Ucuz təyyarə biletləri

Zaur Axundov: "Sərt şəkildə iradımızı bildirəcəyik, lazım gəlsə cəzalandıracağıq" - MÜSAHİBƏ

Tarix:  24.09.17 13:09           Yazar:  Rekord.az           Oxunub: 262 dəfə

"İnter" Premyer Liqanın 6-cı turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib. Rekord.az xəbər verir ki, matçdan sonra "İnter"in Müşahidə Şurasının sədri Zaur Axundov jurnalistlərin sualları cavablandırıb:

 

 

 

- Deyərdim ki, "Zirə" 2 xal itirdi, biz isə 1 xal qazandıq. 50 dəqiqədən çox azlıqda oynadıq. "Zirə" hazırda çempionluğa oynayır. Biz də qarşılaşmaya pis başlamadıq. İlk 30 dəqiqədə yaxşı oyun sərgilədik. Qırtımovun qırmızı vərəqə alması isə işlərimizi korladı. "Neftçi" ilə oyuna hazırlaşacağıq.

 

Baş məşqçinin iradları bir qırağa, bəs siz İlkin Qırtımovla söhbət edəcəksiniz?
- Təbii ki, danışıqlarımız olacaq. Ona iradlarımı bildirəcəm. Sarı vərəqəsi olan peşəkar futbolçu topa əlini atmamalıdı. Buna qəti yol vermək olmaz. Lazımsız çəkildə açıq-aşkar topa əlini uzatdı. Ona sərt şəkildə iradımızı bildirəcəyik və lazım olsa, cəzalandıracağıq da.

 

Futzalla müqayisədə futbolda çox sakitsiniz.
- Komandada transfer qadağası var. Futbolçuları da başa düşürəm. Hər həftə eyni heyətlə meydana çıxırıq. İlkin Qırtımov "Neftçi" ilə matçda olmayacaq. Üstəlik, həkimlər Nizami Hacıyevə də icazə verməyə bilərlər. 1 nəfər itkimiz olanda, onu əvəz edəcək futbolçumuz yoxdu. Oyuna çox yaxşı başlamışdıq. Lakin qırmızı vərəqədən sonra mən də özümə qapandım. 50 dəqiqə təkqapı oldu.

 

Komandada maaşlar verilib?
- Hər şey qaydasındadır. İyul, avqust fərqi yoxdu, oyunçularımız məvaciblərini alıblar.

 

Nizami Hacıyev müsahibəsində bildirmişdi ki, mən axı nə qədər pulsuz-parasız oynamalıyam?
- O Nizaminin şəxsi işidi. Hamı maaşın alıb. Komandada problem yoxdu. Hər kəs öz fikirlərini deyə bilər.

 

Futbolçulara mükafat verilir?
- Olur. Yaxşı keçirdiyimiz matçlarda verilir. Ən əsas odur ki, komandamız yaşayır. Mehribançılığımız var. Biz klubu bir yerə topladıq. Stabil komanda yaratdıq. Bir çox futbolçular getmək istəsə də, onları saxladıq. Qışda heyətimizi gücləndirəcəyik.

 

Transfer fəaliyyətinə start verilib? Axtarışlar aparılır?
- Azərbaycanda bir az çətin olacaq. Ölkəmizdə 6 aylıq müqavilə azdı. Hamısının müqaviləsi mövsümün sonuna qədərdi. Legioner oyunçularla da maraqlanacağıq. Hazırda bu işlərin üzərində çalışırıq.

 

"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Nizami Hacıyevi rəhbərliyi altında görmək istəyir...
- Hamısının mövsmümün sonuna kimi müqaviləsi var. Mən bunu sizdən eşidirəm. Bu barədə məlumatlı deyiləm. Nizami ürəkdən oynayır, can qoyur. Ondan razıyam.

 

"Keşlə" adı nə zaman rəsmiləşəcək?
- Artıq qərar qəbul edilib. Sənədləşmə işləri gedir. Yəqin ki, qışa qədər baş verəcək.

 

"İnter"in ev oyunlarına müəssələrdən işçilər məcbur gətirilir. Bu haqda nə deyə bilərsiniz?
- Başqa vaxt şikayət edirlər ki, stadionlar bom-boşdu, qarşılaşmalara azarkeş gəlmir. Azarkeşlər də olanda deyirlər ki, niyə bu qədər fanat var? İndi biz nə edək? (gülərək) Deyin, biz də edək. Əsas odur, fanatlar gəlir. Canlı yayımda anşlaq olduğu görünür.

 

Zaur müəllim, onları dəvət edirsiniz?
- Xeyr, necə dəvət edək? Toydu ki, dəvət də edək?. Eşidirlər, maraqlanırlar. Nizami rayonudu, Keşlə qəsəbəsi var. Bizim layihələrimiz çoxdu. Ev oyunlarımızda lotoreya oyunu olacaq. Bu işləri qaydasına salacağıq. Lisenziya almağı gözləyirik. Nizami rayonunda əhali çoxdu. Komandamızın adı "Keşlə" olacaq. İlk olaraq Keşlə qəsəbəsində təbliğat aparılacaq.

 

Stadionun adı "İnter Arena" qalacaq?
- Sənədləşmə işləri aparılır. Onu deyim ki, komandanın adı "Keşlə" olacaq.

