Ucuz təyyarə biletləri

Azərbaycan futboluna təkrarolunmaz bombardir bəxş edən rayon - YAZI

Tarix:  08.09.17 18:09           Yazar:  Rekord.az           Oxunub: 1348 dəfə

Rekord.az işğal altında olan bölgələrimizin futbol həyatından bəhs edən layihəsi çərçivəsində növbəti yazını sizə təqdim edir. Bu dəfə Füzuli futbolunun tarixindən söz açacağıq. Amma öncə ənənəvi olaraq rayonun özü haqda qısa məlumat: 

 

 

Füzuli rayonu Qarabağ dağ silsiləsinin Cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir.  Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 105 min nəfərdir. Rayonda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır.

 


Rayon 23 avqust 1993-cü  il tarixdə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. 5 yanvar 1994-cü ildə  Azərbaycan Respublikası silahlı qüvvələrinin hücumu  nəticəsində rayonun  22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Hazırda işğaldan azad olunmuş ərazilərdə  69800 nəfər  rayon sakini yaşayır. Ermənistanın  silahlı qüvvələri ilə mübarizədə  rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkindir.   6 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.   


Hazırda rayonda 45 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 16 qəsəbə və 82 kənd yaşayış məntəqəsi vardır. 1 şəhər, 61 kənd rayonun işğal altındakı ərazilərində yerləşir. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər,16 qəsəbə və 21 kənd vardır. Rayonda 21 yerli özüunu idarə orqanı olan bələdiyyələr  faəliyyət göstərir. Rayonun ümumi əhalisinin nsayıisə 105 mindən çoxdur.

 

 


Nazim Əliyevi yetişdirən rayon

Bundan əvvəl haqqında bəhs etdiyimiz Şuşa, Laçın və Xocalının futbol bölgələri olmaması bizim də işimizi bir qədər çətinləşdirirdi. Çünki məlumat qıtlığı olanda jurnalist üçün oxucuya daha keyfiyyətli material çatdırmaq da qəliz olur. Füzuli bu baxımdan fərqlidir. Çünki yuxarıda adları çəkilən bölgələrimizlə müqayisədə Füzulidə futbol daha çox inkişaf edib və bu rayondan yetərincə tanınmış futbol simaları çıxıb. Bu baxımdan sözügedən rayonun futbol tarixi haqda yazı hazırlamaq o qədər çətin olmadı. Həmsöhbət qismində seçdiyimiz şəxslər isə Füzulinin futbol ictimaiyyətinə yaxşı tanışdır. Akif Cabbarov hələ sovet dönəmindən rayonda məşqçi kimi çalışıb, uşaqlara futbolun sirrlərini öyrədib. Digər həmsöhbətimiz Firdovsi Mehrəliyev isə “Ərgünəş” futbol klubunun təsisçisi və baş məşqçisidir. Düzdür, bu komanda uzun müddətdir ki, maddi sıxıntıya görə fəaliyyət göstərmir və Firdovsi müəllim məşqçi kimi, Sumqayıtın “Uğur” komandasında çalışır. Özü işğaldan əvvəl Füzulidə futbolla məşğul olub.  Söhbətə öncə Akif müəllimlə başladıq:

 

 

 

“Tufan”la başlayıb, “Ərgünəş”lə davam edən tarix

“Mən 1950-ci ildə Füzuli rayonunda anadan olmuşam. Futbol fəaliyyətim də elə bu rayonla bağlıdır.  Cavan vaxtlarımda rayonun Piyalatovka qəsəbəsində məktəbdə müəllim kimi işləmişəm. Paralel olaraq həm də həmin qəsəbədə futbol məşqləri keçməyə başladım. Həmin qəsəbədə daha çox malakanlar yaşayırdı, Ekatirinanın dövründən orda məskunlaşmışdılar. Amma çox yaxşı uşaqlar var idi. Mən həmin vaxt həmçinin rayonun UGİM məktəbində də futbol məşqçisi kimi çalışırdım. Bir sözlə, fəaliyyətimin böyük hissəsi futbolla bağlı idi. Az öncə qeyd etdiyim ki,çox yaxşı, istedadlı uşaqlar var idi. Amma nədənsə sonradan sözə baxmadılar və axıra kimi bu idman növünün ardınca getmədilər”.

