Ucuz təyyarə biletləri

Rauf Əliyev "Kukesku"nu "Qəbələ" ilə müqayisə etdi - MÜSAHİBƏ

Tarix:  13.09.17 12:09           Yazar:  Rekord.az           Oxunub: 522 dəfə

Yayda “İnter”i gözlənilmədən “Kukesi”yə dəyişmək fikrinə düşən Rauf Əliyevin Albaniyaya yollanması asan başa gəlmədi. Hər iki tərəf müqavilə sənədlərini ictimaiyyətə göstərdi, Zaur Axundov futbolçunun ünvanına gözlənilməz ifadələr işlətdi. Bütün bunlara baxmayaraq, Rauf Avropaya yollanmaqla karyerasında ilk dəfə legioner həyatı yaşamaq imkanı qazandı. Ara-sıra yığmaya da cəlb olunan futbolçunu artıq ağızdolusu “Kukesi”nin futbolçusu hesab etmək olar. Bu da səbəbsiz deyil. Sentyabrın 6-da Albaniya Superkuboku uğrunda keçirilən oyunda Kukesi təmsilçisi “Tirana” ilə qarşılaşdı ki, həmyerlimiz start heyətində yer almaqla yeni komandasında rəsmi görüşdə debüt etdi. Rauf bir aydı ki, Albaniyadadı. Deməli, danışmaq üçün mövzu var. Həm də yığmaya çağrılmayan futbolçudan millinin Norveç və San Marino ilə qarşılaşmalarıyla bağlı bəzi suallara cavab tapmaq olardı. Dünən təcrübəli futbolçuyla əlaqə saxlayıb həmsöhbət olduq.
- Albaniyaya öyrəşə bilmisən? Oralar necədi?
- Şükür, hər şey qaydasındadı. Məşq edirəm, hazırlaşıram. Öyrəşməyib nə edəcəm ki (gülür). İstədim, ya istəmədim, öyrəşməliyəm. Sakit yerdi, hamı başını aşağı salıb işini görür. Elə bir narahatlığım yoxdu. Bu yaşda ilk dəfədi legioner həyatı yaşayıram. Ona görə də müəyyən çətinliklərin olması normaldı. Öyrəşməliyəm, dözməliyəm.
- Buralar üçün darıxmırsan?
- Səmimi desəm, ailəm, dostlarım, qohumlarım üçün darıxıram. Nə qədər özümü səbrli göstərməyə çalışsam da, vətən vətəndi. Amma daha az fikirləşməyə çalışıram. Hər bir işin başlanğıcı çətin olur. Ritmi tutandan sonra öyrəşirsən. İnşallah, yaxşı olar.
- Komandada kimlərlə dostluq edirsən? Onlarla hansı dildə danışırsan?
- Çernoqoriyalı futbolçu var, o da mənim kimi komandaya yeni qoşulub. Əvvəl Moldovada oynayıb deyə, rus dilində danışır, başa düşür. Əsasən onunla ünsiyyətdə oluram. Yerli futbolçulardan bir-ikisi az da olsa türk dilində başa düşür. Bəzən də onlarla danışıram, zarafatlaşıram. Şükür, dil baxımından problem yoxdu.
- Ailəni aparmısan?
- Yox, Bakıdadılar.
- Nə əcəb?
- Açığı, yanıma gətirmək fikrim var. Ailə yanımda olsa, işim asanlaşar. Amma risk etmək istəmirəm. Düşünürəm ki, onlar üçün də çətin olar. Tam qərar verə bilmirəm.
- Harda qalırsan?
- Klub rəhbərliyi ev kirayələyib, orda qalıram. Bazadan elə də uzaq deyil. Rahat gedib-gələ bilirəm.
- Maşın da veriblər?
- Hələ verməyiblər. Bəlkə gələcəkdə verərlər.
