Ucuz təyyarə biletləri

Şəmkir çempionatında biabırçılıq: hakimi vurdular, ara qarışdı - ÖZƏL FOTOLAR!

Tarix:  13.09.17 15:09           Yazar:  Rekord.az           Oxunub: 807 dəfə

“Şəmkir”in fəaliyyətini dayandırmasından sonra bu “yaranı” öz aləmində qaysaqlatmağa çalışan Şəmkir Rayon İcra futbol üzrə rayon birinciliyi keçirməyə qərar vermişdi. Hətta bunu mediaya böyük futbol bayramı kimi təqdim etmişdi. Adını da rayonda futbolun inkişafına dəstək, böyüməkdə olan gənc nəslin sağlam ruhda tərbiyə olunması, futbol azarkeşləri və ümümilikdə bütün rayonda ictimai fəallığın təmin edilməsi qoymuşdular. Hətta açılışında Şəmkir rayon İcra Hakimiyyətinin Başçısı Alimpaşa Məmmədov da iştirak və çıxış etmişdi. 

 

Lakin Rekord.az xəbər verir ki, 14 komandanın 4 qrup üzrə yarışdığı bu birincilikdə heç də hər şey göründüyü kimi bəh-bəhli deyil. 

 

Əksinə, bu turnirdə kifayət qədər çatışmazlıqlar var. Əldə etdiyimiz son məlumat isə əsl biabırçılıqdır. Belə ki, ötən gün keçirilən “Dəllər Çəyir” – “Kür qəsəbə” komandalarının oyununda ilk biabırçılıq yaşanıb. Belə ki, ilk hissədə hakim “Kür qəsəbə”nin mübahisəli qolunu qeydə alıb. Buna etiraz edən “Dəllər Çəyir” komandası ikincin hissəyə çıxmaqdan imtina edib.

 

“Şəmkir” – “Mahmudlu” matçında isə əsl rüsvayçılıq yaşanıb. Öncə onu qeyd edək ki, oyunun təşkilatçılığı və təhlükəsizliyin təmini sıfır dərəcəsində idi. Polisin olmaması gələcək həngaməni qaçılmaz edirdi. Məhz bunun nəticəsi idi ki, azarkeşlər az qala meydançaya daxil olub ordan oyunu izləyirdi. Belə olan halda yan xətt hakimi üçün də böyük problem yaranırdı. Elə həngamənin də əsası burda qoyuldu. Belə ki, oyunun gedişində laysman azarkeşlərdən bir qədər kənara çəkilməyi və xətti tapdalamamağı xahiş etdi. Bu zaman azarkeşlərdən biri “sən kimsən  ki, bizə belə söz deyirsən stadion bizimdi özümüz bilərik” deyərək yan xətt hakiminə hücum çəkib və onu vurub. Qonaq komandanın futbolçuları olaya müdaxilə edincə onlar da fiziki təzyiqə məruz qalıb  və bununla da oyunda dava-dalaş başlayıb. Qısa zamanda dava  kütləvi şəkil alıb. Bir neçə nəfər çox ciddi xəsarət alaraq xəstəxanaya aparılıb. Bu da Şəmkir rəhbərliyinin bayram dediyi birinciliyin acı nəticəsi. Görəsən polis olmadan, hakimlərin, futbolçuların təhlükəsizliyi təmin olunmadan bu yarışı keçirmək göstərişini kim verib? Hər halda ümid edirik ki, təşkilatçılar bu biabırçılıqdan nəticə çıxardacaq. İnsanların həyatı ilə oynamaq olmaz.

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Amal Abuşov
Prosineçki niyə qeyri-səmimidir?
2017-09-05  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Emin Mahmudovdan Tərlan Əhmədova və “CBC Sport”a hörmətsizlik
I Divizionun püşkü atıldı: 3 dövrəli çempionat
Monroz Ruslan Qurbanovu niyə vurub?
"Viləş" qayıdır!
AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
"İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
"İnter" futbolçuları Avropa Liqasına görə bonus almayacaq - ÖZƏL!
Olimpiya stadionuna süni qazon əkilir
"Roma" bu gün Bakıya gəlir: qalacaqları otel də məlumdur
Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?

