Ucuz təyyarə biletləri

Regional Liqa necə olmalıdı: “Rekord.az”dan AFFA-ya təklif!

Tarix:  18.09.17 14:09           Yazar:             Oxunub: 691 dəfə
 
Bugünlərdə AFFA I Divizionda cəmi 10 komanda iştirak edəcəyini, “Göyçə”, “Energetik”, “Göyəzən” və “Şahdağ”a lisenziya verilməyəcəyini elan etdi. Bu isə o deməkdi ki, ölkədə region futbolu ölümə doğru gedir. Daha doğrusu, ölüb, ancaq çoxumuzun xəbəri yox idi, AFFA xatırlatdı. Sağ olsun. İndi bizə bizə yalnız bu ölüm ayağında olan “xəstə”ni diriltmək üçün son imkanlardan yararlanmaq qalır. Necə? Biz yazaq, siz oxuyun, qərar verin.
 
Nə baş verib?
AFFA rəsmən elan etdi ki, I divizionda bu komandalar iştirak edəcək: “Mil-Muğan”, “Qaradağ Lökbatan”, “Turan-Tovuz”, “Ağsu”, “Zaqatala”, “Vətən”, “Şüvəlan”, MOİK, “Binə” və “Xəzər”. Yəni Premyer-Liqanın möhürü vurulmuşdu, indi də I Divizion Bakı çempionatına çevriləcək. Durumun faciəvi olduğuna şübhə yoxdu. Bu yekəlikdə ölkənin peşəkar futbol liqalarında cəmi 18 komanda var, onlardan cəmi 7-si bölgəni təmsil edəcək. O 7-dən də ikisi faktiki paytaxt klubu olan “Qarabağ” və “Qəbələ”, biri isə paytaxdan idarə olunan “Kəpəz”di. Qalır cəmi 4 komanda. Təxminən 20 faiz. Yəqin ki, əlavə şərhə ehtiyac yoxdu.
 
Səbəblər nədir?
Uzun-uzadı danışmaq olar. AFFA işin rəsmi tərəfini əsas götürərək lisenziyalaşmanı önə çəkir ki, heç qınayası da deyil. Düzdü, federasiyanın bütün bunları dürüstlük, təmizlik, ölkə futbolunun inkişafı naminə etdiyinə inanacaq qədər axmaq da deyilik. Ancaq reallıqlar da var. Son təxminən 10 ildə varlığı ilə yoxluğu bilinməyən “Şahdağ”, “Energetik” və “Göyəzən”in yaşaması bu günə qədər yuxarıdakılar rəhminə bağlı idi. Ötən mövsüm oyun alqı-satqısı ilə bağlı cəzalar gələndən sonra o rəhm də getdi. Ayda 150-200 manat məvacib alan futbolçunun oyun satmasında təbii şey ola bilməz. Bu qədər az məvacib almalarının günahkarı isə AFFA deyil. Ölkənin ümumi durumunun acınacaqlı olduğunu hər kəs deyil və bunu düzəltmək futbol federasiyasının vəzifə səlahiyyətlərinə daxil deyil. Düzdü, AFFA “Turan”ı qoyub, “Səbail”i Premyer-Liqaya çıxarmaqla qeyri-səmimi olduğunu da ortaya qoymuşdu. Ancaq hazırkı müzakirə mövzusu bu deyil. 
 
AFFA nə təklif edir?
“Onu da qeyd edək ki, I divizionda çıxış etmək hüququ qazana bilməyən komandaların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq”. Budur, təklif. İdeya olaraq yaxşıdı, hətta deyərdim çox gecikmiş addımdı. Hələ ən azı 3-5 il əvvəl buna gedilməliydi. Ki, indi belə böyük problemlərlə qarşılaşmayaq. Bəs bu “Regional Liqa” necə olacaq?
 
Bizim təklif
İnanmasam da, yəqin ki, AFFA-nın bu regional liqanı necə keçirəcəyi barədə bir ideyası var. Hər ehtimala qarşı biz də reallığa söykənən, əsl Regional Liqanın necə olması barədə fikrimizi təqdim etmək istəyirik. Yəqin oxuyub nəzərə alarlar. 
Beləliklə, nə edilməlidi?
 