- Bir müddət əvvəl qəzetimizə verdiyin müsahibədə Tiranada məskunlaşdığınızı, müəyyən vaxtdan sonra Kukesiyə gedəcəyinizi demişdin. Kukesi necə yerdi, bizim rayon, ya da şəhərlərdən hansına oxşayır?
- Komanda Kukesini təmsil etsə də, Tiranada məskunlaşıb. Ancaq oyundan-oyuna Kukesiyə gedəcəyik. Belə deyim, bizim “Qəbələ” kimidi. Bakıda qalıb, ev oyunlarından bir-iki gün Qəbələyə yollanırlar. Bizdəki vəziyyət də elədi. Ona görə də əsasən paytaxtda oluram.
- “Kukesi”nin futbolçususan və yeni komandanda rəsmi debütün də reallaşıb. Buna baxmayaraq, “whatsapp”dakı profil şəklində yığmanın formasındasan. Məsələn, “Kukesi”nin futbolkasındakı şəklini qoya bilərsən. Milli üçün darıxdığına işarə vurursan?
- Yox-yox. O şəkil çoxdan ordadı. Tez-tez şəkil dəyişməyi xoşlamıram. Sadəcə, həmin şəkildən xoşum gəlir deyə onu qoymuşam. Başqa səbəb axtarmaq lazım deyil. Milliyə gəldikdə, o forma üçün hamı darıxır.
- “İnter”dən gözlənilməz ayrılığın boyük səs-küyə səbəb oldu. Bir həftə bu mövzu danışıldı, Zaur Axundov arxanca xoşagəlməz ifadələr işlətdi. Albaniyaya gedəndən sonra Zaur Svanadzeylə, Zaur Axundovla, yaxud başqa rəsmilərlə danışmısan?
- Rəhbərliklə və məşqçilərlə yox, amma “İnter”dəki futbolçu yoldaşlarımla daim ünsiyyətdə oluram. Sağ olsunlar, yazırlar, maraqlanırlar.
- Yığmanın Norveç və San Marino ilə oyunlarını izləyə bildin?
- Təəssüf ki, hər iki oyun məşq vaxtımıza düşdü. Ona görə də canlı izləmək imkanım olmadı. Sonradan qolların təkrarına baxdım.
- İki oyunun ümumi nəticəsinə görə üzüldün, yoxsa sevindin?
- Açığı, San Marinonu udacağımızı bilirdim. Yəni millimizlə müqayisədə onlar zəifdi. Amma Norveçlə matçdan da azı heç-heçə gözləyirdim. Uduzacağımızı təxmin etməmişdim. Yenə də pis deyil. Hazırda 10 xalımız var və Bakıda Çexiya ilə oynamalıyıq. 13 xal, fikrimcə, yekunda əla nəticə olar.
- Oyunların videotəkrarına baxanda ağlından “kaş mən də orda olardım” sözləri keçdi?
- Tanıyanlar bilir ki, hər şeyə real baxan adamam. “Kaşlar”la aram yoxdu. Yığmadan kənarda qaldımsa, deməli, belə lazım imiş, qismət bu imiş. Guya “kaş” deməklə nəsə dəyişəcəkdi? Qətiyyən təəssüflənmədim.
- Bir aydan sonra Çexiya və Almaniya ilə oyunlar var. Səncə, Robert Prosineçki bu dəfə dəvət göndərəcək, yoxsa yığmadan əlini üzmüsən?
- Mənim işim klubda etimad qazanıb, daim meydana çıxmaqdı. Ondan sonrasına yığmanın baş məşqçisi qərar verəcək. Həmişə dediyim kimi, millidə oynamaq mənim üçün fəxrdi və hər zaman o formanı geyməyə hazıram. Çağırar, can başla oynayaram, çağırmaz, Allah canını sağ eləsin.
- Dünən “Tirana”yla oyunda start heyətində yer alsan da, sol cinahda yer almağın bizi təəccübləndirdi. Nəylə bağlıydı?
