Ucuz təyyarə biletləri

Nizami Hacıyev: "İnter" meydana Zaur Axundova görə çıxır" - MÜSAHİBƏ

Tarix:  24.09.17 14:09           Yazar:  Rekord.az           Oxunub: 202 dəfə

"İnter" Topaz Premyer Liqasının 6-cı turunda səfərdə "Zirə" ilə 1:1 hesablı heç-heçə edib.
Rekord.az xəbər verir ki, matçdan sonra "İnter"in kapitanı Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb. Klub rəsmisi ilk olaraq matç barədə danışıb:

 

 

 

- Zədən nə yerdədi?
- Ayağım çox ağırdı. Yerə yıxılanda hiss etdim, sanki ayağım yoxdu. İndi heç nə deyə bilmərəm. Sabah tibbi yoxlanışdan keçəcəm. Ümid edirəm ki, ciddi heç nə yoxdu.

 

- "Neftçi"yə qarşı oynaya biləcəksən?

- Mən özüm də "Neftçi"yə qarşı oynamaq istəyirəm. Ancaq həkimin qərarından aslıdı.

 

- İlkin Qırtımovun qırmızı vərəqə qalmasından sonra əks-hücumlarda da oyununuz alınmadı...

- Heyətlə bağlı əziyyət çəkirik. Artıq bu, danışılası deyil. Komanda daxilində necə yorulduğumuzu özümüz bilirik. Qıraqdan asan görünə bilər. "Zirə" çempionluğa oynayır. Bu nəticə yaxşıdı. Bu nəticə ilə "Qarabağ"a kömək etdik və onlar lider qaldı.

 

- Bəs "İnter"ə kim kömək edəcək?
- Bizə də Allah.

 

- Sponsorlar da kömək etmir artıq?
- Bu barədə danışmağa çətinlik çəkirəm. Heç bilmirəm nə deyim.Həqiqətən də... Bilinmir ki, kim ağsaqqalıq edir bizə. Ancaq dərdimizi Zaur Axundova bölüşürük. Xeyirimizi, şərimizi ona deyirik. Maddi problemlərimizi ona deyirik və kömək əli uzadır. Mən deyərdim ki, "İnter"in futbolçuları meydana Zaur Axundova görə çıxır. O kişinin sözünü yerə salmırıq. Vaxt olub ki, o da bizim sözümüzü yerə salmayıb.

 

- Adın "Neftçi" ilə hallanır. "İnter"də maddi,  "Neftçi"də isə oyun problemi var. Sən niyə problemlərdən qaçmırsan?
- Problemsiz heç nə yoxdu. Hər klubda daxili problem var. "Real"da da problemlər var. Hansı komandada problem yoxdu? "Neftçi" barədə danışmaq istəmirəm. 100 faizlik heç nə yoxdu. Dekabra qədər gözləyək.

 

- Zaur Axundov bildirdi ki, hamının mövsümün sonuna qədər müqaviləsi var..
- Zaur müəllim belə deyibsə, mən onun sözünün qabağında nəsə deyə bilmərəm.

 

- Tərlan Əhmədovun dəvətini yerə salarsan?
- Tərlan müəllimlə futbol da oynamışam. Bu məsələ ilə bağlı onunla bir masa arxasında əyləşməyə vaxt ayıraram. Ona böyük hörmətim var. Mən 19 yaşımda ailə həyatı qurmuşam. Bu izdivaca da Tərlan Əhmədovun köməyi dəyib. Yəni bu adam mənə bu qədər kömək edib. O, mənə böyük qardaşlıq və ağsaqqalıq edib. Eyni otaqda qalmışıq. Onun sözünü yerə sala bilmirəm. Amma mənim müqaviləm var. "İnter"in kapitanıyam və bununla fəxr edirəm. Müqaviləm bitənə qədər vəzifə borcumu yerinə yetirməliyəm.

 

- "İnter"i 3 dəfə tərk edib sonra geri dönmüsən. Amma ən yaxşı oyunlarını da "inter"də keçirmisən...
- Evimdəyəm də... "İnter" mənim evimdi.

 

- Səncə, evini tərk etməyə dəyər?
- Hələ heç nə dəqiq deyil. Planımda belə şey yoxdu.

 

- Millidən dəvət gözləyirsən?

- Cənab Prosineçkidən dəvət gözləyirəm. Mlliyə dəvət etsin və mən də həm Prosineçkiyə, həm də bizə inanmayan şəxslərə sübüt etmək istəyirəm ki, millidə oynaya bilirik və heç kimdən zəif deyilik. Həyatda hər şey baş verə bilər. Ola bilər ki, Prosineçki yatıb yuxuda görə bilər ki, Nizami Almaniya ilə oyunun start heyətində yer almalıdır. 

