Ucuz təyyarə biletləri

Ronaldinyonun Bakıdakı futbol akademiyasının açılışı nə vaxt olacaq?

Tarix:  14.09.17 15:09           Yazar:  Rekord.az           Oxunub: 187 dəfə

“Qəbələ”nin müxtəlif yaş qrupları üzrə komandaları tez-tez ölkə xaricində mini-turnirlərə qatılır. Bu da yeniyetmələrin dünya arenasına çıxması, təcrübə qazanmaları üçün önəmli addımdı. Bu yaxınlarda klubun U-13 komandası Koreyanın Kyoncu şəhərində keçirilən beynəlxalq turnirə qatıldı. Yaponiya “Nara”sını 4:1 hesabıyla məğlub edən “qırmızı-qaralar” ardınca İspaniya “Selta”sına və yerli “Çonqyonq”a 0:2 hesabıyla məğlub oldu. “Qəbələ” son iki oyunda Yaponiya “Vejitto”su (2:2) və Tayland BCC-si (3:3) ilə heç-heçə etdi. Turnirlə bağlı təəssüratlarını öyrənmək üçün “Qəbələ” Futbol Akademiyasının meneceri Nail Kərimovla danışdıq: “Səviyyəli turnir idi. İştirakçılar yetərincə güclü komandalar idi. “Selta”nı xüsusi fərqləndirə bilərəm. Koreya “Çonqyonq”u da yaxşı komandaydı. Finalda “Santos” “Selta”ya 5:0 hesabıyla qalib gəldi. Onlar, ümumiyyətlə, tam fərqli futbol sərgiləyirdilər. Braziliyalılar elə oynayırdı ki, sanki 5-10 ilin oturuşmuş komandasıdı. Taktiki tapşırıqları dəqiq yerinə yetirirdilər. Demək olar ki, “Selta”ya göz açmağa imkan vermədilər. Şərait yaxşı idi. Meydançaların durumu yaxşı vəziyyətdəydi. Şəhərin əsas stadionundan əlavə futbol parkı var. Burda 6 standart futbol meydançası var. Bizim üçün fərq ondan ibarət oldu ki, turnir 11-11-ə keçirilirdi. Biz isə çempionatda 9-9-a oynayırıq. Meydançanın ölçüsündə də bir qədər fərq var idi. Biz avqustun 1-dən bu yeniliklərə hazırlaşmışdıq. Təxminən 20 gün vaxtımız oldu. Ümumi rəqabətin səviyyəsindən razı qaldıq. Gözlədiyimiz keyfiyyəti ala bildik. Heç vaxt zəif turnirlərə qatılmırıq. Nadir hallarda olur ki, hansısa yarışda yer tutaq. Bizim üçün belə yaxşıdı. Özümüzdən güclü komandalarla mübarizə aparıb uduzmaq daha faydalıdı. Belədə səhvlərimizi görə bilirik. Bu yaş qrupumuz yaxşı kollektivdi. Seçmə uşaqlarımız var. Rəqiblərə taktiki planda uduzurduq. Bizim üçün vacib olan istedadlı futbolçularımızı görə bilmək idi. Kimin nəyə qadir olduğunu gördük. Potensialına ümid etdiyimiz futbolçular sınaqdan üzüağ çıxdı. Hətta “Selta”nı udsaydıq belə, deməyəcəkdim ki, biz onlardan güclüyük. Onsuz da bu gün üçün hədəfimiz İspaniya klublarını üstələmək deyil. Biz öz səviyyəmizə yaxın olan ölkələrin klublarına çatmağa çalışırıq. Komandamızın baş məşqçisi Namiq Əliyevdi. O, ötən mövsüm U-11-i çalışdırırdı. Bu mövsüm U-13-ün baş məşqçisi kimi fəaliyyət göstərəcək”.
