Ucuz təyyarə biletləri

Cəhənnəmin mübarək, Sumqayıt!

Tarix:  23.09.17 17:09           Yazar:  Rekord.az           Oxunub: 709 dəfə
Dünəndən bəri haqqında danışılan, müzakirələr aparılan Mehdi Cənnətov haqda mən də 1-2 kəlmə yazmaq fikrinə düşdüm. Bu dağıstanlı balası dünəndən bəri bütün Sumqayıtın futbol ictimaiyyətinin  əsəblərini tarıma çəkib. Ən çox eşitdiyim iki sual isə bunlardı: “Fərhad niyə dayanmamışdı?” “bu qapıçı kimdi, bunu hardan tutub gətiriblər?”. Hər ikisi də haqlı sualdır. 
 
 
Mehti Cənnətovu “Sumqayıt” klubu Dağıstandan gətirib, “Anji”nin ikinci komandasından. Bildiyim qədəri ilə orda da heç kimə lazım deyildi. İndi kim gətirib, necə gətirib, orası ilə işim yoxdur. Gətirilmə səbəbi də Fərhad Vəliyevin yerinə layiqli əvəzedici kimi hazırlanmasıdır. Hər halda, “Sumqayıt”ın baş məşqçisi Samir Abasov dünənki açıqlamasında bu cür deyib. Eyni zamanda deyib ki, Fərhadın artıq yaşı məlumdur və bu gün-sabah futboldan gedəcək. Həmçinin vurğulayıb ki, qapıçı səhv edə-edə öyrənir, Mehtiyə da şans verilməlidir ki, özünü göstərsin. Tamam. Abasovun dediklərinin hamısında həqiqət var. Amma...
 
 
1. Futbolda əsas olan kimin neçə yaşının olması yox, kimin hansı formada olmasıdır. Necə deyərlər, futbolçunun  pasportuna yox, meydançadakı oyununa baxmaq lazımdır. Bu mənada Fərhad hazırda nəinki “Sumqayıt”da, ümumiyyətlə, ölkədə ən formada olan 2-3 qapıçıdan biridir.
 
 
2. Bəli, Fərhadın 37 yaşı var. Amma o, dəfələrlə açıqlamsında deyib ki, hələ karyerasını bitirməyi düşünmür və ən azı daha iki mövsüm oynayacaq gücdədir. Oyunlarda da bunu sübut edir. Yəni adam əsas heyətdəki yerini öz oyunu ilə haqq edir. Bu gün  Buffon, Peter Çex daha neçə-neçə dünya səviyyəli qapıçı 40 yaşın astanasında əla formadadılar və klublarında əvəzedilməzdilər. “Milan” kimi klub bu qış “Kalyari”dən 40 yaşlı Marko Storarini transfer etdi. Yaxud Qorka İrazosun bu yaşda “Atletik”də hansı oyunu ortaya qoyduğunu da hər kəs görür. Hələ mən 40 yaşında dünya çempionatında dayanan Zoff, Şilton, Çilavertdən danışmıram. 
 
 
3. Qapıçını yoxlama üçün müvafiq məqamlar, oyunlar var. İlk növbədə yeni qapıçını təlim-məşq toplanışında sınaqdan çıxardırlar. Daha sonra ona yoxlama oyunlarında şans verirlər. Burda da özünü doğruldandan sonra müqavilə bağlayırlar. Çempionat oyunlarında da qapıçıya şans verməyin qaydası var.  Perspektiv üçün alınan qapıçını ilk növbədə daha zəif rəqiblərlə oyunlarda qapıya qoyurlar. Yaxud da kubok matçlarında. O da bəzi hallarda oyunun gedilşində. Kiməsə ağıl öyrətmək fikrim yoxdur. Sadəcə, gözümüzü açandan belə görmüşük. Amma Cənnətova hansı oyunlarda şans verilir? “Zirə”, “Qarabağ”. Biri hazırkı lider və çox güclü heyətə malik komanda, digəri də son ölkə çempionu və hazırda ölkənin ən güclü komandası.  Debütant qapıçını belə oyunlarda yoxlamırlar axı. “Zirə” ilə oyun liderlər qrupundan qopmamaq baxımından “Sumqayıt” üçün çox vacib idi. Amma Cənnətov həmin oyunda hansı hoqqaları çıxardı, bunu hamı gördü. Düşünmək olar ki, Samir Abasov fikirləşib ki, bir oyunla qapıçıya qiymət verməyim və daha bir oyunda da ona şans veimr. Bunu da başa düşdüm. Amma həmin o “bir oyun” “Qarabağ”la oyun olmamalı idi. Ən azı gözləyib gələn tur “Səbail”lə oyunda qapıya Mehtini qoymaq olardı.
 