 


Akif müəllim daha sonra Fizuli rayonunda futbolun tarixindən söz açdı: “Fizlulidə futbolun tarixi 60-cı illərə gedib çıxır. Yadımdadır ki,1967-ci ildə rayonda həvəskar şəkildə komanda yaradılmışdı. Həmin komandada Qadir Abbasov, Arif Dünyamalıoğlu, soyadını unutduğum Sərvər kimi yaxşı futbolçular var idi. O vaxt digər kəndlərdən olan bacarıqlı uşaqlar da gəlib həmin komandaya qoşulurdular. Sonradan Vəkil Nağıyevin təşəbbüsü ilə rayonda “Tufan” komandası yaradıldı. O da necə oldu, Vəkil müəllim istedadlı uşaqları bir araya yığıb komanda şəklində formalaşdırdı, zona üzrə yaxşı nəticələri oldu və hətTa sonra həmin komanda Vorişilovqrada yarışa da getmişdi. Gələndən sonra da belə qərar gəldi ki,elə həmin uşaqlardan ibarət “Tufan” komandasını yaratsın. Yeri gəlmişkən, Nazim Əliyev də həmin komandada idi. Ümumiyyətlə o komandada da çox istedadlı futbolçular var idi. Heyf ki, onlar da sonradan futbolun arxasınca getmədilər. Sona qədər gedən tək Nazim Əliyev oldu o da sonradan çox güclü futbolçu kimi tanındı, ölkənin iddialı klublarında forma geyindi. Eyni zamanda Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri adına sahib çıxdı. İnanmıram ki, yaxın illərdə kimsə onun rekordunu təzələyə bilsin.  Ümumiyyətlə, deyim ki, Fizulidən bir çox tanınmış futbolçular çıxıb. Məsələn Qacar kəndindən Tofiq Abbasov, Arif Abbasovu qeyd edərdim. Bundan başqa, Asəf Namazov, Əziz Əliyev bunlar hamısı Fizuliın çıxmış və Azərbayan futboluna yetərincə tanınan şəxsləridr. 
Sonra elə oldu ki, Vəkil müəllim bu işin başını buraxdı və “Tufan” da fəaliyyətini dayandırdı. Bu, hardasa 1981-ci il idi. 1985-ci ildə “Ərgünəş” komandası yarandı. Onu da deyim ki, “Ərgünəş” rayonun ilk peşəkar futbol komandasıdır. Çünki “Tufan” daha çox uşaq komandası kimi tanınmışdı və o dövr uşaqlar arasında keçirilən “Sevinc kuboku”nda oynayırdı. Amma “Ərgünəş” qeyd etdiyim kimi, peşəkar komanda idi. Özü də çox güclü komanda olub. Həmin komanda 1992-ci ilə qədər fəaliyyət göstərdi”
.

 

 

İlk stadion, ilk  və son oyunlar


Həmsöhbətimizlə mövzunu rayonun ilk stadionu, ordakı oyunlarla davam edirik: “Füzulidə məşq üçün müxtəlif ölçülü meydançalar olsa da böyük stadion yox idi.  İlk stadionun tikintisinə 1983-84-cü illərdə başladılar. 1985-ci ildə artıq istiadəyə verildi.  Rayonda stadion tikmək ideyası o vaxt rayon mərkəzi komitəsinin birinci katibi olmuş Əhməd Əhmədzadədən gəldi.  Çünki rayonda həqiqətən də böyük stadioan ehtiyac var idi. Əhali futbolu sevirdi, bu idman növünə maraq çox böyük idi. Stadion bir tribunalı olsa da hündür idi. Ona görə də tutumu hardasa 5-6 min nəfər olardı. Özü də məzərəli yerdə yerləşirdi. Tribuna ilə üz-üzə olan tərəfdən çay axırdı. Həm də rayonun mərkəzində yerlıəşirdi. İnternat məktəbi və “Ana” abidəsinin yaxınlığında inşa olunmuşdu. Oyunlara çox böyük maraq var idi. O vaxtlar “Ərgünəş” Azərbaycan çempionatının I dəstəsində oynayırdı. Hər oyunda tribunalar dolu olurdu. Ətraf kəndlərdən də gəlib oyunlara baxırdılar. Stadiondakı ilk oyun Beyləqan komandasına qarşı olmuşdu və “Ərgünəş” həmin oyunda 4:0 hesablı qələbə qazanmışdı. Həmin komandanı səfərdə də eyni hesabla məğlub etmişdik. 1988-ci ilə qədər peşəkar şəkildə komanda fəaliyyət göstərdi. Fizuli stadionunda son rəsmi oyun da 1988-ci ilə təsadüf elədi. Həmin oyunda “Ərgünəş” Xocalı komandasına 5:0 hesabı ilə qalib gəlmişdi. Ondan sonra artıq Qarabağa məlum hadisələrin baş qaldırması, vəziyyətin get-gedə gərginləşməsi futbola da təsir etdi. 1988-dən sonra komanda peşəkar şəkildə fəaliyyət göstərmədi, ölkə çempionatında oynamadı. Amma ümumilikdə 1992-ci ilə qədər komanda kimi fəaliyyət göstərdi".

