Ucuz təyyarə biletləri

Dünya üçüncüsü yeniyetmə sərbəst güləşçilərimiz Vətənə qayıtdı

Tarix:  12.09.17 12:09           Yazar:             Oxunub: 46 dəfə

Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmələrin Dünya çempionatı başa çatıb. 


Rekord.az xəbər verri ki, çempionatda 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazanmaqla komanda hesabında dünya üçüncüsü olan sərbəst güləş yığmamız bu gün Vətənə qayıdıb. 


Bütün rəqiblərindən üstün olan Əlihəsən Əmirli (42 kq) qızıl medal, yalnız final görüşündə uduzan Mahir Məmmədzadə (50 kq), Turan Bayramov (58 kq) və Davud İbrahimov (69 kq) gümüş medala yiyələnib. Bürünc medalı isə yığmamıza Hacımurad Hacıyev (63 kq) qazandırıb. 


Ümumilikdə isə güləş yığmalarımız çempionatı 3 qızıl, 5 gümüş və 2 bürünc medalla başa vurub. Yığma komandamızın üzvləri yunan-Roma güləşi yarışlarında 1 qızıl və 2 gümüş, yeniyetmə qızların yarışında isə 1 qızıl və 1 bürünc medala sahib olub.  


Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Güləş Federasiyasının rəsmiləri, yığma komandanın məşqçiləri, idmançıların ailə üzvləri və KİV nümayəndələri qarşılayıb. 


Yarış təəssüratlarını media nümayəndələri ilə bölüşən yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov qazanılan nəticənin qənaətbəxş olduğunu bildirib: 


"Hər il olduğu kimi bu dünya çempionatı da çox gərgin keçdi. İlk yarış günündə idmançılarımız yaxşı start götürdü. Bildiyiniz kimi, dörd finalçımız vardı. Ancaq onlardan biri çempion oldu. Digərləri son saniyələrdə qələbəni əldən verdilər. Mən heç vaxt hakim ədalətsizliyi barədə danışmamışam. Ancaq bu dəfə həqiqətən 58 kq çəki dərəcəsinin finalında hakim ədalətsizliyi ilə üzləşdik. Çempionların sayı artıq ola bilərdi. Komanda hesabında üçüncü olduq. Ümumi nəticəni qənaətbəxş saymaq olar”.


Çempionata böyüklərdən ibarət yığma komanda ilə birgə təlim-məşq toplanışlarında hazırlaşdıqlarını deyən Əsgərxan Novruzov növbəti hədəflərinin 2018-ci ildə keçiriləcək Olimpiya Oyunlarında yüksək nəticə qazanmaq olduğunu bildirib: 


"Bir müddət əvvəl böyüklər arasında Dünya çempionatı yarışları keçirildi. Hazırlığımızın bir mərhələsini də məhz onlarla bir yerdə davam etdirdik. Yaxşı hazırlıq keçdik. Komandanın bir yerə toplanıb hazırlanması öz bəhrəsini göstərdi. Qarşıda yarışlarımız çoxdur. Ancaq əsas məqsədimiz gələn il Argentinada keçiriləcək yeniyetmələrin Olimpiya Oyunlarında uğurlu çıxış etməkdir. Bundan əvvəl isə təbii ki, yaxşı hazırlaşıb Avropa çempionatında uğurla çıxış etməyə və Olimpiya Oyunlarına lisenziyaları qazanmağa çalışacağıq”.


Çempionluq sevincini bölüşən Əlihəsən Əmirli növbəti hədəfinin yeniyetmələrin Olimpiya Oyunlarını qalib başa vurmaq olduğunu bildirib:


"Ardıcıl olaraq ABŞ, Qazaxıstan və Yaponiyadan olan rəqiblərimi mübarizədən kənarlaşdıraraq finala yüksəldim. Bütün rəqiblərimə tam üstünlüklə qalib gəldim. Finalda özbək idmançısını da məğlub edib çempion adını qazandım. Şükürlər olsun ki, Vətənimizin bayrağını qaldırıb, himnimizi səsləndirdim. Qarşıdakı yarışlarda da uğurla çıxış etmək istəyirəm. Növbəti hədəfim gələn il keçiriləcək Olimpiya Oyunlarında qalib olmaqdı”.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.