 
4. Samir Abasov Cənnətov haqqında elə danışır ki, sanki onun 16-17 yaşı var. Qardaş, Cənnətovun 25 yaşı var gələn il 26-a qədəm qoyur. Bu yaşda qapıçını birbaşa əsas heyət üçün transfer edirlər, perspektiv üçün yox. 25-26 yaşlı qapıçı haqda “səhv edə-edə öyrənməlidir, praktika yığmalıdır” demirlər. Ən azı Samir Abasov bu sözü deməməlidir. Çünki onun özü 25 yaşında “Neftçi”nin və millinin üzvü idi. 
 
 
5. Mehtinin dağıstanlı olduğunu o qədər də qabartmadım, niyə? Təbii, mən də onun tərəfdarıyam ki, bu gün Fərhadın əvəzləyicisi gözü ilə baxılan qapıçı “Sumqayıt”ın öz akademiyasında yetişən 16-17 yaşlı gənc olmalıdır. Çünki bu gün perspektiv axtarmaq üçün Dağıstana üz tutursansa, o zaman illərdi o boyda akademiyanı niyə açmısan, yetişdirdiyin qapıçı hanı? Amma deyək ki, bu, klubdur və hansısa ölkədən legioner qapıçı transfer edir. Sabah Mehti Cənnətovu Azərbaycan millisinə çağırsalar o zaman nə yazacağımı bilirəm. İndiki halda “klub legioner qapıçı transfer edib” deyib keçmək olar. Amma bir şərtlə ki, bu qapıçşı səviyyəli qapıçı olsun. Cənnətov səviyyəlidir? Mənə görə xeyr. O, öz səviyyəsini “Zirə” və “Qarabağ”la oyunlarda buraxdığı qollarla göstərdi. Hansı ki, o qolların yarısında birbaşa qapıçının kobud səhvi var idi. Adamınn 25 yaşı var hələ çərçivədə yerini tutdura bilmir. Dünən elə oyunun əvvəlində Pedronu vurub yerə sərdi və Allah üzünə baxdı ki, Orxan Məmmədov penalti vermədi. “Qarabağ”ın bərabərlik qolunda Pedro onun qucağından topu oğurlayıb qol vurdu. O zonada yaxşı qapıçı topa hakim olmalıdır. Ndlovun penalti epizodundan danışmağına dəyməz. Yenə getsin Allahına şükür eləsin ki, hakim onu meydançadan qovmadı. Yoxsa “Sumqayıt” yekunda meydançanı 1:4 yox, bəlkə də 1:8 hesablı məğlubiyyətlə tərk edərdi. Yenə cəhənnəm, Mahir Mədətovun iki zərbəsindən birinə möhtəşəm seyv etsəydi deyərdim bəlkə buna görə ona daha bir şans vermək olar. Amma yox, bu qapıçı ona inanmaq, gələcəyi haqda müsbət fikirləşmək üçün heç bir şans vermir.
 
 
Məndən olsa, günü bu gündən onun yerinə gənc azərbaycanlı qapıçı axtarardım. Ya da “Suqmayıt”ın əvəzedici, U-19 və ya U-17 qapıçısını gətirib onun yerinə hazırlayardım. Amma Samir Abasov deyir ki, bundan sonrakı oyunlarda da Cənnətova şans verməkdə davam edəcək. Onun bu açıqlamasından sonra mənim sumqayıtlı azarkeşlərlə, futbolsevərlərə deyəcək tək sözüm qalır: cəhənnəminiz mübarək!
 
