Ucuz təyyarə biletləri

Güləş yığmamızdan DÇ-də daha 2 medal!

Tarix:  24.09.17 10:09           Yazar:             Oxunub: 75 dəfə

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatının dördüncü günündə - sentyabrın 24-də Azərbaycan idmançıları 2 gümüş və 1 bürünc medal qazanıblar.


Rekord.az xəbər verir ki, bununla da Azərbaycan milli komandasının aktivindəki medalların sayı 10-a çatıb.


Litva Beynəlxalq Universitetinin idman zalında keçirilən yarışın dördüncü günündə Azərbaycanın dörd güləşçisi mübarizəyə qoşulub. Belə ki, yunan-Roma güləşçilərimiz Elton Vəzirzadə (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Cavid Feyziyev (130 kq) xalça üzərinə çıxıblar.


İlk görüşdə isveç güləşçisi Dietçe Damianı 4:3 hesabı ilə məğlub edən Elton Vəzirzadə sonrakı qarşılaşmada Koreya Respublikasından olan Yu Yeontak üzərində 4:3 hesabı ilə qələbə qazanıb. Daha sonra Elton Vəzirzadə Ermənistan idmançısı Rafike Manukyanı 6:4 hesabı ilə məğlub edərək finala çıxıb.


Finalda Elton Vəzirzadə ukraynalı Andrey Antonikə məğlub olub gümüş medal qazanıb. İslam Abbasov ilk görüşdə Estoniya təmsilçisi Piaser Martinə 8:0 hesabı ilə qalib gəlib. O, ikinci görüşdə yunanıstanlı İlias Boukiseni 9:0 hesabı ilə məğlub edib. Üçüncü yer uğrunda görüşdə İslam Abbasov erməni idmançı Argosti Abqaryanı 5:0 hesabı ilə məğlub edib və bürünc medal qazanıb.


Orxan Nuriyev Koreya Respublikasından olan Gu Hak Bonu 13:2, çin idmançısına 4:3, Finlandiya güləşçisinə isə 4:2 hesabı ilə qalib gəlib və ikinci olub.


İlk görüşdə çinli Siemge Qaribunu 4:0 hesabı ilə məğlub edən Cavid Feyziyev isə medal uğrunda mübarizəni dayandırıb.


Bu gün, həmçinin yarışların bağlanış mərasimi də olub.


Mərasimdə Litvanın dövlət və hökumət rəsmiləri, Beynəlxalq Hərbi İdman Şurasının (CISM) təmsilçisi Abdul Rahim Bello və CISM-in Qafqaz, Qara dəniz və Balkan regionu üzrə əlaqələndiricisi, ehtiyatda olan polkovnik Nevzat Varol və iştirakçı ölkələrin nümayəndə heyətləri iştirak ediblər.


Çıxış edənlər qalib idmançıları təbrik ediblər.


Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının da qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən 320-yə yaxın idmançı iştirak edib.


Azərbaycan nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov, yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə, həmçinin beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxil olub.


Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız komanda hesabında dünya çempionatında 3-cü yerə çıxıb və kuboka layiq görülüb.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Türkiyə - Azərbaycan 4:0 - VİDEO
2017-03-28  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Gəl girək qol-qola...
2017-10-05  // 0 Şərh
Amal Abuşov
Samir Abasovun Cənnəti
2017-09-23  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
Qışda “Qəbələ”dən gedəcək ilk futbolçunun adı məlum oldu - ÖZƏL!
Azərbaycanda daha bir baş məşqçi istefası
Tərlan Əhmədov qışda onu da göndərir - ÖZƏL!
Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
MOİK AFFA-nı çətin vəziyyətə saldı: "ya pul verin, ya da..." - ÖZƏL!
Yunis Hüseynov stadion direktoru olmaqdan imtina etdi
"Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
Şehiçin “Qarabağ”da son mövsümüdür?
“Göyəzən” üçün gülməli büdcə
Nazir debütantın oyununu izlədi və futbolçuları təbrik etdi