 

- Açıq sözlərindən heç zaman çəkinməmisən...
- Mən heç vaxt çəkinən, nədənsə qorxan biri olmamışam. Həyatda hörmətin nə olduğunu bilirik. (sportal.az)

* Xəbərə şərh yoxdur
Adınız
E-mail adresiniz
Şərhiniz
Rövnəq Abdullayevin Qurban Qurbanovun təyinatı haqda danışdığı - VİDEO
2017-11-03  // 8 Comments
Köşə yazıları
Amal Abuşov
Biz Lorentsonun ətəyindən yapışarkən...
2017-12-12  // 0 Şərh
Amal Abuşov
De Souza, Rəşad və “Qarabağ” haqqında
2017-11-23  // 1 Şərh
Sorgu
Sizcə "Qarabağ" Avropa Liqasının qrupundan çıxa biləcək?
Bəli
En chox oxunanlar
"Keşlə"nin "Neftçi"dən ayrılan futbolçunu heyətinə qatır
Dünənə kimi maaş verə bilmirdi, indi Antalyaya gedir
I Divizionun lideri həvəskarlar liqasından futbolçu transfer edir
Samir Əliyev istəyinə çatdı: arzuladığı futbolçulardan birini "Neftçi"dən aldı
Musa Qurbanov cibindən "Zaqatala"ya nə qədər pul xərcləyib? - ÖZƏL!
"Neftçi"nin sabiq futbolçusu "Səbail"dən göndərildi
Samir Əliyev "Neftçi"nin daha bir futbolçusunu "Səbail"ə gətirir
Nazim Süleymanov yenidən "Alaniya"da - Zaqoyevə qarşı
Nurəddin Mehdixanlı: "O “Neftçi” yoxdu artıq, o, olmayacaq" - MÜSAHİBƏ
Azər Məmmədovu "Kəpəz"dən kim uzaqlaşdırıb?

Xəbər Lenti
18 Dekabr 2017
16:41 Milli qəhrəmanın xatirəsinə həsr olunmuş ağır atletika turniri keçiriləcək
16:22 "Qalatasaray" Tudoru istefaya göndərib?
16:21 İlham Əliyev: “Qarabağ” ölkəmizi, xalqımızı, Qarabağı ÇL-də ləyaqətlə təmsil etdi”
16:00 "Qarabağ" "Beşiktaş" xəbərini təkzib etdi
15:47 Şvanştayger yenidən Bundesliqaya qayıdır
15:20 Lisenziyalaşdırma üzrə menecerlər üçün imtahan - FOTOLAR
15:00 "Neftçi" "Keşlə"nin futbolçusu ilə müqavilə bağlayır
14:41 “Qarabağ” beynəlxalq turnirdə iştirak edəcək
14:24 YPX-nin saxladığı velosipedlərlə bağlı son qərar
13:51 Region Liqasına start verildi: ilk turun nəticələri
13:40 Yejniçak: "Qurban Qurbanov spirti sevmir" - MÜSAHİBƏ
13:21 “Səbail” legioneri ilə rəsmən vidalaşdı
12:40 “Bakı”nın bazası da əlindən alındı
12:21 İsrafilovlu “Ximnastik” səfərdə uduzdu
12:01 Elşən Abdullayev "Zirə"də!
11:41 Ufuk oynamadı, komandası qələbə qazandı
11:31 Tahir Gözəl və Elxan Məmmədov prezident tərəfindən mükafatlandırıldı
11:22 “Kukesi” Rauf Əliyevsiz qalib gəldi
10:30 “Beşiktaş” Mahir Mədətovu transfer edir!
09:29 Millimizin sabiq üzvü əkiz anası oldu
17 Dekabr 2017
23:30 Şəmkirdə keçirilən beynəlxalq turnirə yekun vuruldu
23:15 Elxan Məmmədov da Rusiyada bürünc medal qazandı
23:01 Azərbaycan çempionatında daha beş qalib
20:00 Erat oynamadı, “Duysburq” qalib gəldi
18:00 Ağdam futbolu: “Məhsul”dan “Qarabağ”a kimi - I HİSSƏ
17:30 YPX millimizin üzvlərini buraxdı, amma…
17:00 "Keşlə"nin "Neftçi"dən ayrılan futbolçunu heyətinə qatır
16:30 Həsənovadan Fransada növbəti qələbə
15:30 12-ci turun oyun cədvəli açıqlandı
15:00 "Neftçi"nin sabiq futbolçusu "Səbail"dən göndərildi
14:30 ŞOK: Millimizin üzvləri cərimə meydançasına aparıldı!
14:00 Azər Məmmədovu "Kəpəz"dən kim uzaqlaşdırıb?
13:30 Cari mövsümdə ilk baş məşqçi dəyişikliyi
13:00 Samir Əliyev istəyinə çatdı: arzuladığı futbolçulardan birini "Neftçi"dən aldı
12:33 “Araz”dan inamlı qələbə
12:00 Qurban Qurbanov millidə bir ilə nə qədər qazanacaq?
11:33 Araz Abdullayevdən qol ötürməsi - VİDEO
11:00 Dünənə kimi maaş verə bilmirdi, indi Antalyaya gedir
10:30 Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı
10:30 Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi
00:34 Hücumçumuz kubok uğrunda ilk addımı atdı
16 Dekabr 2017
23:37 “Real” dünya çempionu oldu - VİDEO
22:27 Azərbaycan çempionatında yunan-Roma güləşi üzrə yarışlar başa çatdı
21:30 Hidayət Heydərovdan Sankt-Peterburqda bürünc medal
21:23 Kapitanımız Türkiyə kubokuna qələbə ilə başladı
21:14 Yığmamızın üzvləri Rusiyada üz-üzə gəldi
20:35 Beynəlxalq turnirdə ilk günün qalibləri məlum oldu
20:00 Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi
19:30 Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi
19:00 Halidey "Qəbələ"dən gedir?
Bütün xəbərlər

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.