- Əslində meydana hücumçu kimi çıxmışdım. Sadəcə, 29-cu dəqiqədə komanda yoldaşım gözlənilmədən qırmızı vərəqə aldı. Və belədə baş məşqçi taktiki dəyişikliyə əl atdı deyə, ilk yarının sonuncu 15 dəqiqəsini “sol”da oynadım. Hücumçusuz oynamağa başlayandan sonra mən də cinaha çəkildim.
- Fasilədə əvəzlənməyin nə ilə bağlıydı? “Qırmızı”ya görə səni yox, başqasını da dəyişə bilərdi.
- Fikir vermisizsə, müdafiəçisi meydandan qovulan komandaların baş məşqçiləri hücumçunu əvəzləyir. Çünki əsas niyyət heç-heçə etmək olur. Belədə cinah oyunçuları hücuma dəstək verir. Hücumçu olduğumdan, məni dəyişdi. Həm də digərlərinə nisbətən komandada yeniyəm.
- Ümumiyyətlə, baş məşqçi sənə əsas heyət üzvü gözüylə baxır?
- Bu haqda nəsə deməyim düzgün olmaz. Bu gün əsas heyətdə şans verirsə, deməli, niyyəti xidmətimdən yararlanmaqdı. Legioner adıyla gətiriblərsə, hər halda, ehtiyatda oturtmaq üçün bu addımı atmayıblar. Özümdən də çox şey asılıdı. Ümidlərini doğrultmaq üçün əlimdən gələni edirəm.
- Rəsmi oyunda debüt etdin. Stadionda ab-hava necəydi?
- Paytaxtda “Tirana”nın azarkeşləri çoxdu, çılğındılar. Ona görə də fanatlar stadionda yaxşı ab-hava yaratmışdı. Sayları 10 min olmasa da, buna yaxın rəqəm idi. Belə deyim, superkubok atmosferi var idi.
- Bizim futbolla onların futbolu arasında nə kimi fərqlər var?
- Çempionatlarını hələ görməmişəm. İlk turun oyunları sentyabrın 9-da baş tutacaq. Ona görə də futbolun səviyyəsi haqda nəsə deməyim düzgün olmaz. Amma peşəkarlıq baxımından albanlar bizdən geri qalır. Bizdə təşkilatçılıq işləri daha peşəkar səviyyədə qurulub.
- “Tirana” ilə oyundan sonra baş məşqçi sənə narazılıq bildirmədi?
- Nəinki mənə, ümumiyyətlə heç kimə bir söz demədi. Bir saat azlıqda qalmağımıza baxmayaraq, sonuncu dəqiqəyə kimi qol buraxmadıq. Rəqib matçın bitməsinə saniyələr qalmış qol vurdu. Halbuki rahat qazanmalıydıq. Favorit biz idik.
- “17”ni seçməyinin səbəbi nədi?
- Əslində nömrəm “17” yox, “14” olacaq. Sadəcə, komandaya gec qoşulmuşam deyə, futbolkam hazır deyildi. Ona görə də “17”ni geydim.
- “14”ün xüsusi səbəbi var?
- Düzü, həmişə “11”ə üstünlük vermişəm. Amma mən gələndə həmin nömrə braziliyalıda idi. Məcbur qalıb başqa nömrə seçməliydim. “11” “14”ə yaxın olduğundan, həm də bir az oxşadığından onu seçdim. Xüsusi səbəbi yoxdu.
- Ansi Aqolli ilə ünsiyyətdə olursan?
