Ucuz təyyarə biletləri

Düşmənlə üz-üzə futbolu yaşadanlar - YAZI

Tarix:  17.09.17 17:09           Yazar:  Rekord.az           Oxunub: 366 dəfə

Məcburi köçkün rayonlarımızın futbol həyatından bəhs edən layihə çərçivəsində növbəti yazımızı sizə təqdim edirik. Ötən həftə Füzuli futbolunun tarixindən, yetişdirdiyi futbolçulardan, qazandığı uğurlardan söz açmışdıq. Bu yazımızda isə Füzulinin sırf uşaq futbolunun hazırkı durumundan bəhs edəcəyik və bununla da layihəmizin bu rayonla bağlı hissəsinə yekun vuracağıq.

 

 

Torpaq meydançadan milli komandaya qədər


Sizə “Ərgünəş” komandasının böyük futboldakı çıxışları haqda yazmışdıq. Ancaq bu komanda ilk olaraq uşaq komandası kimi fəaliyyətə başlamışdı. Rayonun işğalından sonra Sumqayıtda məskunlaşan komanda 1999-cu ildə yenidən fəaliyyətini bərpa etdi və bu şəhərdə məşqlərə başladı.  Komandaya istər Füzulidən, istərsə də didgər bölgələrimizdən olan uşaqlar cəlb olundu. Onların arasında işğal altında olan digər bölgələrimizdən də uşaqlar var idi. Bu işin təşəbbüskarları isə Firdovsi və Fuad Mehrəliyev qardaşları, həmçinin Anar Zeynallı olub. Şərait o qədər də yaxşı deyildi. Komanda məşq etmək üçün stadion problemi ilə üzləşirdi. “İnşaatçı” stadionuna müraciət olunsa da icarə haqqı probleminə görə daimi olaraq burda məskunlaşmaq olmurdu. Buna görə də uşaqlar zaman-zaman şəhərin müxtəlif yerlərindəki məktəb stadionlarında məşq keçməli olurdu. Xüsulilə Sumqayıt Dövlət Universitetiin torpaq meydançasından istifadə olunurdu.  Bütün bu çətinliklərə baxmayaraq, komanda ayaqda durmağa, özünü sübut etməyə çalışırdı. 2000-ci ildən isə komanda Şimal Regional Futbol Federasiyasının, eləcə də Şumqayıt Şəhər İdman və Gənclər baş idarəsinin keçirdiyi yarışlarda iştirak etməyə başladı.  2004-cü ildə “Ərgünəş”in 13-14 yaşlı futbolçulardan ibarət komandası “Nicat” peşəkar futbol klubunun keçirdiyi turnirdə uğurla çıxış etmiş və 9 oyuna 27 xal toplamışdı. Lakin təəssüf ki, maliyyə çətinliyi səbəbindən komanda çempion ola biləcəyi turnirdəki çıxışlarını yarımçıq dayandırmalı olur. 
Elə həmin il bu komanda 1990-91-ci il təvəllüdlü futbolçulr arasında Şabran rayonunda keçirilən “Sevinc” kubokunun zona yarışlarında birinci yeri tutaraq Mingəçevirdə təşkil oluncaq final mərhələyə vəsiqə qazanır. 


“Ərgünəş” mövcud olduğu dövrdə hər il aprelin əvvəlində Sumqyıtda şəhidlərimizin xatirəsinə həsr olunan turnirin təşkilatçısı da olub. Bu komandadan çıxan bəzi futbolçular isə sonradan hətta milli komanda səviyyəsinə də yüksələ bilmişdi. Bu mənada Əvəz Gülmalıyevin adıı çəkmək olar. Əslən Laçından olan Əvəz məhz “Ərgünəş”də parlayaraq U-17 millisinə qədər yüksələ bilib. Şakir Qəribov və Yaşar Vahabzadənin Avropa çempionatının seçmə mərhələsində uğurlu çıxış edən heyətində Gülmalıyev də var idi. Məhz həmin turnirdən sonra onu “İnter”in əsas komandasına dəvət edirlər Lakin təəssüf ki, sonradan ürəyində yaranan problem səbəbindən istedadlı futbolçu futboldan getməli oldu. 