 

Yeni forma rəngləri necə olacaq?
- Qırmızı və ağ.

 

Rauf Əliyevin "Kukesi"yə keçməsindən sonra əlaqə saxlamısınız?
- Xeyr, olmayıb.

 

Oyununu izləmisiniz?
- Xeyr, heç maraqlanmıram da. Buna vaxtım da yoxdu.

 

Bəs Raufdan zəng gəlsə, danışarsız?
- Mənim onunla düşmənçiliyim yoxdu. O, millimizin üzvüdü. Raufla işbirliyimiz də olub. azərbaycanın adını təmsil edir. Ona uğurlar arzu edirik.

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
“Qarabağ”ı gözləyən çətin sınaq
2018-02-20  // 0 Şərh
Amal Abuşov
Harda qalmışdıq?
2018-02-12  // 0 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
Kamran Quliyevə daha bir vəzifə verilə bilər
"Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
Ruslan Qurbanov Ayxan Abbasovdan üzr istədi, söyüş söyməsinin səbəbini açıqladı - FOTO
Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Almaniyada gələcəyin konkisürmə ulduzu sayılan 13 yaşlı Nərgiz Süleymanovanın atası: “Kanadalıya pul tapırlar, bizə yox”
“Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
Yunis Hüseynov 1 il vaxt istəyib
Millimizin sabiq üzvü futbol məktəbi açdı
"Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur

Xəbər Lenti
24 Fevral 2018
23:00 "Neftçi" - "Zirə" 1:1 - FOTOLAR
22:41 Erməniyə qalib gələn Orucov Almaniyada gümüş medal qazandı
22:30 Bombardirlərin yarışında fərq azaldı
21:36 “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”
21:27 Tərlan Əhmədov: “Gələcəyə ümid var”
20:50 "Neftçi" - "Zirə" 1:1 - VİDEO
20:13 "Neftçi"nin və millimizin sabiq üzvünün voleybolçumuzla toyudur
19:58 “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi
19:00 "Səbail" - "Qəbələ" 2:1 - VİDEO
18:50 “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə
18:45 Fariz Nəcəfov: "Məğlub olacağımızı gözləmirdim" - MÜSAHİBƏ
18:38 Kərim Diniyev "Qəbələ"yə qarşı özü oynamaq istəməyib - ÖZƏL
18:31 Samir Əliyev: "Rahil Məmmədov küçədə qalmışdı"
18:20 Roman Qriqorçuk: “Bunu gözləmirdim”
17:49 Hücumçularımızın Türkiyədəki qarşıdurmasında kapitanımız sevindi
17:33 “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə
17:00 Rəşad Sadıqov "Qarabağ"dakı məşqçilik fəaliyyətini davam etdirəcək
16:30 “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü
15:32 AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi
15:00 Millimizin sabiq üzvü futbol məktəbi açdı
14:35 “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu
14:00 "Qarabağ Vyana" futbol klubu yeni stadiona qovuşub - FOTO
13:38 “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”
13:00 "Səbail" rəhbərliyi Samir Əliyevə mətbuatla ünsiyyəti qadağan edib?
12:42 Azərbaycan Voleybol Federasiyası hesabatını təqdim etdi
12:30 Boksçumuz yarımfinala vəsiqə qazandı
12:00 Lippert mənzil tutmaq əvəzinə oteldə qalır: kommunal xərc yox, paltar yumaq yox, yemək bişirmək yox
11:21 Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi
11:00 Vəli Hüseynov: "Deyəndə ki, ermənilər Cəbrayılı işğal etdilər..." - MÜSAHİBƏ
10:30 Təbriz klubu darmadağına üzüldü
00:30 Ölkə çempionatında son gün gənc sərbəst güləşçilər yarışdı
00:01 Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO
23 Fevral 2018
23:50 Cüdo üzrə Azərbaycan birinciliyi başa çatdı
23:00 MOİK - "Ağsu" 2:0 - VİDEO
22:00 "Media turniri-2"nin püşkü atıldı, təqvim açıqlandı
21:15 "Qaradağ Lökbatan" - "Şüvəlan" 1:2 - VİDEO
20:26 “Qarabağ” Türkiyədə ilin ən yaxşısı seçilə bilər
19:38 "Sabah" - "Turan Tovuz" 2:2 - VİDEO
19:00 "Qarabağ" "Srvena Zvezda"nın futbolçusuna təklif göndərdi
18:41 Banişevskinin xatirə turnirinin qalibi bəlli oldu
18:21 Premyer Liqada 17-ci tur: tarixə səyahət
18:00 "Sumqayıt"da Ceyhun Sultanovun vəzifəsi bu şəxsə tapşırıldı
17:40 Turu buraxan olmayacaq
17:20 Lider uduzdu, çempion xal itirdi
17:00 “Azərikimya” işi nəzarətə götürdü: SİS Gəncədə etdiyini Sumqayıtda edə bilməyəcək - ÖZƏL!
16:42 Anatoli Banişevskinin məzarı ziyarət edildi
16:20 Avropa Liqasında 1/8 finalın püşkü atıldı
15:44 Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
15:20 Şəhriyar Məmmədyarov: “Çəkindiyim rəqib Maqnus Karlsendi”
15:00 Ayxan Abbasov millinin qapıçısını əvəzedici komandaya göndərdi
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.