Xəbər Lenti
17 Oktyabr 2017
20:20 İsa Rüstəmov da AÇ-də 6-cı oldu
20:00 “Kəpəz” “Neftçi” ilə oyuna Bakıda hazırlaşır
19:40 Ramil Əliyevin istefası qəbul olunmadı
19:21 9-cu turun oyun cədvəli bəlli oldu
19:00 Səlahət Ağayev yenidən “Neftçi”nin düşərgəsində
18:40 Birinci Divizionda 4-cü turun oyun cədvəli
18:21 “Qəbələ” - “Qarabağ” matçının başlama saatı açıqlandı
18:10 Simeone: “Qarabağın tarixi haqda məlumatım yoxdur"
18:05 Saul Niqes: “Bizim üçün ölüm-qalım matçı olacaq”
18:00 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı niyə gecikir?
17:42 “Neftçi”də 16 yaşlı futbolçu - FOTOLAR
17:21 İtaliya A Seriyasında baş məşqçi istefası
17:00 “Göyəzən” üçün gülməli büdcə
16:40 23-cü dəfə ölkə çempionu oldular
16:30 Pley-offun püşkü atıldı - İtaliya İsveçə rəqib oldu
16:26 Bakı klubunun baş məqşçisi də bəlli oldu
16:21 “Turan Tovuz” - “Mil-Muğan” 1:1 - VİDEO
16:11 Avrokubokda yeganə təmsilçimizin heyəti açıqlandı
15:41 5 liqada 6890 futbolçu
15:25 Mourinyo: Maaşımı artırın
15:11 “Sumqayıt” - “Zirə” matçının başlama saatı açıqlandı
15:00 Qusar rəhbərliyinə futbol lazım deyil?
14:43 "Fanatik"dən iddia: Prosineçki "Trabzonspor"la razılığa gəldi
14:22 Tomas Partey: "Qarabağ"la oyun asan olmayacaq"
14:12 Qurban Qurbanov: "Bu gün Azərbaycanda "Atletiko"da oynayacaq səviyyədə futbolçu yoxdur" - MÜSAHİBƏ
14:00 AFFA “Neftçi”yə yeni sponsor axtarır
13:43 Çempionlar Liqasında 3-cü tura start verilir
13:22 Veteran güləşçilərimizdən 1 qızıl və 1 gümüş medal
13:00 Şehiçin “Qarabağ”da son mövsümüdür?
12:40 Elçin Məmmədov ÇL matçına təyinat aldı
12:21 Premyer Liqanın məşhur klubu satışa çıxarıldı
12:00 Son vaxtlar parladı, Qurban Qurbanovun maraq dairəsinə düşdü - ÖZƏL!
11:40 Emin üçün 90 dəqiqə və 3 xal
11:21 Dəniz Yılmaz oynamadı, “Bursaspor” qalib gəldi
11:00 "Qəbələ"dən ayrılıb "Kəpəz"ə keçə bilər
10:29 Daha bir milli üzvü Rusiyada məyus oldu
10:00 İdman jurnalistləri millinin başında kimi görmək istəyir? - SORĞU
16 Oktyabr 2017
22:30 "Ağsu" - "Xəzər" 1:1 - VİDEO
22:10 Millimiz son oyundan qalib ayrıldı
22:01 Məmmədova Rusiyanın ilk Super Kubokunu qazana bilmədi
22:00 MOİK - "Şüvəlan" 1:0 - VİDEO
22:00 Milli komandaların baş həkimi mühazirə oxuyub - FOTOLAR
21:00 Mərziyyə Məhərrəmova AÇ-də 6-cı oldu
20:49 Rauf Əliyevin dubl etdiyi oyun - VİDEO
20:48 "Binə" - "Qaradağ Lökbatan" 0:0 - VİDEO
20:20 Öncə Qurbanov, sonra Simeone
20:10 Rauf Əliyev qol vurdu, “Kukesi” qalib gəldi
20:00 "İnter" futbolçuları hələ də maaş almayıb
19:21 AFFA-dan C kateqoriyalı məşqçi kursu - FOTOLAR
19:16 Ramil Səfərov Mübariz Mənsimova nə hədiyyə etdi? - FOTO
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.