Ucuz təyyarə biletləri

AFFA və PFL-in yeni çempionat ideyası nə vəd edir? - ARAŞDIRMA YAZI

Tarix:  19.09.17 17:09           Yazar:  Rekord.az           Oxunub: 597 dəfə

Çərşənbə axşamı AFFA-da baş tutan toplantıda 2017/18 mövsümündə birinci divizionda neçə komandanın iştirak edəcəyinə qərar verildi. Belə ki, aşağı dəstədə birincilik uğrunda 10 komanda mübarizə aparacaq. Divizionun debütantları “Şüvəlan”, “Xəzər”, “Binə” və “Vətən”di. Sentyabrın 9-da baş tutan ilk komissiyadan keçə bilməyən 6 komanda isə srağagünkü toplantıda da müsbət cavab almadı. Bunlardan “Bakılı”, “Şahdağ”, “Göyəzən” və “Energetik” ötən mövsüm, eləcə də daha öncə birinci divizionda çıxış edirdi. Bundan başqa, “Göyçə”nin debüt arzusu gözündə qaldısa, illər sonra “dirilən” “Karvan”a “yaşıl işıq yandırmadılar”. Maraqlıdı ki, AFFA və PFL rəhbərliyi aşağı dəstədə çıxış etmək hüququ qazana bilməyən komandalar üçün yeni çempionat düşünüb. Onların oynaması üçün həvəskar statuslu “Region Liqası”nın yaradılması ilə bağlı layihə İcraiyyə Komitəsinə təqdim olunacaq. Bir sözlə, ölkəmizdə daha bir yarış keçirilə bilər.
Qeyd olunduğu kimi, sözügedən birincilik peşəkar statusu daşımayacaq. Belə baxanda, onsuz da bizdə həvəskarlar liqası var idi. Maraq doğuran əsas məqamlardan biri məhz odu ki, bu çempionatların fərqi nə olacaq? Həvəskarlar liqasından fərqlənməyən yarışın təşkilinə nə ehtiyac vardı? Birinci diviziona buraxılmayanlar gedib istədiyi həvəskar çempionatda iştirak edə bilər. Ölkədə iki qeyri-peşəkar liqanın təşkil olunması nə qədər məntiqəuyğundu? Halbuki yeni yaradılacaq çempionata da minimum tələblər fonunda peşəkar statusu vermək olardı. Necə ki, elita ilə birinci divizionun tələbləri fərqlidi, region liqası ilə birinci dəstə arasında da müəyyən fərqlər ola bilərdi. Həmin yarışda qalib olan isə diviziona yüksələrdi. Belədə region liqasında da komandalar vaxt öldürmək üçün yox, hansısa hədəf uğrunda mübarizə aparardı.

 


Bundan başqa, yarışın adı region liqadısa, bütün komandaların vahid turnirdə mübarizə aparması doğru seçim deyil. Necə ki, Almaniyada və bir sıra başqa ölkələrdə də bu cür liqalar təşkil olunur. Bizdə də şimal, cənub, qərb və paytaxt komandaları ayrı-ayrı qruplarda mübarizə aparar, sonda isə final mərhələsində hər region üzrə qaliblər üz-üzə gələrdi. Komanda sayını düzəltmək üçün həvəskarlar liqasından kimlərisəı bura cəlb etmək olardı. Bunun maddi tərəfdən də müsbət effekti var. Hamıya məlumdu ki, sözügedən komandaların maliyyə imkanları elə də böyük deyil. Hər dəfə digər regionlara səfər təşkil etmək isə əlavə xərc deməkdi. Halbuki qonşu rayonların komandasının mübarizəsində səfər xərcləri minimum səviyyədə olacaq. Belədə klubları cəlb etmək və razı salmaq da asanlaşacaq. Yalnız finalı paytaxtda təşkil etmək olardı. 

 