“Ərgünəş”in digər yetirməsi Xəyal Quliyev sonradan “Qarabağ”ın əvəzedici komandasının kapitan sarğısını daşıyıb.  Eyni zamanda mövcud olduğu dönəmdə komanda bir çox turnirlərdə yüksək nəticələr də qazanıb. Məsələn komanda Qarabağ torpaqları uğurunda şəhid olmuş Nizami və Aqil Quliyevlərin xatirəsinə həsr olunmuş turnirin qalibi adını qazanıb. Bundan başqa,  “Ərgünəş” mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunan və “Təhsil” cəmiyyətinin Sumqayıt şöbəsinin keçirdiyi turnirdə də hamıdan güclü adına sahib çıxıb. Füzuli təmsilçisi Azərbaycanın Dövlət Müstəqilliyi gününə həsr olunan turnirdə də hamıdan güclü olub. Eyni uğura Milli Mətbuat günü münasibəti ilə keçirilən “İnter-press” turnirində də imza atılıb. Qazanılan uğurlar bunlarla yekunlaşmır. Komanda Təhsil Sumqayıt İdman Mərkəzinin 20 yanvar şəhidlərinin xatirəsinə keçirilən turnirinin də qalibi olub. Uğurlar tək komanda şəklində yekunlaşmır. Komandanın məşqçisi Fuad Mehrəliyev AFFA-nın gənc futbolçuların ustalıqlarının artırılmasındakı xidmətlərinə görə də xüsusi diploma layiq görülüb.  Bütün bu uğurlara 2001-05-ci illər aralığında imza atılıb. “Ərgünəşin” baş məşqçisi Firdovsi Mehrəliyev isə 2002-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin futbol üzrə birinciliyində birinci yeri tutan 109 saylı hərbi hissənin yığma komandasının üzvü kimi sabiq Müdafiə Naziri Səfər Əbiyevin imzaladığı diploma layiq görülüb.Çox təəssüflər olsun ki, maliyyə sıxıntısı ucbatından “Ərgünəş” komandası 2006-cı ildə fəaliyyətini dayandırmalı oldu. 

 

 


Cəbhə bölgəsinin futbol həyatı


“Ərgünəş” fəaliyyətini dayandırsa da Füzulidə futbolu hələ də yaşadırlar. Özü də düşmənlə üz-üzə, cəbhə bölgəsində. El arasında oranı Haramı düzü kimi tanıyırlar. Olanlar bilir ki, iqlim baxımından necə əlverişsiz yerdir. Amma bu gün o yerdə futbolu yaşadan insanlar var. Bu insanların başında Mirdaməd İbadoğlu gedir. Mirdaməd bəy 1980-ci ildə Füzuli rayonunda anadan olub. İxtisasca müəllimdidr. Amma cibinin pulunu futbola qoyan müəllimlərdəndir.  2006-cı ildə “Ərgünəş” fəaliyyətini dayandırandan sonra 3 il Füzulidə futbol olmadı. 2009-cu ildə məhz İbadoğlunun təşəbbüsü ilə “Füzuli” komandası təsis olundu. İlk vaxtlar AFFA-dan müəyyən yardımlar olurdu. Məsələn, federasiya komandalara top-forma verirdi, rayon komandalarının səfər və yemək xərclərini qarşılayırdı. Bundan başqa Mirdaməd bəy AFFA-nın Elit layihəsinə cəlb olunmuşdu ki, ordan aldığı maaş da komanda yaşatmaq baxımından əlindən tuturdu. Lakin təəssüf ki, 2015-ci ildən başlayan iqtisadi böhran, neftin qiymətinin kəskin ucuzlaşması, ardınca ard-arda yaşanan devalvasiyalar və manatın kəskin ucuzlaşması hər sahəyə olduğu kimi, futbola da təsirsiz ötüşmədi. Bu böhran nəticəsində federasiya uşaq komandalarına yardımı da dayandırdı, Elit layihəsi də ləğv olundu.  Bütün bu çətinliklərə baxmayaraq, “Füzuli komandası hələ də yaşayır və AFFA-nın təşkil etdidyi ölkə çempionatında çıxış edir.