- Albaniyaya gəlməmişdən qabaq Bakıda danışmışdım. Bura gələndən sonra hələ ki, söhbətimiz olmayıb. Vaxtilə “Qarabağ”da çiyin-çiyinə oynadığım Nderim Nedzipi ilə görüşürəm. Elə indi də yanımdadı. Türk dilini yaxşı bilir deyə, işim rahatdı. O da futbol oynayırdı, karyerasını bu yay başa vurub. (Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 180 Şərh
Amal Abuşov
Faiqin faciəsi
2017-11-07  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Nizami Hacıyevə rədd cavabı gəldi
İntizamsızlıq etdi, "Qarabağ"dan qovuldu
Xəngəlxanada ofisiantlıq edən futbol hakimi - MÜSAHİBƏ
Yunis Hüseynovla işləmək istəmədi
"Keşlə" Ukraynadan qapıçı gətirir
Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
"Zirə" "Qəbələ"dən götürdüyü futbolçunu geri qaytarır
Roman Qriqorçuk: "Elvin təcrübəli futbolçuya yaraşmayan səhv etdi"
"Zirə"dən göndərilən "Qəbələ"nin futbolçusu "Səbail"ə keçə bilər
Hüseyn Məhəmmədov "Kəpəz"də?

Xəbər Lenti
20 Noyabr 2017
23:49 "Qarabağ"ın oyununa görə metroda gücləndirilmiş iş rejimi
23:21 Birinci Divizionda 10-cu turun hakim təyinatları
22:42 “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı
22:21 “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı
22:00 “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir
21:40 Öncə Qurbanov, sonra Konte
21:21 Təxirə salınmış matçın vaxtı açıqlandı
21:00 Güləşçilərimiz beynəlxalq turnirində iştirak edəcək
20:40 Millimiz Çinə 8 taekvondoçu ilə yollanır
20:21 Yığmamız qələbə ilə başladı
20:00 “Qarabağ”ın oyununa 400-dən çox avtobus ayrılıb
19:40 Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu
19:33 Elxan Məmmədov: "Media Komitəsindən bunu gözləyirik" - MÜSAHİBƏ
19:21 90 dəqiqə və 1 xal
19:10 FIFA prezidenti Əliyevə forma hədiyyə etdi - FOTOLAR
19:00 Qari Keyhill: "Qarabağ”la oyunda bizə qələbə lazımdır”
18:40 UEFA-dan altı klubumuza 71 min avro
18:21 Dünya çempionatında iştirak edəcək güləşçilərimizin siyahısı açıqlandı
18:00 Yunis Hüseynovu "Kəpəz"ə kim baş məşqçi təyin edib?
17:50 Hücumçumuz Fransada fərqləndi
17:40 Premyer Liqamızda rekord təkrarlandı
17:27 Bakı klubu avrokubokda ilk oyununa çıxır
17:21 Cari mövsümdə 100-cü qol
16:40 “Keşlə”nin tarixində yeni antirekord
16:21 Beynəlxalq turnirdən 1 gümüş və 1 bürünc medal
16:00 Nizami Hacıyev "Neftçi"də nə qədər maaş alacaq?
15:40 Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda
15:22 Millimiz Gürcüstana qalib gəldi
15:00 Asim Xudiyevin gizli vəzifəsi: "Keşlə"dən də maaş alır
14:48 “A” seriyasında 5000 qol vuran ilk klub
14:34 “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı
14:22 Dadaşov dubl etdi, komandası qalib gəldi
14:00 Hüseyn Məhəmmədov "Kəpəz"də?
13:40 Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”
13:22 “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu
13:00 Yunis Hüseynovla işləmək istəmədi
12:42 Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu
12:20 Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü
12:00 FIFA prezidenti Bakıya gəlir
11:41 Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu
11:20 Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi
11:00 "Keşlə" niyə projektor işığında oynamır? - ÖZƏL!
10:21 Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi
10:10 Yığmamızın üzvü Rusiyada növbəti qələbəsini qazanıb
10:00 Ruslan Qurbanov: "Top məndən çıxmışdı"
09:52 Hücumçumuz yenə sevindi
19 Noyabr 2017
22:00 “Ximnastik” İsrafilovsuz qələbə qazandı
21:00 Nazarovla Eratın dueli baş tutmadı
20:45 Tərlan Əhmədov: "Vaxtında düzgün strategiya qurulsaydı, bu gün o problemi yaşamazdıq"
20:30 "Neftçi" - "Qəbələ" 2:3 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.