 


İkinci qayıdış

Daha sonra söhbətə Firdovski Mehrəliyev qoşuldu. Çünki Füzuli futbolunda onun da əməyi az olmayıb və deməyə kifayət qədər sözü var idi. Təsadüfi deyil ki, 1992-ci ildə fəaliyyətini dayandıran “Ərgünəş” illər sonra məhz Mehrəliyevin təşəbbüsü ilə yenidən fəaliyyətini bərpa edib: “Mən özüm də rayonda futbol oynamışam, “Ərgünəş”in oyunçusu olmuşam. İlk dəfə 1985-ci ildə rəhmətlik Ədalət Yusifovdan futbolun sirrlərini öyrənmişəm. 1992-ci ilə qədər futbolla məşğul olmuşam. Sonra artıq məlum hadisələrə görə, futbolu davam edə bilmədik. Müharibə gedirdi, hər gün şiddətli döyüşlər olurdu, bəzən gündə rayona 100 mərmi düşürdü. O şəraitdə futbol oynamaq mümkün deyildi. Halbuki komandamızda yaxşı uşaqlar var idi. Məsələn bir uşaq var idi adı Xaqani idi “Maradona” ləqəbi qoymuşdular. Sonradan Beyləqanda “Qara Bəbir”də məşqçi kimi də işlədi. Yadımdadır, 1991-c ildə Zəngilanda keçirilən turnirdə iştirak etmişdik. Həmin vaxt o turnirdə bizim zonanın bütün komandaları iştirak edirdi: Zəngilan, Qubadlı, Cəbrayıl, Mincivan, Füzuli. Biz o yarışda 2-ci yeri tutmuşduq. Təəssüf ki, bizim yeniyetməlik illərimiz müharibə dövrünə düşdü. Ona görə davam edə bilmədik. 1993-cü ildə rayon işğal olunandan sonra məcburi köçkün həyatı başladı. Əvvəl “Primorski”yə gəldik, 1994-cü ildən isə Sumqayıt şəhərində məskunlaşmışıq. 1999-cu ildə məşqçiliyə başladım. 2000-ci ildə “Ərgünəş”i də məhz burda bərpa etdik. Akif müəllimlə birlikdə komandanı rəsmən Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdik. Öncə AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında oynamağa başladıq. Komanda olaraq “İnşaatçı” stadionunda məskunlaşdıq. Komandaya “İslam Nicat” təşkilatı kömək eliyirdi. Bundan başqa, Sumqayıtda məskunlaşan Fizuli rayon 7 saylı tam orta məktəbin direketoru Sima Cəfərovanın da bizə çox köməyi dəydi. Komandaya top və formaları məhz Sima xanım alıb hədiyyə etmişdi. Stadionun icarə haqını da o ödəyirdi. O vaxt top və forma üçün AFFA-ya müraciət etmişdik, yazılı şəkildə məktub da yazdıq. Amma bizə cavab verdilər ki, imkanımız yoxdur. İlk olaraq Şimal zonasında oynamağa başladıq. 2004-cü ildə isə qərara aldıq ki, Həvəskarlar Liqasında oynayaq...."


Ardı var

Anar XANLAROV

Layihə AFFA Yanına Media Komitəsi tərəfinən maliyyələşidrilir

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
"Keşlə" Ukraynadan qapıçı gətirir
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
"Zirə" "Qəbələ"dən götürdüyü futbolçunu geri qaytarır
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.