Ucuz təyyarə biletləri

"Nadir Bayramlı 100 dolları papkanın üstünə atdı ki, məndən şirinlik olsun" - YAZI

Tarix:  09.09.17 17:09           Yazar:  Rekord.az           Oxunub: 504 dəfə

Füzuli futbolunun tarixindən və bu günündən bəhs eliyən yazımısının ikinci hissəsini sizə təqdim edirik:

 

 

“Planımız var idi ki, komandaya avtobus alaq, Horadizdən baza kimi istifadə edək”

“Ərgünəş”in baş məşqçisi olmuş Firdovski Mehrəliyev 2004-cü ildə Həvəskarlar Liqasındakı çıxışlarını da xatırlayır. Komandanın ikinci qayıdışından, gələcəklə bağlı qurulan və sonradan alt-üst olan planlarını nəql edir: “Bəli, 2004-cü ildə qərara aldıq ki, Həvəskarlar Liqasında oynayaq. Bu işdə bizə Adil Nadirov da böyük köməklik etdi. Baxmayaraq ki, özü ağdamlıdır, amma bizə dəstəyini əsirgəmədi. Beləliklə, 2005-ci il futbol mövsümündə Həvəskarlar Liqasında mübarizəyə başladıq. Təbii ki, bunun üçün maddi dəstək də lazım idi. Ona görə bu işdə bizə kömək olan insanların da adlarını çəkmək istərdim. İlk növbədə Füzulidən olan iş adamı Azər Hüseynovun adını qeyd edərdim. Bizi də o insanla tanış edən müğənni Nadir Bayramlı oldu. Burdan ona da öz təşəkkürümü bildirirəm. Azər müəllim bir il komandaya sponsorluq elədi. Bunun sayəsində 2005-06-cı il futbol mövsümündə Həvəskarlar Liqasında mübarizə apardıq. Yaxşı da heyətimiz var idi və həmin heyətlə Həvəskarlar Liqasında 3-cü yeri tutduq. O vaxt Azər müəllimlə böyük planlarımız var idi. O özü də Füzulidən idi, Horadizdə doğulmuşdu. Planlarımız var idi bir il Həvəskarlar Liqasında oynadıqdan sonra I Diviziona hazırlaşaq. Hətta Azər müəllimin belə bir fikri var idi ki, komandaya ayrıca avtobus alsın, Horadiz Olimpiya Kompleksi bazamız olsun və s. Lakin təəssüf ki, bir ildən sonra şəxsi işləri ilə bağlı problemlər ortaya çıxdı və komandaya baxa bilmədi. Elə oldu ki, nəinki I Divizion, heç Həvəskarlar Liqasında da oynaya bilmədik. Ona görə də 2006-cı ildə “Ərgünəş” rəsmən fəaliyyətini dayandırdı”

 

 

“Nadir Bayramlı 100 dolları papkanın üstünə atdı ki, məndən şirinlik olsun”

 

Firdovsi müəllimlə bir məsələ ətrafnda da müzakirə apardıq. Məlum məsələdir ki, Füzuli rayonundan kifayət qədər imkanlı şəxslər var. İstər iş adamı olsun istərsə də sənət adamı. Elə incəsənət sahəsinə, şou-biznesə nəzər salsa bu rayondan olan xeyli imkanlı şəxsin olduğunu görərik. Məsələn, Manaf Ağayev, Nadir Bayramlı, Zamiq və s. Görəsən onlar nəyə görə doğma rayonlarının komandasına yardım əlini uzatmırlar, ən azı çevrələrini bu işə cəlb etmirlər? Ümumiyyətlə, onlara bununla bağlı müraciətlər olubmu? Həmsöhbətimizin bu məsələ haqda fikirləri belə oldu: “Komanda 2006-cı ildə fəaliyyətini dayandırsa da onun yenidən bərpası üçün bir neçə dəfə cəhd etmişik. Məsələn, ilk olaraq rayonumuzun icra başçısı Alı müəllimə kömək üçün müraciət elədik. Sağ olsun bizi qəbul elədi, təklifimizi dinlədi, ümumilikdə fikrimizi,ideyamızı dəstəklədi. Ondan sonra müavini ilə də görüşümüz oldu.Onlar da istəyir ki, Füzulinin komandası olsun. Amma bir problem var ki, rayon rəhbərliyinin futbolçulara maaş vermək imkanı yoxdur. Yəni o imkan onların gücü daxilində deyil. Alı müəllim deyir ki, mənim gücüm buna çatar ki, komanda olsa Horadiz Olimpiya İdman Kompleksini təmənnasız sizin ixtiyarınıza verərəm. Oyun qabağı komanda gedib kompleksin otelində qalar, orda yemək yeyər, məşq edərdi. Amma komandanı il boyu saxlamaq üçün mütləq sponsor lazımdır. Ondan sonra getdim PFL prezidenti Ramin Musayevlə görüşdüm, ondan kömək istədim. Sağ olsun məni səmimi qəbul elədi, fikirlərimi dinlədi. O vaxt o da mənə dedi ki, Füzulidən bu qədər iş adamı var. Elə öz çevrəsindən neçəsini misal çəkdi. Hətta bildirdi ki, onların bir günlük yemək xərcinə Füzulinin komandasını bir ay saxlamaq olar. Mənə dedi ki, o iş adamlarından birini razı salıb gətirin görüşək biz də PFL, AFFA olaraq o iş adamına öz tərəfimizdən bacardığımız dəstəyi, güzəşti edərik. Sonra da elə oldu ki, ölkədə vəziyyət dəyişdi. Məlum devalvasiya, neftin qiymətindəki kəskin ucuzlaşma, bunlar hamısı futbola da təsirsiz ötüşmədi. Ondan sonra kiminsə qapısına getməyin də adı yox idi. Odur ki, çəkilib durduq kənarda. 


