Ucuz təyyarə biletləri

"Qarabağ"I Londonda kimlər dəstəkləyəcək?

Tarix:  11.09.17 18:09           Yazar:  Rekord.az           Oxunub: 484 dəfə

Bildiyiniz kimi, “Qarabağ” sentyabrın 12-də Çempionlar Liqasının qrup mərhələsinə start verəcək.

 

Rekord.az xəbər verir ki, son 4 ilin Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirinə Londonda, “Çelsi”yə qarşı oyunla başlayacaq.

 

41631 tamaşaçı tutumuna malik “Stemford Bric”də təbii ki, “köhlən atlar”ı dəstəkləyən azərbaycanlı azarkeşlər də olacaq. “Zadəganlar” qonaqlar üçün 400 bilet ayırıb. Həmin biletlərin satışını UEFA-nın məsləhəti ilə “Qarabağ” tərəfi həyata keçirir. Deyilənlərə görə, artıq biletlərin əksəriyyəti satılıb. Təbii ki, matçı izləyənlər arasında ən çox İngiltərədə yaşayan həmyerlilərimiz olacaq. Amma Avropanın digər yerlərindən də soydaşlarımızın “Qarabağ”ı dəstəkləyəcəyinə şübhə yoxdu. Onların arasında “Milli Dəstə” və “İmarət Avropa”nın da üzvləri olacaq. Görəsən, onların sayı nə qədər olacaq? Azarkeş qrupları xüsusi hazırlıq görüblərmi? Bu suala özlərindən cavab aldıq. 
Şamil Mustafayev (Milli Dəstə): “Bəli, bizim üzvlərimiz “Qarabağ” – “Çelsi” oyununda iştirak edəcəklər. Londonda yaşayan hardasa 20 üzvümüz stadionda olacaq. Hazırda onlardan biri Azərbaycandadı. O, Bakıya biletləri aparmaq üçün gedib. Biz “Qarabağ”la əlaqə saxladıq. Onlar bizə dedilər ki, biletlər oyundan bir gün öncə və oyun günü stadionda satılacaq. Amma biz risk etmək istəmədik. Ona görə də bir üzvümüzü Bakıya yolladıq. O, indi 16 bilet əldə edib. Oyun üçün xüsusi hazırlıq görməmişik. Şəxsən özüm viza probleminə görə qarşılaşmanı izləyə bilməyəcəm. Həmçinin sektor məsələsi ilə bağlı bir az problem var. Biletlərin üzərində yazılıb ki, ayaqüstə durmağa icazə yoxdu. Bununla bağlı “Qarabağ”a müaciət etmişik. Amma hələ bir cavab yoxdu. Oxşar problemlə “Fiorentina” – “Qarabağ” oyununda da üzləşmişdik. O zaman bizi qapıarxası boş tribunaya göndərmişdilər. “Stemford Bric”də isə bütün yerlər dolub. Bilmirəm, orda necə edəcəyik. Ola bilər ki, onlar bizə normal azarkeşlik etməyə icazə verməsinlər. Bu üzdən xüsusi nəsə hazırlaya bilməmişik. Standart şəkildə azarkeşlik etməyə məcbur olacağıq. Şüarlar və bəstələrimiz olacaq. Üzvlərimiz həm də özləri ilə “Milli Dəstə”nin şərflərini və bayraqlarını aparacaqlar. Bilirsiz ki, bu oyuna çox böyük maraq var. Bizim üçün ayrılmış biletlərin hamısının satılacağını düşünürəm. Biletlər bir az gec satışa çıxdı. Hamı istəyərdi ki, oyuna bir müddət qalmış bilet alsın. Hətta Amerikadan gələn bir həmyerlimiz var. Bizə müraciət etdi ki, onun üçün də bilet alaq”.
Natiq Babayev (İmarət Avropa) : “Bizim azarkeş qrupundan hardasa 25 nəfər matçda iştirak edəcək. Mən indi Bakıdayam, “Qarabağ” rəsmiləri ilə danışacam. Biletləri hələ əldə etməmişik. Bildiyimiz qədər biletlərin bir hissəsi Bakıda satılır, bir hissəsi də oyundan öncə və oyun günü Londonda satılacaq. Çalışacağıq ki, sabaha (bu günə) kimi biletləri əldə edək. Çünki biz Avropada hər zaman “Qarabağ”i dəstəkləmişik. İndi də dəstəkləmək istəyirik. Ümidvaram ki, biletləri əldə edəcəyik. Xüsusi hazırlıq görməmişik. Ola bilər ki, bunu uşaqlarla müzakirə edək. Həmişəki şüarları səsləndirəcəyik”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
"Keşlə" Ukraynadan qapıçı gətirir
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
"Zirə" "Qəbələ"dən götürdüyü futbolçunu geri qaytarır
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.