Ucuz təyyarə biletləri

Millimizin ilk tarixi oyununun iştirakçısı: "Ən gənc Mahmud Qurbanovla mən idim" - MÜSAHBƏ

Tarix:  21.09.17 12:09           Yazar:  Rekord.az           Oxunub: 318 dəfə

17 sentyabr 1992-ci il. Azərbaycan millisi tarixində keçirdiyi ilk oyunda mərhum baş məşqçi Əhməd Ələsgərovun meydana buraxdığı 15 oyunçunun hamısı karyerasını başa vursa belə, hələ də bu adlara zaman-zaman mətbuatda və s. rast gəlmək olar. Amma iki nəfər var ki, onlar bizim nəzərlərmizdən qıraqda qalıb. Hansı ki, hər ikisi neçə illərdi ki, vətəndən kənarda yaşayır. Futboldan uzaqlaşıb Türkiyədə öz biznesi ilə məşğul olan Vüqar İsmayılovdan fərqli “ilk”lərdən olan Kamil Bayramov Rusiyada da sevimli peşəsi ilə məşğuldu. O, hazırda “OİK-Rostov” klubunun əvəzedici komandasının və Rostov şəhərinin tələbə yığmasının baş məşqçisidi. Kamil bəyi çox axtarıb, nəhayət ki, Bakıda yaşayan qouhmları vasitəsilə nömrəsini əldə edə bildik. Elə zəngimiz onu Rusiyanın tələbə çempionatının növbəti oyununa səfərə gedərkən yolda yaxaladı:

- Sizi Azərbaycandan narahat edirik...

- Çox şad oldum. Azərbaycandan mənə adətən, qohumlar, dostlar zəng edir. Buyurun.

- Futbol11.az saytındanıq. Bugünkü tarix (dünən: 17 sentyabr) sizə nəsə deyirmi?

- (Bir az fikirləşdikdən sonra) Sentyabrın 17-i, çox gözəl hava var, qəşəng tarixdi. Komandamla növbəti oyuna – Rostovdan Permə gedirik. Rostovun tələbə komanasında baş məşqçiyəm. Hansı ki, Rusiyanın tələbələrdən ibarət çempionat matçına gedirik. Pis tarix kimi yadımda qalmayıb.

- Bəlkə 25 il əvvələ qayıdaq?

- 1992-ci il, nə ola bilər? Yadıma nəsə düşmədi.

- 25 il əvvəl, sentyabrın 17-də Azərbaycan yığması ilk matçına çıxıb. Hansı ki, iştirakçılarından biri siz olmusunuz...

- Hə, həmin matç 92-ci il sentyabrın 17-də idi? Bəli, yadıma gəlir, ilk oyun idi. Deyəsən, heyətdə yaşca ən gənc Mahmud Qurbanovla mən idim. İlk matç olduğundan yığmaya o zamanlar ölkənin ən yaxşı futbolçularını çağırmışdılar: Nazim Süleymanov, Şahin Diniyev, Vidadi Rzayev – hamısı orada idi. Səhv etmirəmsə Gürcüstan, ya İrana qarşı çıxış etmişdik... Yadıma düşdü, rəqib gürcülər idi. İndi yadıma salacam. Gürcaani şəhərində olmuşdu. Səhv etmirəmsə, 6:3 hesabı ilə məğlub olduq. Sona 15 dəqiqə qalmış meydana daxil oldum. Çıxıb, penalti qazandım. Düzdü, həmin vaxt mətbuatda Vidadi Rzayevin adına yazılmışdı. Amma penaltini mən qazanmışdım, Nazim də zərbəni dəqiq yerinə yetirdi. Gürcülərin həmin vaxt heyəti çox güclü idi. Arveladze qardaşlarından savayı xaricdə oynayan bir neçə legionerləri var idi. Düzdü, bizim də heyətimiz zəif deyildi. Üzdə olan futbolçularmızın demək olar ki hamısı oyanyırdılar. İndi danışdıqca yadıma düşür. Bir az həyəcanlandım. Demək 25 il olub. Heç ağlıma gəlməzdi ki, bu oyuna görə mənə də kimsə zəng vurub axtaracaq.  Çox şad oldum. İndi başa düşdüm ki, 17 sentyabr adi tarix deyilmiş.

- Azərbaycana növbəti səfəriniz nə vaxt olacaq?

- Uzun illərdən bəri Rostovdayam.  “OİK-Rostov”un əvəzedici heyətində işləyirəm. Həm də tələbə çempionatında komandamız var. İşlərimin çoxluğuna görə Azərbaycana bu il gələ bilməyəcəm. Ola bilsin, gələn il gəldim. Çalışacam ki, dostlarla, sabiq futbolçularla görüşüm. Azərbaycan futbolunu izləyirəm. Bu yaxınlarda “Qəbələ” Futbol Akademiyası bizdən 1 oyunçu istəmişdi, onu da göndərdik. Hansısa şəkildə Azərbaycan futboluna xidmət etmək istəyirəm.

- Bakıdakı dostlarınıza nəsə sözünüz varmı? 

- Zənginizə görə çox şad oldum. Məni tanıyan keçmiş futbolçu dostlarımın hamısına salam deyirəm. Yığmamız da 25 il əvvəl bizim başladığımız yolu indi uğurla davam etdirir. Seçmə mərhələdəki oyunlarını izləyirəm, yaxşı nəticələr göstərirlər. Hazırda qrupda 3-cü pillədədilər. Böyük nailiyyətlər əldə etməklərini arzu edirəm. 

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.