O ki qaldı müğənnilərə, bayaq Nadir Bayramlının adını çəkdim. Nadir müəllim rayonda bizim qonşumuz olub. Xanlar 14 küçəsindəki binada qalırdıq. Səmimi deyim, yaxından tanımayana qədər onun haqqında tamam başqa düşüncəyə malik idim. Düşünürdüm ki, çox eqoist, özündən razı insandır. Çünki görünüş olaraq o cür təsir bağışlayırdı. Aramızda yaş fərqi də olduğundan rayonda şəxsi tanışlığımız da yox idi. Amma komanda ilə bağlı yanına gedəndə ilk dəfə onda ünsiyyət qurduq və fikirlərimdə nə qədər yanıldığımı gördüm. Nadir müəllim çox sadə, səmimi insan idi. Məni ofisində qəbul elədi görüşdük, danışdıq, problemimizi ona dedim. Dedi 1-2 gün vaxt verin kömək etməyə çalışacam. Həqiqətən də bir gün sonra zəng elədi ki, komandaya kömək etməyə razı olan bir şəxs tapmışam bəs sənədləri də götür gəl Bakıya. Həmin günü sənədləri götürüb getdim Bakıya və məni Azər müəllimlə tanış elədi. Azər müəllimlə də görüşdük, danışdıq o da sağ olsun sponsorluğu götürdü boynuna. O vaxt Həvəskarlar Liqasında oynamaq üçün 600 manat üzvülük haqqı da tələb olunurdu və elə ordaca 600 manatı çıxardıb ödədi. Yadımdadı, Nadir müəllim də çıxardıb 100 dolları komandanın sənədləri olan papkanın üstünə atdı ki, bu da məndən şirinlik olsun, forma alarsınız. O vaxt da 100 dollar az pul deyildi"

 

 

“Manaf Ağayevin qardaşı dedi ki, inanmıram o, bu işə qol qoya”

“Manaf Ağayevə gəlincə, düzünü deyim, ona rus deməli” xod” tapmaq üçün çox çalışdıq. Hətta atamı da bu işə qoşdum ki, o da bacardığı köməyi eləsin. Bizə lazım idi ki, Manaf müəllimlə şəxsən görüşüb üz-üzə danışaq və kömək istəyək. Çünki Manaf müəllimin çevrəsi daha böyükdür. Həm Azərbaycanda, həm də Rusiyada. O, istəsə bizə kömək edə bilərdi. Qardaşı Riad müəllimlə görüşdük. O da yaxşı musiqiçi idi. Görüşümüz Dərnəgüldə baş tutdu və o, bizə dedi ki, Manafın bu işə qol qoyacağına inanmır. Ondan sonra Sumqayıt Futbol Federasiyasının sabiq prezidenti rəhmətlik Yaşar Şamilovla görüşdük o da bizim yanımızda Manaf Ağayevə zəng etdi. Təəssüf ki, istədiyimiz nəticəni ala bilmədik. Mən özüm Manaf müəllimlə şəxsən görüşüb üz-üzə danışmadığım üçün tam olaraq deyə bilmirəm ki, o, komandaya köməkdən imtina etdi. Amma məlumdur ki, məsələdən xəbərdar olmamış olmazdı. Yəqin ki, kömək etmək niyyəti olsa, edərdi".