Bir çox klublar skaut sistemindən istifadə edərək müxtəlif ölkələrdən istedadlı yeniyetmələri akademiyalarına cəlb edir, onları əsas komandaları üçün yetişdirir. Maraqlıdı, “Qəbələ” bu sistemdən niyə istifadə etmir? Kərimovu dinləyək: “FİFA-nın hazırkı qaydaları bunu tələb edir ki, 19 yaşa çatmamış futbolçu başqa ölkənin klubunda oynayırsa, mütləq valideynlərindən ən azı biri onunla həmin ölkədə yaşamalı və işlə təmin olunmalıdı. Bu da həmin ailə klubun məxsus olduğu ölkəyə köçməsi müqabilində reallaşa bilər. Köçün səbəbi klubdusa, bu qayda pozuntusu sayılır. Bir neçə il əvvəl “Barselona”ya qoyulan transfer qadağası bu qaydalara riayət etməməsiylə bağlıydı. 50-yə yaxın futbolçusuna 1 illik oynamamaq cəzası verilmişdi. Biz 18 yaşına çatmamış hansısa əcnəbini qeyri-leqal yolla akademiyamıza cəlb etmək fikrində deyilik. Hansısa əcnəbi burda yaşayırsa, onun övladı oynaya bilər. Bir neçə dəfə belə variant olub. Bu durumu götür-qoy etmişik. Fikirləşmişik ki, “11-lik”də əcnəbinin uşağına verilən yer itirilmiş ola bilər. Çünki əcnəbi vətəndaş ölkəmizi tərk etsə, övladını da aparacaq. Belədə onun yerinə hansısa azərbaycanlını oynatmağı məqsədəuyğun sayırıq. Bir neçə dəfə ölkəmizlə bağlılığı olan ukraynalı və dağıstanlı yeniyetmələrin akademiyamıza cəlb olunmasını sınaqdan keçirmişəm. Belə fikirləşirəm ki, indi buna ehtiyac yoxdu. Yaxşı olar ki, elə öz futbolçularımızı yetişdirək”.
Fürsətdən istifadə edib, akademiyanın yataqxanasında görülən işlərlə maraqlandıq: “Hazırda iş yüksək sürətlə gedir. İlin sonuna kimi yataqxana binasına köçəcəyimiz gözlənilir. Ancaq köçməmişdən əvvəl binanı sınaqdan keçirəcəyik. Hər şeyin yerində olduğunu dəqiqləşdirdikdən sonra binaya köçəcəyik. Bütün lazımi avadanlıqlar gətirilib. Binanın tikintisi tam başa çatdıqdan sonra mebellərin düzülməsi, interyer işlərinə keçəcəyik”. 
Ronaldinyo Futbol Akademiyasın da hələ fəaliyyətə başlamayıb. Halbuki yeni dərs ilindən “sehrbaz”ın adını daşıyan akademiyanın fəaliyyət göstərəcəyi gözlənilirdi. Nail bəy ləngimənin səbəbini belə izah etdi: “Ötən ilin oktyabrında Ronaldinyonun nümayəndə heyəti ilə Bakıda görüşəndə memorandum imzalandı. Sentyabrın 1-də məktəbin açılışını etmək niyyətimiz var idi. Daha sonra bu ilin martında Dubayda bununla bağlı müqavilə imzalandı. Bu anlaşmaya əsasən gələn il aprelin ilk günlərində məktəbin açılışı olmalıdı. Artıq yer seçimini, demək olar ki, etmişik. Ancaq məsələ tam təsdiqini tapmadığından məktəbin harda yerləşəcəyini indi sizə deyə bilmərəm. Artıq layihəmiz hazırdı. İcraçı şirkət də inşaata başlamağa hazırdı. Prosesin gedişində bizdən asılı olmadan gecikmə ola bilər. İşin tez yekunlaşması da mümkündü. Futbolçu seçimi aparılmayıb. Qarşıdakı günlərdə bununla bağlı marketinq planı hazır olacaq. Bundan sonra elanlar olacaq və müraciətləri qəbul etməyə başlayacağıq. Onu da qeyd edim ki, Ronaldinyo Futbol Akademiyası bizim akademiyamızdan fərqlidi. Burda müraciət edən bütün uşaqlar qəbul olunacaq. Bunu bir növ klubun Bakıdakı bazası kimi də dəyərləndirə bilərik. İstedadlı uşaqları müəyyən yaşadək burda yetişdirib, daha sonra akademiyamıza göndərməyi planlaşdırırıq. Bəzən paytaxtdan müraciətlər alırıq. Valideynlər uşaqlarını akademiyamıza yazdırmaq istəyir. Ancaq biz erkən yaşda uşağın valideyndən uzaq düşməsini istəmirik. Çünki bu, psixoloji olaraq ona mənfi təsir göstərə bilər. 14-15 yaşınadək valideynlərinin yanında böyüməsi məqsədəuyğundu. Ancaq burda da ciddiyət, işə yanaşma məsuliyyəti Qəbədəki kimi olacaq. Müqaviləyə əsasən Ronaldinyo Futbol Akademiyasında 2 braziliyalı məşqçi çalışacaq. Tələb çox olsa, yerli məşqçilər də akademiyada fəaliyyət göstərəcək”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Sənan Abdullayev
Cəmi 5 saniyə keçmişdi...
