Ucuz təyyarə biletləri

Amil Yunanov Azərbaycanda hansı qapıçıya qol vurmaq istəyir? - MÜSAHİBƏ

Tarix:  11.09.17 12:09           Yazar:  Rekord.az           Oxunub: 474 dəfə

"Sumqayıt"ın futbolçusu Amil Yunanov "Neftçi" ilə oyundan sonra jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

 

- Oyun haqda fikirlərin...

- İki oyun idi ki, uduzurduq. Komandamız yaxşı çıxış etsə də, məğlub olurduq. Futbolda da əsas nəticədir. Bu oyunda elə də yaxşı təsir bağışlamadığımızı demək istərdim. Ancaq əsas odur ki, qələbə qazandıq. İstəyirdik ki, azarkeşlərimizi sevindirək. Komandamız yaxşıdır və ümid edirəm ki, yaxşı yerlər üçün də oynayacağıq. 
 
- Penaltini özün yerinə yetirmək istədin? 

 - Penalti təyin olunanda komanda yoldaşım Cavid Tağıyev də yanıma gəldi. O da vurmaq istədiyini söylədi, ancaq mən özüm yerinə yetirmək istədiyimi bildirdim. Çox sağ olsun ki, başa düşdü və mənə "Vursan da, vura bilməsən də rahat ol" söylədi. Bu da mənə daha çox stimul verdi. Yerinə yetirdim və qol vurdum. Penalti bizim üçün çox vacib oldu, qələbə qazandıq.
 
- İkinci hissədə hücumlarınız çox zəif oldu deyə, sən də gözə çarpmırdın...
 - Düzdür. Birinci hissədə bütün gücümüzü ortaya qoyduq və yaxşı epizodlarımız oldu. Penaltidən əvvəl iki qol epizodum oldu ki, dəyərləndirə bilmədim. Demək olar ki, hər oyun fürsətlər olur, ancaq vura bilmirəm. Bunun üzərində çox işləyəcəyəm. Oyuna gəldikdə, birinci hissə çox yaxşı çıxış etdik. İkinci yarıda meydanı demək olar ki, rəqibə vermişdik. Bu, bəlkə də yorğunluqdan idi. Ancaq buna inanmıram, çünki komanda fiziki baxımdan çox yaxşı hazırlaşmışdı. Ola bilsin, oyunumuz alınmadı. Qarşıdakı görüşlərdə bunu aradan qaldırmağa çalışacağıq.
 
- Premyer Liqada bombardir olmaq məqsədin var?
- Mövsüm başlamazdan əvvəl də məqsədim elə bu idi. Bunun üçün də çox çalışıram və hədəfim də məhz budur. Hədəfim yoxdursa, nə üçün oynayıram? Hətta bu gün mən qol epizodlarından istifadə edə bilsəydim, 4-5 top da vurardım. Bundan əvvəl "Qəbələ" və "Kəpəz"lə oyunlarda da eyni hallar olub. Bunun üzərində xeyli çalışmalıyam. 
 
- Oyunun əvvəlində çox qaçırsan və matçın gedişində səndə yorğunluq hiss olunur. Bəlkə gücünü 90 dəqiqəyə çatdıra bilmirsən?
 - Xeyr. Əslində gücüm çox yaxşıdır. Sadəcə, bu həftə özümü çox yüklədim. Məşqlər zamanı əlavə olaraq, bir-iki dəfə də hazırlaşdım. Gələn qarşılaşmaya qədər bunu da aradan qaldıracağam. 
 
- Ardıcıl iki məğlubiyyətdən sonra qələbə qazandınız. Növbəti turlarda da bunun davamını gətirə biləcəksiniz? 
 - Çalışacağıq ki, ardını gətirək. "Kəpəz"lə oyundan sonra bunu edə bilmədik. Həm rəqiblər yaxşı idi, həm də boşluqlar buraxırdıq. İstəyirik ki, növbəti oyunlarda qələbənin ardını gətirək və azarkeşləri sevindirək. Yeri gəlmişkən, azarkeşlərimizə də təşəkkür edirəm ki, bizi ev oyunlarında meydanda yalnız buraxmır, dəstəklərini əsirgəmirlər. Buna görə onlara böyük minnətdarlığımı bildirirəm.
 
