Ucuz təyyarə biletləri

Ayşən Yusifova bürünc medal qazandı

Tarix:  08.09.17 22:09           Yazar:             Oxunub: 65 dəfə

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir. 


Rekord.az xəbər verir ki, dördüncü yarış günündə 40, 46, 52, 60 və 70 kq çəki dərəcələrində yeniyetmə qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 2 çəkidə mübarizə aparıb.


40 kq çəkidə yarışan Ayşən Yusifova ilk görüşdə Gürcüstan təmsilçisindən üstün olsa da, yarımfinalda Bolqarıstan idmançısına uduzub. Bürünc medal uğrunda görüşə haqq qazanan güləşçimiz həlledici qarşılaşmada rəqibi Ukrayna təmsilçisi olub. Gərgin keçən qarşılaşmanı üstün tamamlayan güləşçimiz çempionatın bürünc medalını qazanıb.   


Beləliklə, yeniyetmələrin Dünya çempionatında qadın güləşçilərin mübarizəsi başa çatıb. 6 idmançı ilə təmsil olunan yığmamız çempionatı 1 qızıl və 1 bürünc medalla tamamlayıb. 


40 kq 
Bürünc medal görüşü - Amina Ponomarova (UKR) - Ayşən Yusifova 4:7
1/2 final - Ayşən Yusifova - Petya Zarkova Delçeva (BUL) 2:4
1/4 final - Ayşən Yusifova - Mariam Karelidze (GEO) 2:0 (tuşe, 63 san.)


46 kq 
1/8 final - Aynur Camalova - Anastasiya Yanotova (BLR) 1:8
1/16 final - Guzal İslomova (UZB) - Aynur Camalova 2:6 (tuşe)

 

Beşinci yarış günündə 42, 50, 58, 69 və 85 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. Güləşçilərimizdən dördü finala vəsiqə qazanıb. 

42 kq çəkidə mübarizə aparan Əlihəsən Əmirli ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqibləri ilə görüşləri vaxtından əvvəl və tam üstünlüklə məğlub edərək finala yüksəlib. Güləşçimiz keçirdiyi görüşlərdə rəqiblərindən 33 xal alsa da, heç bir rəqibinə xal verməyib. Həlledici görüşdə Əlihəsən Əmirli Özbəkistan idmançısı ilə qarşılaşacaq. 

50 kq çəki dərəcəsində güləşçimiz Mahir Məmmədzadə də bütün rəqiblərini məğlub edərək finala yüksəlib. Finala qədər o, Əlcəzair, ABŞ, Qazaxıstan və Almaniya idmançılarını mübarizədən kənarlaşdırıb. Son görüşdə Mahir Məmmədzadənin rəqibi Rusiya idmançısı olacaq. 

58 kq çəkidə yarışan Turan Bayramov da bütün rəqiblərini tam üstünlüklə məğlub edib və finala vəsiqə qazanıb. Ardıcıl olaraq Qazaxıstan, İran, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub edən güləşçimiz rəqiblərindən ümumilikdə 37 xal alıb və heç birinə xal verməyib. Final görüşündə Turan Bayramov Yaponiya idmançısı ilə qarşılaşacaq. 

69 kq çəki dərəcəsində təmsilçimiz Davud İbahimov Yaponiya, Ukrayna və İran idmançıları ilə qarşılaşıb. Qarşılaşdığı bütün rəqiblərindən üstün olmağı bacaran güləşçimiz finala vəsiqə qazanıb. Həlledici görüşdə Davud İbrahimovun rəqibi ABŞ təmsilçisi olacaq. 

Final görüşləri Bakı vaxtı ilə 9 sentyabr saat 19:00-da başlayacaq. 

42 kq 
FİNAL - Əlihəsən Əmirli - Umidjon Jalolov (UZB) 
1/2 final - Əlihəsən Əmirli - Kaisei Tanabe (JPN) 11:0 (1.43 dəq)
1/4 final - Kudaibergen Murat (KAZ) - Əlihəsən Əmirli 0:11 (2.45 dəq)
1/8 final - Nikolas Skinner (USA) - Əlihəsən Əmirli 0:11 (1.36 dəq)

50 kq
FİNAL - Fedor Boltuev (RUS) - Mahir Məmmədzadə
1/2 final - Mahir Məmmədzadə - Niklas Steckele (GER) 6:2
1/4 final - Akbar Kurbanov (KAZ) - Mahir Məmmədzadə 8:14
1/8 final - Mahir Məmmədzadə - Julian Michael Tagg (USA) 9:8
1/16 final - Mohamed Al Amine Lakel (ALG) - Mahir Məmmədzadə 5:15

58 kq
FİNAL - Ryuto Sakaki (JPN) - Turan Bayramov 
1/2 final - Talgat Tinçtikbekov (KGZ) - Turan Bayramov  0:10 (2.08 dəq)
1/4 final - Turan Bayramov - Cavit Acar (TUR) 10:0
1/8 final - Morteza Avaz Poormortozavi (İRİ) - Turan Bayramov 0:10
1/16 final - Turan Bayramov - Didar Nuraxmet (KAZ) 7:0

69 kq
FİNAL - Davud İbrahimov - Villiam Francis Levan Jr (USA) 
1/2 final - Davud İbrahimov - Mohammad Aşgar Noxodilarimi (İRİ) 4:1
1/4 final - Davud İbrahimov - Mixailo Xrab (UKR) 12:2
1/8 final - Davud İbrahimov - Masaki Sato (JPN) 7:0