 

 


 
“Sponsor olsa günü bu gün komanda yığıb I Divizionda oynamaq olar”

 

Firdovsi müəllim iddia edir ki, hansısa iş adamı ortaya çıxsa günü bu gün yaxşı komanda yığıb I Divizionda oynamaq və yüksək yer tutmaq olar. Təki maliyyə olsun: “Səhərdən Füzulidən olan iş adamları, müğənnilər haqında danışdıq. Təbii ki, ilk növbədə bu rayonun imkanlı şəxsləri qabağa durmalıdır. Amma şəxsən mənim üçün fərqi yoxdur, sponsorluq etmək istəyən adam Füzulidəndir, yaxud Azərbaycanın başqa bölgəsindən. Bu gün baxırıq “Qarabağ” komandası bu cür uğurlara imza atır. Məgər “Qarabağ”ın sponsoru ağdamlıdır? Təki qabağa çıxıb komandaya dəstək olsunlar. İnanın ki, təsisçiliyi ikiəli onlara verməyə razıyam. Hazır komandadır, bütün sənədləri də var, qeydiyatı var, Kapital Bankda hesabımız da var. Təki rayonumuzda komanda olsun. Sizi inandırıram ki, bunun üçün böyük məbləğ də lazım deyil. Dəfələrlə hesablamışam, smeta tutmuşam. İl ərzində 150-200 min manat bəs edər. İmkanlı şəxslər üçün nə puldur ki, övladlarının sürdüyü maşının qiymətidir. Halbuki o pulu futbola qoysalar, həm məcburi köçkün rayona böyük futbolu qaytararlar, bu komanda futbol arenamıza daxil olar, həm də bu komandada nə qədər adam ailəsinə çörək aparar. Görün bu işin nə qədər savabı var. Tək Füzuli yox, bütün məcburi köçkün rayonlarımızda futbolun olmasını istəyirəm. O bölgələrin adını yaşatmaq lazımdır. Heç olmasa I Divizionda oynamaları mümkünsüz deyil axı. Məsələn, bu gün hansısa iş adamı ortaya çıxıb desə ki, mən “Ərgünəş”ə sponsorluq etmək istəyirəm, mən də o adamı götürüb icra başçımız Alı müəllimin yanına aparacam. İnanıram ki, Alı müəllim də sözünə əməl edib Horadiz Olimpiya Kompleksini təmənnasız komandaya verər. Lap ondan sonra gəl Sumqayıtda komandanı topla burda məqş keç, oyunlarını get Horadizdə oyna. Əminəm ki, oyunlarımıza nə qədər adam gələr. Bu gün futbola maraq bölgələrdədir. Bakıda keçirilən oyunlara baxırıq da, tribunalar həmişə boş olur”.

 

Həmsöhbətimiz hazırda Füzulidən olan və Premyer Liqada oynayan futbolçular haqda da danışdı: “Füzulinin komandası olmasa da buranı futbol rayonu adlandırmaq olar. Keçmişdə rayonumuzdan çıxan tanınmış futbol adamlarının alarını çəkdik. Bu ənənə indi də davam edir. Rauf Əliyev, Qara Qarayev, Səlahət Ağayev kimi füzulili futbolçuları qeyd etmək olar. Şəxsi tanışlığımız olmasa da bir füzulili kimi onlarla fəxr edirik. Qara bu gün həm “Qarabağ”ın həm də milli komandanın əvəzolunmaz futbolçularındandır. Özü də o uşaq çadır şəhərciyindən çıxan uşaqdır. Öz  zəhməti, əziyyəti ilə bu yerə gəlib.  Səlahət də həmçinin həm “Neftçi”nin, həm də milli komandamızın qapıçısıdır. Rauf bu gün Albaniyada legioner həyatı yaşayır. Onlarla tək biz yox, bütün Azərbaycan fəxr edir. Tək onlar deyil, Vüqar Nadirovu da qeyd edərdim. Hamı onu ağdamlı kimi tanıyır. Düzdür, atası ağdamlıdır, Ağdamda doğulub. Amma anası Füzulidəndir bir tərəfi də bizə qohumdur. Elə ötən gün də xeyir işdə iştirak etmək üçün Sumqayıta gəlmişdi, görüşdük, hal-əhval tutduq. Yəni Vüqar Nadirovu da 50 faiz füzulili saymaq olar (gülür)”.

 

 

Ardı var...

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

 

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
“AZE Nakhchivan SK” futbol klubunu almanlara təqdim edildi - FOTOLAR

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.