - "Qarabağ" 2:2 - FOTOLAR
16:21 Millimizin baş məşqçisinin brifinqi olacaq
16:00 Millimiz FİFA reytinqində gerilədi
15:41 Rəşad Sadıqovlu U-21 ilk sınağında belə qalib gəldi - VİDEO
15:20 "Kuban" - "Qarabağ" 2:2 - VİDEO
15:00 Maksimovla Axundov arasında gərginlik böyüyür
14:40 Xatirə turnirində ikinci günün qalibləri
14:21 Millimiz İranla iki yoxlama oyunu keçirəcək
14:00 Ukraynalı qapıçı niyə Türkiyə klubuna "yox" deyib, "Kəpəz"i seçib? - ÖZƏL!
13:41 Ramil Şeydayev də U-21-ə çağırıldı
13:21 Elxan Məmmədovla Qurban Qurbanov İsveçrəyə gedəcək
13:00 "Kapital Bank Arena"da yeni tribuna tikilməyəcək - ÖZƏL!
12:48 Ronaldo Peresdən narazıdır
12:22 Obameyanq "Arsenal"a keçir?
12:09 1-ci vitse-prezident Tofiq Heydərov: “Hazırda komandamızda dopinqdən istifadədən söhbət belə gedə bilməz”
12:00 "Keşlə" Yamayka millisinin üzvünü transfer edir
11:43 Türkiyə kuboku: "Beşiktaş" 1/4 finalda
11:22 "Qəbələ" - "Sürix" 0:1 - FOTOLAR
11:00 "Kəpəz" fiziki hazırlıq üzrə məşqçi gətirməyəcək: ondansa futbolçu alaram
10:30 Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.