Ucuz təyyarə biletləri

Samir Abasovun Cənnəti

Tarix:  23.09.17 10:09           Yazar:  Amal Abuşov           Oxunub: 634 dəfə

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Qarabağ”dan 4 qol buraxdıqları oyundan sonra dağıstanlı qapıçısı Mehdi Cənnətova şans verməyə davam edəcəyini bildirdi. Guya ki, bununla çalışdırıcı onun timsalında Fərhada layiqli əvəzləyici hazırlayırmış, “milliləşdirilmiş” qapıçının səviyyəsiylə tanış olurmuş. Bəs Türkiyədəki təlim-məşq toplanışı, komandanın sizin nəzarətinizlə keçən məşqləri nə üçündü, cənab Abasov? Azərbaycanda qanunlar bir az möhkəm olsaydı və bu qanunları yaxşıca qoruyan tapılsaydı, Mehdi ən azından ölkədən deportasiya edilər, onu bizim futbola calaq edənlər isə ömürlərinin bir-neçə ilini dəmir barmaqlıqlar arxasında keçirərdilər.

 

Əsl adı Mexti Djanetov olan dağıstanlını bir vaxtlar Azərbaycanın müxtəlif aşağı yaş qruplarına cəlb etmişdilər. Sonra onu evinə yola saldılar. Mexti də uzun müddət “Anji”nin əvəzedici heyətində məşq etdi, bir müddət icarə əsasında aşağı dəstədə mübarizə aparan “Baltika”da gün keçirdi. 1992-ci ilin 26 yanvarında Rusiyanın Mahaçqala şəhərində anadan olan Mexti Ramazanoviç Djanetovu hərlədib-fırladıb yenidən Azərbaycana gətirdilər. Sumqayıta gələn kimi Mexti Mehdiyə, Djanetov isə Cənnətova çevrildi. Eynillə Maqomed Mirzabekovun Məhəmməd Mirzəbəyova çevrildiyi kimi. Adamlar o dərəcədə qanunlara tüpürür, öz bildikləri kimi hərəkət edirlər ki, adları belə tərcümə etməkdən çəkinmirlər. Həmin vaxt həmkarlarım bu məsələni araşdırmaq üçün “Sumqayıt”ın meneceri Ceyhun Sultanova və qapıçılar üzrə məşqçi Etibar Tarıverdiyevə müraciət etmişdilər. Hazırcavab Ceyhun bəy birbaşa AFFA-nı nişan vermişdi: “Siz Axtyamovu da araşdırmısız? Biz Mehdini milliyə yox, “Sumqayıt”a çağırmışıq”. Tarıverdiyev isə israrla Mehdinin gəlişini klubun “daxili işi” adlandırmış, qalan məsələlərin ona aidiyyatı olmadığını bildirmişdi. Klubun hər iki rəsmi şəxsi Djanetovu iş başında görmədiklərini, “yutub”dakı görüntülərinə əsasən qərar verdiklərini etiraf etmişdilər.

 

Maşallah olsun, artıq biz “Sumqayıt”ın Cənnətovunu iş başında görmək şərəfinə nail olmuşuq. Adam artıq 25 yaşını tamamlayıb, 26-ya doğru addımlayır. Heç bir klubda möhkəmlənə, əsas qapıçıya çevrilə bilməyib. Amma AFFA-dakı məlum mafiyanın üzvləri ona Azərbaycan pasportu verib, “Sumqayıt”a ötürüblər. Jurnalistlərin qarşısında özünü dağdan ağır zəhmli mütəxəssis kimi aparan Samir Abasov isə özündə buna qarşı çıxmağa, “komandanın baş məşqçisi mənəmsə, belə səviyyəsiz qapıçıya etimad göstərmərəm” deməyə cəsarət tapa bilməyib. “Zirə”ylə oyunda Abasov “çərçivə”ni Mehdiyə tapşırmışdı. “Mükafatı” isə “Sumqayıt”ın qapısında üç qol görməsi oldu. “Qarabağ” isə bu sayı bir vahid də artırdı. Söhbət təkcə “Sumqayıt”ın qapısına vurulan qolların sayında deyil. Dağıstanlı qapıçısı 90 dəqiqə ərzində iki dəfə penaltiyə səbəb oldu. Yaxşı ki, bir epizodda hakim “ağ nöqtə”ni göstərmədi. Mahir Mədətovun qolları, həlledici epizodlarda Mehdinin özünü itirməsi, adi vəziyyətdə topu iki cəhddə ram etməsi isə onun bir qapıçı kimi səviyyəsini aydın göstərir. Ümid edək ki, bizim gördüklərimizi Samir bəy də görüb. Və o, dağıstanlıya verdiyi şansı yerli gənclərə də tanımq üçün özündə cəsarət tapacaq. Cənnəti Mehdinin ayaqları altında axtarmayın, yoldaşlar. Yoxsa, yolunuz əks tərəfə olacaq!

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
10:25 Nizami Hacıyev və Mirhüseyn Seyidov əfv edilə bilər! - ÖZƏL
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.