Xəbər Lenti
26 Sentyabr 2017
19:23 “Roma”nın baş məşqçisi: “Qarabağ”a və onun tarixinə böyük hörmətim var”
19:01 "Beşiktaş"a transfer olunan Əzizova tibbi yoxlamadan keçib - FOTO
18:32 “Səbail” yeni transferini təqdim etdi
18:00 "Sumqayıt"da ciddi itki: "Səbail"ə qarşı oynamayacaq
17:05 Qurban Qurbanov: "İtaliya ikincisi olmaq asan iş deyil"
16:15 Yığmamızın məşqçisi Almaniya üzərindəki qələbədən danışdı
16:12 Kseniya Poznyak: "Həmişəkindən güclü qayıdacayıq"
16:02 AFFA-dan qapıçı məşqçiləri üçün A kursu
16:00 Almaniya millisinin baş məqşçisi Azərbaycana məğlubiyyətin səbəblərini açıqladı
15:54 Lenka Dürr: "Azərbaycan yığmasında çətinliyi aradan qaldıra biləcək kifayət qədər təcrübəli oyunçu var"
15:48 "Beşiktaş"ın prezidenti: "Türkiyə Superkubokunu niyə Azərbaycanda oynamayaq?"
15:22 Gimnastlarımız AÇ-də 5-ci yeri tutdular
15:17 Valeriya Məmmədova: "Azarkeşlərdən bizi dəstəkləməklərini, bayrağımızı daha da yüksəklərdə dalğalandırmağı xahiş edirəm"
15:00 ARB TV I Divizionu yayımlamaqdan imtina etdi
14:43 Çempionlar Liqasının oyunlarına necə baxaq? - AFİŞA
14:22 Çempionlar Liqası: "Real" "Borussiya"ya, "Beşiktaş" "Leypsiq"ə qarşı
14:00 AFFA I Divizion klublarına əlavə 40 min pul verəcək
13:49 "Olimpiakos"da baş məşqçi dəyişikliyi
13:32 Azərbaycan millisi doğma meydanda ilkə imza atdı
13:21 Şamaxıda Dünya çempionunun şərəfinə açıq Respublika turniri keçiriləcək
13:00 "İnter" futbolçuları rəhbərliyi hədələyib - ÖZƏL!
12:43 Boksçularımız qitə birinciliyini 2 medalla başa vurdular
12:20 Fərid Nəbiyev oynadı, “Slaviya” uduzdu
12:00 Ruslan Qurbanov qışda "Neftçi"yə keçir?
11:41 Yığmamız Gürcüstana 5 qolla uduzdu
11:25 Totti Bakıya gəlməyəcək: səbəb...
11:21 Araz Abdullayevin klubu liderliyini qorudu
11:00 "Qəbələ" futbol akademiyası üçün yeni bina tikir
10:27 Avro-2017: Bu gün ilk pley-off oyunları keçiriləcək
10:00 "Viləş" qayıdır!
25 Sentyabr 2017
23:41 “Qəbələ” “Neftçi”yə 7 qolla qalib gəldi
23:38 Azərbaycanın ev sahibliyi etdiyi Avropa Çempionatının bütün pley-offçuları bəlli oldu
23:27 Avro-2017: Türkiyə sensasiyaya imkan vermədi
23:21 “Qarabağ”dan azarkeşlərə müraciət
23:00 "Roma" Bakıya gətirəcəyi heyəti açıqladı
22:41 Avro-2017: Millimizdən Almaniya üzərində möhtəşəm qələbə - FOTOSESSİYA
22:40 “Qarabağ” – “Roma” matçına pulsuz nəqliyyat təşkil olunacaq
22:35 Səbinə Əzimova 3 qat Avropa çempionudu!
22:26 “Qarabağ” – “Roma” oyunu ilə bağlı polisdən - xəbərdarlıq
22:15 Avro-2017: Almaniya millisinin üzvü oyunçularımızı qabaqladı - Statistika
21:42 Ağır maliyyə vəziyyəti artıq karateçilərimizin nəticələrinə də təsir göstərməkdədi
21:25 BOS-da “Qarabağ” - “Roma” matçı öncəsi festival
21:00 Üçüncü səfər sindromu
20:51 Avro-2017: Azərbaycan millisi birbaşa 1/4 finalda
20:43 UEFA-dan Könül Mehtiyevaya növbəti təyinat
20:21 Sərbəst güləşçilərimiz DÇ-də 3-cü, yunan-Roma güləşçilərimiz 4-cü oldu
20:15 Əli Şükürlü də qitə birinciliyində 5-ci oldu
20:00 Azərbaycan avarçəkəni dünya çempionatında mübarizəyə başladı
19:41 Öncə Qurbanov, sonra Di Françesko
19:20 Rəsulov Avropa birinciliyində 5-ci oldu
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.