Ümumiyyətlə, hazırda Füzuli komandaları AFFA-nın keçirdiyi  Mərkəz regionunun U-10 liqasından U-14 liqasına qədər bütün liqalarda təmsil olunur.  U-10 liqasında Füzulinin dörd təmsilçisi var: “Füzuli”,  “Zobucuq”, “Horadiz” və “Kərimbəyli”.  U-11 liqasında isə rayon 3 komanda ilə təmsil olunur: “Zobucuq”, “Horadiz” və “Kərimbəyli”. U-12 liqasında “Zobucuq”, “Füzuli”,  “Horadiz” və “Kərimbəyli” mübarizə aparır. Eyni adlı komandalar U-13 liqasında da rayonu təmsil edidr. U-14 liqasında isə “Füzuli”, “Horadiz” və “Zobucuq” çıxış edir.
Bir sözlə, hazırda Füzulinin dörd komandası ölkə çempionatının Mərkəz regionunda  mübarizə aparır. Onu da qeyd edək ki, bu zonanın komandaları oyunlarını İmişli rayonunda .oynayır.
Yuxarıda qeyd etdiyimiz kimi, AFFA yardımı dayandırandan sonra vəziyyət də pisləşib. Hazırda bu rayonda ən böyük problem meydança problemidir. Mirdaməd bəyin sözlərinə görə, onlar məşqlərini adətən Böyük Bəhmənli kəndi və Qayıdış qəsəbəsinin torpaq meydançasında keçirlər. Qış aylarında isə buralara palçıqdan ayaq basmaq olmur. Amma federasiya orada bir meydança salsa, ən azından uşaqlar normal məşq edə bilər. Onsuz da orda çalışan insanlar pulsuz-parasız, könüllülük prinsipi ilə çalışırlar. Qazanc götürmək də mümkün deyil. Füzulidə, cəbhə xəttinin bir addımlığında çətin vəziyyətdə yaşayan insanların uşaqlarından aylıq ödəniş istəyə bilməzsən axı. Heç onların bunu ödəməyə imkanları da çatmaz. Hətta bizə verilən məlumata görə, bəzən valideynlərin uşaqların sənədlərini toplamaq üçün adi fotoya, yaxud hansısa arayışa verməyə 1-2 manat tapa bilmirlər. 

Qazanc götürmək üçün yalnız bir yol var, o da futbolçu yetişdirib satmaq. Amma bunun üçün də münbit şərait yoxdur. İlk növbədə az öncə qeyd etdiyimiz meydança problemi. Yaxşı uşağı yetişdirmək üçün yaxşı meydança, yaxşı qidalanma olmalıdır. Bu gün Füzulidə bunların heç biri yoxdur.


İkincisi, İbadoğlunun sözlərinə görə, futbolçunu satacaq klub da yoxdur. Bir “Qəbələ”dir, onların da durumu əvvəlki kimi deyil. Hətta son zamanlar başqa bölgələrdən azyaşlı futbolçuların idxalını da dayandırıblar. Buna qədər isə “Füzuli” komandasından iki futbolçu “Qəbələ” Futbol Akademiysına qəbul edilib. Həmin futbolçulardan biri olan Rauf Məhərrəmov Azərbaycanın U-16 millisinin də üzvüdür. Həmçinin “Sumqayıt”ın heyətinə cəlb etdiyi İbrahim Novruzov da milli komandaya namizəddird. “Füzuli” komandası bu futbolçulara görə yalnız “Qəbələ”dən pul ala bilib ki, buna görə ödənilən məbləğ də çox cüzi olub. 


Mirdaməd bəyin sözlərinə görə, bir ara “Füzuli”yə spondor cəlb etmək üçün kompaniyaya da start verdilər. Hətta bu işdə sabiq həmkarımız, əslən Füzulidən olan Vüsal Hacıyev də öz köməyini əsirgəmədi. Komanda üçün Accessbankda hesab da açıldı. Əgər ildə 6-7 min manatlıq bir büdcə olsaydı 4 yaş qrupu üzrə uşaqlarların xərclərini qarşılamaq olardı. Etiraf edək ki, elə də böyük məbləğ deyildi. Amma təəssüf ki, heç kim bu işə qol qoymadı və açılan hesaba qara qəpik də yatırılmadı. Halbuki bir az dəstək olsa nəticə qazanmaq potensialı var. Məsələn, keçən il “Füzuli”nin U-12 komandası Ağsuda keçirilən zona yarışlarında Saatlı komandasına 3:2 hesabı ilə qalib gələrək, Bakıda kçiriləək final mərhələyə vəsiqə qazanmışıd ki, bu da məcburi köçkün rayonun komandası üçün böyük uğur idi.


