Ucuz təyyarə biletləri

UEFA Millətlər Liqası və "Avro-2020" ilə bağlı qərarları açıqladı

Tarix:  21.09.17 11:09           Yazar:  Rekord.az           Oxunub: 92 dəfə

UEFA Millətlər Liqasın turnirin keçirilmə formatı və "Avro-2020"yə vəsiqələrlə bağlı son qərarları təsdiqlənib.

 

Rekord.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, yarışda UEFA-ya üzv olan 55 millinin hamısı iştirak edəcək. 2017-ci il oktyabrın 11-də açıqlanacaq UEFA-nın yığmalar üçün reytinqinə görə komandalar A, B, C və D liqalarına bölünəcək.
 
A və B liqalarında 12, C liqasında 15, D liqasında 16 komanda olacaq. A və B liqasının hərəsində 3 komandadan ibarət 4 qrup olacaq. C liqasında isə bir qrupda 3, üçündə 4 yığma mübarizə aparacaqsa, D liqasında 4 komandalı dörd qrupa ayrılacaq.

Matçlar 2018-ci ilin sentyabr-noyabr aylarında keçiriləcək.

Qrup qalibləri daha yüksək dəstəyə vəsiqə qazanacaqsa, sonuncu olanlar aşağı diviziona yuvarlanacaq.
 
Millətlər Liqasının qrup mərhələsinin püşkatma mərasimi gələn il yanvarın 24-ü olacaq.

Avro-2020-yə vəsiqələrlə bağlı da yekun qərar verilib. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.
 
2019-cu ilin martında Avro-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.
 
Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

Qeyd edək ki, Millətlər Liqasında və "Avro-2020"nin seçmə mərhələsində Azərbaycan millisi də iştirak edəcək.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
“Göyəzən” üçün gülməli büdcə
MOİK AFFA-nı çətin vəziyyətə saldı: "ya pul verin, ya da..." - ÖZƏL!
Şehiçin “Qarabağ”da son mövsümüdür?
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
AFFA “Neftçi”yə yeni sponsor axtarır
"Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
AFFA qışda bütün məşqçilərini "Bakı"nın bazasına yerləşdirəcək
Nazir debütantın oyununu izlədi və futbolçuları təbrik etdi

Xəbər Lenti
18 Oktyabr 2017
22:39 Dieqo Simeone: “Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı”
22:25 “Qarabağ”ın qrupunda üçhakimiyyətlilik
21:54 “Qarabağ” “Atletiko” ilə tarixi heç-heçəyə imza atdı!
21:35 "Fənərbaxça"nın qələbə qazandığı oyunda hücumçumuz 22 dəfə fərqləndi
21:23 Kapitanımız Türkiyədə ilk qələbəsini qazanıb
21:09 Azərbaycan millisinin AÇ üçün heyəti açıqlandı
19:20 Yığmamız Tiflisdən 5 medalla qayıdır
19:15 "Qarabağ" "Atletiko"ya qalib gəlsə, azarkeşlər evə taksi ilə gedəcək, özü də pulsuz
19:10 “Kəpəz” derbiyə itkilərlə çıxacaq
18:42 "Qarabağ" - "Atletiko" matçında yenilik - FOTO
18:40 Yığmamızın Fransa və İspaniya oyunlarının başlama saatı açıqlandı
18:21 Azərbaycanlı hakimə ilk təyinat
18:00 Füzuli Cavadov: "Qurbandan xahiş etdim ki, Vaqifi hamının içində danlamasın" - MÜSAHİBƏ
17:40 Elnarə Abbasova AÇ-də 6-cı oldu
17:30 Əzizovanın formasını geyindiyi "Beşiktaş" qələbə qazandı
17:00 Bu da son: Türkiyə çempionatı Azərbaycanda yayımlanmayacaq!
16:40 "Atletiko"yla matçdan sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq
16:21 Super Liqanın yayımı ilə bağlı “CBC Sport”dan rəsmi açıqlama
15:55 “Qarabağ” "Atletiko"ya böyük hesabla uduzdu
15:21 “Trabzonspor” yeni baş məşqçisinin adını rəsmən açıqladı
15:00 Koke "Qarabağ"a qarşı oynamayacaq?
14:40 Dörd komandaya texniki məğlubiyyət, baş məşqçiyə 5 oyunluq cəza
14:21 Divizion klublarının da cəzaları açıqlandı
14:00 Gəncə stadionunda yerləşdirilən reklam löhvlərinin pulu hara gedir?
13:40 AFFA Derlis Meza Kollini cəzalandırdı
13:21 Maşallah Əhmədovdan şikayət edildi
13:00 "Marca" Qarabağ həqiqətlərindən yazdı: "Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib"
12:40 “Qarabağ” BOS-da fan-şop açacaq
12:21 Daha bir milli komanda baş məşqçisiz qaldı
12:00 "Karvan"ın sabiq futbolçusu məşqçiliyə başlayır
11:40 “Qəbələ”dən bir oyunda 30 qol
11:00 "Kəpəz" sabiq futbolçusunu həbsdən çıxardır və işlə təmin edir
10:31 Premyer Liqa klubu baş məşqçisini qovdu
10:00 Bakı klubu Argentina millisinin hücumçusu ilə razılaşmanı ləğv etdi
09:51 Millimizin üzvü ÇL-də mübarizəyə başladı
09:37 Avrokubok təmsilçimiz heyətinə bir neçə legioner cəlb edib
00:24 "Qarabağ" "Atletiko" ilə matça hazırdı - FOTOLAR
17 Oktyabr 2017
23:56 Millimiz elit-raunda vəsiqə qazandı
23:02 Paşa İbrahimli AÇ-də 5-ci yeri tutdu
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
19:21 9-cu turun oyun cədvəli bəlli oldu
19:00 Səlahət Ağayev yenidən “Neftçi”nin düşərgəsində
18:40 Birinci Divizionda 4-cü turun oyun cədvəli
18:21 “Qəbələ” - “Qarabağ” matçının başlama saatı açıqlandı
18:10 Simeone: “Qarabağın tarixi haqda məlumatım yoxdur"
18:05 Saul Niqes: “Bizim üçün ölüm-qalım matçı olacaq”
18:00 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı niyə gecikir?
17:42 “Neftçi”də 16 yaşlı futbolçu - FOTOLAR
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.