85 kq 
1/4 final - Muxammadrasul Raximov (UZB) - Fuad Mayılov 
1/8 final - Batmagnai Enxtuvşin (MGL) - Fuad Mayılov 7:9

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
“İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın yaranmasının əsl səbəbi məlum oldu - ÖZƏL!
I Divizionun debütantı daha bir futbolçu ilə müqavilə bağladı
Cəhənnəmin mübarək, Sumqayıt!
UEFA avrokuboklara vəsiqənin birini Azərbaycanın əlindən alır?
FİFA Aqolliyə görə "Qarabağ"a təzminat ödəməlidir
Orxan Məmmədov səhvləri və aldığı aşağı qiymət haqda QEYD
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
Samir Abasovun Cənnəti
Mikel Qurban Qurbanovla aralarındakı narazılıqdan danışdı - MÜSAHİBƏ
"Zirə" büdrədi, "Səbail" qalib gəldi

Xəbər Lenti
24 Sentyabr 2017
23:25 Rəşad Sadiqov: "Bu yerdə olmaq "Neftçi" üçün biabırçılıqdır" - MÜSAHİBƏ
23:06 Avro-2017: İki qrupda mübarizə yekunlaşdı, pley-offçular bəlli oldu
22:56 Monoroz Ruslan Qurbanovu niyə vurub?
22:53 Millimizin lideri bürünc medalla kifayətləndi
22:52 Avro-2017: Üçüncü günə yekun vuruldu – Nəticələr
22:50 Fariz Nəcəfov: "Mən şəxsən bunu qəbul edə bilmirəm" - MÜSAHİBƏ
22:42 Ramin Musayev: "Kişi kişini vurar da" - MÜSAHİBƏ
22:35 Elməddin Hüseynov qitə birinciliyində 6-cı oldu
22:30 Futbolçularımızın klubu “Qalatasaray”la bacarmadı
22:24 Əsgərov dubla imza atdı, komandası qalib gəldi
22:14 Paşayev üçün 90 dəqiqə və 1 xal
22:03 90 dəqiqə oynadı, yenə məğlubiyyətə üzüldü
21:55 Rauf Əliyev “Kukesi”yə qələbə qazandırdı
21:42 “Sumqayıt” “Qarabağ”a 5 qolla qalib gəldi
21:31 Cüdo millimiz Avropa açıq çempionatını 5 medalla başa vurdu
21:12 "Qəbələ" - "Neftçi" 2:1 VİDEO
21:00 "Qəbələ" - "Neftçi" 2:1 FOTOLAR
20:44 Millimizdən növbəti quru hesablı qələbə - FOTOSESSİYA
20:41 Roman Qriqorçuk: “Onlar həddi aşdılar”
20:32 Qəbələdə insident: komanda yoldaşları dalaşdı, Monroz qırmızı vərəqə aldı
20:30 Avro-2017: Millimiz Polşaya şans vermədi - Statistika
20:24 Tərlan Əhmədov: “Psixoloji cəhətdən çox iş görməliyik”
20:22 Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
20:09 Avro-2017:Millimiz Polşanı məğlub etdi
19:52 “Qəbələ” “Neftçi”yə qalib gəldi
19:46 Emin Nurinin komandası “Ostersun”a qalib gəldi
18:45 Rüstəm Qasımov rekordla Avropa çempionu oldu!
18:35 Renatsız “Ayntraxt” Mahirlə sevindi
17:45 Avro-2017: Günün ilk oyununda tay-brek qeydə alındı  
17:00 Qubadlının futbol tarixi: “Həkəri”dən “Həkəri”yə - I YAZI
16:31 Samir oynamadı, “Fakel” 1 xal qazandı
15:30 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
15:00 "Zirə"nin legioneri "Qarabağ"a meydan oxudu - MÜSAHİBƏ
14:15 Azərbaycan çempionu "Fənərbaxça"da
14:00 Nizami Hacıyev: "İnter" meydana Zaur Axundova görə çıxır" - MÜSAHİBƏ
13:00 Zaur Axundov: "Sərt şəkildə iradımızı bildirəcəyik, lazım gəlsə cəzalandıracağıq" - MÜSAHİBƏ
12:30 Debütləri uğursuz oldu
11:30 Kamran Ağayevin klubu “Viktroriya”ya məğlub oldu
10:30 Güləş yığmamızdan DÇ-də daha 2 medal!
10:24 Avro-2017: Millimiz Polşaya qarşı - Günün təqvimi
00:17 İrakli Çaçua: “Azərbaycan bizim beynəlxalq yarışlarda iştirakımıza imkan yaratdı”
23 Sentyabr 2017
23:53 Samir Əliyev: “Pis oynayıb qələbə qazanmaq da bizə sərf edir”
23:52 Şahin Diniyev: “Hakimlərin bu qərarı məni qane etmədi”
23:27 Avro-2017: İkinci tura yekun vuruldu
23:07 "Zirə" - "İnter" 1:1 VİDEO
22:56 "Zirə" - "İnter" 1:1 FOTOLAR
22:43 Ayxan Abbasov: “Heç bir futbolçuya ixtiyar verməmişik ki...”
22:33 Şahin Diniyev: "Bizdə elə bir futbolçu yoxdur ki, oyunu üzərinə götürə bilsin"
22:25 Samir Əliyev: "Bəzən pis oynayıb, qəlməj bizə sərf edir"
22:21 Cüdoçularımız Serbiyada 3 medal qazandılar
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.