Əvvəla, işə həvəskar yox, əməlli-başlı peşəkar səviyyədə yanaşılmalıdı. Yəni yaradılacaq Liqanın statusu AFFA tərəfindən tanınmalı, rəsmi xarakter almalıdı. İlk öncə 2-ci divizion yaradılmalıdı. Bəli, çətin olsa da, bu edilməlidi. Sonra yuxarıdan-aşağı Premyer-Liqadan I Diviziona, oradan da II Diviziona mütləq eniş və eyni istiqamətdə aşağıdan-yuxarıya keçid olmalıdı. Yəni mütləq şəkildə Premyer-Liqada sonuncu yer tutan aşağı düşməli, aşağıda çempion olan yuxarı liqaya yüksəlməlidi və s. Bu, ən vacib məqamdı.
Sistemə gəlincə, 2-ci Divizionda 16 komanda yığılmalıdı. Orada hər mövsümün sonunda son 9 yeri (çünki məhz bu sayda Regional Federasiya var) tutan komanda öz region çempionatlarına doğru qayıtmalıdı. Məsələn, 8-16-cı yeri tutan 3 cənub komandası varsa, hər üçü növbəti mövsümü Cənub Regional Futbol Federasiyasının təşkil etdiyi Cənub Regional Liqasında keçirməlidi. Geriyə isə hər il müvafiq liqaların qalibləri yüksəlməlidi. 2-ci Divizionda ilk 3 və ya 4 yeri tutan komanda isə 1-ci divizionda yüksəlməlidi. Ordan da gücləri çatsa, daha yuxarı.
Təklif olunan sistemin əsas üstünlükləri bunlardır
- hər regionun çempionu ən azı 2-ci Dizivionda oynamaq hüquqü qazanır;
- yaxşı çıxış etdikcə və illər ötdükcə, bir regionu bu divizionda 9-a yaxın komanda təmsil edə bilir və daha üst divizionda oynamaq şanslarını artırır;
- yeni yaradılan heç bir klub birbaşa I Divizion və ya Premyer-Liqaya yüksəlmir, əvvəlcə öz regionunda lider olur, peşəkarlaşma mərhələsi keçir, bu da sonradan cəmi bir və ya iki ildə dağılmamasına, dağılsa da, ölkənin futbol həyatına zərbə vurmasının qarşısının vaxtında – daha aşağı mərhələlərdə alınmasına kömək edir;
Aşağıdakı şəkillərdə sxemi təxmini (qrafika baxımından zəif işlənməsinə görə üzr istəyirik) cızırıq ki, vizual anlayış da olsun. Bu bir təklifdi. Ki, yazının müəllifi hələ 13 il əvvəl onu qələmə almış ictimaiyyətə təqdim etmişdi. Federasiya isə indi bu fikrə gəlib. Nə deyək, gec olsun, güc olsun.
 
P.S.: Gərək olarsa, sistemin necə işləməsi barədə federasiya ilə müzakirələrə qoşula bilərik. Təki, yaranan xoş olmayan durumdan çıxış yolu tapılsın.
 
Kənan Məstəliyev, “Rekord.az”
 
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Millimizin sabiq üzvü futbol məktəbi açdı
“Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
"Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
“Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!

Xəbər Lenti
26 Fevral 2018
00:05 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
25 Fevral 2018
23:45 "Kəpəz"in veteran futbolçusu tarixi vərəqlədi: “Taksi ilə gedib “Neftçi”ni udmuşduq” - MÜSAHİBƏ + FOTOLAR
22:44 Millimizdən “Böyük Dəbilqə”də daha bir medal
22:35 Vüqar Nadirovdan het-trik, "Səbail"dən "Qəbələ" üzərində qələbə
21:00 Hücumçumuz Türkiyədə yenə sevindi
20:55 "Qarabağ" - "Kəpəz" 1:0 - VİDEO
20:51 Əzizova "Beşiktaş"ın qələbəsində pay sahibi oldu
20:35 Qurban Qurbanov: “Narahatlığın səbəbi nədi, bilmirəm”
20:23 Yunis Hüseynov: “Keşlə” ilə oyunda da qapımıza ofsayddan qol vuruldu, bu oyunda da”
19:55 “Qarabağ” “Kəpəz”ə, “Sumqayıt” “Keşlə”yə qalib gəldi
19:00 Firdovsi Umudov: “İdmanı siyasətdən uzaq tutmaq istəsək də…”
18:30 "Keşlə" - "Sumqayıt" 1:2 - FOTOLAR
18:11 "Keşlə" - "Sumqayıt" 1:2 - VİDEO
17:21 Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”
17:14 Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”
15:30 Boksçumuz “Strandja”da bürünc medal qazandı
15:00 "Neftçi"dən ayrılan futbolçu: "Bəzi insanlar buna layiq deyildilər" - MÜSAHİBƏ
14:30 "Səbail" - "Qəbələ" 2:1 - FOTOLAR
14:00 Kabel oğurluğuna görə tutulan futbolçu "Zaqatala"da!
13:30 “Duysburq” Eratsız qalib gəldi
13:00 "Qəbələ"nin legionerindən etiraf: "Qarabağ" "Kəpəz"i məğlub etsə..." - MÜSAHİBƏ
12:42 Millimizin sabiq üzvü üçün 90 dəqiqə
12:20 Nəsirovsuz “Sportinq” yenə xal itirdi
12:00 "Zirə"nin yeni legioneri Azərbaycana disklə gəlib: "Mənə demişdilər ki..." - MÜSAHİBƏ
11:41 Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal
11:22 Güləşçilərimizdən ilk gündə 5 qızıl, 2 gümüş və 3 bürünc medal
10:30 Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.