Bundan başqa, öyrəndik ki, Füzulinin imkanlı iş adamları, tanınan müğənniləri də düşmənlə üz-üzə dayanıb rayonda futbolu yaşadanlara dəstək vermir. Hər kəsə məlumdur ki, Azərbaycan futbolunda da yetəri qədər füzululi var. Təəssüf ki, onlar da doğma rayonlarına yardım əllərini uzatmırlar. Hətta bizə deyildi ki, “Qarabağ”ın futbolçusu Qara Qarayevə rayona gəlmək, uşaqlarla görüşmək təklif oluns da o, vaxtı olmadığını əsas gətirərək, Füzuliyə getməkdən imtina edib. Sonda həm imkanlı füzulilərə, həm də AFFA rəhbərliyinə sözümüz, onlardan istəyimiz odur ki, heç olmasa düşənlə təmas xəttində futbolu yaşadan o insanlara bir meydança qıysınlar. Axı o uşaqlar yazıqdır yayda tozun-torpağın, qışda da yağışın, palçığın, qarın içində məşq edirlər...

 

Anar XANLAROV

Layihə AFFA Yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
 

 

 

 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Kamran Ağayev Gəncəyə getmək istəmir
Bərdə də böyük futbola qayıdır
“Region Liqası”nda neçə komanda iştirak edəcək?
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
22:44 Bakı klubunun ukraynalı hücumçusu hamıdan çox fərqləndi
22:05 “Qəbələ” təmsilçisi ukraynalı boksçu ilə döyüşəcək
22:01 Nazarov Almaniyada ən yaxşı oyunçu seçildi - VİDEO
21:04 Komandamız avrokuboka məğlubiyyətlə başladı
20:22 Orxan Sadıqlı "Kəpəz" variantına aydınlıq gətirdi: "2-3 günə hər şey bilinəcək" - MÜSAHİBƏ
18:31 Rəşad Sadıqov “Roma”nın düşərgəsində
18:00 “Qəbələ” Daboya yeni müqavilə təklif edəcək
17:21 Pro kursunun 5-ci mərhələsi başladı
17:00 “Sabah” yenə Mikayıl Cabbarovun nəzarətində olacaq
16:41 Elçin Rəhmanov Delio Rossi ilə görüşəcək
16:21 Orxan Hüseynzadə UEFA-nın tədbirində
16:20 İAM sabah "İlin qalibləri-2017"-ni elan edəcək
16:00 Elşad Əhmədov: “Vardar”ın Akademiyasına yaxşı tərəfdən təəccübləndim”
15:41 Klublar Komitəsinin iclası keçiriləcək
15:23 "Qəbələ" legionerini göndərir
15:00 “Region Liqası”nda neçə komanda iştirak edəcək?
14:45 56 qarşılaşma, 183 futbolçu: Kim oynadı, kim vurdu?
14:22 Biz Lorentsonun ətəyindən yapışarkən...
14:00 “Neftçi” Fəhmini “Səbail”ə verməkdən imtina etdi
13:21 Ölkə çempionatında ilk dövrə başa çatdı
13:00 Ayxan Abbasov “Neftçi”yə qol vuran futbolçunu “Zirə”dən göndərir?
12:40 “Kəpəz” kubokun cavab matçına da Bakıda hazırlaşır
12:23 1/4 finalın cavab oyunlarının başlama saatı açıqlandı
12:00 Kamran Ağayev Gəncəyə getmək istəmir
11:45 Sabiq “Qarabağ”lı özünə yeni klub tapdı
11:27 "Qəbələ" - "Səbail" 1:0 - FOTOLAR
11:00 Elmar Vəliyev “Kəpəz”i Antalyaya göndərir?
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.