Anar XANLAROV
* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sənan Abdullayev
Elnur Cəfərovu tanıyırsızmı?
2017-11-12  // 163 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Rəşad Sadıqovun "Qarabağ"a gətirdiyi futbolçu milliləşdirilir?
Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
Bərdə də böyük futbola qayıdır
Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
“Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
Gəncə stadionda yeni meydançaları kim tikəcək?
“Keşlə” “Kəpəz”ə, “Zirə” “Neftçi”yə qalib gəldi

Xəbər Lenti
12 Dekabr 2017
10:10 Hücumçumuz komandasına qələbə qazandırdı
09:53 Bakı klubu avrokubokda mübarizəyə başlayır
09:40 Həsənova Fransada növbəti qələbəsini qazanıb
11 Dekabr 2017
23:55 Pedro Enrike: "Hər şey məndən asılı deyil"
23:47 Fərhad Vəliyev: “Pedro Enrike məni aldatdı”
23:38 Vurğun Hüseynov: "Bu nəticəni pis hesab etmirəm"
23:33 “Region Liqası”nın püşkü atılacaq
22:37 "Qarabağ" - "Sumqayıt" 2:1 - FOTOLAR
22:05 "Qarabağ" - "Sumqayıt" 2:1 - VİDEO
21:22 Qurban Qurbanov: “Bu gün əmin oldum ki, sizdən heç nə saxlamaq olmur”
21:11 “Bu oyunçular millinin gələcək üzvləridi”
20:55 “Qarabağ” “Sumqayıt”a, “Qəbələ” “Səbail”ə qalib gəldi
19:30 "Qəbələ" - "Səbail" 1:0 - VİDEO
18:45 Samir Əliyev: “Buna illər lazımdı”
18:40 Roman Qriqorçuk: “Onu Azərbaycanın ən yaxşı futbolçularından sayıram”
18:00 Kamran Ağayev və Namiq Ələsgərov "Kəpəz"in hədəfində
17:46 Rəşad Əzizlidən iddialı açıqlama: "Mərhələni "Neftçi" keçəcək" - MÜSAHİBƏ
17:22 Messi 525-ə çatdı
17:00 Yunis Hüseynovun siyahısında 5 legionerin adı var - ÖZƏL!
16:56 Avropa Liqasında 1/16 finalın püşkü atıldı
16:45 Dani Kintanadan 1 qolla 2 yubiley
16:33 Komandamızın avrokubokdakı ilk oyununun hakimləri bəlli olub
16:21 “Qarabağ” evdə, “Qəbələ” səfərdə
16:00 Rəşad Sadıqov U-21-in baş məşqçisi olacaq
15:49 "Səbail"in məşqçisi Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib
15:43 Qurban Qurbanovlu milli komandamızın ilk rəqibi bəlli oldu
15:40 “Qarabağ”dan mövsümün rekordu
15:30 ÇL-də 1/8 finalın püşkü atıldı: “Real” PSJ-yə rəqib oldu
15:21 “Qəbələ” mövsümün ilk yarısında - STATİSTİKA
15:00 Kamran Ağayev kef məclisi qurdu, meyxanaçıların "şotu"nu verdi
14:42 İsrafilovlu “Ximnastik”dən qələbə
14:21 70 dəqiqə və 1 xal
14:00 Bərdə də böyük futbola qayıdır
13:40 290 oyun, 8170 futbolçu
13:21 Dadaşov het-trik etdi, komandası 5 qola sevindi
13:00 Bakının daha bir qəsəbəsində yeni komanda yaradılır və "Region Liqası"nda oynayacaq
12:40 Nəsirov oynamadı, komandası “Benfika”ya uduzdu
12:22 Paşayev Kiyev "Dinamo"suna qarşı 90 dəqiqə oynadı
12:00 Tərlan Əhmədov Barqasa xəbərdarlıq etdi
11:47 Təmkin Xəlilzadə: "Bu şansı əldən verməməliyik" - MÜSAHİBƏ
11:22 Rəşad Sadiqov: "Başqa yolumuz yoxdur" - MÜSAHİBƏ
11:00 Gəncə stadionda yeni meydançaları kim tikəcək?
10:30 "Zirə" - "Neftçi" 1:0 - FOTOLAR
10:28 İtaliyada çıxış edən millimizin üzvü yenə meydandan kənar qaldı
10 Dekabr 2017
23:51 "Keşlə" - "Kəpəz" 2:0 - FOTOLAR
23:11 Baş məşqçiyə uzun müddət şans verilməlidir?!
23:03 Samir Abasov Madrid “Atletiko”sunun düşərgəsində
21:00 Zəngilan futbolunun ön sözü və ya "Neftçi"dən Almaniyaya gedən yol - YAZI
20:30 Eratsız “Duysburq” xal itirdi
19:54 "Zirə" - "Neftçi" 1:0 - VİDEO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.