2018-01-19  // 0 Şərh
Amal Abuşov
“Union Berlin”lə Kosovo millisinin fərqi
2018-01-16  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
"Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
Yunis Hüseynov "Xəzər Lənkəran"ın sabiq futbolçusunu Antalyaya aparmadı
Antalyanı Masazıra dəyişdilər
AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
"Zirə"yə yeni legionerlər gəlir
Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hansı klub prezidentinin əmisidir?
“Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO

Xəbər Lenti
21 Yanvar 2018
21:30 “Qəbələ” məşqləri bərpa etdi - VİDEO
21:05 Millimiz Albaniyaya məğlub oldu
20:44 Rəhimovalı "Fənərbaxça" Əzizovalı "Beşiktaş"ı məğlub etdi
20:30 “Qəbələ” “Keşlə”ni məğlub etdi
20:23 Hücumçularımızın qarşılaşmasında kapitanımız sevindi
20:00 Nəbiyev qol vurdu, “Slaviya” qalib gəldi
19:30 Millimizin oyununda sükut və qara sarğı
18:30 “Sumqayıt” Türkiyəyə yollandı
15:31 Əliyar Ağayev “Şaxtyor”un matçını idarə etdi
14:30 "Lexiya" - "Qarabağ" 1:1 - VİDEO
13:42 Məmmədova Rusiyada yenə qarşısıalınmazdır
13:30 "Lexiya" - "Qarabağ" 1:1 - FOTOLAR
12:30 Budaq Nəsirov oynamadı, komandası xal itirdi
11:30 Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO
10:30 Dadaşov qol vurdu, komandası qalib gəldi
20 Yanvar 2018
21:30 Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”
20:25 “Qarabağ” Polşa klubu ilə heç-heçəyə razılaşdı - VİDEO
20:00 “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi
19:30 “Xəzər” Almaniya klubu ilə bacarmadı
18:30 “Səbail” də Antalyaya getdi
17:30 Dəniz Yılmaza debüt şansı verilmədi
16:35 Rusiya mundialda millimizə qarşı yeni məşqçi ilə oynayacaq
16:30 Avropa çempionatı CBC Sport-da
15:30 “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO
15:00 Qurban Qurbanov Ozancanı "Qarabağ"a gətirmək istəyir: "Lippert Sərkan Baloğluna pul verib milliyə gətirir" - MÜSAHİBƏ
14:30 “Sumqayıt”lılar 20 yanvar şəhidlərini andılar
14:00 AFFA "Kəpəz"ə növbəti adamını göndərmək istəyir, Yunis Hüseynov isə qəbul etmir
13:30 Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”
13:00 "Zirə"yə yeni legionerlər gəlir
12:43 Antalyada 20 Yanvar şəhidləri anıldı
12:21 Ərtoğrul Sağlam rəsmən “Traktorsazi”də
12:00 Antalyanı Masazıra dəyişdilər
11:40 “Qarabağ”ın forvardı rəsmən Çin klubunda
11:21 Premyer Liqa klubu rekordluq transfer etdi
11:00 Klublarımızın qış transferləri - YENİLƏNİR
10:30 “Sabah” 4 transferi rəsmən açıqladı
19 Yanvar 2018
23:55 11-ci gündə daha 2 məşq
23:25 Pərviz Abdullayev Mersindən qələbə ilə dönür
22:00 "Bavariya" daha bir istedadı "zəbt elədi"
21:00 Azərbaycanın ən güclü gənc boksçuları bəlli oldu
20:40 "Keşlə" - "Zirə" 2:1 - FOTOLAR
20:21 "Keşlə" - "Zirə" 2:1 - VİDEO
20:00 Maksimov Rauf Əliyevlə bağlı sualı cavablandırmaqdan imtina etdi
19:58 Kamran Ağayev: "İndi bu nə deməkdir? Sözü mənə aid edirsiniz?" - MÜSAHİBƏ
19:40 Cüdo üzrə Bakı birinciliyi başa çatdı
19:22 “Keşlə” 3-cü yoxlama matçında da qalib gəldi
19:00 "Keşlə" "Qarabağ"ın futbolçusu ilə 6 aylıq müqavilə bağladı
18:48 "Qarabağ"ın "Lexiya" ilə oyununun vaxtı açıqlandı
18:42 “Qarabağ”ın Polşa klubu ilə matçının vaxtı açıqlandı
18:21 “Keşlə” Şəhidlər Xiyabanını ziyarət etdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.