- Robert Prosineçkinin oyunu stadiondan izləməsi sənə əlavə stimul verirdi?
 - Açığı, onun oyunu canlı izlədiyini bilmirdim. Mən, sadəcə olaraq, oyunumu göstərirəm və "Sumqayıt" üçün çalışıram. 
 
- İndiyə qədər bir dəfə Andorra ilə yoldaşlıq oyununda millinin heyətində çıxış etmisən. Prosineçkinin etimadını yenidən qazanmaq üçün nə etmək lazımdır?
 - Həmin oyunda meydana ikinci hissədə daxil oldum. Orada da qol epizodum oldu, ancaq faydalana bilmədim. Bəlkə də o epizoddan yaxşı istifadə etsəydim, yenidən çağırardı (gülür). Çalışıb özümü sübut etməliyəm. Yəqin ki, yaxşı futbolçunu baş məşqçi qıraqda saxlamaz. 
 
- Milli komandada hücum alternativi çoxluq təşkil edir. Bu, sənin üçün çətin olmayacaq?
 - Məncə, bu, yaxşıdır. Heç vaxt arxamdakına baxmıram, əksinə, qarşımdakına baxıram və onu necə keçmək barədə düşünürəm. Əgər onlar bu dəqiqə milli komandadadırlarsa, demək ki, məndən üstün səviyyədədirlər. Ancaq mən də çalışacağam ki, yaxşı oyunumla milliyə dəvət alım və onları keçim.
 
- Demək olar ki, kollektivinizin əksəriyyəti "Qəbələ" klubunun, akademiyasının yetirmələridir. Çoxu tanıdığın oyunçulardır. Bu, oyununuza necə təsir edir?
 - Hazırda komandada olanlardan bircə Kamal Mirzəyevlə oynamışam. Digərləri məndən aşağı yaş qruplarında çıxış ediblər. Əvvəllər əvəzedici komandada oynamışam, sonra əsasda. Çoxu məndən yaşca balaca olublar. Ancaq yenə də birlikdə çıxış etmişik və bu, daha da mehriban olmağımıza şərait yaradır. Biz hər oyuna yaxşı hazırlaşırıq. İstər "Qəbələ" olsun, istərsə də digər komandalar.
 
- Hər dəfə penalti təyin olunanda topu birinci özün götürürsən. Komanda yoldaşın vurmaq istəyəndə buna razı olmursan və özün yerinə yetirirsən. Bu, qollarınn sayını artırmaq istəyindən irəli gəlir? Ümumiyyətlə, baş məşqçi bu zərbələri vurmağı kimə tapşırır?
 - Əslində Samir Abasov hər şeyi yazır. Penalti olduqda birinci mənim adımı qeyd edir. Daha sonra 1-2 nəfərin adını da yazır və deyir ki, kim özünə güvənirsə, vursun. İki oyundur qol vurmurdum. Penaltinin olması yerinə düşdü ki, qol vurdum. İstəyirdim ki, qol vuraraq açılışam. Cavid Tağıyev də yəqin ki, buna görə, məndən inciməz. Çünki o da israr etdi ki, vursun, ancaq özüm yerinə yetirdim.
 
- Qol olmasaydı bəlkə də inciyərdi...
 - Yox, inciməzdi. Çünki həmin epizoddan qabaq mənə yaxınlaşaraq vursam da, vura bilməsəm də rahat olmağımı söylədi.
 
- Çempionatda arzulamadığın qapıçı var? Yəni, o qapıda olanda penaltini vurmağa tərəddüd edəsən? Məsələn, İbrahim Şehiç və ya Dmitri Bezotosnı...
 - Heç bir qapıçıdan çəkinmirəm. Niyə çəkinməliyəm ki? Keçən il Bezotosnıya da qol vurmuşam, Aqil Məmmədova da, Səlahət Ağayevə də. Onlar da Azərbaycanın güclü qapıçılarıdır. 
 
- Qol vurmaq istədiyin qapıçı var?
 - Bəli, bu, Anar Nəzirovdu. Çalışacağam ki, çempionatın gedişində onun da qapısının torunu silkələyim (gülür).

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
“AZE Nakhchivan SK” futbol klubunu almanlara təqdim edildi - FOTOLAR

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.