Bununla bağlı AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrəndik: “Bunun ən müsbət cəhəti zəncirvari bir sistemin formalaşmasıdı. Artıq 3 çempionat – elita, birinci divizion və regional liqa arasında bağlılıq olacaq. İlk pilləni tutan komandalar özündən üstdəki liqaya vəsiqə qazanacaq. Bu da ümumi işin xeyrinədi. Şəxsən mən İcraiyyə Komitəsinin üzvü kimi həmin ideyanı dəstəkləyirəm. Düşünürəm ki, bu, çox maraqlı bir layihədi. Regional liqa mərhələ xarakteri daşıyır və ordan birinci diviziona vəsiqə qazanmaq mümkün olacaq. Təbii, bizdə həvəskarlar liqası da var. Regional liqaya onlardan da ən yaxşıları cəlb olunacaq. Elə bu vahid sistemə gəlinməsi deməkdi. Düzdü, layihə hələ tam təqdim olunmayıb. Seçim ediləcək və yarışın iştirakçıları müəyyənləşəcək. Belə deyim, komandalar tam peşəkar səviyyəyə yüksəlmək üçün pillə-pillə qalxmalıdı. Bu gün peşəkar statusu almaq istəyən klublar bütün bu mərhələləri keçməlidi. Layihə bizə təqdim olunandan sonra geniş müzakirə etmək olar. Lakin bildiyimə görə, məhz region liqasında ilk yeri tutanlar birinci diviziona yüksələcək. Sözsüz ki, lisenziyalaşdırmanın tələblərinə cavab verməklə. Bu liqa həvəskardan peşəkara keçid xarakteri daşıyır. İddiası, hədəfi olan komandalar üçün bu keçid bir mərhələdi. Belə başa düşürəm ki, bundan sonra kim istəsə, komanda yaradıb birinci divizionda iştirak edə bilməz. İlk öncə region liqanı keçməlisən. Həmin bir ildə özünü təsdiq etməlisən, eyni zamanda lisenziya tələblərinə də cavab verməlisən. O ki qaldı komandaların müxtəlif – şimal, cənub, qərb, paytaxt regional liqalarında mübarizə aparmasına, bizdə tam layihə olmadığından konkret nəsə demək çətindi. Ancaq şəxsən mənim fikrimi soruşsaz, istərdim ki, dediyiniz şəkildə müxtəlif regionlara uyğun qruplar yaradılsın. Bu həm də komanda sayından asılı olacaq. Layihə müzakirə olunanda həmin məsələ də təklif olunacaq. Düz qeyd edirsiz ki, onsuz da maddi durum hər kəsə bəllidi. Hər dəfə cənubu təmsil edən komandanın şimala, qərbə getməsi əlavə xərcdi. Deyək ki, qrupunda ilk pillələri tutanlar yalnız final mərhələsində qarşılaşsın. Məncə, bütün detalların geniş müzakirəyə ehtiyacı var. Hər halda, bu yöndə ilk addım atılıb. İdeyanı təkmilləşdirmək üçün sizli-bizli tövsiyələr irəli sürməliyik. Məşqçilər Komitəsi olaraq layihə ilə bağlı işlərə başlayacağıq. Yekunda İK-nın iclasında bu layihə haqda qərar veriləcək”. ("Futbol plus" qəzeti)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qışda “Qəbələ”dən gedəcək ilk futbolçunun adı məlum oldu - ÖZƏL!
Azərbaycanda daha bir baş məşqçi istefası
Tərlan Əhmədov qışda onu da göndərir - ÖZƏL!
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
MOİK AFFA-nı çətin vəziyyətə saldı: "ya pul verin, ya da..." - ÖZƏL!
Yunis Hüseynov stadion direktoru olmaqdan imtina etdi
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
Şehiçin “Qarabağ”da son mövsümüdür?
“Göyəzən” üçün gülməli büdcə
Nazir debütantın oyununu izlədi və futbolçuları təbrik etdi

Xəbər Lenti
17 Oktyabr 2017
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
19:21 9-cu turun oyun cədvəli bəlli oldu
19:00 Səlahət Ağayev yenidən “Neftçi”nin düşərgəsində
18:40 Birinci Divizionda 4-cü turun oyun cədvəli
18:21 “Qəbələ” - “Qarabağ” matçının başlama saatı açıqlandı
18:10 Simeone: “Qarabağın tarixi haqda məlumatım yoxdur"
18:05 Saul Niqes: “Bizim üçün ölüm-qalım matçı olacaq”
18:00 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı niyə gecikir?
17:42 “Neftçi”də 16 yaşlı futbolçu - FOTOLAR
17:21 İtaliya A Seriyasında baş məşqçi istefası
17:00 “Göyəzən” üçün gülməli büdcə
16:40 23-cü dəfə ölkə çempionu oldular
16:30 Pley-offun püşkü atıldı - İtaliya İsveçə rəqib oldu
16:26 Bakı klubunun baş məqşçisi də bəlli oldu
16:21 “Turan Tovuz” - “Mil-Muğan” 1:1 - VİDEO
16:11 Avrokubokda yeganə təmsilçimizin heyəti açıqlandı
15:41 5 liqada 6890 futbolçu
15:25 Mourinyo: Maaşımı artırın
15:11 “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı
15:00 Qusar rəhbərliyinə futbol lazım deyil?
14:43 "Fanatik"dən iddia: Prosineçki "Trabzonspor"la razılığa gəldi
14:22 Tomas Partey: "Qarabağ"la oyun asan olmayacaq"
14:12 Qurban Qurbanov: "Bu gün Azərbaycanda "Atletiko"da oynayacaq səviyyədə futbolçu yoxdur" - MÜSAHİBƏ
14:00 AFFA “Neftçi”yə yeni sponsor axtarır
13:43 Çempionlar Liqasında 3-cü tura start verilir
13:22 Veteran güləşçilərimizdən 1 qızıl və 1 gümüş medal
13:00 Şehiçin “Qarabağ”da son mövsümüdür?
12:40 Elçin Məmmədov ÇL matçına təyinat aldı
12:21 Premyer Liqanın məşhur klubu satışa çıxarıldı
12:00 Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
11:40 Emin üçün 90 dəqiqə və 3 xal
11:21 Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi
11:00 "Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
10:29 Daha bir milli üzvü Rusiyada məyus oldu
10:00 İdman jurnalistləri millinin başında kimi görmək istəyir? - SORĞU
16 Oktyabr 2017
22:30 "Ağsu" - "Xəzər" 1:1 - VİDEO
22:10 Millimiz son oyundan qalib ayrıldı
22:01 Məmmədova Rusiyanın ilk Super Kubokunu qazana bilmədi
22:00 MOİK - "Şüvəlan" 1:0 - VİDEO
22:00 Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR
21:00 Mərziyyə Məhərrəmova AÇ-də 6-cı oldu
20:49 Rauf Əliyevin dubl etdiyi oyun - VİDEO
20:48 "Binə" - "Qaradağ Lökbatan" 0:0 - VİDEO
20:20 Öncə Qurbanov, sonra Simeone
20:10 Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi
20:00 "İnter" futbolçuları hələ də maaş almayıb
19:21 AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR
19:16 Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.