Ucuz təyyarə biletləri

Prosineçki niyə qeyri-səmimidir?

Tarix:  05.09.17 12:09           Yazar:  Amal Abuşov           Oxunub: 453 dəfə

Millimizin San-Marinonu 5:1 hesabıyla məğlub etməsi Robert Prosineçkini və AFFA-nı müəyyən müddət üçün tənqidlərindən xilas etdi. Amma problemlər “həvəskar” komandanın qapısına beş top vurmaqla bitməyəcək. Bunu hamımız bilirik.


Hazırda millimiz C qrupunda 3-cü pillədə qərarlaşıb. Buna topladığımız 10 xal sayəsində nail olmuşuq. Unutmaq lazım deyil ki, həmin 10 xalın altısını San-Marino ilə görüşlərdə qazanmışıq. “Cırtdanlarla” 3-cü dəfə görüşmək şansımız isə yoxdu. Əvəzində qrupda qabaqladığımız Norveç və Çexiyanın San-Marino ilə görüşdən 3 xal qazanacağını əminliklə söyləmək olar. Nəfəsini arxadan hiss etdiyimiz Çexiya millisi ilə çətin qarşılaşma bizi gözləyir. Sonuncu turda, yəni oktyabrın 8-də isə heç kimə rəhm etməyən, soyuqqanlı almanlara qonaq gedəcəyik.


Bəd gətirmək, azarkeşlərin kefini pozmaq istəmirəm. Amma reallıqlar da dəyişmir. 2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsini hədəfləyən millimiz bu xəyalları gerçəkləşdirməyə heç də hazır görünmür. İllərdi söylənən bir aksioma hələ də aktuallığını qoruyur. Nə qədər ki, millimizin üzvləri ölkə sərhədlərini aşıb, xarici çempionatlarda özlərini sınamayacaqlar, Azərbaycan futbolunun səviyyəsinin yüksəlməsindən danışmaq yersizdi. 8 komandanın iştirak etdiyi rəqabətsiz çempionatın “barları” ilə bundan artığına nail olmaq mümkün deyil. AFFA-nın menecerlərinin min oyundan çıxıb, Avropanın zəif və ortabab çempionatlarına göndərdiyi  milli üzvləri və perspektiv vəd edən gənclər isə bir-bir üstümüzə qayıdır. Artıq karyerasının qürub çağına qədəm qoymaqda olan, formasından da uzaq düşən Kamran Ağayevin bu gedişlə Çexiyada uzaqbaşı qışa qədər baş girləyəcəyi, sonra da Bakı klublarının birində peyda olacağı gözlənilir. Emin Mahmudov klubsuzdu, Ramil Şeydayev Slovakiyada belə özünü göstərə bilmədi. Siyahını uzatmaqda olar. Di gəl ki, yeganə problemimiz futbolçular deyil.


Millini növbəti seçmə mərhələdə kimin çalışdıracağı da qeyri-müəyyəndi. Robert Prosineçkinin adıyla bağlı olan müəmmalı suallar xeyli çoxdu. Hər nə qədər təkzib olunsa da, xorvat çalışdırıcının Azərbaycan millisində gün saydığı dəqiqdi. Onu burda zorla saxlayıblar. O da cavabını 3 aya yaxın istirahət etməklə, klublarımızın avrokubok oyunlarını və Premyer Liqanın ilk iki turunu gözardı etməklə verdi. Robinin növbəti oyuna qədər Bakıda qalacağı, çempionatın oyunlarını izləyib, yeni adlar axtaracağı da inandırıcı deyil.


Prosineçki həm laqeyddi, həm də qeyri-səmimi. Laqeydliyini də, qeyri-səmimiliyini də zaman-zaman nümayiş etdirib. Bir vaxtlar Maqomed Kurbanovla bağlı yersiz inadkarlıq edən xorvat çalışdırıcı dağıstanlı futbolçuya olan “inamının” sifarişli və saxta olduğunu dilə gətirə bilmirdi. San- Marino ilə oyundan öncə isə Ruslan Abışovu heyətə salmamaqla bizi təəccübləndirdi. Bu dəfə də qeyri-səmimi cavabla işin içindən çıxmağa çalışdı: “Abışova bu gün şans verə bilərdim. Mənə elə gəlir ki, Ruslan hələ tam formasını yığmayıb. Bu gün onun göstərdiyi oyun məni qane etmir”. Qəribədi, cənab Prosineçki Səlahətin, Tərlanın, Ağabalanın və uzun müddətdi soyuqdəymədən əziyyət çəkən Cavidin forma yığdığına necə əmin olmuşdu?!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.